E L E K T R O N B İ Z N E S
_________________________182___________________________
dövrlərdə indiki barter ticarətinin örnəyi (proobrazı) olan
mübadilə ticarəti olmuşdur. Ticarət inkişaf etdikcə, pul
dövrüyyəsində müxtəlif pul əvəzediciləri, veksellər, borc
iltizamları, çeklər işlədilməyə başlamışdır. Qədim dünya
ölkələrində borc yazılarından istifadə edilmişdir. Borc iltizamları
ilk dəfə Renesans (dirçəliş) dövründə öəmə vasitəsi kimi
istifadə edilmişdir. Böyük coğrafi kəşflər dövründə ticarətin
inkişafı ilə bağlı olaraq ödəmə vasitəsi kimi vekseldən istifadə
edilməyə başlasa da, sonra bu, geniş yayılmadı.
Bank uçotunun inkişafı ilə əlaqədar olaraq kredit kartları
və bank hesablarını məsafədən idaə etmək üçün digər vasitələr
meydana çıxdı ki, bu da nağd pulu əhəmiyyətli dərəcədə
sıxışdırdı. Kredit kartları, ilk növbədə, bank xidmətləri bazarını
genişləndirən texnologiyaların inkişafına kömək etdi. Ötən
əsrin 60-cı illərində, bank kartlarının yaranması ərəfəsində,
kataloqlarla ticarət geniş tətbiq tapmışdı. Kredit kartları
kataloqlarla ticarət texnologiyasına da böyük təkan verdi. Yeni
sxemin üstün cəhəti ödənilməsinə bank zəmanəti verən
müştəriyə poçt vasitəsilə sifariş vermək imkanı yaratması idi.
İnternetin yaranması ilə məsafədən ödəniş etmək üçün
istifadə edilən plastik kartlarla həyata keçirilən hesablaşmaların
bəzi nöqsanları üzə çıxdı. İnternet vasitəsilə alqı-satqı edən
alıcı satıcıya öz bank hesabını idarə etmək üçün zəruri infor-
masiya olan kredit kartının nömrəsini verir. Lakin bu
fırıldaqçılar üçün fəaliyyət meydanı açır. Belə ki, ABŞ-da plastik
kartla alqı-satqı edənlərin 1,5%-i saxtadır. Fırıldaqların
təxminən yarısı İnternetin payına düşür.
Lakin, çox güman ki, real rəqəmlər daha çox
təəssüfləndiricidir. Çünki fırıldaq qurbanlarının bir hissəsi
hüquq-mühafizə orqanlarına müraciət etmir. Fırıldaqla bağlı
E L E K T R O N B İ Z N E S
_________________________183___________________________
pozucu fəaliyyətin iqtisadi nəticələri birbaşa itkilərdən daha
acınacaqlı ola bilir. İngiltərənin
Experian agentliyi xəbər verir
ki, elektron ticarət aparan təşkilatların yalnız 57%-i fırıldaq
faktları barədə hüquq-mühafizə orqanlarına müraciət edir.
Məhkəmə araşdırmasına isə hadisələrin yalnız 10%-i gedib
çıxır.
Plastik kartlarla bağlı fırıldaqların geniş yayılması kartla
ödəmə sistemindən istifadə edən şirkətləri narahat edir. Hər
bir şirkət kart sahibləri üçün riskin azaldılmasına xeyli vəsait
sərf edir.
Kartla ödəmə sisteminin təhlükəsizliyinin yüksəldilməsi
sahəsində müəyyən ümidlərin yaranması
SSL adlı qorunan
verilən mübadiləsi protokolunun tətbiqi ilə bağlıdır. Lakin
ödəmə sistemlərinin təcrübəsi göstərir ki, şifrlənmiş verilən
mübadiləsi də bütün problemləri həll etmir. Çünki kredit
kartındakı kritik məlumatlar, yəni kart sahibinin identifikasiyası
və ödəmə tranzaksiyaları barədə hüquqi əhəmiyyət kəsb edən
informasiyanın satıcı serverində saxlanması həll edilməmiş
problem olaraq qalır. Elektron ticarət aparan mağaza
serverlərinin ixtiyarsız açılması (sındırılması) kriminal struk-
turların mənfəətli biznesinə yol açır. Təhlükəsizliyin təmin
edilməsi yollarından biri müştəri ilə satıcı arasında prosessinq
mərkəzinin vasitəçilik etməsi variantından istifadə edilməsidir.
Çünki bu halda kartdakı kritik məlumatlar mağazanın VB-sinə
daxil olmur. Rusiyada bu texnologiya geniş istifadə edilir.
BGS
Smartcard Systems (
www.bgs.ru
) firmasının bazara çıxardığı
DUET (Dual Universal Electronic Transaction System)
sistemində bu ideya məntiqi sonluğa çatdırılmışdır. Belə ki,
ödəyicinin bank rekvizitləri barədə kritik vacib informasiya heç
bir əməliyyat zamanı qorunmaz şəkildə kartdan çıxarıla bilmir.
E L E K T R O N B İ Z N E S
_________________________184___________________________
ELEKTRON NAĞD PULLAR
1985-ci ildə görkəmli Hollandiya riyaziyyatçısı və
kriptoqrafı (
Kriptoqrafiya – şərti gizli yazı, şifr) Devid Çaum
elektron pul kisəsi şəklində reallaşdırılan elektron nağd pullar
sistemi təklif etmişdir. Adi nağd pul kimi, elektron nağd pul da
özünün ödəmə vasitəsi qabiliyyətli olması məsuliyyətini
ödəyicinin üzərinə qoyur. Yəni pul sahibi onun saxta olmadığına
zəmanət verir. Elektron kupyura (Kupyura – qiymətli kağızın
ayrıca talonu) öz sahibinin hesabında olan nağd pul barədə
informasiya saxlayan şifrlənmiş ardıcıllıqdan ibarət olan müəy-
yən virtual mahiyyətdir. Elektron nağd pul formalaşdırılması
prinsipi
eCash adlı ödəmə sisteminin təməlini təşkil edir.
Rusiyada bunun analoqu
PayCash (
www.paycash.ru
) adlanır.
QEYD: Kriptoqrafiya (yunanca gizli yazıram anlamını
verir) məxviliyin
(informasiyanın kənar şəxs tərəfindən
oxuna bilməməsi), tamlıq (informasiyanın hiss olunmayacaq
qədər dəyişdirilə bilinməməsi), autentifikasiya (müəllifin və
ya obyektin xüsusiyyətlərinin həqiqiliyinin yoxlanması),
həmçinin müəlliflikdən imtina edilməsinin mümkün olmaması
anlamını verir.
İlk olaraq kriptoqrafiya informasiyanın şifrələnməsi
üsullarını öyrənirdi. Ənənəvi olaraq kriptoqrafiya simmetrik
kriptosistem əmələ gətirir, yəni bu sistemdən istifadə
etməklə şifrələnmə və ya şifrədən azad olma bir açarın
köməkliyi ilə həyata keçirilir. Bundan başqa müasir
kriptoqrafiya özündə assimmetrik kriptosistemi və elektron
rəqəmsal imza sistemini (ERİ), xeş-funksiyanı, açarlarla
idarə etməni, gizli informasiyanın alınmasını, kvant
Dostları ilə paylaş: |