E L e k t r o n b I z n e s



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə34/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
1   ...   30   31   32   33   34   35   36   37   ...   52

 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________123___________________________ 
 
VERİLƏNLƏRİN MƏNBƏLƏRİ VƏ İSTEHLAKÇILARI 
 
Mürəkkəb təşkilati idarəetmə sistemlərinin səmərəli idarə 
edilməsi  müasir  avtomatlaşdırma  vasitələrindən  istifadə 
edilməsini tələb edir.  Bu məsələnin uğurlu həlli yalnız o halda 
mümkündür  ki,  informasiyanın  avtomatlaşdırılmış  emalı  siste-
minin  istifadəçilərinin  hər  bir  kontingenti  üçün  onların 
tələblərinə  cavab  verən  verilənlərin  emalı  mühiti  yaradılmış 
olsun.  İstənilən  informasiya  emalı  sisteminin  əsas  məqsədi 
istifadəçilərin informasion tələblərinin tam və vaxtında ödənmə-
sindən ibarətdir. İstifadəçi öz tələbini özünə münasib dillərdən 
birində  ifadə  edir.  Yalnız  xırda  təlimatları  anlayan  texniki 
vasitələr  geniş  tətbiq  tapa  bilmir.  Buna  görə  də  informasiya 
emalı  sisteminin  elə  bir  komponenti  olmalıdır  ki,  istifadəçiyə 
münasib  dillə  qarşılıqlı  fəaliyyəti  təmin  etsin.  Bundan  əlavə, 
verilənlərin  emalı  proseslərinin  texnoloji  təsvirinin  də  münasib 
dillə həyata keçirilməsi vasitələri olmalıdır.  
İnformasiya  emalı  sistemlərinin  proqram  təminatının 
tərkibi və funksiyalarının daha dərin dərk edilməsi üçün onların 
təkamülünün  bir-neçə  mərhələsini  nəzərdən  keçirmək 
məqsədəuyğundur.
 
Birinci 
mərhələ 
informasiyanın 
avtomatlaşdırılmış 
işlənməsi sistemlərinin təşəkkül tapma dövrüdür ki, bu da EHM 
kodlarında  və  ya  Assembler  dilində  tərtib  edilən  fərdi 
proqramlar  üzrə  hesablamaların  aparılmasına  EHM  tətbiqi  ilə 
xarakterizə  olunur.  Bu  mərhələdə  informasion  xidmətin 
avtomatlaşdırılması  üçün  EHM  tətbiqi  özünü  doğrultmadı. 
Çünki,  proqram  tərtibinə  və  ilkin  informasiyanın  daxil 
edilməsinə 
çəkilən 
əmək 
və 
maliyyə 
məsrəfləri 
avtomatlaşdırmadan  əldə  edilən  qənaəti  üstələyirdi.  Bu 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________124___________________________ 
 
mərhələnin  vacibliyi  onda  idi  ki,  proqram  tərtibi, ilkin 
informasiyanın  daxil  edilməsi,  emalı  və  təqdim  edilməsi 
məsrəflərinin  azaldılması  metodlarının  işlənib  hazırlanması 
problemini bütün kəskinliyi ilə ortaya qoydu. 
İkinci  mərhələdə  əməliyyat  sisteminin  və  müvafiq 
translyatorlarla  birgə  yüksək  səviyyəli  proqramlaşdırma 
dillərinin  yaradılması  hesabına  proqramlaşdırmaya  sərf  edilən 
əmək  və  maliyyə  məsrəflərinin  əhəmiyyətli  dərəcədə 
azaldılması  mümkün  oldu.  Əməliyyat  sisteminin  təməlinə 
qoyulan ideya tez-tez rast gələn və özünü doğruldan priyomlar 
çoxluğunun  seçilib  ayrılmasından  və  onların  tipik  prosedurlar 
formasında təsvirindən ibarətdir. Müvafiq prosedurların sonrakı 
proqramlarda istifadə  edilməsi  yüksək  ixtisaslı  mütəxəssislər 
kollektivi tərəfindən həyata keçirilirdi.  
İxtiyari əməliyyat sistemi əmrlərin və parametrlərin insan 
üçün  münasib  olan  formada  daxil  edilməsini,  hesablayıcı 
sistemin  resurslarının  paylanmasının  əlaqələndirilməsini  təmin 
edən  komponentlərə  və  aparaturanın  diaqnostikası,  müxtəlif 
daşıyıcılardan  verilənlərin  üzünün  köçürülməsi,  verilənlərin 
dəyişdirilməsi  və  bərpası  və  s.  kimi  standart  funksiyaların 
icrasını  təmin  edən  proqramlara  malikdir.  Əməliyyat  sistemi 
vahid  düşüncə  ilə  əlaqələndirilmiş  müəyyən  ardıcıllığa  malik 
olan  əməllərin  təsviri  vasitələrinə  də  malikdir.  Bu  ardıcıllıq, 
adətən, əmr faylı adlandırılır. 
İstənilən  yüksək  səviyyəli  proqramlaşdırma  dilinin 
təməlində  tipik  emal  vahidlərinin,  yəni  operandların  və  emalın 
təməl  konstruksiyalarının,  daha  doğrusu,  operatorların  təyin 
edilməsi  ideyası  dayanır.  Tipik  emal  vahidləri  dedikdə,  verilən 
tipləri  (məsələn,  tam,  həqiqi,  sətri  və  s.)  nəzərdə  tutulur. 
Emalın  təməl  konstruksiyaları  dedikdə,  praktiki  olaraq  bütün 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________125___________________________ 
 
yüksək  səviyyəli  dillərdə  rast  gələn  mənimsətmə,  budaqlanma 
və dövr operatorları, həmçinin prosedur və ya altproqramların 
təsviri 
operatorları, 
operator 
mötərizələri, 
seçmə 
konstruksiyası, bəzi dillər üçün xarakterik olan sətrlər üzərində 
xüsusi əməl operatorları nəzərdə tutulur.  
İnformasiya 
emalı 
sisteminin 
inkişafının 
ikinci 
mərhələsində verilənlərin emalı sisteminin hazırlanması prosesi 
tədricən “emalatxana” elementlərini itirərək “sənaye” əlamətləri 
qazanmağa  başladı.  Bezdirici  işlərin  fəal  axtarışına  başlandı. 
Verilənlərin emalı prosesləri dəqiqləşdirildi və unifikasiya edildi. 
Bütün  bunların  avtomatlaşdırılması  üçün  dil  və  proqram 
vasitələri  yaradıldı.  Aparaturanın  dəyərinin  xüsusi  çəkisi 
durmadan azalmağa başladı. Bunun əvəzində proqram təmina-
tının dəyəri durmadan artdı. Çünki hər bir yeni məsələnin həlli 
üçün yeni proqram tərtib edilirdi. Praktiki olaraq verilənlər üzrə 
proqramların  uyuşanlığına  diqqət  ayrılmırdı.  İnformasiyanın 
daxil  edilməsi  yenə  də  baha  olaraq  qalırdı.  Hər  bir  məsələnin 
özünəməxsus  verilənlərinin  olması  külli  miqdarda  lazımsız 
təkrarlanmalara  səbəb  olurdu  ki,  bu  da  əlavə  vəsait  itkisi 
demək idi.  
Bu  vəziyyətdən  çıxış  yolu  verilənlərin  emalı  sistemi  üçün 
xarakterik  olan  funksiyaların  icrasını  avtomatlaşdıran  dil  və 
proqram vasitələrinin yaradılmasından ibarət idi. 
Bu 
məsələlər 
informasiya 
emalı 
sistemlərinin 
avtomatlaşdırılmasının  inkişafının  üçüncü  mərhələsində  həll 
edildi.  Bu  mərhələnin  xüsusiyyəti  odur  ki,  kompakt  (yığcam) 
saxlanan  verilənlərə  çoxsaylı  istifadəçilərin  operativ  müraciət 
edə  bilməsinə  imkan  verən  texniki  qurğular  -  böyük tutumlu 
birbaşa  müraciətli  yaddaş  qurğuları  və  displeylər,  həmçinin 
maşın yönümlü rabitə vasitələri meydana çıxdı. İnformasiyanın 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə