E L e k t r o n b I z n e s


E L E K T R O N    B İ Z N E S



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə38/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
1   ...   34   35   36   37   38   39   40   41   ...   52

 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________135___________________________ 
 
Qeyd etmək lazımdır ki, informasiya serveri və VB serveri 
müxtəlif instrumentariyaya malikdir. Lakin bütün VB serverləri 
sənaye  səviyyəsində  müvafiq  serverlərlə  inteqrasiya  olunmaq 
üçün  formal  interfeyslə  təmin  olunmuşlar.  Bu  qeyd  həmçinin 
əlavələr serverinə də aiddir. 
 
Şəkil 2. Universal müştərinin informasiya serveri ilə 
genişləndirilmiş qarşılıqlı fəaliyyəti 
 
ŞƏBƏKƏ NƏQLİYYATI. ÜNVANLAŞDIRMA 
 
İnternet  və  İntranetdə  informasiyanın  təqdim  edilməsi 
texnologiyalarını  daha  dərindən  anlamaq  üçün  şəbəkə 
nəqliyyatının təşkili, yəni, informasiya paketlərinin informasiya 
serverindən universal müştəriyə çatdırılması mexanizmi barədə 
ümumi təsəvvür yaratmaq lazımdır.  
Verilənlərin 
mənbəyi 
VB 
serveri 
Server hissəsinin 
genişləndirilməsi 
Müştəri hissəsinin 
genişləndirilməsi 
Universal 
müştəri (brauzer) 
İnformasiya serveri 
TCP/IP 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________136___________________________ 
 
Hər bir kompüter 
TCP/IP şəbəkəsində üç səviyyəli ünvana 
malikdir. 
1.Şəbəkə  düyününün  lokal  ünvanı  həmin  düyünün  daxil 
olduğu  ayıca  şəbəkənin  qurulduğu  texnologiya  ilə  təyin 
edilir.  Lokal  şəbəkəyə  daxil  olan  düyünlər üçün bu, 
şəbəkə  adapterinin  və  ya  marşrutizator  portunun 
ünvanıdır (Bu, əslində, 
MAC-ünvan adlanır, məsələn, 11-
A0-17-3D-BC-01). Bunlar avadanlıq 
istehsalçıları 
tərəfindən  təyin  edilir  və  təkrar  olunmayan  unikal 
ünvanlardır,  çünki  mərkəzləşdirilmiş  qaydada  təyin 
olunurlar. Lokal şəbəkələrin bütün mövcud texnologiyaları 
üçün 
MAC-ünvan 6 baytlıq formata malikdir: soldan ilk 3 
bayt  avadanlığın  istehsalçısının  identifikatoru,  növbəti  3 
bayt isə istehsalçının təyin etdiyi unikal ünvandır. Qlobal 
şəbəkəyə  daxil olan, 
X.25  və  ya  frame relay  texnolo-
giyalarından  istifadə  edən  düyünlər  üçün  lokal  ünvan 
qlobal şəbəkə inzibatçısı tərəfindən təyin edilir. 
2.IP-ünvan.  IP-ünvan  4  baytlıq  uzunluğa  malikdir  və 
adətən  4  ədəd  şəklində  yazılır  ki,  bunların  da  hər  biri  
müvafiq  baytın  10-luq formada (0-255 diapazonunda), 
nöqtə ilə ayrılmış yazılışıdır. Məsələn, 192.100.2.36 kimi. 
Bu  ünvan  şəbəkə  səviyyəsində  istifadə  edilir.  Bu  ünvan 
şəbəkə 
inzibatçısı 
tərəfindən 
kompüterlərin 
və 
marşrutizatorların  konfiqurasiya  edilməsi  zamanı  təyin 
edilir. 
IP-ünvan  2  hissədən:  şəbəkənin  nömrəsindən  və 
düyünün  nömrəsindən  ibarət  olur.  Şəbəkə  nömrəsi 
inzibatçı tərəfindən ixtiyari şəkildə və ya İnternetin xüsusi 
bölməsinin  (
The Internet Corporation for Assigned 
Names and Numbers -  ICANN)  təklifi  ilə  təyin  edilə 
biləndir  (Əgər  şəbəkə  İnternetin  tərkib  hissəsi  kimi 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________137___________________________ 
 
işləyəcəksə). Hal-hazırda 
ICANN  direktorlar  şurasının 
sədri  İnternetin  yaradıcılarından  biri 
Vinton Serfdir. 
Adətən  İnternet  xidməti  provayderləri  ünvanlar 
diapazonunu 
ICANN  –dan  alıb  öz  abonentləri  arasında 
paylayırlar. 
IP  protokolundakı  düyün  nömrəsi  düyünün 
lokal  ünvanından  asılı  olmyaraq  təyin  edilir.  Düyün  bir-
neçə 
IP-şəbəkəyə daxil ola bilər. Bu halda düyün bir-neçə 
IP-ünvana  malik  olmalıdır.  Beləliklə,  IP-ünvan  ayrıca 
kompüteri  və  ya  marşrutizatoru  deyil,  bir  şəbəkə 
birləşməsini (qovşağını) xarakterizə edir. 
3.Simvol identifikatoru,  məsələn, 
www.msu.ru
. Bu 
identifikator  şəbəkə  inzibatçısı  tərəfindən  təyin  edilir  və 
bir-neçə  hissədən:  bölmənin  simvolik  adından,  təşkilatın 
adından  və  domenin  adından  ibarət  olur.  Bu  cür  verilən 
ünvan 
DNS  adlanır. 
 
 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________138___________________________ 
 
Vinton  Qrey  Serf  (ingiliscə
  Vinton  Gray  “Vint”  Cerf)  23 
iyun  1943-cü  ildə  Amerikada,  Nyu-Heyven  ştatında  anadan 
olmuşdur.  Hesablama  sistemləri  nəzəriyyəsi  sahəsində 
amerika  alimi,  TCP/IP  protokolları  yığını  (toplumu) 
yaradıcılarından  biridir.  2004-cü  ildə  Alan  Türinq  adına 
mükafata  layiq  görülmüşdür.  Elm  aləmində  çox  vaxt  onu 
“İnternetin atası” adlandırırlar. 
 
   
IP-
ÜNVANDA SİMVOLLU ÜNVANLARIN TƏSVİRİ: 
DNS XİDMƏTİ 
 
DNS xidməti düyünün məlum simvol adı üzrə IP-ünvanın 
avtomatik  axtarışı  üçündür. 
DNS  spesifikasiyası  RFC 1034  və 
RFC 1035  standartları  ilə  təyin  edilmişdir.  DNS  IP-ünvanda 
kompüterlərin  adlarını  əks  etdirən  öz  cədvəllərinin statik 
konfiqurasiyalı  olmasını  tələb  edir. 
DNS-i  dəstəkləmək  üçün 
lazım  olan  cədvəllər  İnternet  xidməti  provayderləri  ilə 
dəstəklənən xüsusi serverlərdə saxlanır və emal edilir. 
DNS protokolu tətbiqi səviyyənin xidmət protokoludur. Bu 
protokol simmetrik deyildir. Bu protokolda 
DNS-serverlər  və 
DNS-müştərilər  təyin  edilmişlər.  DNS-serverlər  paylanmış  VB-
lərin  bir  hissəsini,  yəni,  simvollu  adların 
IP-ünvanlara 
uyğunluğu  barədə  məlumatı  saxlayır.  Bu  VB  İnternet 
şəbəkəsinin  inzibati  domenləri  üzrə  paylanmış  olur. 
DNS-
serverin  müştəriləri  özlərinin  inzibati  domenlərinin  DNS-
serverinin 
IP-ünvanını  bilirlər  və  IP  protokolu  üzrə  sorğu 
göndərib  bu  sorğuya  müvafiq 
IP-ünvan  qaytarmağı  xahiş 
edirlər. 
DNS-serverin  IP-ünvanı  şəbəkə  əməliyyat  sisteminin 
sazlanması zamanı təyin edilir. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə