20
21
edir, əsas həyati prosesləri isə mexaniki baxışlar
mövqeyindən
izah etməyə çalışırdı. O, canlıya özünəməxsus maşın kimi baxırdı
və maşını işə salan mexanizmlərin fəaliyyətində xarici amillər və
sinir sisteminin əsas rol oynadığını, hər bir həyat hadisəsinin re-
flektoru təbiətə malik olduğunu göstərmişdir. O, xarici qıcıqlara
cavab olaraq insan və yaxud heyvan orqanizmində icra olunan
əksetdirici hərəkət anlayışını irəli sürmüşdür. Bununla da sinir
sisteminin fəaliyyətinin reflektor üsulunun dərk olunmasına ilk
addım atılmışdır. Lakin Dekart reflektor davranışın izahını sadə
reaksiyalar vasitəsilə məhdudlaşdırmışdır. Məsələn, qaynar sudan
əlin reflektor şəkildə çəkilməsi. Dekart, bunu insanın şüurlu
fəaliyyətilə əlaqədar olduğunu görə bilmədi.
İtalyan təbibi L.Qalvani (1791) «heyvan elektirik enerjisi» ilə
bağlı təcrübələrini dərc etdirərək, fizik A.Volt (1792) ilə
mübahisələrində canlı toxumalarda elektrik hadisələrinin univer-
sallığını təsvir edən tədqiqatların bünövrəsini qoymuşdur. Çexiya
fizioloqu İ.Proxaska (1794) reflekslərin əsas
xassələrini təsvir et-
mişdir. O, refleksi xarici mühitin qıcıqlarına orqanizmin sinir sis-
teminin iştirakı ilə verdiyi cəld cavab reaksiyası kimi adlandır-
mışdı.
XIX əsrdə fiziologiya elminin inkişafı. İ.M.Seçenovun «Baş
beynin refleksləri» (1863) əsəri fiziologiya elminin əsas
istiqamətlərinin inkişafına güclü təkan vermişdir.
İ.M.Seçenovun (1864) «Qaz nasosu» qan vasitəsilə daşınan
qazların həcminin daha dəqiq şəkildə təyin olunmasının və onun
tənəffüs funksiyalarının kəmiyyət baxımından öyrənilməsinin
əsasını qoymuşdur. Ürəkdə yerləşən azan sinirlərin ürək fəaliy-
yətinə tormozlayıcı təsirinin Ed və E.Veber qardaşlarının (1845)
kəşfinin ardınca Peterburq fizoloqu İ.F.Sion (1867) ürəyin yığılıb
açılmasını sürətləndirən simpatik siniri kəşf etmişdir. Ürəyin
fəaliyyətinin tənzimlənməsinin öyrənilməsi sahəsində apardığı
məşhur tədqiqatlarında yeni faktlar əldə edən İ.P.Pavlov ürək
əzələsinin – trofik sinirlər vasitəsilə idarə olunmasını kəşf etdi.
Görkəmli cərrah A.İ.Piroqovun şagirdi A.P.Volter (1842) sim-
patik sinirlərin daraldıcı təsir göstərməsini həmin sinirin kəsilmiş
mühitin ucunu qıcıqlandırmaqla aşkar etmişdir.
Bir qədər sonra
məhşur fransız alimi K.Bernard (1851) bunu dovşanın qulağında
apardığı təcrübəsində əyani şəkildə sübuta yetirmişdir. V.V.Ovs-
yanikov tərəfindən (1871) uzunsov beyində hərəki damar mərkəzi
tapılmışdır.
C.Qetçinsolun spirometri (1846) indiyə kimi ağciyərlərdə ha-
vanın dəyişməsinin həcminin ölçülməsi üçün xidmət göstərir.
Leqallua (1812) və P.Flurans (1842) uzunsov beynin dördüncü
mədəciyinin dibində tənəffüs mərkəzinin yerləşməsini ilk dəfə
dəqiqləşdirmişlər. Kazan fizioloqu N.A.Mislavski (1865) baş-
beyin qabığının tənəffüs mərkəzinə təsirini müəyyən etmişdir.
Qidalanma zamanı ifraz olu-
nan mədə şirəsini toplamaq üçün
Moskva cərrahı V.A.Basov (1842)
ilk dəfə mədəyə fıstula qoymuşdur.
R.Haydenhayn (1866, 1868) tərə-
findən sinirlərin tüpürcək vəzilərinə
təsiri və sinirsizləşmiş kiçik mə-
dəcikdən şirənin
humoral yolla ay-
rılması təsvir olunmuşdur. İ.P.Pavlov
heyvanlarda fizioloji proseslərin mü-
şahidə olunmasının operativ-cərra-
hiyə metodlarını işləyib hazırlamış
və geniş şəkildə tətbiq etmişdir.
Qidalanma prosesinin bu üsulla öy-
rənilməsi təbii şəraitdə mədə
şirəsinin artmasının əsas qanunauy-
ğunluqlarını və mexanizmlərini
müəyyən etməyə imkan vermişdir. Bu tədqiqatların nəticələri
İ.P.Pavlov (1849-1936) tərəfindən «Əsas qidalanma vəzilərin işi
haqqında məruzələrdə» ümumiləşdirilərək,
ilk rus aliminə Nobel
mükafatı verilməsi ilə nəticələnmişdir.
K.Bernar (1855) fiziologiya elminə istehsal etdikləri
maddələri qana ifraz edən daxili sekresiya vəziləri haqqında
anlayış daxil etmişdir. Elmdə bu vəzilərin funksiyaları haqqında
İ
.
P
.
Pavlov
(1849-1936)
downloaded from KitabYurdu.org
22
23
məlumatlar toplanmağa başlandı. Yumurtalıqdan çıxan cövhərin
canlandırıcı fəaliyyəti təsvir olunmuşdur (Ş.Braun-Sekar, 1889).
Zob və «bürünc xəstəliyinin» təsvir olunması K.Bazedov (1840),
T.Adison (1885) tərəfindən qalxanabənzər və böyrəküstü
vəzilərin öyrənilməsinin
əsasını qoymuşdur.
İ.Merinq,
O.Minkovski (1889) mədəaltı vəzinin daxili sekresiya funksiya-
larını itlərdə öyrənərək, onun ekstripasiyasından sonra şəkərli dia-
betin inkişafını müşahidə etmişlər.
E.Dubua-Reymon (1848-1849) Qalvani ilə Voltun
mübahisələrini
davam etdirərək, şəxsi tədqiqatların əsasında toxu-
malarda elektrik yüklərinin mövcudluğu haqqında «elektromotor
molekulyar» nəzəriyyəsinin əsasını qoymuşdur. O, induksion ci-
haz, qalvanometr və qütbləşməyən elektrodların köməkliyi ilə canlı
toxumalarda sükunət və fəaliyyət potensialların olmasını təcrübi
yolla əsaslandırmışdır. L.Qermann (1867) bioelektrik potensial-
larının kimyəvi yolla əmələ gəlməsinə dair mülahizə irəli sür-
müşdür.
Kiyev fizioloqu V.Y.Çaqoves (1896) «Toxumaların elektrik
potensiallarının təbiəti haqqında» əsərində Arreniusun elektrolitik
dissosiasiya nəzəriyyəsinə əsaslanaraq ilk dəfə olaraq onların
mənşəyinin ion təbiətli olduğunu irəli sürmüşdür.
F.Majandi (1822) və K.Bell (1823) tərəfindən onurğa beynin
ön köklərinin hərəki və arxa köklərinin hissi rolu aydınlaş-
dırılmışdır. Sinir proseslərinin əsas xassələrinin öyrənilməsini
açıqlayan Çarlz Şerrinqtonun (1892-1900) tədqiqatlarının əsasını
təşkil etmiş və neyronlararası əlaqənin anatomik əsası kimi sinaps
anlayışı ilk dəfə onun tərəfindən elmə daxil edilmişdir.
Sinir sisteminin fiziologiyası üçün İvan Mixayloviç
Seçenovun tədqiqatları böyük əhəmiyyət kəsb edir.
Onun qurba-
ğanın görmə qabarlarının qıcıqlanması ilə əlaqədar məşhur
təcrübəsi (1862) mərkəzi tormozlanma sisteminin öyrənilməsinin
əsasını qoymuşdur. İ.P.Pavlov «Baş beynin refleksləri» (1863)
əsərini «Seçenov fikrinin dahiyanə pilləsi» adlandırmışdır.
Beləliklə, artıq XIX əsrdə fiziologiyanın əsas bölmələri for-
malaşmış və orqanizmin orqanlar sisteminin fəaliyyətləri
haqqında bir çox məlumatlar toplanmışdır.
Orqanizmin həyat fəaliyyətində fizioloji proseslər haqqında
biliklərin sürətlə toplanması əvvəllər fiziologiyanın bölmələri
olan bir çox tədqiqat istiqamətlərinin sərbəst elm sahəsinə
çevrilmələri ilə nəticələndi. Belə ki, ilk öncə fizioloji funksiya-
ların kimyəvi əsaslarının öyrənilməsi
ilə fizioloji kimya, sonra
biokimya ilə molekulyar biologiya kimyanın daha geniş xassələri
mənimsənilmişdir.
XX əsrdə nəinki fiziologiya elmində məşhur hadisə İ.P.Pav-
lov tərəfindən ali sinir fəaliyyətinin fiziologiyası sahəsində kəşf
olmuşdur. 1903-cü ildə Madrid şəhərində keçirilən Beynəlxalq
tibbi konqresdə İ.P.Pavlov ilk dəfə beynin ali funksiyalarının ob-
yektiv şəkildə fizioloji nöqteyi-nəzərdən öyrənilməsinin
nəticələrini şərh edərək, şərti reflekslər təlimi haqqında məlumat
verdi.
XX əsrin fiziologiya elmi sinir sistemi fiziologiyasının bir
çox ümumi və xüsusi məsələlərinin həllində əldə olunan böyük
nailiyyətlər ilə məşhurdur. Rus alimləri K.M.Bıkov (1947) daxili
orqanların işinin fizioloji tənzimlənməsi mexanizmlərini tədqiq
edərək, orqanizmin vegetativ funksiyaları sahəsinin şərti
reflekslərin nəzarəti altında olduğunu müəyyən etmişdir.
V.N.Çerniqovski (1960-1980) daxili orqanların
vəziyyəti və
onların beynin ali şöbələri tərəfindən tənzim edilməsini, informa-
siyanı ötürən sinir impulslarının fizioloji əhəmiyyətini və ürək
fəaliyyətinə interoreseptorların təsirini tədqiq etmişdir.
N.E.Vvedenski (1901-1914) parabioz konsepsiyasını öyrənmişdir.
A.A.Uxtomski (1923-1940) dominant haqqında təlimi inkişaf
etdirmişdir. Onurğa beynin reflekslərinin tədqiqat nümunələrində
görkəmli ingilis fizioloqu Ç.Şerrinqton (1906-1947) hərəkətli ref-
lekslərin ümumi xassələrini,
oyanma və tormozlanma
proseslərinin mənimsənilmiş münasibətlərini, yekun
istiqamətlərin prinsipini və sinir sisteminin inteqrativ fəaliyyətinin
digər fundamental qanunauyğunluqlarını müəyyən etmişdir.
Kiyev alimi V.Y.Çaqoves (1903-1906) hələ tələbə ikən
bioloji elektrogenezin təbiətini izah etmək üçün Arreniusun elek-
downloaded from KitabYurdu.org