E L E K T R O N B İ Z N E S
_________________________157___________________________
•
Kartdan istifadə edilməklə baş tutmuş alqı-satqının qeyd
edildiyi kağız və elektron sənədlərin qəbulu,
çeşidlənməsi və göndərilməsi;
•
Bu və ya digər səbəbdən əməliyyatı dayandırılmış
kartların (stop-vərəqlərin) siyahısının yayımlanması.
Ekvayer və emitent funksiyalarının icrası bir bank
tərəfindən aparıla bilər. Ekvayer-bankın əsas funksiyası
satıcılarla hesablaşmaların icrası ilə bağlı olan maliyyə
fəaliyyətidir. Bundan əlavə, ekvayer-bank öz şöbələri və ya ona
aid bankomatlar vasitəsilə plastik kart üzrə nağd pul verə bilir.
Müəyyən texniki funksiyaları ekvayer-bank ixtisaslaşdırılmış
servis təşkilatlarına – prosessinq mərkəzlərinə həvalə edə bilər.
Hər bir ekvayer-bank satıcılara emitent-bank kartlarının
sahiblərinin konkret ödəmə sisteminə daxil olan tədiyələri üzrə
vəsait köçürə bilir. Ekvayerin xərclədiyi müvafiq vəsait
emitentlər tərəfindən razılaşdırılmış müddətdə ekvayerin
hesabına köçürülməlidir. Ekvayerlə emitent arasında qarşılıqlı
hesablaşmaların operativ qaydada həyata keçirilməsi üçün
ödəmə sisteminin elementlərindən biri olan hesablaşma
bankından istifadə edilə bilir. Bunun üçün ekvayer və emitent
hesablaşma bankında müxabirələşmə hesabları açmalıdırlar.
ÖDƏMƏ (TƏDİYƏ) SİSTEMİ
Ödəmə sistemi dedikdə, bank tərəfindən ödəmə (tədiyə)
vasitəsi kimi buraxılmış və müəyyən standarta cavab verən
plastik kartların istifadə edilməsi üzrə texnoloji metodlar
çoxluğu nəzərdə tutulur.
Ödəmə sistemi yaradılarkən həll edilən əsas məsələlərdən
biri qarşılıqlı ödəmə hesablaşmalarının aparılması zamanı
E L E K T R O N B İ Z N E S
_________________________158___________________________
emitent sisteminə daxil olan kartlara göstərilən ümumi xidmət
qaydalarının seçilməsi və riayət olunmasıdır. Bu qaydalar
kartlarla aparılan əməliyyatların həm texnoloji məsələlərini,
yəni verilənlərin standarta uyğun olmasını, avtorizə
prosedurlarını, avadanlıqlardan istifadə təlimatlarını, həm də
kartlara xidmət göstərilməsi ilə bağlı maliyyə məsələlərini, yəni
xidmət şəbəkəsinin tərkibinə daxil olan ticarət təşkilatları ilə
hesablaşma
prosedurlarını,
banklararası
hesablaşma
qaydalarını və tarifləri əhatə edir.
Ödəmə sisteminin nüvəsi - müqavilə öhdəliklərinə
əsaslanan banklar çoxluğundan ibarətdir. Ödəmə sisteminin
tərkibinə, həmçinin ticarət təşkilatları, xidmət məntəqələri
şəbəkəsi əmələ gətirən servis müəssisələri daxildir. Ödəmə
sisteminin normal fəaliyyət göstərməsi üçün kartlara texniki
dəstək xidməti göstərən ixtisaslaşmış qeyri-maliyyə təşkilatları,
yəni prosessinq mərkəzləri və texniki xidmət mərkəzləri
olmalıdır.
Auditor funksiyasının icrası üçün zəruri ilkin şərt
tranzaksiyalar protokollarının aparılmasıdır.
Tranzaksiyalar
protokolu dedikdə, ödəmə kartları ilə həyata keçirilən
əməliyyatlara, o cümlədən, nağd pul verilməsinə dair
məlumatların avtomatik qeyd edilməsi nəzərdə tutulur.
Prosessinq mərkəzi – ekvayerlərdən və ya bilavasitə
xidmət məntəqələrindən daxil olan avtorizasiya və/və ya
tranzaksiyalar protokoluna sorğuların emalı ilə məşğul olan
ixtisaslaşdırılmış servis təşkilatıdır. Prosessinq mərkəzi ödəmə
sisteminin iştirakçıları olan banklar və kart sahibləri barədə
məlumatlar saxlanan VB-ni işlədir. Prosessinq mərkəzi konkret
kart sahibləri üçün ödəmə həcminə qoyulmuş məhdudiyyətləri
saxlayır və emitent-bankın öz VB-si olmadıqda, yəni
off-line
E L E K T R O N B İ Z N E S
_________________________159___________________________
bank rejimində avtorizasiya sorğularını da icra edir. Prosessinq
mərkəzi VB-də operativ avtorizasiya əməliyyatı barədə
emitent-banka, emitent-bankdan aldığı kart barədəki
məlumtları
ekvayerə ötürür.
QEYD: Ekvayer ticarət-servis və bankomat
şəbəkəsində kartlardan istifadə etməklə qarşılıqlı əlaqələri
yerinə yetirmək üçün bütün əməliyyatlar spekterini həyata
keçirən bank və ya şirkətdir. Şəbəkədə yerinə yetirilən
əməliyyat barədə məlumat alan kimi ekvayer həmin
məlumatları
hesablamalar aparmaq üçün sistemə göndərir.
Ekvayer məhsulların satış nöqtələrinə yerləşdirilməsinə və
həmin məhsullarin alınmasının və ya satılmasının kartlardan
istifadə olunmaqla həyata keçirilməsinə cavabdehdir.
Texnoloji baxımdan, prosessinq mərkəzi məhsuldar rabitə
kanallarına etibarlı qoşulmuş ixtisaslaşdırılmış hesablayıcı
mərkəzdir. Bu mərkəz kifayət qədər sərt şərtlərdə işləyir. Belə
ki, real vaxt miqyasında baş verən intensiv tranzaksiyalar
axınlarının zəmanətli emalını həyata keçirir. Debet kartından
istifadə
edilməsi ödəmə
sisteminin
ixtiyari
xidmət
məntəqəsindəki alqı-satqının avtorizasiyasının
on-line rejimində
həyata keçirilməsini zəruri edir. Kredit kartı ilə əməliyyatlar
üçün avtorizasiya həmişə lazım olmur. Lakin bankomatdan pul
götürüldükdə avtorizasiya məcburidir.
Gün ərzində (və ya razılaşmaya əsasən, başqa vaxt
periodunda) yığılmış tranzaksiyalar protokollarının əsasında
prosessinq mərkəzi yekun məlumat hazırlayıb ödəmə
sisteminin iştirakçıları olan banklar arasında qarşılıqlı
hesablaşmalar aparaılması üçün yayımlayır. Emitentin sorğusu-
Dostları ilə paylaş: |