E L e k t r o n b I z n e s


E L E K T R O N    B İ Z N E S



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə30/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
1   ...   26   27   28   29   30   31   32   33   ...   52

 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________108___________________________ 
 

 
Ticarət təşkilatları -13,8%; 

 
Nümayəndəliklər -21%; 

 
Profilli nəşriyyatlar -25%. 
İnternetin  Rusiya  seqmentində  mövcud  olan  iri  əczaçılıq 
şirkətlərinin informasiya serverlərinin yalnız 20%-i rus dilli tam 
funksional  serverdir.  Əczaçılıq  məhsulu  istehsal  edən  heç  bir 
fabrikin informasiya serveri yoxdur. Rusiya əczaçılıq mallarının 
elektron  bazarı  əsasən  ticarət  firmalarında,  həmçinin  İnternet 
vasitəsilə  pərakəndə  ticarət  həyata  keçirən  firma  apteklərində 
(əczaxanalarında) formalaşır.  
Tibbi  xidmətlər  və  dərmanlar  bazarı  dövlət  tərəfindən 
ciddi tənzimlənən sahələrə aidddir.  
Əczaçılıq  mallarının  elektron  bazarı  səhiyyə  sahəsinin  ən 
çox  inkişaf  edən  seqmentidir.  Bunun  daxilində  stomatologiya 
və tibbi texnika seqmentləri daha sürətlə inkişaf edir.  
Elektron  ticarət  meydançalarının  əsas  obyektləri 
aşağıdakılardan ibarətdir: 
Avadanlıqlar və alətlər; 
Həkimlərin və xəstələrin istifadə etdiyi materiallar; 
İnformasion və maarifləndirici proqramlar və nəşrlər. 
 
İNFORMASİON XİDMƏTLƏR 
 
Elektron  ticarətin  əsas  üstünlüklərindən  biri  mal  və 
məhsulların istehsalçıları ilə istehlakçıları arasında mövcud olan 
əlaqə  zəncirindəki  aralıq  həlqələrin  sayını  ixtisar  etməsidir. 
İngilis  dilli  ədəbiyyatda  bu  proses  dezintermediasiya 
(
disintermediation)  adlanır.  Yəni  bu  baxımdan,  İnternet 
texnologiyaları  həm  də  malgöndərmə  mexanizmlərinin 
təkmilləşdirilməsinə  yönəldilmişdir.  Lazım  olan  vaxtda 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________109___________________________ 
 
malgöndərmə  konsepsiyası  (
Just-in-time)  malgöndərən  və 
sifarişçi  təşkilatların  nəqliyyat  və  anbar  xidmətləri  ilə  məşğul 
olan təşkilatlardan asılılığını zəiflətməyə yönəlmişdir.  
Yeni  iqtisadiyyat,  ənənəvi  vasitəçi  şirkətləri  sıxışdırıb 
aradan  çıxarmağa  imkan  yaratmaqla,  eyni  zamanda  elektron 
ticarət bazarında informasiyanın yığılması və yayımı ilə məşğul 
olan  vasitəçilərin  yaranması  və  sürətlə  inkişafı  üçün  stimul 
yaradır.  İngilis  dilli  ədəbiyyatda  bu  şirkətlər 
infomediaries 
(
information intermediaries – informasion vasitəçilər)  adlanır. 
Nisbətən  tanınmış  yeni  tip  təşkilatlar  olan  axtarış 
portalları iqtisadi vasitəçilərdir. Portalların axtarış mexanizmləri 
kiberfəza  istifadəçilərinə  lazım  olan  mal  və  xidmətlərin 
haqqında  informasiya  yerləşdirilmiş  informasiya  serverlərini 
sadə  və  səmərəli  üsulla  axtarıb  tapmağa  imkan  verir.  Ticarət 
informasiya serverlərinin sahibi olan təşkilatlar öz serverlərində 
axtarış mexanizmlərinin mövcud olmasında maraqlıdırlar. Buna 
səbəb  elektron  mağazaların  assortimentlərinin  kütləvi  surətdə 
genişlənməsidir  ki,  bu  da  satıcını  öz  ticarət  markasını 
tanıtmaqda və müştəri tapmaqda ciddi çətinliyə salır. 
Hal-hazırda  B2C  seqmentində  informasion  vasitəçilərin 
təqdim  etdikləri  xidmətlər  bazarı  sürətlə  formalaşmaqdadır. 
Virtual satıcılar və alıcılar arasında yerləşərək axtarış portalları 
hər  iki  tərəfin  sorğularını  nəzərə  almağa  məcburdur.  Elektron 
ticarət  bazarının  mövcudluğunun  başlanğıc  mərhələsində 
satıcılar  və  alıcılar  axtarış  portallarından  informasion 
vasitəçilikdən  başqa  heç  nə  tələb  etmirdilər.  İndi  vasitəçilərə 
verilən tələblərin siyahısı əhəmiyyətli dərəcədə artmışdır.  
Elektron mağaza sahibləri informasion vasitəçiləri məcbur 
edirlər ki, həm informasiya serverlərinin adlarını, həm də satışa 
çıxarılan  malların  və  təklif  edilən  xidmətlərin  siyahısını 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________110___________________________ 
 
potensial  müştəriyə  çatdırsınlar.  Marketinq  menecerləri 
alıcıların  bəyəndikləri  mallar  və  xidmətlər  barədə  informasiya 
toplanmasında  olduqca  maraqlıdırlar.  Bu  informasiyanın  ən 
qiymətli  mənbəyi  axtarış  portalları  ola  bilər.  Elektron  ticarət 
meydançalarının 
sahibləri 
informasion 
vasitəçilərdən 
müştərilərin  cəlb  edilməsi  və  əldə  saxlanması  sahəsində 
rəqiblərin uğurları barədə informasiya toplamağı tələb edirlər.  
Elektron  ticarət  bazarının  mal  və  xidmətlərinin 
istehlakçıları  informasion  vasitəçilərdən  axtardıqları  mallar  və 
onların  qiymətləri  barədə  tam  və  təzə  informasiya almaqda 
maraqlıdırlar.  Son  zamanlar  axtarış  serverlərində  meydana 
çıxmış 
My Yahoo!  tipli  fərdiləşdirilmiş  səhifəcilkər  bu  marağı 
ödəmək üçündür. 
İnformasion 
vasitəçilərin 
mövcudluğunun 
iqtisadi 
məqsədəuyğunluğu  həm  elektron  satıcıların,  həm  də  son 
istehlakçıların bu xidmətlərə olan ehtiyacı ilə əsaslandırılır. B2C 
seqmentində  işləyən  informasion  xidmətlər  bazarının  gələcək 
inkişafının  aşağıdakı  əsas  istiqamətlərdə  gedəcəyini  gözləmək 
olar. 
Kiberfəzadakı  satıcı  və  alıcıların  cürbəcür  tələblərini 
ödəməyə  uyğunlaşmış  olduqca  azsaylı  universal  informasion 
vasitəçilər global, güclü informasion xidmətlər firmasına çevrilə 
bilirlər.  Kiçik  portallar  yalnız  dar  ixtisaslaşmış  bazar 
sektorlarında  və  ya  spesifik  alıcı  qruplarına  yönəlik  taxçalarda 
uğurla inkişaf edə bilirlər. 
İri  informasion  vasitəçilər  tədicən  sorğu  xidməti  bazarını 
ələ  keçirərək  elektron  ticarətin  müştərilərini  öz  axtarış 
mexanizmləri  ilə  işləmək  zərurətindən  azad  edirlər.  Lakin 
axtarış  portalı  nə  qədər  geniş  məlumat  verirsə,  bir  o  qədər 
böyük  olur.  Buna  görə  də  son  zamanlar  informasion 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə