E L E K T R O N B İ Z N E S
_________________________178___________________________
POS-
TERMİNALLAR
Bunlara ticarət terminalı da deyilir. Bu terminallar maqnit
zolaqlı plastik kartlardan və ya smart-kartlardan istifadə
edilərkən maliyyə hesablaşmaları üzrə tranzaksiyaları emal
etmək
üçündür.
POS-terminal
karta
xidməti
avtomatlaşdırmaqla xidmət müddətini kəskin şəkildə qısaldır.
POS-terminalların komplektasiyası və imkanları geniş
diapzonda dəyişir.
Müasir tipik terminal aşağıdakı altsistemlərdən təşkil
olunur:
•
Smart-kartı və maqnit zolaqlı kartı oxuyan qurğu;
•
Enerjidən asılı olmayan yaddaş;
•
PIN-kod yığmaq üçün quraşdırılmış ixtisaslaşdırılmış
klaviatura və ya klaviatura qoşmaq
üçün qovşaq;
•
İxtisaslaşdırılmış printer;
•
Fərdi kompüterlə və ya elektron kassa aparatı ilə
əlaqələndirici interfeys.
Bunlardan əlavə,
POS-terminal adətən avtozəngetmə
imkanı olan modemlə təchiz edilir.
POS-terminalın “intellektual”
imkanları da vardır. Belə ki, onu proqramlaşdırmaq
mümkündür. Proqramlaşdırma dili Assemblerdir. Bu terminal
həm operativ, həm də yığılmış tranzaksiya protokolları üzrə
təxirəsalınmış avtorizasiya edə bilir. Rabitə seansı zamanı
POS-
terminal tranzaksiya protokollarını prosessinq mərkəzinə
ötürür. Seans gedişində
POS-terminal prosessinq mərkəzi ilə
qarşılıqlı informasiya mübadiləsi edə bilir, qəbul etdiyi
informasiyanı emal edə bilir, stop-vərəqlərin modifikasiyası
əməliyyatını icra edir.