12
13
sək səviyyədə təchiz olunmuş vivariumda
karantin üçün və bu
binada yerləşdirilən heyvanların ekoloji xüsusiyyətlərini nəzərə
alan şəraitdə quraşdırılan xüsusiləşdirilmiş şöbələri ayırd edirlər.
Xərçənglər üçün axınlı suya və pusqulara malik hovuzlar,
həşəratların müxtəlif növləri üçün iqlim rejimi və müxtəlif mikro-
landşaft ilə tənzimlənən insektariyalar, balıqlar üçün su bitkiləri
ilə təchiz olunan akvariumlar, ilanlar üçün qızdırılan herpentari-
yalar, qış mövsümündə qurbağaların konservasiya olunması üçün
hovuzlar, müxtəlif növlü quş damları, gəmiricilərin erkəklərinin,
dişilərinin və balalarının bölüşdürülməsi üçün xüsusi olaraq
təchiz olunmuş hüceyrə sistemləri, pişiklər üçün qızdırılan
otaqlara malik ümumi binalar,
itlər üçün fərdi kameralar, mey-
munlar üçün ağaclar və bəzi gimnastika vasitələrilə təchiz olun-
muş kondensasiyalı otaqlar bu cür heyvanlar üzərində təcrübə
keçirərək – bu heyvanların mərhəmət tələb edən varlıqlar oldu-
qlarını unutmaq lazım deyildir. Üzərində təcrübə aparılan hey-
vanlar ilə humanist şəkildə davranmaya dair tələblər bioloqların
hazırlanmasında xüsusi əhəmiyyət kəsb edirlər. Bioloqlara tələbə
illərindən etibarən canlı təbiətə qarşı məhəbbət və qayğıkeş
münasibət aşılanmalıdır. Buna görə də, ali heyvanlar üzərində
keçirilən kəskin təcrübələr zamanı, xüsusilə məcburi şərtlər
tədqiqat obyektlərinin təbii vəziyyətinin təcrübədən
keçirilməsinin xroniki formalarından maksimal surətdə istifadə
olunması, ağrıkəsici və narkoz olmalıdır.
1.4. Fiziologiyanın digər elmlərlə əlaqəsi
İnsan və heyvan fiziologiyası nəinki digər bioloji elmlər, elə-
cə də bir tərəfdən fizika və kimya,
digər tərəfdən isə tibb,
pedaqogika, psixologiya, baytarlıq və fəlsəfə ilə sıx şəkildə
əlaqədardır.
Fiziologiya digər elm sahələrindən daha çox fizika və kim-
yanın qanunlarına əsaslanaraq onların üsullarından istifadə edir.
Buna səbəb odur ki, hər bir həyati prosesdə maddələrin
çevrilməsi, yəni fiziki və kimyəvi proseslər baş verir.
Fizika ilə əlaqə fizioloji funksiyaların təsvir olunması, tədqiq
edilməsi və praktiki tətbiqi üçün fizioloji funksiyaların mexaniki,
elektrikli, hidrodinamik, istilik və digər fiziki təzahürlərinin dəqiq
şəkildə ifadə olunması metodlarından və anlayışlardan geniş
şəkildə istifadə olunması ilə tədqiq olunur. Belə ki, insan
hərəkətlərinin biomexaniki təhlili əmək və idman fiziologiyasının
bir sıra problemlərini həll etməyə, mayenin axması qanunları isə
damar sistemində qanaxmanın bir çox xassələrinin qavranmasına
dair açarı tapmağa imkan verir. Aerodinamik tədqiqatlar quşların
uçuşunun fiziki əsaslarını açıqlayır, hidrodinamika mövqeyindən
isə balıqların üzməyə səmərəli şəkildə uyğunlaşmalarının təbiəti
haqqında məsələlər həll olunur. Buxarlanma zamanı mayenin
soyuması istiqanlı heyvanlarda bədənin
daimi hərarətinin qorun-
ması üsullarından biri olub, optika qanunları müxtəlif işıqlanma-
lar zamanı gözün müxtəlif məsafələrdə aydın görüntüdə uy-
ğunlaşmasını izah edir. Fiziki biliklərə elmi-tədqiqat cihazlarının
bütün arsenalından istifadə etməklə nail olmaq olar.
Son zamanlar biologiya, kimya və fizika elmlərinin
birləşməsi nəticəsində meydana çıxan iki sərbəst fənn – biofizika
və biokimya xüsusi olaraq inkişaf etmişdir. Biofizika fizioloji
funksiyaları bu zaman qüvvədə olan fiziki qanunlar nöqteyi-nəzə-
rindən öyrənir. Biofiziki tədqiqatlar elektrogenezin və əzələlərin
yığılıb-açılmasının intim mexanizmlərindən, reseptorların adekvat
qıcıqlanmasından və şüa enerjisinin təsirindən başlayaraq,
biomexanikanın ümumi qanunauyğunluqlarına və canlı orqaniz-
min qlobal bioenergetika problemlərinə qədər meydana çıxan bü-
tün məsələlərin geniş dairəsini əhatə edirlər. Bu elm canlı orqa-
nizmdə bioelektrik
proseslərini öyrənməklə, sinir, əzələ və vəzi
toxumasında oyanma proseslərini aydınlaşdırır.
Fiziologiya kimya elmi ilə əlaqəni ilk növbədə maddələr mü-
badiləsi funksiyasının öyrənilməsi xətti əsasında müəyyən et-
mişdir. Hüceyrələrdə, orqanlarda və bütöv orqanizmdə gedən me-
tabolik proseslərin kimya yönlü tədqiqatlarının bu istiqaməti əsrin
əvvəlində sərbəst elm kimi ayırd edilmişdi.
Kimya elminin mənimsənilməsi nəinki orqanizmin ümumi
14
15
mübadilə funksiyalarının təbiətinin qavranması, eləcə də qidanın
həzm olunması zamanı həzmetmə vəzilərinin sintez etdiyi
fermentlərin fəaliyyət mexanizmini, eləcə də onların fərdi funksi-
yalarına müvafiq olaraq orqanlarda və toxumalarda qida
maddələrindən istifadə və onların mənimsənilməsi yollarının
öyrənilməsi üçün də zəruridir. Orqanizmin həyat fəaliyyətində
vacib
rolu kimyəvi tənzimləyicilər, məsələn, daxili sekresiya
vəzilərinin hasil etdikləri hormonlar, ontogenezdə forma təşkilini
idarə edən maddələr oynayırlar. Lakin onlardan heç biri ayrılıqda
funksiyanı bütövlükdə dərk etmək üçün imkan yarada bilmir.
Bunu fiziologiya elmi, fizioloji yolla – fiziki, kimyəvi, bioloji
göstəriciləri sintez etməklə əldə edir.
Fiziologiya orqanizmin daxilində gedən həyati proseslərini
riyazi üsul və modellərdən istifadə etməklə öyrənərkən kiberneti-
kaya, bionikaya əsaslanır.
Kibernetika ilə əlaqə, kibernetikanın əks əlaqə siqnallarının
köməyilə yerinə yetirilən məqsədyönlü idarəetmə proseslərini öy-
rənən elmin olmasından ibarətdir; təbiətdə bu, məhz canlı
sistemlər üçün xarakterik olub, fizioloji funksiyaların
təşkil olun-
masının əsasını təşkil edir.
Fiziologiyada kibernetik modelləşdirmə metodları geniş
şəkildə tətbiq olunurlar. İndiki dövrdə orqanizmin, demək olar ki,
bütün funksiyalarının qandövranının, tənəffüsün, həzmetmənin,
ifrazatın, maddələr mübadiləsinin modelləri işlənib hazırlanmış-
dır. Lakin qeyd olunduğu kimi, praktiki olaraq hər bir model
oriqinalın fəaliyyətinin bəzi xassələrini nəzərə alaraq, onu
tamamilə təkrarlamır. Bununla bərabər, qaçılmaz sadələşmə
sayəsində o tədqiq olunan xassəni sırf sərbəst tədqiqat obyekti
kimi ayırmağa icazə verir. Modelli tədqiqatlar nəzəri fiziologi-
yaya doğru yol açırlar. Nəzəri fiziologiya
nəzəri fizika kimi
hazırda böyük nailiyyətlər əldə edərək, hesablayıcı və məntiqi
əməliyyatlar vasitəsilə orqanizmin həyat fəaliyyətinin təbiətinə və
xassələrinə dair biliklərin mücərrəd şəkildə inkişaf etməyə və
dərinləşdirməyə qadir olacaqdır.
Fiziologiya morfoloji elmlərlə (anatomiya, histologiya və si-
tologiya) sıx əlaqədardır. Sərbəst elm kimi fəaliyyət göstərən böl-
mələrə – protistologiya, entomologiya, herpetologiya, ixtiologiya
aiddir. Bununla bərabər, bütün fizioloji tədqiqatlarda təkamül və
ekoloji aspektlər nəzərə alınmalıdır.
Psixologiya və digər humanitar elmlər
ilə əlaqəni ilk növbədə
insanın ali sinir fəaliyyətinin fiziologiyası həyata keçirir. Fizioloji
tədqiqat insan beyninin ali funksiyalarının bəzi xassələrini izah
edir. Bu funksiyaların həyata keçirilməsinin neyrofizioloji
mexanizmlərinin aydınlaşdırılması psixologiyanı şüur və təfək-
kürün maddi əsaslarının qavranmasına yaxınlaşdırır.
Sosial varlıq olan insanın təfəkkür qabiliyyəti, şüuru və
davranışları sosiologiyanın qanunauyğunluqlarına tabe olaraq,
insan cəmiyyətində onun həyat şəraitləri vasitəsilə təyin olunurlar.
Maddi fəlsəfə ali sinir fəaliyyətinin fiziologiyasında təbii-elmi
dəlilləri əldə edir.
Fiziologiyanın tibb, pedaqogika, baytarlıq, heyvandarlıq ilə
əlaqəsi ilk növbədə insan və heyvan fiziologiyasının bu elmlərin
nəzəri əsası olması ilə təyin olunur.
Fiziologiyanın tibb elmilə əlaqəsi həkimlərə mədə-bağırsaq
xəstəliyinin, vitaminlərin öyrənilməsində, skorbut, raxit xəstəli-
yini, mədəaltı vəzin
β-hüceyrələrinin
sintez etdiyi insulinin hor-
monunun kəşfi diabet xəstəliyini müalicə etməyə kömək etdi.
Fiziologiya təbabət və baytarlıq elmlərini müayinə məqsədilə
müalicə müəssisələrində geniş şəkildə istifadə olunan metodlar ilə
təmin edir.
Pedaqogika üçün müxtəlif yaş həddinə malik uşaqların
maarifləndirilməsi üçün əsas verən insanın ali sinir fəaliyyətinin
yaş fiziologiyası xüsusi maraq kəsb edir. Heyvandarlıqda
məhsuldarlığın artırılması, məsələn, qaramal və quşların əmlik
cinslərinin çəkisinin kökəldilməklə artırılması, süd
məhsuldarlığının, yumurta istehsalının artımı üçün funksiyaların
idarə olunmasına dair fizioloji mexanizmlərdən istifadə edirlər.
1.5. Fiziologiyanın inkişaf tarixi