E L E K T R O N B İ Z N E S
_________________________173___________________________
Ştrixkoddan istifadə olunmasında bəzi maraqlı fakrlar
mövcuddur.
1.Ilk ştrixkod verilmiş məhsul Wrigley’s saqqızıdır.
Ştrixkodlu saqqız 26 iyun 1974-cü ildə, saat 8
01
-də,
auksionda baha qiymətə həvəskara satılmışdır. İndiki zaman
kimi Smitson institutunun muzayində saxlanılır.
2.Onüç rəqəmli informasiyanı ştrixləməkdən ötrü 12
ştrix qrupa malik rəqəm tələb olunur.
2.Ştrixkod fotoqrafik pozitivdə, həmçinin neqativdə
eyni şəkildə müəyyən edilir.
4.Kino filmləri montaj edərkən Keykod ştrix kodundan
istifadə olunur.
5.Nəzəri olaraq 14-cü rəqəmdən də ştrix kodda
istifadə etmək olar.
6.Bəzi kitablara verilmiş ştrix kodda kitabın çap
olunduğu ölkənin prefiksi (önşəkilçi) yazılır.
7.”İşgüzar Peterburq” (“Деловой Петербург”)
qəzetinin hər təzə nəşri yeni ştrix kod ilə nəşr olunur.
8.Bəzi məhsullar eyni zamanda EAN və UPC ştrix
koduna malik olur.
9.Rusiya
Federasiyası
Prezidentinin
bütün
E L E K T R O N B İ Z N E S
_________________________174___________________________
sərəncamları 2 rəqəmi ilə başlayan ştrix koda malikdir.
10.Hitman
Агент 47 adlı kompüter oyunlarının
qəhrəmanının başının arxasına (peysərinə, ənsəsinə) 47
ştrix kodu həkk edilmişdir.
Maqnitli kartlar və ya maqnit zolaqlı kartlar. Bu kartlar
dünya bazarında geniş yayılmışdır. Hal-hazırda 2 milyarddan
atrıq belə kartdan istifadə edilir. Maqnitli kartlar bazarı inkişaf
etmiş ölkələrin əksəriyyətində qərarlaşmışdır. Buna görə də bu
kartların tətbiqi hələ uzun müddət davam edəcəkdir. Rusiyada
maqnitli kartlar ğdəmə sisteminin elementi kimi, nəqliyyatda, o
cümlədən Moskva metropolitenində uğurla tətbiq edilir. Bu
kartlar Bakı metropolitenində də tətbiq edilir və tezliklə şəhər
nəqliyyatı da bu kartlara keçiriləcəkdir.
Maqnit zolağı kartın arxa tərəfində
ISO 7811 standartına
uyğun, 3 cığırdan ibarətdir. Cığırlardan ikisi identifikasiyaedici
verilənləri saxlamaq üçün, üçüncü cığır isə əlavə informasiya,
məsələn, debet kartlarında hesabdakı qalığın cari qiymətini
yazmaq üçündür. Adətən maqnitli kart bir dəfə yazılır və sonra
yalnız oxuma rejimində istifadə edilir. Maqnitli kart ştrix-kodlu
karta nəzərən daha yaxşı qorunur. Lakin bu kartlar fırıldaqçılar
üçün kifayət qədər münasibdir. Buna görə də bu kartlarda
əlavə mühafizə tədbirləri görmək, qoloqramlardan, qeyri-
standart şriftlərdən və s. istifadə etmək lazım gəlir.
Hal-hazırda maqnit zolaqlı
Visa, MasterCard, AmEx
kartları intensiv istifadə edilir. Lakin bu kartlar hamı tərəfindən
və hər yerdə istifadə edilmir.
Bu kartların üstündə ilk 6 rəqəm bankın kodu, növbəti 9
rəqəm kartın bank nömrəsi, sonuncu 5 rəqəm nəzarət
rəqəmidir ki, bunun da son 4 rəqəmi qoloqramla həkk edilir.
E L E K T R O N B İ Z N E S
_________________________175___________________________
Bundan əlavə burada kartın fəaliyyət müddəti və sahibinin adı
yazılır. Kartın arxasında maqnit zolağı və imza üçün yer vardır.
İlk plastik kartın yaradılması ilə ödəmə sistemində
nağdsız hesablaşmalar sahəsində inqilab başlandı. Plastik kart
da zəif qorunur. Bu kartın nöqsanlarından biri də qalığın cari
qiymətinin göstərilməməsidir. Maqnit zolağında balans və ya
maliyyə tranzaksiyalarının yazılması üçün yer yoxdur.
Maqnitli kartı fırıldaqçılardan qorumağın yeganə münasib
üsulu şübhə yaranan kimi, prosessinq mərkəzində kartı
operativ avtorizasiya etdirmək və hər bir ticarət məntəqəsində
PİN-kodu yoxlamaqdır. Son 10 ildə dünya bankları telekommu-
nikasiyanın inkişafına milyonlarla dollar sərmayə qoymuşlar.
Bunun nəticəsidir ki, bütün bankomatlar operativ avtorizasiya
rejimində işləyir.
Mikroprosessorlu kartlar (smart-kartlar, intellektual
kartlar). Bu kartlarda informasiya mikrosxemə yazılır.
Yaddaşlı kartlar (memory card). Bunlar ən sadə
mikroprosessorlu kartlardır. Bunlarda yaddaş qurğusu vardır.
Bu qurğu mikrosxem yaddaşıdır. Kartın yaddaş tutumu 32
baytdan 16 kilobayta qədərdir.
Yaddaş 2 formada gerçəkləşdirilir:
•
EPROM – bir dəfə yazılıb, çox dəfə oxunur;
•
EEPROM - dəfələrlə yazılıb, dəfələrlə oxunur.
Yaddaşlı kartlara əsaslanan ödəmə sistemləri maqnitli
kartlara nisbətən daha yaxşı qorunur. Bu kartlara
off-line
rejimində, yəni prosessinq mərkəzi ilə operativ əlaqə
yaratmadan da xidmət göstərmək mümkündür.
Yaddaşlı kartlar 2 tip olur: qorunan və qorunmayan
yaddaşlı kartlar. Qorunmayan yaddaşlı kartlara dəfələrlə yazıb-
oxumaq mümkündür. Bu kartlar ucuz, verilənləri idarə etmək
E L E K T R O N B İ Z N E S
_________________________176___________________________
sadədir. Lakin təhlükəsizlik səviyyəsi aşağıdır. Qorunan
yaddaşlı kartlarda yaddaşın xüsusi identifikasiya sahəsi və bir-
neçə tətbiqi sahələri vardır. İdentifikasiya sahəsi bir dəfə,
fərdiləşdirmə zamanı yazılır. Sonrakı istifadə müddətində yalnız
oxuma rejimi işləyir. Tətbiqi sahələrə yalnız xüsusi açar (parol)
vasitəsilə daxil olmaq mümkündür. Yaddaşlı kartlar maqnitli
kartlara nisbətən bahadır. Lakin son zamanlar bunlar da xeyli
ucuzlaşmışdır. Bu kartların qiyməti mikrosxemin qiymətindən
asılıdır. Mikrosxemin qiyməti isə yaddaşın tutumu ilə bağlıdır.
Yaddaşlı kartların bir növü də
sayğac-kartlardır. Bunların
yaddaşındakı məlumat yalnız müəyyən qeyd edilmiş kəmiyyət
qədər dəyişə bilir. Məsələn, avtomat telefon xidmətindən
istifadə etdikdə edilən ödəniş bu qəbildəndir.
Yaddaşlı kartlar bilavasitə mikrosxemdə hər hansı
alqoritmik əməliyyat aparmağa imkan vermir. Parolun
yoxlanması yalnız xarici qurğularda aparıla bilər. Bu isə parolun
xarici qurğu tərəfindən tutulmasına imkan yaradır ki, bu da
yolverilməz və aradan qaldırılmazdır.
Smart-kartlar. Mikroprosessorlu smart-kart
mikrokompüterdir. Yəni bunun mərkəzi prosessoru və
çoxsəviyyəli yaddaşlar sistemı vardır. Nisbətən güclü mikro-
prosessorlu kartın parametrləri 1980-ci illərin fərdi
kompüterlərinin parametrlərinə yaxındır. Məsələn,
GEM+
MCOS 16K EE DES, ST8/SGS-Thompson kartının
xarakteristikaları aşağıdakı kimidir:
•
ST8/SGS-Thompson prosessoru 8-bitlik, Motorola 6805
əmrlər sisteminə malikdir;
•
RAM yaddaş -160 bayt;
•
ROM yaddaş -6144 bayt;
•
EEPROM yaddaş – 2048 bayt.
Dostları ilə paylaş: |