E L E K T R O N B İ Z N E S
_________________________185___________________________
kriptoqrafiyanı əks etdirir.
Kriptoqrafiya haqqında verilmiş qanun abonentlərin
şantaj olunması və ya abonentin satın alınması, onun
aldanılması, mənzilinin və ya avtomobilinin açarının
oğurlanması, onun həyatını təhlükə altına alan hədələrin
həyata keçirilməsi, müdafiə edilən verilənlər bazasından
informasiya alarkən ona edilmiş təhlükə və s. hallar baş
verdikdə subyektin müdafiəsi ilə məşğul olmur.
Kriptoqrafiya qədim elm sahələrindən biridir, onun
yaranma tarıxı bir neçə min illər əvvələ (təxminən 4 min il
əvvələ) gedib çıxır.
Kriptoqrafiyadan istifadənin birinci dövründə (təxminən
3 min il əvvəl) şifrələnmə üçün monoəlifbadan (yazıda
istifadə edilən hərflərin digər hərflər və ya simvolar ilə əvəz
edilməsi) geniş istifadə olunurdu.
Kriptoqrafiyadan istifadənin ikinci dövründə (IX
əsrdən başlayaraq Yaxın Şərqdə (dövrünün görkəmli alimi
abu Yusif Yaqub ibn İshaq əl-Kindi), XV əsrdən başlayaraq
Avropada (Leon Battista Albert - XX əsrin sonlarına kimi)
şifrələmə üçün çoxəlifbalıqdan geniş istifadə edilməyə
başlanıldı.
Kriptoqrafiyadan istifadənin üçüncü dövründə (XX əsrin
başlanğıcı və XX əsrin ortalarına kimi) şifrələmə
əməliyyatlarını yerinə yetirmək üçün elektromexaniki
qurğulardan istifadə olundu. Bu məqsədlə qurğuları işlətmək
üçün şifrələyicilər işə qəbul edilirdi. İnformasiyanın
şifrələnməsi zamanı çoxəlifbaliq sisteminə daim mürəciət
edilirdi.
E L E K T R O N B İ Z N E S
_________________________186___________________________
Müxtəlif zamanlarda istifadə edilən kriptoqrafiya alətləri
İnformasiyanın şifrələnməsinə nümunə kimi İkinci
Dünya Müharibəsində istifadə edilən ENİQMA hesablama
maşınından istifadəni göstərmək olar.
Kriptoqrafiyadan istifadənin dördüncü dövrü (XX əsrin
ortalarından keçən əsrin 70-ci illərinə kimi) riyazi
kriptoqrafiyaya keçid dövrü adlanır. Görkəmli alim
K.Şennonun
əsərlərində
informasiyanın
ölçülməsi,
verilənlərin ötürülməsi, entropiya, şifrələmə funksiyası kimi
terminlərdən istifadə olunur və bu terminlər sonralar elmə
daxil olur. Şifrələnmiş informasiyanın müəyyənləşdirilməsi
üçün “xətti differensial kriptoanaliz”dən istifadə olunmağa
başlanılır. Bütün bunlara baxmayaraq 1975-ci ilə kimi
E L E K T R O N B İ Z N E S
_________________________187___________________________
kriptoqrafiyada “klassik” üsillardan istifadə olunurdu.
Kriptoqrafiyanın müasir dövrdə inkişafı (keçən əsrin
70-ci illərinin sonundan inkidiki zaman kimi) bu sahədə yeni
istiqamətin – açıq açar prinsipli kriptoqrafiya - yaranmasına
səbəb oldu. Müasir sahənin yaranması təkcə yeni texniki
qurğulardan istifadə ilə deyil, həmçinin kriptoqrafiyadan
fərdi şəxslərin istifadəsilə də bağlı oldu (əvvəlki dövrlərdə
kriptiqrafiyadan ancaq dövlət səviyyəsində istifadə
olunurdu). Şəxsi adamların kriptoqrafiyadan istifadə etməsi
müxtəlif ölkələrdə müxtəlif cür qarşılanır, bəzi ölkələrdə
buna qadağa qoyulsa da, bəzi ölkələrdə buna geniş imkanlar
yaradılır.
Müasir kriptoqrafiya müxtəlif elmi istiqamətlər
(riyaziyyat elminin informatika elmi ilə kəsişməsində)
yaratmışdır. Bu barədə elmi jurnallarda mütamadi məqalələr
çap edilir. Kriptoqrafiyadan istifadə müasir cəmiyyətin
ayrılmaz bir hissəsinə çevrilmişdir. Ondan elektron
kommersiyada, elektron sənəd dövriyyəsində, rəqəmsal
imzada, telekommunikasiya sahəsində və digər sahələrdə
geniş istifadə olunur.
Müasir kriptoqrafiyada şifrələmənin açıq alqoritmindən
istifadə edilir. İndiki zamanda sınaqdan çıxmış onlarla
alqoritm istifadə edilir. Belə alqoritmlərə misal kimi
aşağıdakıları göstərmək olar:
•
Simmetrik DES, AES, DÜST 28 147-89, Camellia,
Twofish, Blowfish, IDEA, RC4 və s;
•
Asimmetrik RSA və Elqamai (El-Qamal);
•
Xeş-funksiya MD4, MD5, MD8, SHA-1, SHA-2, DÜST
R 34.11-94 və s.
Bir çox ölkələrdə standart milli şifrələmədən istifadə
E L E K T R O N B İ Z N E S
_________________________188___________________________
olunur. 2001-ci ildə ABŞ-da AES (Rindael alqoritminə
əsaslanan, açarın uzunluğu 128, 192 və 256 bit olan)
standart simmetrik şifrələmədən istifadə edilir. Rusiya
Federasiyasında DÜST 28 147-89 standartına üstünlük
verilir.
E L E K T R O N B İ Z N E S
_________________________189___________________________
Əbu Yusif Yaqub ibn İshaq əl-Kindi (elm aləmində əl-
Kindi kimi məşhurdur) ərəb fəlsəfəsiçisi, riyaziyyatçı, musiqi
nəzəriyəçisi, astronom kimi tanınır. İraqın Bəsrə şəhərində
(bəzi məlumatlara görə Kufə şəhərində) anadan olmuşdur.
Mühəmməd ibn Musa əl-Xorezmi tərəfin-dən Bağdadda təşkil
olunmuş “Müdriklər evi”n-də keçirilən tədbirlərdə iştirak
etmiş, orada elmi işlər ilə məşğul olmuşdur. Bağdada
rəhbərlik edən əl-Mamunun (813-833-ci illər) və əl-
Mutasimin (833-842-ci illər) əziz (istəkli) adamlarından biri
olmuşdur. Sonrakı illərdə (əlk-Mütavəkkilin rəhbərliyi
dövründə) daim şəhərdən-şəhərə qovulmuş, təqib olunmuş,
daim axtarışda olmuşdur. əl-Kindi metafizika elmində çoxlu
sayda traktatların müəllifidir. Bununla yanaşı məntiq, etika,
riyaziyyat, kriptoqrafiya, astrologiya, təbabət, metrologiya,
optika, musiqi kimi elm sahələri ilə dərindən məşğul olmuş,
bu elm sahələrinə dəyərli tövhələrini vermişdir. Alimi Qərbi
Avropada Alkindus kimi tanıyırlar.
əl-Kindi islam aləmində Aristotelin əsərlərinə müraciət
edən ilk alimdir. Aristotelin əsərlərindən qaynaqlanan alim
peripatetizmin (materializm ilə idealizm arasında tərəddüd
edən qədim yunan filosofu Aristotelin nəzəriyyəsi) əsasını
qoyur. Bu ərəfədə alim “Aristotel əsərlərinin xülasəsi”, “Beş
mahiyyət haqqında”, “Yaranmanın və məhv olmanın əsas
səbəbləri”, “Əşyaların müəyyən edilməsi və təsvir edilməsi”
əsərlərini yazır.
Aristotelin əsərlərini təhlil edən alim belə nəticəyə gəlir
ki, “qədim (köhnə) heç bir zaman mövcud olmayan ola
bilməz”. Köhnənin var olması heç bir şeydən asılı deyil, əgər
onun məhv olması üçün bir səbəb yoxdursa, o, məhv
olmayacaq və dəyişməyəcək, çünki o cisim deyil. Alim
Dostları ilə paylaş: |