E L e k t r o n b I z n e s



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə40/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
1   ...   36   37   38   39   40   41   42   43   ...   52

 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________142___________________________ 
 
 
Mark  Andrissen  (ingiliscə  Marc  Andreessen)  9  iyul 
1971-ci  ildə  Amerikanın  Ayova  ştatındakı  Sudar-Fols 
şəhərində  anadan  olmuşdur.  Amerika  mühəndisi,  investoru 
(bir  işə  və  ya  müəssisəyə  kapital  qoyan  adam)  və 
sahibkarıdır.  NCSA  Mosaic  brauzerinin  yaradılmasında  əsas 
rol oynamışdır.  Netscape Communications  şirkətinin 
yaradıcılarından biridir.
 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________143___________________________ 
 
 
Erik Con Bin 1964-cü  ildə  anadan  olmuşdur.  Mosaic 
çoxformatlı  brauzerin  yaradıcılarından  biri,  Netscape–nin 
həmtəsisçisidir.  1993-cü  ildə  Mark  Andrissen  ilə  birlikdə 
Mosaic  adlı  brauzerinin  birinci  versiyasını  yaradır.  O  zaman 
Erik Bin NCSA-da işləyiridi. 1995-ci ildə E.Bin M.Andrissen ilə 
birlikdə  ACM  proqram  təminatının  Sistem  Mükafatına  layiq 
görülür. 
 
 
 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________144___________________________ 
 
HİPERMƏTN VERİLƏNLƏRİNİN ÖTÜRÜLMƏSİ 
PROTOKOLU 
 
HTTP  adlanan  bu  protokol  əməliyyat  sisteminin 
informasiya  ötürən  vasitələri  üzərində  qurulmuş  yüksək 
səviyyə  protokoludur. 
HTTP  protokolunun birinci versiyası 
sorğunun  məqsədini  göstərmək  üçün  istifadə  edilən  açıq 
metodlar çoxluğudur.  Verilmiş  metodun  tətbiq  edilə  biləcəyi 
informasiya  resursunu  göstərmək  üçün  resursun  universal 
identifikatorundan (
URI  -  Universal Resource Identifier) 
istifadə  edilir.  Dialoq  iştirakçılarının  xəbər  mübadiləsi  etdikləri 
format İnternetin elektron poçtundakı formatla oxşardır. 
Hipermətn  verilənlərinin  ötürülməsi  protokolu  həmçinin 
universal  müştərilər  arasındakı  kommunikasiyalar  üçün,  daha 
doğrusu,  İnternetdə  istifadə  edilən 
SMTP, FTP  və  s.  kimi 
protokollar  üzrə  müraciəti  reallaşdıran  xüsusi  serverlər 
arasında əlaqə yaratmaq üçün istifadə edilir.  
Hipermətn  verilənlərinin  ötürülməsi  protokolu  “sual-
cavab” ideologiyasına əsaslanır. Müştəri serverlə əlaqə yaradıb 
aşağıdakı formada sorğu göndərir: 

 
Sorğu metodu; 

 
URI; 

 
Protokolun versiyası; 

 
Bunun  arxasınca  sorğunu  idarə  edən informasiyadan 
ibarət xəbər; 

 
Müştəri  barədə  informasiya  və  ola  bilsin,  xəbərin  özü 
(mətni). 
Server, protokolun versiyası və vəziyyətin (uğurun və ya 
səhvin)  kodu  da  daxil  olmaqla,  vəziyyətin  diaqnostikasından 
ibarət  xəbərlə  cavab  verir  ki,  bunun  arxasınca  da  server 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________145___________________________ 
 
barədə  informasiya,  cavab  barədə  metainformasiya  və  ola 
bilsin, cavabın mətni gəlir.  
Rabitə seansını müştəri sorğu ilə açır, server isə cavabla 
bağlayır.  Lakin  bu  qaydanın  gözlənilməsi  heç  də  mütləq 
deyildir. 
 
UNİVERSAL RESURS GÖSTƏRİCİSİ 
 
Hipermətn 
sənədlərində, 
sənədin 
səhifələrinin 
yerləşməsini və cari və digər serverlərdəki digər informasiyanı 
vermək  üçün  universal  resurs  göstəricisindən  (
URL)  istifadə 
edilir. 
URL aşağıdakıları əhatə edir: 

 
Resursa  müraciət  metodu,  başqa  sözlə,  müraciət 
protokolu (əksər hallarda bu, 
http-dir); 

 
Resursun şəbəkə ünvanı (bir qayda olaraq, informasiya 
serverinin simvolik adıdır); 

 
İnformasiya serverindəki səhifəyə virtual yol. 
Ümumi şəkildə 
URL formatı aşağıdakı kimidir: 
 
 
method:/ / host[:port]/ virtual_path/ filename 
 
 

 
method  parametri  çox  hallarda  susma  qiyməti  olan 
http qiymətini alır. Bu parametr həmçinin, ftp və ya file 
qiymətlərini  də  ala  bilir.  Belə  ki,  sorğudakı  resurs  FTP-
serverdədirsə, 
method  parametri  ftp, lokal fayl 
sistemindədirsə,
  file  qiymətini  alır.  Başqa  qiymətlər 
kifayət qədər nadir hallarda istifadə edilir. 

 
host  parametri  resursun  şəbəkə  ünvanını  verir, 
məsələn, 
www.it.ru
.  Ünvan  adətən,  simvolik  formada 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________146___________________________ 
 
verilir,  hərçənd  ki,  gerçək 
IP-ünvan  vermək  də  müm-
kündür. 

 
port  parametri  serverlə  qarşılıqlı  fəaliyyət  göstərən 
portun  nömrəsini  verir.  Protokol  üçün  bu  parametrin 
standart qiyməti 80-dir. Digər port nömrələri də istifadə 
edilə bilər. 

 
virtual_path  parametri  axtarılan  səhifədə  yerləşən 
məlumat mənbəyinə müraciətin virtual yolunu verir. Bu 
ona  görə  virtual  yol  adlanır  ki,  informasiya  resursunun 
sahibi  həmin  resursun  mövcud  olduğu  müddət  ərzində 
onun  dəyişilməzliyini  təmin  etməlidir.  Virtual  yolun 
gerçək  yol  kimi  təqdim  edilməsi  serverdəki  əməliyyat 
sisteminin  işidir.  İstifadəçi  üçün  virtual  yol  hər  cür 
aparat-proqram  təminatı  dəyişikliyi  şəraitində  də 
dəyişilməz qalmalıdır. 

 
filename  parametri  axtarılan  səhifədə  yerləşən 
verilənlərin  mənbəyini  verir.  Mənbə  kimi, 
HTML  dilində 
yazılmış  səhifənin  saxlandığı  faylın  adı  və  ya  lazımi 
səhifəni formalaşdıran ssenari faylının adı göstərilə bilər. 
 
VB SERVERLƏRİNİN İNFORMASİYA SERVERİ 
İNFRASTRUKTURUNA İNTEQRASİYA OLUNMASI 
METODLARI 
 
VB serverinin informasiya serveri infrastrukturuna 
inteqrasiya  edilməsinin  ənənəvi  metodu  serverlərin  tərkibinə 
daxil  olan  müvafiq  proqram  təminatından  istifadə  edilməsidir. 
HTTP-serverlərin  əksəriyyətinin  proqram  təminatı  VB-dəki 
verilənlərə  müraciət  etmək  üçün  şlüzlərə  malikdir.  VBİS-lərin 
əksəriyyətinin  proqram  təminatında  da 
HTML-səhifələrini 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə