E L e k t r o n b I z n e s


E L E K T R O N    B İ Z N E S



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə32/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
1   ...   28   29   30   31   32   33   34   35   ...   52

 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________115___________________________ 
 
Uğurlu  biznes  aparmaq  üçün  ixtiyari  bazar  iştirakçısı  olan 
elektron ticarət  və  ya  servis  şirkəti  hər  iki  qrupa  aid  olan 
şirkətlərdən  üstün  olmalıdır.  Rəqabətdə  üstünlük  qazanmağın 
bir sıra əsas üsulları vardır.  
Belə üsullardan biri ənənəvi rəqib şirkətlərlə müqayisədə 
mal  və  xidmətlərin  qiymətlərini  aşağı  salmaqdan  ibarətdir. Bu 
halda,  bütün  başqa  bərabər  şərtlərdə,  kim  pula  daha  çox 
qənaət  edə  bilirsə,  o  da  konkret  dəyər  əlavəsinə  nail  olur. 
Kiberfəzada  fəaliyyət  göstərən  şirkətlərdən  qiymət  endirə 
bilənlər  yalnız  icarə  haqlarının,  əmək  haqqı  və  transaksiya 
xərclərinin nisbətən aşağı səviyyəsinə istinad edənlərdir.  
Çox  hallarda,  məsələn,  elektron  birjalarda  qiymətlərin 
endirilmək  imkanı  vasitəçilərdən  imtina  imkanı  ilə  bağlıdır. 
Lakin təcrübə göstərir ki, qiymətlərin endirilməsi virtual şirkətə 
yalnız  qısamüddətli  səmərə  verə  bilir.  Çünki  onun  qiymət 
siyasəti  rəqib  şirkətlər  tərəfindən  tezliklə  qəbul  edilir.  Bundan 
əlavə, qiymət endirimi iflasa səbəb olan təhlükəli üsuldur. 
Rəqabət  qabiliyyətinin  yüksəldilməsi  üçün  daha  məqbul 
üsul  istehlakçılara  təklif  edilən  mal  və  xidmətlərə  dəyər  əlavə 
edilməsinin  təkmilləşdirilməsindən  ibarətdir.  Bu,  adətən 
müştəriyə  göstərilən  servisin  səviyyəsinin  yüksəldilməsi  və 
münasibliyi formasında  həyata  keçirilir.  Ənənəvi  şirkətlər 
qarşısında  kiberfəza  yeni  texnologiyalar  hesabına  üstün  şərait 
yaradır.  İnformasion  infrastruktur  eyni  zamanda  həm  də 
müəyyən  tip  malların  (proqram  təminatının,  audio  yazıların, 
qiyabi  məsləhət  mətnlərinin)  ünvana  çatdırılması  mühitidir. 
Kiberfəzaya  xas  olan  problem  tranzaksiyaların  ödənməsinin 
təhlükəsizliyinin  təmin  edilməsindən  ibarətdir.  İkinci  problem 
onlayn rejimdə ödəmələrə inamsızlıqdır. 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________116___________________________ 
 
Elektron  biznes  üçün  xarakterik  olan  mal  və  xidmətlərin 
dəyərinin  artırılması  priyomu  alıcıya  fərdi  yanaşmaqdan 
ibarətdir.  
Yahoo!  portalının  menecerlərinin  təklif etdiyi  texnologiya 
müştərilərlə  qarşılıqlı  münasibətlərin  möhkəmləndirilməsinə 
ciddi kömək edir. 
      
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________117___________________________ 
 
ELEKTRON BİZNES ÜÇÜN TEXNOLOJİ 
HƏLLƏR 
 
1973-cü  ildə  Robert  Ken  və  Vinston  Serf  International 
Network  Working  Group  seminarında  çıxış  edərək  İnternet 
şəbəkəsinin  fəaliyyətinin  əsas  prinsiplərini  qısaca  dürüst  ifadə 
etdilər.  Həmin  ildə  ABŞ  ərazisində  fəaliyyət  göstərib  inkişaf 
edən ARPANET həqiqi qlobal şəbəkəyə çevrildi. Belə ki, ABŞ-ın 
ARPANET  şəbəkəsi  London  Universitet  kollecinin  və  Norveç 
Krallığının  radiolokasiya  cəmiyyətinin  hesablayıcı  resursları  ilə 
əlaqələndirildi. 1980-ci illərin əvvəllərinə İnternetin TCP/IP adlı 
baza telekommunikasiya protokolları ailəsi formalaşdı, elektron 
poçt,  faylların  ötürülməsi  protokolu  (FTP),  qlobal  advermə 
xidməti  (DNS)  kimi  İnternet  üçün  xarakterik  olan  çoxsaylı 
texnologiyalar  təşkil  edildi,  texniki  sənədləşdirildi  və  sınaqdan 
keçirildi. 
Texnologiyalar  inkişaf  etdikcə,  kompüter  texnikası 
ucuzlaşdıqca,  potensialı  şəbəkə  texnologiyalarının  inkişafına 
yardımçı  olan  yeni  universitetlər,  elmi-tədqiqat  müəssisələri 
layihəyə  qoşuldular.  1971-ci  ildə  ARPANET  şəbəkəsi  15 
düyündən ibarət idi. 1972-ci ildə düyünlərin sayı 40-a, 1977-ci 
ildə  100-ə  çatdı.  1984-cü  ildə  1000  düyün,  1986-cı  ildə  5000 
düyün, 1989-cu ildə 100 min düyün fəaliyyət göstərirdi. 1990-
cı  ildə  milli  və  beynəlxalq  qlobal  şəbəkələrdə  xüsusi  şlüzlərlə 
birləşdirilmiş  300  min  düyün  fəaliyyət  göstərirdi  ki,  bunlar  da 
müxtəlif dövlət, kommersiya və digər təşkilatları təmsil edirdi. 
Beləliklə,  aydın  oldu  ki,  kompüter texnologiyalarına  əsaslanan 
transmilli telekommunikasiya infrastrukturu yaranmışdır. 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________118___________________________ 
 
Kommunikasiya infrastrukturunun informasiya 
infrastrukturuna  çevrilməsi  Tim  Berners-Li  tərəfindən  ixtira 
edilən 
və 
İnternetə 
yönəldilən 
hipermətn 
sənədi 
konsepsiyasının  nəşri  ilə  bağlıdır.  Beləliklə,  T.Berners-Li 
Ümumdünya  hörümçək  torunun  (WWW  və  ya  Veb) texnoloji 
əsasını yaratdı. 
 
QEYD: Sayt ingiliscə Website sözbirləşməsindən əmələ 
gəlmişdir, burada “web – hörümçək toru, şəbəkə” və “site – 
yer”  anlamını  veriri.  Site  sözü  hərfi  mənada  “şəbəkədə  yer, 
seqment, hissə” deməkdir. Sayt ümumi ünvana (domen adlı 
və ya IP ünvanlı) malik kompüter şəbəkəsində hüquqi şəxsin 
və  ya  təşkilatın  elektron  sənədlər  (fayllar,  verilənlər  və 
kodlar)  sistemidir.  Bütün  saytların  toplumu  Ümumdünya 
Hörümçək Torunu əmələ gətirir. 
Dünyada ilk saytı (
info.cem.ch saytı) 20 dekabr 1990-cı 
ildə  Tim  Berners-Li  yaratmışdır.  Müəllif  yaratdığı  saytda 
World Wide Web texnologiyası haqqında məlumat vermişdir. 
Sayt HTTP verilənlər protokolu texnologiyasını, URL ünvanlar 
sistemini  və  HTML  hipermətn  dilini  dəstəkləyirdi.  Yaradılmış 
sayt dünyada ilk İnternet-kataloq oldu. 
İndiki  zamanda  Tim  Berners-Li  yaratdığı  Ümumdünya 
Hörümçək  Toru Konsorsiumuna (World Wide Web 
Consortium)  rəhbərlik  edir.  Təşkilat  İnternet  standartlarının 
tədqiqatı və tətbiqi ilə məşğul olur. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə