E L e k t r o n b I z n e s


E L E K T R O N    B İ Z N E S



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə42/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
1   ...   38   39   40   41   42   43   44   45   ...   52

 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________150___________________________ 
 
Müəssisə 
informasiya 
serverlərində 
HTTP-server 
problemsiz işləyir. Əsas problemlər keş-serverlərlə, informasiya 
təhlükəsizliyi serverləri ilə və 
IP-trafikinin idarə edilməsi sistemi 
ilə bağlı olur. Son zamanlar keşləşdirmənin (buferləşdirmənin) 
arxitektur əhəmiyyəti artmışdır.  
Müəssisənin  informasiya  serverlərinin  idarə  edilməsini 
təmin edən proqram təminatında malgöndərənlər üçün maraqlı 
olan 
element 
çoxsaylı 
serverlərarası 
yüklənmələrin 
paylanmasını  reallaşdıran  düyünün  yüklənməsinin  idarə  edil-
məsidir.  Bunun  üçün  marşrutizator  səviyyəsində  yüklərin 
balanslaşdırılması texnologiyasından istifadə edilir.  
Son zamanlar Veb-əlavələr  texnologiyası  sürətlə  inkişaf 
edir. Hal-hazırda 
ən 
əhəmiyyətli 
arxitekturalar: 
JavaBeans/Enterprise Java Beans,  COM  və  CORBA  hesab 
olunur. 
Sifarişçilər  çox  hallarda  əlavələri  öz  qüvvələri  hesabına 
inteqrasiya edirlər. Lakin son zamanlar 
Oracle firmasının Oracle 
Application Server, IBM  korporasiyasının  WebSphere 
Application Server  və  Sun  və  Netscape  alyansının  Netscape 
Application Server  adlı  inteqrasiya  edilmiş  proqram  əlavələri 
geniş  populyarlıq  qazanmışdır.  Bu  layihələrdə  elə  funksiyalar 
vardır  ki  (Məsələn,  imtinaların  emalı,  yəni,  serverlərdən  biri 
imtina  edərkən  tranzaksiyaların  başqa  serverə  yönəldilməsi, 
tranzaksiyaların vəziyyətinin idarə edilməsi, yəni, tranzaksiyalar 
üçün marşrutların verilməsi və s.), bunları müəssisə mütəxəs-
sislərinin qüvvəsi ilə proqramlaşdırmaq çətin məsələdir. 
Ən  vacib  problem  konkret  elektron  biznes  əməliyyatının 
icrası  üçün  lazım  olan  verilənlərin  harada  yerləşdiyini  təyin 
etməkdir.  Operativ  yaddaş  mikrosxemlərinin  dönmədən 
ucuzlaşması  “rezident”  (Rezident  –  elçidən  bir  rütbə  aşağı 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________151___________________________ 
 
diplomatik  nümayəndə.  Bu  mənada,  “rezident”  VBİS  nisbətən 
aşağı  səviyyəli  VBİS  deməkdir)  VBİS-lərdən  istifadə  meylini 
gücləndirmişdir.  Bu  VBİS-lərdə  VB  bütünlüklə  işin  sonunadək 
kompüterin operativ yaddaşında  saxlanır.  Disk  yaddaşı 
(vinçester) yalnız sistem jurnalını aparmaq üçün istifadə edilir. 
Bu  sxem  nisbətən  nadir  hallarda  dəyişən  verilənləri  saxlamaq 
üçün daha münasibdir. Məsələn, əmtəə kataloqlarının operativ 
yaddaşda  saxlanması  sorğuların  emalını  100-1000  dəfə 
sürətləndirir. 
Sistemin  fasiləsiz  işləməsinin  rolu  artdıqca,  informasiya 
serverinin yüksək hazırlıq səviyyəsinin (
high availability) təmin 
edilməsi məsələsi ön plana keçir. 
Yeni istiqamətlərdən  biri  də  verilənlərin  saxlanması 
şəbəkəsinin  (
SAN  -  Storage Area Network)  yaranmasıdır.  Bu 
sırada  opik  kanallar  texnologiyasının  və  həqiqətən  bircins 
olmayan saxlama mühitinin formalaşmasının qeyd edilməsi də 
yerinə  düşür.  Saxlama  mühitinin,  o  cümlədən,  texnologiya  və 
aparaturanın ucuzlaşması korporativ verilənləri nəinki təkcə iri 
müəssisələr, həm də geniş sifarişçilər kontingenti üçün əlçatan 
edir. 
İnformasiya  serverlərinin  müəssisənin  infrastrukturunun 
ayrılmaz  tərkib  hissəsinə  çevrilməsi  müəssisənin  idarə 
edilməsinin  informasiya  təminatının  xarakteristikalarında 
fundamental 
dəyişikliklər 
törətmişdir. 
Keşləşdirmə 
(buferləşdirmə),  IP-
trafikin  idarə  edilməsi,  yüklənmələrin 
balanslaşdırılması  və  s.  geniş  istifadə  edilməyə  başladı.  Yeni 
arxitektura  səviyyəsinin  -  əlavlər  serverinin  meydana  çıxması 
müəssisənin  informasiya  serverinin  srukturunu  dəyişdirdi. 
Əlavələr  serverinin  yüklənmələrinin  planlaşdırılması  və 
bunlarda biznes-prosesləri 
müşayiətedici 
elementlərin 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________152___________________________ 
 
yerləşdirilməsi elektron biznesin informasiya texnologiyalarının 
səmərəliliyini müəyyən edən vacib amilə çevrildi. 
 
QEYD:  Şəbəkə  trafiki  və  ya  İnternet-trafik  (ingiliscə 
Traffic)  “hərəkət”,  “maldövriyyəsi”  analamını  verir.  Trafik 
dedikdə  kompüter  şəbəkəsi  ilə  müəyyən  vaxt  ərzində 
ötürülən  informasiyanın  həcmi  başa  düşülür.  Trafiklər 
paketlər, bitlər, baytlar və s. ölçülür. 
Trafikin dörd növdə olur:  

 
Daxil olan (şəbəkəyə daxil olan informasiya); 

 
Xaric olan (şəbəkədən daxil olan informasiya); 

 
Daxili (müəyyən şəbəkə daxilində, adətən lokal); 

 
Xarici (müəyyən şəbəkədən xaricdə, adətən İnternet-
trafik). 
Şəbəkə 
trafikini 
hesablayan 
proqramlara 
TMeter, BWMeter, NetWorx, DUMeter, NetTraffic, 
NetBalancer proqramlarını aid etmək olar.   
 
 
SERVERLƏRİN TƏHLÜKƏSİZLİYİNİN TƏMİN 
EDİLMƏSİ METODLARI VƏ VASİTƏLƏRİ 
 
PROQRAM 
SİSTEMLƏRİNDƏ VERİLƏNLƏRİN 
TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİNƏ QARŞI ƏSAS 
TƏLƏBLƏR
 
 
Verilənlərin  təhlükəsizliyinin  təmin  edilməsi  problemi 
aşağıdakı  3  qarşılıqlı  əlaqəli  məsələnin  həlli  kimi  təyin  edilə 
bilər: 
1.Məxfilik  –  istifadəçi  yalnız  icazə  verilən  məlumata 
müraciət edə bilər; 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə