24
25
trik dissosiasiyası nəzəriyyəsini ilk dəfə tətbiq
etmiş və bioelek-
trik potensialının ion təbiətli olması haqqında fikir irəli sürmüş-
dür. Alman fizioloqu Y.Bernşteyn (1902) isə elektrik potensial-
larının ion membran nəzəriyyəsini irəli sürmüşdür. A.Xodcin və
A.Xasli (1952) bioelektrik cərəyanının əmələ gəlməsində hüceyrə
membranı və sitoplazmada kalium, natrium və xlor ionlarının
qeyri-bərabər şəkildə paylanmasını kəşf edərək oyanma potensial-
larının mənşələri haqqında müasir təsəvvürləri əsaslandırmışlar.
1.6. Azərbaycanda fiziologiya elminin inkişafı
Azərbaycanda insan və heyvan fiziologiyasının inkişafı Bakı
Dövlət Universitetinin adı ilə bağlıdır.
İlk dəfə 1919-cu ildə İ.P.Pavlovun şagirdlərindən biri olan
fizioloq İ.S.Sitoviçin iştirakı ilə Bakı
Dövlət Universitetində
fiziologiya kafedrasının əsası qoyulmuşdur. 1920-ci il oktyabrın
29-da isə tibb fakültəsinə və təbiət elmlərinə xidmət edən
fiziologiya kafedrası təşkil olunmuşdur.
Kafedranın ilk müəllimi və təşkilatçısı A.D.Landaunun anası
Lyubov Veniaminovna Qarkavi-Landau olmuşdur.
Təşkil olunduğu ilk vaxtlardan kafedranın
elmi istiqaməti
«Mərkəzi sinir sisteminin ümumi fiziologiyası» və «Ali sinir
fəaliyyəti» olmuşdur. Bu problemin əsasında 1924-cü ildə
A.M.Çernikov tibb elimləri doktoru elmi dərəcəsini almaq üçün
dissertasiya müdafiə etmişdir. Bu universitetin fiziologiya
kafedrasında müdafiə olunmuş ilk dissertasiya işi idi.
1926-28-ci illərdə kafedranın ilk diplomant mütəxəssisləri –
A.İ.Qureviç, Y.İ.Makarova, S.R.Ocaqverdizadə, A.İ.Qarayev,
İ.İ.Hacıyev, Z.A.Muğanlinskaya; 1930-cu ildə isə M.M.Musta-
fayev olmuşdur. 1928-ci ildə fizioloqlar hazırlamaq məqsədi ilə
BDU-nun pedaqoji fakültəsinin «Təbiət» şöbəsinin həmin
məzunları fiziologiya kafedrasında assistent kimi saxlanılmışdır.
1924-cü ildən başlayaraq universitetin fiziologiya kafedrasına
akademik İ.P.Pavlovun yaxın tələbəsi P.Y.Rostovtsev rəhbərlik
etmişdir.
Azərbaycanda fizioloji məktəbin təşkilində və ilk fiziolo-
qların hazırlanmasında Pavel Yuryeviç Rostovsevin (Kaufman)
çox böyük xidmətləri olmuşdur. P.Y.Rostovsev 1877-ci il iyulun
6-da Moskvada anadan olmuşdur. O, 1901-ci
ildə Peterburq
Hərbi-Tibb Akademiyasını bitirdikdən sonra fiziologiya kafedras-
ında əmək fəaliyyətinə başlamışdır. 1918-ci ildə P.Y.Rostovsev
Zaqafqaziya Universitetində fiziologiya kafedrasının professoru,
1921-ci ildə əvvəlcə Azərbaycan Politexnik İnstitutunun kənd
təsərrüfatı fakültəsinin, sonra isə ADU-nun tibb fakültəsində far-
makologiya kafedrasının professoru vəzifələrində əmək
fəaliyyətini davam etdirmişdir.
1925-1930-cu illərdə P.Y.Rostovsev ADU-nun və 1931-ci il-
dən ömrünün sonuna qədər isə (1951-ci il) Azərbaycan Dövlət
Tibb İnstitutunun fiziologiya kafedrasına rəhbərlik etmişdir.
1924-1925-ci illərdə gənc mütəxəssislərin hazırlanması
nəinki rus, həmçinin Azərbaycan dilində də aparılmışdır. Bu
məqsədlə kafedraya A.Əmirov və Q.Qəmbəroğlu dəvət olun-
muşlar.
A.A.Əmirov (1989-1939) kafedrada laborant (1926), assis-
tent (1929), dosent (1930) və professor (1936) vəzifəsində çalış-
mış, eyni vaxtda APİ-nin insan və heyvan fiziologiyası kafedras-
ına rəhbərlik etmişdir.
ADU-nun tibb fakültəsinin fiziologiya kafedrasında (1926)
işə başlayan Q.Qəmbəroğlu
sonralar Azərbaycan Kənd
Təsərrüfatı İnstitutunun fiziologiya kafedrasına (1934-cü ildən)
rəhbərlik etmişdir.
BDU-nun fəaliyyətinin ilk dövrlərində (1919-1930) insan və
heyvan fiziologiyası kafedrasında mərkəzi sinir sisteminin ümumi
fiziologiyası və ali sinir fəaliyyəti istiqamətlərilə yanaşı vegetativ
funksiyaların və maddələr mübadiləsinin fiziologiyası sahəsində
də geniş tədqiqatlar aparılmışdır.
P.Y.Rostovsevin rəhbərliyi altında fiziologiya kafedrasının
dissertantı David Natanoviç Belenki və Lyubov Veniaminovna
Qarkavi-Landau limon turşusunun Na duzunda qanın
konservləşdirilməsinin fizioloji-farmakoloji əsaslarını işləyib
hazırlamış və 1927-1928-ci illərdə konservləşdirilmiş qanı ilk
downloaded from KitabYurdu.org
26
dəfə Bakıda, eləcə də keçmiş SSRİ-də 7 xəstəyə köçürmüşlər.
Azərbaycanda insan və heyvan fi-
ziologiyasının inkişafında akademik
Abdulla İsmayıl oğlu Qarayevin
(1910-1968) adı xüsusi yer tutur.
Akademik, əməkdar
elm xadimi Ab-
dulla İsmayıl oğlu Qarayev Azərbay-
canda «Eksperimental fiziologiya»
məktəbinin yaradıcısı, «Nəzəri və təc-
rübi fiziologiya»nın banisidir. A.İ.Qa-
rayev 1910-cu ildə Bakıda anadan
olmuşdur. 1930-cu ildə ADU-nin
təbiət fakültəsini, 1936-cı ildə isə
ATİ-nun müalicə-profilaktika
fakültəsini bitirmişdir. 1936-cı ildə
kafedranın əməkdaşı A.İ.Qarayev Moskva Dövlət Universitetində
elmi tədqiqat işləri apararaq ilk dəfə olaraq, onurğalı heyvanların
sinir liflərində yerli oyanmanı müəyyən etmişdir. A.İ.Qarayevdən
xəbərsiz olaraq ingilis alimləri Xoçkin və Kats isə 1937-ci ildə
onurğasız heyvanların sinir liflərində yerli oyanmanı müəyyən et-
mişlər. Çox təəssüflər olsun ki, yerli oyanmanın kəşf olunması
A.İ.Qarayevin adı ilə deyil, Xoçkinin adı ilə bağlanır. A.İ.Qara-
yev 1937-ci ildə tibb elmləri namizədi, 1940-cı ildə elmlər dok-
toru elmi dərəcələrini almışdır. 1942-ci ildə ATİ-nin fiziologiya ka-
fedrasının professoru və ADU-nun insan və heyvan fiziologiyası
kafedrasının müdiri seçilmişdir. O, işlədiyi dövrdə bir çox inzibati
vəzifələrdə – ADU-nun biologiya fakültəsinin dekanı (1941-1943),
elmi işlər üzrə prorektor (1943-1944) və ADU-nun rektoru (1944-
1950) işləmişdir. A.İ.Qarayev Azərbaycan EA-nın biologiya və
kənd təsərrüfatı elmləri üzrə akademik katibi (1952-1956) və
nəhayət, Azərbaycan Respublikası Ali və Orta İxtisas
Təhsil
Komitəsinin sədri (1961-1963) vəzifələrində də fəaliyyət
göstərmişdir.
Akademik A.İ.Qarayev işlədiyi dövrdə böyük ictimai iş apar-
mışdır. O, 1938-ci ildə Elmi-Tədqiqat Kurortologiya və Fiziki
A
.
İ
.
Qarayev
(1910-1968)
27
Üsullarla Müalicə İnstitutunun nəzdində Naftalan neftinin
müalicəvi xassələrinin öyrənilməsi üzrə eksperimental labora-
toriya təşkil etmişdir. 1954-cü ildə onun təşəbbüsü ilə Azərbaycan
EA-nın tərkibində fiziologiya bölməsi yaradılmış,
sonralar isə
(1968) o Elmi-Tədqiqat Fiziologiya İnstitutuna çevrilmişdir.
Hazırda institut A.İ.Qarayevin adını daşıyır.
A.İ.Qarayevin elmi-tədqiqat işləri əsasən müxtəlif daxili
orqanlara mexaniki və kimyəvi təsir zamanı qanın mübadilə
göstəricilərinin və elektroensefaloqramın öyrənilməsinə həsr
edilmişdir. Bu tədqiqatların nəticələri müəllifin «İnteroreseptorlar
və maddələr mübadiləsi» (1957) monoqrafiyasında öz əksini tap-
mışdır. A.İ.Qarayev Azərbaycan dilində yazılmış «Endokrin sis-
temin fiziologiyası» (1945), «Analizatorların fiziologiyası»
(1964), «Mərkəzi sinir sisteminin fiziologiyası» (1951) dərs
vəsaitlərinin və 470-dən çox elmi əsərin müəllifi olmuşdur.
Akademik A.İ.Qarayev Azərbaycanda böyük fizioloji məktəb
yaradaraq, milli kadrların yetişməsində xüsusi rol oynamışdır.
1950-ci ildən başlayaraq, Azərbaycanda
fiziologiya elminin
inkişafı akademik A.İ.Qarayevin rəhbərliyi altında daha böyük
sürət aldı. Onun bilavasitə rəhbərliyi altında 28 il ərzində ADU-
nun fiziologiya kafedrası 500 nəfərdən çox yüksəkixtisaslı
fizioloqlar hazırlamışdır.
A.İ.Qarayevin tələbələrindən Q.Qədirov, R.Qasımov, A.Da-
daşov, Ş.Tağıyev, T.Qaibov, H.Həsənov, T.Ağayev, N.Muşkina
və başqaları ayrı-ayrı problem laboratoriyalara rəhbərlik etməklə,
onun ideyalarını həyata keçirərək fiziologiya elminin Azərbay-
canda tərəqqisi üçün böyük xidmətlər göstərmişlər. Bu problemlər
üzərində işləyərkən, xüsusilə Fiziologiya İnstitutunun elmi
kollektivi –
interoreseptorların qlikemik reaksiyaları təsiri, baş-
beyin qabığı strukturları, limbik retikulyar kompleksinin qliko-
homeostazın tənzim edilməsində rolu, ontogenezdə qlikohomeo-
stazisin tənzim edilməsinin sinir mexanizmləri, interoseptiv
siqnalların öyrənilməsinin neyrofizioloji və neyrokimyəvi
mexanizmləri, inteqrasiya və eləcə də qabıq və qabıqaltı əlaqələr,
funksiyaların lokalizasiyası – elmi tədqiqat istiqamətləri yarat-
downloaded from KitabYurdu.org