E L e k t r o n b I z n e s


E L E K T R O N    B İ Z N E S



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə33/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
1   ...   29   30   31   32   33   34   35   36   ...   52

 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________119___________________________ 
 
 
Bloq  ingiliscə  blog  sözbirləşməsidir,  yəni  web  və  log 
sözlərindən əmələ gəlmişdir, log – İnternet, hadisələr jurnalı, 
gündəlik, onlayn-gündəlik, həmçinin əsasını mətnlər,
 təsvirlər 
və ya multimediya, mütamadi əlavə olunan yazılar təşkil edən 
Veb-sayt.  Bloq  üçün  qısa  yazılmış  mətnlər,  mütamadi  daxil 
olunan xronoloji əhəmiyyətə malik qeydlər xarakterikdir. Bloq 
ilə  məşğul  olan  insanları  “
bloqimer”  adlandırırlar.  Şəbəkədə 
toplanmış  bütüm  bloqlar  bloq  mühiti  adlanır.  Fərdi  saytı  da 
bloq kimi qəbul etmək olar. 
İlk bloq 1992-ci ildə Tim Berners-Linin bloqu sayılır. O, 
özünəməxsus  məqalələri  bloqunda  çap  etdirmişdi.  Bloqun 
geniş yayılması 1996-cı ildən başlayır. 1999-cu ildə Pyra Labs 
şirkəti San-Fransisko şəhərində 
Blogger.com saytının açılışını 
elan edir. Açılmış bloq pulsuz istifadəçilərə xidmət göstərirdi. 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________120___________________________ 
 
“Bloq” termini 1997-ci  ilin  dekabr  ayında  Yorn  Barqer 
tərəfindən  düşünülüb  tapılmışdır.  Bloq  sözünün  qısaldılmış 
şəkildə yazılışını isə Pyotr Merxoloz təklif etmişdir. Bu 1999-
cu  ilə  təsadüf  edir.  Pyra  Labs  laboratoriyasının  əməkdaşı 
Even  Uilyams  isə  “bloqer”  terminindən  istifadəni  təklif  etmiş 
və  laboratoriyada  istifadə  üçün  Bloqqer.com  saytını 
yaratmışdır. 
 
 
      
Yorn Barqer     Pyotr Merxoloz        Even Uilyams
 
 
Veb-texnologiya  biznes,  elm,  siyasət  sahələrində  işləyən 
istifadəçilər  arasında  tez  bir  zamanda  böyük  populyarlıq 
qazandı.  Veb-in  əsas  üstünlüyü  informasiyanın  şəbəkədə 
təqdimatının  sadəliyində,  elektron  sənədlərə  müraciətin 
münasibliyi  və  vahid  formada  olmasında  və  hipermətn 
sənədləri  şəklində  təqdim  edilən  informasiyanın  kifayət  qədər 
inkişaf  etmiş  axtarışı  vasitələrinin  mövcud  olmasındadır.  Veb-
texnologiyadan  istifadə  etməklə  informasiyanın  çap  edilməsi 
qısa  müddətdə  o  qədər  geniş  populyarlıq  qazanmışdır  ki,  çox 
hallarda Ümumdünya Hörümçək Toru ilə İnternet eyniləşdirilir. 
Texnologiya sürətlə təkmilləşdirilmiş çoxsaylı peşəkar proqram 
əlavələri  ilə  dəstəklənmişdir.  Aydın  olmuşdur  ki,  Veb-


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________121___________________________ 
 
texnologiyanın  nəinki  təkcə  qlobal  kompüter  şəbəkələrində, 
həmçinin İnternetin infrastrukturunda istifadə edilən proqram-
aparat təminatı ilə qurulmuş korporativ şəbəkələrdə tətbiqi də 
iqtisadi  cəhətdən  səmərəlidir.  İnternet  texnologiyaları  və 
prinsipləri  üzərində  qurulmuş  korporativ  şəbəkələr  “İntranet” 
adlandırılmışdır. 
İnternet/İntranet 
texnologiylarının 
bu 
ya 
digər 
informasiya  resurslarına  əlçatanlıq  üçün  istifadə  edilməsi 
aşağıdakı komponentləri özündə birləşdirir:
 

 
Simvolik adlar servisi (
Domain Naming System  –DNS), 
baza  xidmətlər  yığımı  və  vahid  ünvanlaşdırma  siyasəti 
ilə dəstəklənən
 IP-şəbəkə; 

 
Serverdə  saxlanan  informasiyaya  müraciət  etmək  üçün 
informasiya  serveri  və  universal  müştəri  (brauzer) 
arasında  standart  qarşılıqlı  fəaliyyət  protokolu  (HTTP 
protokolu); 

 
IP-şəbəkədə  standart  müraciət  protokolu  üzrə 
hipermətn  sənədlərini  saxlayan informasiya serveri 
(Veb-server); 

 
Mövcud proqram-aparat platforması üzərində hipermətn 
sənədlərinə baxış imkanı verən istifadəçi proqramı olan 
universal müştəri (brauzer).
 
Universal  müştəri  serverdən  götürdüyü  sənədi  mövcud 
aparat  vasitələrinin  (Monitor, videokart)  imkanlarına  və 
müştərinin sazlamalarına (Məsələn, sürəti artırmaq məqsədi ilə 
şəkillərə  baxış  rejiminin  söndürülməsi)  müvafiq  formatlaşdırır. 
Serverlə əks-əlaqə yaratmaq üçün universal müştəri (brauzer) 
xüsusi  proqramlaşdırma  dili  olan  Java  dilində  hazırlanmış 
proqramı icra edə bilməlidir. 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________122___________________________ 
 
İnformasiya  serverində  saxlanan  və  müştərinin  sorğusu 
əsasında  ötürülən  sənədlər  xüsusi  formatda  hazırlanmalıdır  ki, 
müştərinin  işlədiyi  proqram-aparat  platformasından  asılı 
olmayaraq  onları  yenidən  yaratmaq  mümkün  olsun.  Belə  for-
matlaşdırmanın  əsas  ideyası  ondan  ibarətdir  ki,  sənədin 
poliqrafik  rəsmiləşdirilməsinin  (sərlövhə,  cədvəl,  şəkil  və  s.) 
təsviri  sənədin  mətni  ilə  birgə  proqram  əmrləri  şəklində 
saxlanır.  Sənədin  təsviri  üçün  xüsusi  dildən,  hipermətn 
sənədlərinin  təsviri dili olan HTML  (HyperText Markup 
Language) dilindən istifadə edilir.  
İnformasiya serveri ilə müştəri arasında qarşılıqlı fəaliyyət 
imkanlarını  genişləndirmək  üçün  alqoritmik  dillərdən  və 
ssenarilərin  təsviri  dillərindən  istifadə  edilir.  Elektron  biznes 
sferasında  vacib  tələblərdən  biri  tipik  prosedurların  (məsələn, 
sifariş  blankının  doldurulmasının)  icrası  alqoritmlərinin  təsviri 
imkanının  mövcudluğudur.  Adətən  informasiya  serveri 
əvvəlcədən  müvafiq  dillərdə  hazırlanmış  proqram  və  ya 
ssenarilərin  icrası  üçün  vasitələrə  malik  olur.  Sənədlər 
informasiya serverində ya statik şəkildə (Diskdəki fayllar və ya 
verilənlər bazasındakı yazılar çoxluğu şəklində), ya da dinamik 
qaydada 
(Proqramlaşdırılmış 
alqoritmlərə 
və 
sorğu 
parametrlərinə  müvafiq  qaydada  yerbəyer  edilə  bilər)  saxlana 
bilər.  
Elektron  biznes  sferası  üçün  xarakterik  olan  informasiya 
texnologiyalarını  anlamaqdan  ötrü  verilənlərin  elektron  emalı 
sistemlərinin təkamülünü izləmək məqsədəuyğundur. 
 
 
 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə