E L e k t r o n b I z n e s


E L E K T R O N    B İ Z N E S



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə36/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
1   ...   32   33   34   35   36   37   38   39   ...   52

 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________129___________________________ 
 
sorğunu  təmin  edən  verilənləri  müştəriyə  qaytarır.  Şəbəkə 
VBİS-i  fərdi  VBİS-dən  məhz  bununla  fərqlənir.  Belə  ki,  fərdi 
VBİS-də  axtarılan  verilənlərin  saxlandığı  fayla  sorğu  alınan 
kimi, həmin fayl şəbəkə ilə bütünlüklə müştərinin kompüterinə 
ötürülür ki, burada da istifadəçi kriterisi üzrə verilənlər seçilir. 
Bu sorğuların əksəriyyətində verilənlərin cəmi 1%-i seçilir, lakin 
şəbəkə  trafiki  olduqca  yüksək  olur  ki,  bu  da  arzuolunmaz 
haldır.  Çünki  şəbəkə  lazımsız  verilənlərin  ötürülməsi  ilə 
yüklənir. İstifadəçilərin sayı çox olduqda şəbəkə tıxacı qaçılmaz 
olur.  
Konkret  hesablayıcı  sistemdə  müştəri  ilə  server  arasında 
əlaqə  müxtəlif  üsullarla  gerçəkləşdirilə  bilər.  Belə  ki,  bu 
məqsəd  üçün  lokal  hesablayıcı  şəbəkə  vasitələrindən, 
məsələlərarası  əlaqələrin  təşkili  üsulundan,  məsələn,  birgə 
istifadə  edilən  yaddaşdan  və  ya  elektron  poçtdan  istifadə 
etmək  mümkündür.  Lakin  yüksək  səviyyə  arxitekturası  əlaqə 
yaratmaq  üsulundan  asılı  olmamalıdır.  Bu  arxitektura    şəffaf 
rekonfiqurasiyanı  (Xarici  görünüşün  dəyişilməsi)  və  hətta 
müştəri  ilə  server  arasında  əlaqə  interfeysini  təmin  edən 
proqramların  yerdəyişmələrini  dəstəkləyir.  Bu  isə  o  deməkdir 
ki, əlaqə yaratmaq üsulunun dəyişilməsi tətbiqi proqramları və 
VB-nin  emalı  proqramlarını  dəyişdirmir.  Bu  halda  müştəri  ilə 
serverin  şəbəkənin  müxtəlif  düyünlərində  yerləşməsi  məcburi 
deyildir.
 
 
İNFORMASİYA SERVERLƏRİ VƏ UNİVERSAL 
MÜŞTƏRİLƏR  
 
İnternet  texnologiyalarının  təməlində  duran  əsas 
ideyalardan  biri  universal  müştəri  və  informasiya  serverləri 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________130___________________________ 
 
konsepsiyasıdır.  Universal  müştərinin  (brauzerin) serverlərlə 
qarşılıqlı  fəaliyyəti  vahid 
HTTP  (Hipermətnin  ötürülməsi 
protokolu
)  protokolu  üzrə,  sənədin  izahı  və  vizuallaşdırılması 
isə 
HTML (Hipermətnin pərakəndə (səpələnmiş) yerləşdirilməsi 
dili
)  dilinin  köməyi  ilə  təmin  edilir.  Nə  HTTP  protokolu,  nə  də 
HTML  dili  müştərinin  proqram  təminatının  icra  edildiyi 
platformadan  asılı  deyildir.  İnternet  texnologiyaları  üçün 
xarakterik  olan  müştəri  yalnız  axtarış,  formatlaşdırma  və 
informasiyaya  baxış  vasitəsidir.  Yəni  müştəri  biznes  məntiqini 
reallaşdıran alqoritmlərlə bağlı funksiyaları yerinə-yetirmir. 
İnformasiya  serverinin  funksiyası  -  sorğuya  uyğun 
hipermətn  sənədinin  səhifələrini  müştəriyə  ötürməkdən 
ibarətdir.  İnformasiya  serverinin  funksionallığı  və  səmərəliliyi 
səhifələrin  formalaşdırılması  texnologiyasından  əhəmiyyətli 
dərəcədə  asılıdır.  Səhifələrin  formalaşdırılmasında  iştirak  edən 
proseslərin  ayrılması  (bölünməsi,  parçalanması)  verilənlərin 
emalının  paylanmış  təşkilinin  səmərəli  üsuludur.  Proqram-
aparat  resurslarının  düşünülmüş  ayrılması  (bölünməsi, 
parçalanması)  müxtəlif  istismar  variantları  üçün  informasiya 
serverinin  məhsuldarlığının  yüksək  səviyyəsinə  nail  olmağa 
imkan verir.  
İnternetdə  ikiəlaqəli  və  çoxəlaqəli  sistemlərdən  istifadə 
edilir.  İkiəlaqəli  sistemdə  informasiya  serveri  müştəri  ilə 
birbaşa  qarşılıqlı  fəaliyyətdə  olur.  Çoxəlaqəli  sistemdə  müştəri 
informasiya serveri ilə və ya tranzaksiya serveri ilə, bu isə, öz 
növbəsində,  verilənlər  bazası  serveri  və  ya  proqram  əlavələri 
serveri  ilə  qarşılıqlı  fəaliyyətdə  ola  bilir.  Çoxəlaqəli  sistemdən 
istifadə  edildikdə  düyünlərə  düşən  yükün  yenidən  paylanması 
imkanından  yararlanmaqla  sistemin  çevikliyini  artırmaq  və 
bununla da sistemin işləkliyini yüksəltmək mümkün olur. 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________131___________________________ 
 
Universal  müştərinin  funksionallığının  serverlə  əks-
əlaqənin  yaradılması  yolu  ilə  genişləndirilməsi  üçün 
Java 
dilindəki 
apletlərdən istifadə edilir. Aplet – serverdə universal 
bayt-kodda  saxlanan  və  müştəri  tərəfindən  sonrakı 
interpretasiya (şərh) üçün yüklənən tətbiqi proqramdır. Kodun 
interpetasiyası  universal  müştərinin (brauzerin) proqram 
təminatında  yaradılmış  virtual  Java-maşın  vasitəsilə  həyata 
keçirilir. 
 
QEYD: Applet (ingiliscə applet ) application sözündən 
əmələ  gəlmədir,  əlavə  (qoşma)  və  kiçiltmə  şəkilçiləri  (let) 
sözbirləşməsindən  yaranmışır)  dedikdə  əsas  qoşmadan 
kənarda,  heç  bir  mənası  olmayan  məhdud  bir  məsələnin, 
mötəbər  əlavəyə  malik  olan  başqa  kontekst  ilə  birgə 
işləməsi  başa  düşülür.  Applet  müstəqil  olmayan  proqram 
təminatı komponentindən ibarətdir. 
 
 
Verilənlərin emalı sistemlərinin inkişafının növbəti məntiqi 
mərhələsi  müştəri-server  texnologiyaları  ideyalarının  daha 
yüksək  abstraksiya  səviyyəsinə  keçirilməsindən  ibarətdir.  Bu, 
VBİS-in  idarə  etdiyi  verilənlərə  universal  müştəri  mühitindən 
müraciətin  mümkünlüyüdür.  Müəssisələrin  böyük  əksəriyyəti 
üçün 
İnternet/İntranet infrastrukturuna inteqrasiya 
olunmaqdan ötrü müəyyən informasiya massivləri, verilənlərlə 
işləyən informasiya sistemləri mövcud olmalıdır. 
İnformasiya  serverinin  proqram  təminatı  kənar 
verilənlərin  təqdimatını  və  istifadəçi  interfeysini  standart-
laşdırır,  VBİS  isə  verilənlərin  saxlanmasını  və  idarə  edilməsini 
təşkil edir. İstifadəçi kompüterində qurulacaq yeganə proqram 
və  istifadəçinin  öyrənməli  olduğu  yeganə  proqram  universal 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə