32
33
elementlər olan simplast və sintsit – ayrı-ayrı hüceyrələrdən
əmələ gəlirlər), bütün qeyri-hüceyrəvi
elementlər isə birbaşa və
ya vasitəli şəkildə hüceyrədən törənənlər hesab olunurlar.
Hüceyrəarası maddə və mayelər su, qeyri-üzvi birləşmələr və
makromolekuldan təşkil olunmuşlar.
Hüceyrələr digər histoloji elementlərlə birlikdə toxuma,
orqan, orqanlar sistemi, bütövlükdə orqanizmi əmələ gətirir.
Fiziki məkanın bir hissəsi kimi orqanizm ətraf mühitlə qar-
şılıqlı fiziki və kimyəvi məlumat əlaqəlidir.
Bu termin hüceyrəarası maddə və onda olan hüceyrələr
haqqında bəhs edildikdə tətbiq edilir. Orqanizmin daxili mühitinin
başlıca fizioloji xarakteristikası – onun parametrlərinin aralarında
mühüm yer tutan əks əlaqə prinsipinin də daxil olduğu müxtəlif
tənzimləyici mexanizmlər tərəfindən həyata keçirilən fəaliyyət
nəticəsində sabit saxlanılmasıdır (homeostaz).
Canlının əsas xüsusiyyətləri. Adətən canlı sistemlər
haqqında təsəvürləri cansız obyektlərlə müqayisə etməklə müəy-
yən edirlər. Məsələn, yalnız canlı orqanizmlər
öz həyat
fəaliyyətini davam etdirmək üçün ətraf mühitlə maddələr və enerji
mübadiləsini, həyata keçirir (bu mübadilədə xüsusi orqanlar sis-
temi iştirak edir). İkinci, yalnız canlı orqanizmlər ətraf mühitdən
siqnal alır və müvafiq şəkildə cavab reaksiyası verə bilirlər (bu
proseslərdə duyğu orqanları, hiss reseptorları və sinir sistemi işti-
rak edir). Üçüncü, canlı orqanizmlər öz-özünə reproduksiyaol-
unma və inkişaf etməyə qabildirlər. Dördüncü, onlar ətraf mühitin
dəyişən şəraitinə adaptasiya olunmağı bacarırlar.
Orqanizmin tamlığı haqqında təsəvvürlər. Fiziologiyanın
görkəmli alimləri – fransız tədqiqatçısı Klod Bernad və rus
fizioloqu İvan Mixayloviç Seçenov hesab edirlər ki, hüceyrələrin
birləşərək vahid orqanizmi təşkil
etməsi üçün orqanizm və
mühitin qarşılıqlı münasibətinin təbiəti birinci dərəcəli əhəmiyyət
daşıyır. Belə ki, Klod Bernad daxili mühitin sabitliyini orqaniz-
min fəaliyyətinin həlledici amili hesab edirdi, İ.M.Seçenov isə
iddia edirdi ki, orqanizmin elmi təhlili zamanı orqanizmə təsir
göstərən ətraf mühit də nəzərə alınmalıdır. Bir müddət sonra
Vilyam Kennon orqanizmin daxili mühitinin sabitliyinin av-
tomatik tənzim edilməsi – homeostazın prinsiplərini qısaca və
dürüst ifadə etmişdir.
Orqanizmin vahidliyi və tamlığı problemini XIX əsrin
fizioloqları insanın həyat fəaliyyətində sinir sisteminin aparıcı və
təyinedici rolu mövqeyindən nəzərdən keçirmişlər. Belə ki, Klod
Bernad yazırdı «Bizim bütün orqanlar normal və patoloji olmaqla
özlərinin həyat təzahürlərində sinir sistemindən asılıdır»lar. Bu
ideyanı İvan
Petroviç Pavlov nervizm adlandırılan ideyasında ink-
işaf etdirmişdir. Nervizmin nüvəsi reflektor nəzəriyyədir ki, bu
nəzəriyyəyə əsasən fəaliyyətin istənilən formasının meydana çıx-
masında əsas rol xarici stimullara məxsusdur, refleksin özü isə hər
hansı bir fizioloji effektlə (yığılma, sekretor reaksiya və s.) başa
çatır. Refleksləri Pavlov 2 qrupa bölmüşdür: anadangəlmə
(şərtsiz) və həyat boyu qazanılmış (şərti) reflekslər.
Əhəmiyyətli uyğunlaşmanın nəticəsi hesabına çoxlu sayda
hüceyrəvi və orqan elementlərinin bütöv bir orqanizm şəklində
birləşməsini izah edən funksional sistemlər nəzəriyyəsini (bu tə-
səvvürlərin qısa şəkildə ifadəsini Pyotr Kuzmiç Anoxin) vermiş-
dir. Orqanizmin normal həyat fəaliyyətini təmin edən səviyyədən
hər hansı bir kənaraçıxma dərhal qeydə alınır
və sistemi normal
səviyəyə qaytarır.
Funksiyaların tənzim edilməsi. Müxtəlif funksiyaların
tənzim edilməsini orqanizmin daxili mühitinin həyati əhəmiyyətli
funksiyalarının parametrlərinin avtomatik nəzarəti həyata keçirir
(homeostaz), müxtəlif növ nəzarət məqsədi və orqanlar sisteminin
qarşılıqlı təsirinin idarə olunmasını, həmçinin insan orqanizminin
xarici mühitə uyğunlanmasını sinir və endokrin sistemi reallaş-
dırır.
Homeostaz – orqanizmin daxili mühitinin həyati əhəmiyyətli
funksiyalarının parametrlərinin saxlanması və nəzarət altına alın-
ması – həm bütöv orqanizmə, həm hüceyrə boşluğuna,
həm də
hüceyrələrə aid edilir.
Sinir sistemi, Sensor (mənimsəyici), MSS (birləşdirən) və
motor (icraedici) şöbələr onun əsas şöbələridir.
downloaded from KitabYurdu.org
34
35
Mənimsəyici şöbə orqanizmin vəziyyətini müəyyən edib, dax-
ili və xarici mühitin dəyişkənliklərinə cavab verir. Baş-beyin
məlumatı toplayır, onu saxlayır (mühafizə edir), fəaliyyət pro-
qramını yaradır, sensor siqnallara cavab olaraq reaksiyaları
müəyyən edir. Onurğa beyni baş beyindən sensor informasiya və
siqnalları alaraq əzələ sistemini də işə salır. Sinir sisteminin xüsusi
şöbəsi – avtonom (vegetativ) sinir sistemi daxili orqanların funksi-
yalarına nəzarət edərək şüuraltı səviyyədə fəaliyyət göstərir.
Mənfi əks əlaqədən fərqli olaraq müsbət əks əlaqə fəaliyyət
göstərən səbəbin təsirini gücləndirir və bir çox hallarda fizioloji
funksiyanın stabilləşməsinə gətirib çıxarmır, əksinə effekti
gücləndirir. Məhz bu səbəbdən tibbdə müsbət əks əlaqə adətən
«circulus vitiosus» – çıxılmaz vəziyyət adı ilə tanınır. Məsələn,
sağlam insanın ürəyi normal şəraitdə qan damarlarında dövr edən
qanın 5 l-ni effektiv şəkildə vurur. Xeyli miqdarda qanın (>2 l)
qəflətən itirilməsi nasos funksiyası yerinə yetirmək
qabiliyyətini
pozur. Bu da AT (arterial təzyiq)-in elə aşağı düşməsinə səbəb
olur ki, o, əks əlaqə mexanizmi ilə kompesasiya edilə (bərpa ol-
una) bilmir. Nəticədə, tac arteriyalarından qanın ürək əzələsinə
daxil olması azalır. Bu səbəbdən ürəyin işi zəifləyir, onun nasos
funksiyası pisləşir, miokardın qanla təchiz olunması daha da aşağı
düşür. Bu tsikl ölüm baş verənə qədər dəfələrlə təkrarlanır.
Əlbəttə, fəaliyyət göstərən stimulun qiyməti və xarakterindən asılı
olaraq müsbət əks əlaqənin təsirinin qarşısı mənfi əks əlaqə
mexanizmlərinin hesabına kəsilə bilər.
Endokrin sistem
hormonlar adlandırılan kimyəvi maddəni
ifraz edən daxili sekresiya vəzilərindən ibarətdir. Hormonlar
bədənin bütün sahələrinin hüceyrəxarici mayesinə daxil olaraq
hüceyrə funksiyalarını tənzimləməyə köməklik göstərir. Belə ki,
qalxanabənzər vəzinin tərkibində yod olan hormonları metabo-
lizmi sürətləndirir, mədəaltı vəzinin hormonu olan insulin qlükoza
mübadiləsinə nəzarət edir.
Tənzimedici sistemlərin iş prinsipləri əks əlaqə – idarə edən
sistemlərin işinin əsas prinsipi – çox sayda və artıq
miqdarda olan
tənzimedici konturlar və onların iyerarxikliyi ilə möhkəmlənir, bu
da orqanizmin həyatın daima dəyişən şəraitinə adaptasiya olun-
masına imkan yaradır.
Canlı strukturlarda mənfi əks əlaqənin tək-tək yerləşən
tənzimedici konturları mövcud deyildir, praktiki olaraq həmişə
tək-tək yerləşən hüceyrə, orqan və ya orqanlar sisteminin
daxilində və orqanizm səviyyəsində əks əlaqənin öz aralarında
qarşılıqlı əlaqədə olan ilgəklər kompleksi olur. Məsələn, insulin
qanda qlükoza səviyyəsini aşağı salır, eyni zamanda isə adrenalin
və kortizon əks təsir göstərir.
Orqanizmin nəzarət edən sistemlərinin əksəriyyəti
mənfi əks
əlaqə prinsiplərindən istifadə edərək fəaliyyət göstərir. Başqa
sözlə, fəaliyyətin nəticəsi onun yaratmış səbəb və üsullara mənfi
təsir göstərir. Mənfi əks əlaqənin ən azı üç elementə ehtiyacı
vardır. Qanın plazmasında qlükoza miqdarının tənzim olunması
misalında bunu aydınlaşdıraq.
Birincisi, həyati əhəmiyyətli pa-
rametri (məsələn, qlükoza) qeydə alan element lazımdır.
İkincisi,
sistem bu parametrin dəyişməsinə prosesin başlanğıc
mərhələsinin xarakteristikalarını dəyişməklə (məsələn, insulin
ifrazını aşağı salmaqla) cavab verməlidir. Nəhayət üçüncü sistem
elə fəaliyyət göstərməlidir ki, nəzarət olunan parametrin normal
qiyməti saxlanılsın (məsələn, qanda qlükozanın səviyyəsi aşağı
salınsın). Beləliklə, mənfi əks əlaqə bioloji sistemlərin stabil və
davamlı vəziyyətini mühafizə edir və daima nəzarət altında sax-
layır.
Müxtəlif tənzimedici konturlar arasında iyerarxiklik
müşahidə edilir. Məsələn, hipotalamus
və hipofizin ön pay
hüceyrələrinin endokrin funksiyalarına nəzarət edir, hansının ki,
Aderno-kortiko-trop-hormon (AKTH) öz növbəsində böyrəküstü
vəzinin qabığındakı funksiyanı nəzarət altında saxlayır, sonun-
cunun ifraz etdiyi kortizol qanda qlükoza səviyyəsinin saxlanıl-
masında (insulinə əlavə olaraq) iştirak edir.
Orqanizmin mühitin dəyişən şəraitlərinə uyğunlaşması, onun
cavablarının kəmiyyət və xarakterini dəyişmək qabiliyyətindən
asılıdır. Əks əlaqə sisteminin konturlarının elastiklik və
hərəkətliliyi fizioloji adaptasiyaların bir çox formaları üçün mex-
downloaded from KitabYurdu.org