E L e k t r o n b I z n e s


E L E K T R O N    B İ Z N E S



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə37/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
1   ...   33   34   35   36   37   38   39   40   ...   52

 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________132___________________________ 
 
müştəridir  (brauzerdir).  İstifadəçi  verilənlər  bazası  ilə  brauzer 
vasitələrində təsvir edilən formaları doldurmaq yolu ilə qarşılıqlı 
fəaliyyət göstərir. VB serverinə göndərilən sorğu istifadəçi üçün 
şəffaf  şəkildə  formalaşdırılır.  İstifadəçidən  yalnız  verilənlərin 
gerçək  strukturu  və  müraciət  texnologiyasının  xüsusiyyətləri 
gizlədilmişdir.  Universal  müştəri  və  informasiya  serveri 
arasındakı qarşılıqlı fəaliyyət sxemi 1 saylı şəkildəki kimidir. 
 
 
Şəklil 1. Universal müştəri və informasiya serveri arasındakı 
qarşılıqlı fəaliyyət sxemi 
 
İnformasiya  serveri  ilə  qarşılıqlı  fəaliyyət  göstərməkdən 
ötrü  daha  mürəkkəb  alqoritmlər  tələb  edən proqram  əlavələri 
üçün  brauzerin  imkanlarını  genişləndirən  standart  üsullar 
mövcuddur. Brauzerin imkanlarını genişləndirən proqram 
Java 
dilində  yazıla  bilər. 
Java  –  obyekt  yönümlü  proqramlaşdırma 
dilidir. Bu, paylanmış  mühitlər  üçün  yaradılan  proqram 
əlavələrini işləyib hazırlamaqdan ötrü xüsusi olaraq yaradılmış 
dildir. 
Java texnologiyası kompüter qrafikası, fayl sistemləri və 
Verilənlərin 
mənbəyi 
VB serveri 
Universal müştəri 
(brauzer) 
Universal müştəri 
(brauzer) 
İnformasiya serveri 
TCP/IP 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________133___________________________ 
 
kompüter  şəbəkələri  ilə  işləməyə  imkan  verən  tam  dəyərli 
proqram əlavələri yaratmağa imkan verir.
 
Java-texnologiyanın  ən  vacib  xassələrindən  biri  proqram 
əlavələrin  daşınabilən  olmasıdır.  Daşınabilənlik  konsepsiyası 
odur ki, 
Java  dilində  yazılmış  və  sazlanmış  Java-kod  istənilən 
proqram-aparat  platformasında  icra  edilə  bilir.  Daşınabilənlik 
konsepsiyasının  gerçəkləşdirilməsi  üçün 
Java  dilində  yazılmış 
proqramı  universal bayt-koda  kompilyasıya  etmək  kifayətdir. 
Çünki universal bayt-kod 
virtual  Java-maşın  deyilən  xüsusi 
proqram  təminatı  ilə  müxtəlif  mühitlərdə  interpretasiya  edilə 
bilir. Bayt-kod  proqram  və  verilənlərin  universal  formatı  olub, 
bütün aparat platformaları, yəni, fərdi kompüterlər, korporativ 
Unix-serverlər və böyük hesablayıcı sistemlər üçün eynidir.  
Kompilyasiya  mərhələsində  səhvlər  aşkar  edilir  və 
proqram  qismən  optimallaşdırılır.  Virtual 
Java-maşın  icra 
olunarkən  proqram  əlavəsinin  proqram  koduna  bəzi  nəzarət 
formaları  təmin  edilir.  Belə  ki,  stekin  (1  baytlıq  yaddaş 
elementidir) aşıb-daşması, massivlərin sərhədlərinin işlənilməsi 
və s. nəzarətə götürülür. Proqram əlavəsi icra edilərkən virtual 
Java-maşın  onun  kodunu  bayt-kodla  müqayisə  edir,  əmrlərin 
kompüter və şəbəkə üçün təhlükəsiz olub-olmadığını və bir sıra 
başqa şərtləri yoxlayır. Bu yoxlamalar proqram əlavəsinin işini 
bir  qədər  ləngitsə  də,  yüksək  təhlükəsizlik  səviyyəsi  saxlayır. 
Proqram  əlavələrinin  mənbəyi  olan  informasiya  serverindən 
həm də pozucu fəaliyyət proqramları – viruslar da yüklənə bilir. 
Proqram əlavəsinin bilavasitə təşəbbüskarlığından əvvəl virtual 
Java-maşın  həmin  proqramın  fraqmentlərini  müvafiq 
bibliotekalardan  (kitabxanalardan)  toplayır  və  adlararası 
iqtibaslara icazə verir. Fraqmentlər lokal sistemdə saxlanan və 
İnternet serverindən daxil olan bayt-kodlardan alınır.  


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________134___________________________ 
 
HTML  dilində  sənəd  hazırlanması  texnologiyası  Java 
dilində olan proqram əlavəsinin kodunu sənədin mətninə daxil 
etməyə  imkan  verir.  Bu  daxiletmə  iqtibas  şəklində 
rəsmiləşdirilir. 
Java-əlavələr  yazılarkən,  sazlanarkən  və  bayt-
koda kompilyasiya  edilərkən 
aplet  adlanan  xüsusi  şəkildə 
rəsmiləşdirilir.  Həm  proqramın  kodu,  həm  də  informasiya 
səhifələri  brauzerə 
HTTP  protokolu  ilə  göndərilir.  Brauzerin 
xüsusi komponenti olan virtual 
Java-maşın  bayt-kodu 
interpretasiya və icra edir.  
Bayt-kodun  apletinə  iqtibas  yerləşən  sənədi  alan  kimi, 
universal  müştəri  proqramı  müvafiq  informasiya  serverindən 
zəruri  bayt-kodu  soruşur.  Kod  bilavasitə  müştəri  kompüterinə 
ötürüldükdən  sonra  icra  edilə  və  ya  xüsusi  əmrin  köməyi  ilə 
aktivləşdirilə  bilər.  Apletlər  istifadəçidən  bəzi  informasiyanı 
almaq  üçün  və  ya  parametrlərinin  istifadəçi  tərəfindən 
verilməsi  tələb  olunan  hazır  proqramın  icrası  zamanı  istifadə 
edilir.  Apletlərdən  istifadənin  vacib  mexanizmi  informasiya 
serveri ilə əks-əlaqə yaratmaqdır. Bu, adətən uzaqda yerləşən 
verilənlər  bazası  ilə  qarşılıqlı  fəaliyyət  zamanı  istifadə  edilir. 
Güclü daxili verilən emalı tələb olunan proqram əlavələri üçün, 
məsələn,  informasiya  serveri  tərəfdə  reallaşdırılan  kifayət 
qədər  mürəkkəb  biznes-məntiq  serverin  imkanlarının  müvafiq 
standart  genişləndirilməsini  nəzərdə  tutur.  Bu  cür  imkan 
genişləndirməsi  informasiya  serverinə  başqa  serverlərin 
qoşulması  yolu  ilə  əldə  edilir.  Həm  də  burada  informasiya 
serverinə  təkcə  VB  serveri  deyil,  həmçinin  proqram  əlavələri 
cerveri  də  qoşula  bilir.  İstifadəçi  mövqeyindən  iş 
texnologiyasında  heç  bir  dəyişiklik  baş  vermir.  Universal 
müştərinin  informasiya  serveri  ilə  genişləndirilmiş  qarşılıqlı 
fəaliyyəti 2 saylı şəkildəki kimidir. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə