E L E K T R O N B İ Z N E S
_________________________168___________________________
Ödəmə sisteminin subyekti olaraq kart istifadə edən
şəxsin identifikasiya edilməsi üçün emitent-bankın və ödəmə
sisteminin loqotipləri, kart sahibinin adı, hesab nömrəsi, kartın
fəaliyyət müddəti kart üzərinə həkk edilir. Bundan əlavə, kartın
üzərində sahibinin şəkli və imzası qeyd edilə bilər. Məsələn,
Сберкарт sistemində bu texnologiyadan istifadə edilir. Şəklin
olması kart vizual identifikasiya etməyə imkan verir. Lakin
avtomatlaşdırılmış identifikasiya üçün vizual identifikasiya
kifayət deyildir. Bundan əlavə, avtomatik avtorizasiya
prosedurunun icrası üçün lazımi verilənlərin karta daxil
edilməsi vacibdir. Bunun üçün müxtəlif fiziki mexanizmlərdən
istifadə edilir.
Ştrix-kodlu
kartlar. Bu kartlarda identifikasiyaedici
element kimi, məhsulların markirovka edilməsi üçün tətbiq
edilən koda analoji olan ştrix-koddan istifadə edilir. Kod yazılan
zolaq qeyri-şəffaf materialla örtülmüş olur və yalnız infraqırmızı
şüa ilə oxunur. Ştrix-kodlu kartlar çox ucuzdur. Lakin zəif
qorunur. Buna görə də ödəmə sistemində tətbiq edilmir.
QEYD:
Şrix-kod dedikdə səth üzərinə çəkilmiş qara və
ağ zolaqlar (və ya digər həndəsi fiqur) ardıcıllığından ibarət
qrafiki informasiya nəzərdə tutulur. Markalanmış və ya
qablaşdırılmış məmulatın üzərindəki bu zolarlar texniki
vasitələrin koməyilə təhlil edilir və məmulat haqqında
müəyyən məlumatı almağa imkan verir.
1948-ci ildə ABŞ-ın Pensilvani ştatının Filadelfiya
şəhərindəki Dreksel Universitetinin Texnologiya institutunun
aspirantı Bernard Silver (Bernard Silver: 1924-1963)
təsadüfən yerli ərzaq şəbəkəsinin prezidentinin fakultə
dekanı ilə istehsal olunmuş məhsula nəzarət edilməsi barədə
E L E K T R O N B İ Z N E S
_________________________169___________________________
informasiyanı oxuya bilən avtomatlaşdırılması sisteminin
yaradılması barədə söhbətini eşidir. Silver eşitdiyi söhbət
barədə dostları Norman Cozef Vudlanda (Norman Joseph
Woodland) (1921—2012) və Cordin Cohansona (Jordin
Johanson) danışır. Dostlar həmin gündən başlayaraq
müxtəlif məhsullar üzərindəki cürbəcür markaları təhlil
etməyə başlayırlar. Bir müddət araşdırmalardan sonra
dostlar ilk işləyən sistemi yaradırlar. Sistem ultrabənövşəyi
mürəkkəbdən istifadə etməklə işləyirdi. O zaman istifadə
olunan ultrabənövşəyi mürəkkəb həddindən artıq baha
qiymətə olmaqla yanaşı keyfiyyətsiz olduğu üçün rəngi tez
solurdu. Bu dostlar üçün böyük prpoblem idi.
Bernard Silver
Norman Cozef Vudland
Sistemin həyata keçən olduğuna əmin olan
N.C.Vudland Filadelfiyanı tərk edir və Floridaya köçür. Bir
E L E K T R O N B İ Z N E S
_________________________170___________________________
müddət
atasının
evində
məskunlaşır
və
burada
araşdırmalarını davam etdirir. Araçdırmalar nəticəsində bu iş
üçün Morze əlifbasının əlverişli olduğunu müəyyənləşdirir. 20
oktyabr 1949-cu ildə Silver və Vudland yaradıqları sistemə
patent almaq üçün müraciət edirlər və 7 oktyabr 1952-ci ildə
patent alırlar. 1951-ci ildə Silver və Vudland ideyalarının
həyata keçirilməsi üçün IBM şirkətini maraqlandırmağa cəhd
göstərirlər. IBM şirkəti alınmış məlumatın təhlil edilməsindən
ötrü mürəkkəb avadanlığın hazırlanmasını nəzərə aldığı üçün
onların təklifi rədd edir və onları əmin edir ki, gələcəkdə bu
məsələni ətraflı araşdıracaq.
Samuel Finli Briz Morze
Morzenin aparatı
Carəsiz qalan Silver və Vudland 1952-ci ildə patenti
Filko şirkətinə (Philco - şirkət sonralar Helios Electric
E L E K T R O N B İ Z N E S
_________________________171___________________________
Company adlandırılır) satırlar. Həmin ildə də şirkət patenti
RCA şirkətinə baha qiymətə satır.
Müxtəlif ştrixlərdən istifadə olunur.
Xətti ştrix. Xətti ştrixi əksər vaxtlar zolaqlı kod da
adlandırırlar. Ən çox yayılmış xətti ştrixlər bunlardır: 8
rəqəmli
EAN-8
,
13
rəqəmli
EAN-
13,
Code56,
Code128,
Codabar və s. Xətti ştrixdən çox da
böyük olmayan informasiyanı kodlaşdırmaq üçün istifadə
olunur.
İkiölçülü ştrix kod. Böyük həcmdə olan
informasiyanı kodlamaq üçün istifadə olunur. Kodun
şifrələnməsi iki ölçüdə (üfqi və şaquli ölçüdə) aparılır.
İkiölçülü kod çoxsəviyyəli (stacked) və matrisalı (matrix)
koda bölünür. Tarixi baxımdan çoxsəviyyəli kod daha keçmiş
zamanda yaranmışdır.
Xətti ştrix kod
Həkimin yazdığı resept üzərində
ikiölçülü ştrixkod
E L E K T R O N B İ Z N E S
_________________________172___________________________
“Wikipedia, the free encyclopedia” mətninin “Data
Matrix” kodu vasitəsilə kodlaşdırılması
İndiki zamanda çoxlu sayda ikiölçülü ştrixkodlardan
istifadə olunur. Onlara nümunə aşağıda verilmişdir:
•
Aztec Code
•
Data Matrix
•
MaxiCode
•
PDF417
•
QR код
•
Microsoft Tag
Aşağıdakı şəkildə məhsulun üzərinə vurulmuş EAN ştrix
kopdun açılışı verilmişdir.
Dostları ilə paylaş: |