E L e k t r o n b I z n e s



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə39/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
1   ...   35   36   37   38   39   40   41   42   ...   52

 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________139___________________________ 
 
Sorğudakı 
məlumatlar 
DNS-serverin VB-sində 
saxlananlara  uyğundursa,  həmin  anda  müştəriyə  cavab 
göndərir,  əks  halda  sorğunu  başqa  domenin 
DNS-serverinə 
göndərir. Bu 
DNS-server sorğunu işləyə bilirsə, işləyir, bilmirsə, 
başqa 
DNS-serverə  göndərir  və  s.  Bütün  DNS-serverlər 
İnternet şəbəkəsinin domenlər iyerarxiyasına müvafiq qaydada 
birləşdirilmişlər.  Lazımi  təsviri  alana  qədər  müştəri bu 
serverlərdə  sorğu  aparır.  Müştəri  kompüterləri  cəldliyi  və 
etibarlılığı yüksəltmək üçün bir-neçə IP-ünvandan istifadə edə 
bilirlər.  
DNS  VB-si  ağacşəkilli  struktura  malikdir.  Bu  struktur 
adların domen fəzası  adlanır. Burada hər bir domenin adı var 
və tərkibində başqa domenlər yerləşə bilər. Domenin adı 
DNS 
VB-sində valideyn domenə nəzərən onun vəziyyətini identifika-
siya  edir.  Addakı  nöqtələr  domenin  müvafiq  düyünlərini  bir-
birindən ayırır. 
DNS  VB-sində  kök  İnternetin  ICANN  mərkəzi  tərəfindən 
idarə  edilir.  Yuxarı  səviyyə  domenləri  ölkələr  və  ya  ABŞ  və 
Kanadaya aid təşkilat tipləri üçün verilir. Bu domenlərin adları 
beynəlxalq 
ISO 3166  standartına  uyğun  olmalıdır.  Ölkə  adları 
2-3 hərflə işarə edilir. Təşkilat tipləri üçün aşağıdakı  adlardan 
istifadə edilir: 

 
com 
– 
kommersiya 
təşkilatları 
(məsələn, 
www.pwcglobal.com);
 

 
edu – tədris müəssisələri (məsələn, 
www.stanford.edu
); 

 
gov – hökumət təşkilatları (məsələn, 
www.nipc.gov
); 

 
org 
– 
qeyri-hökumət 
təşkilatları 
(məsələn, 
www.w3c.org
); 

 
net 
– 
İnternet 
xidməti 
provayderləri 
(məsələn, 
www.internettrading.net
).
 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________140___________________________ 
 
ŞƏBƏKƏ DÜYÜNLƏRİNƏ IP-ÜNVANLARIN TƏYİN 
EDİLMƏSİ PROSESİNİN AVTOMATLAŞDIRILMASI: DHCP 
PROTOKOLU 
 
Çox hallarda şəbəkə inzibatçısı daimi 
IP-ünvanlar verir və 
bunları  əməliyyat  sisteminin  parametrləri  kimi  yazırlar.  Əgər 
IP-ünvanlar  üçün  ayrılmış  sahə  şəbəkəyə  qoşulmalı  olan 
kompüterlərin sayına darlıq edirsə, bu halda 
IP-ünvanlar dina-
mik  qaydada  verilir.  Bu  problemi  həll  etmək  üçün  düyünün 
dinamik konfiqurasiyası  protokolu 
DHCP  (Dynamic Host 
Configuration Protocol) işlənib hazırlanmışdır.  
DHCP 
protokolunun 
əsas 
təyinatı 
avtomatik 
formalaşdırılan  sorğular  üzrə 
IP-ünvanların  dinamik  təyin 
edilməsindən ibarətdir. Ünvanların avtomatik təyini zamanı bu 
iş  üçün  ixtisaslaşdırılmış 
DHCP-server  inzibatçının  müdaxiləsi 
olmadan 
IP-ünvanların  pul  adlandırılan  ehtiyat  qiymətlərindən 
istifadə  edərək 
IP-ünvan verir. Pul-un  diapazonunu  inzibatçı 
DHCP-serverin  konfiqurasiyasını  təyin  edərkən  müəyyən  edir. 
Müştərinin  identifikatoru  ilə  onun 
IP-ünvanı  arasında  daimi 
uyğunluq  saxlanır.  Bu  uyğunluq 
DHCP-server  tərəfindən 
müştəriyə  ilk  dəfə 
IP-ünvan  verilərkən  təyin  edilir.  Növbəti 
sorğularda server həmişə həmin 
IP-ünvandan istifadə edir.   
DHCP-server  müştəriyə  verdiyi  IP-ünvanı  müvəqqəti 
verir.  Odur  ki,  həmin  ünvan  başqa  vaxtlarda  başqa 
kompüterlərə də verilə bilər.  
“Kompüter-müştəri”  sistemi  təşəbbüskarlıq  göstərərkən 
DHCP şəbəkəyə “tədqiqat” sorğusu göndərir. Bu sorğunu alan 
hər  bir 
DHCP-server  sorğu  mənbəyinə  “təklif”  göndərir  ki, 
sonra  bu  təkliflərdən  biri  seçilir.  Sonra 
DHCP-server  seçilmiş 
“təklifin təsdiqi barədə” məlumat yayır. 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________141___________________________ 
 
 
İNFORMASİYANIN TƏQDİMEDİLMƏ FORMASI 
 
1980-ci  illərin  sonunda  T.Berners-Li  Cenevrədə  yerləşən 
Avropanın  elementar  fiziki  zərrəciklər  laboratoriyasının 
informasiya arxivlərini səliqəyə salmaqla və informasiyaya sadə 
müraciət sistemi yaratmaqla məşğul idi. Laboratoriyanın xüsu-
siyyəti o idi ki, burada müxtəlif əməliyyat sistemləri qurulmuş 
müxtəlif  kompüterlər  çoxluğundan  istifadə  edilirdi.  Buna  görə 
də informasiyaya müraciətin elə üsulu seçilməli idi ki, müştəri 
və  serverin  aparat-proqram  xüsusiyyətləri  heç  bir  rol 
oynamasın.  Bu,  proqram  təminatının  “müştəri-server” 
modelindən  istifadə  edilməsini  zəruri  etmişdi.  Bu  məsələnin 
həlli  üçün  müştəri  və  serverin  qarşılıqlı  fəaliyyət 
göstərməsindən ötrü protokol işləyib hazırlamaq lazım idi. 
Hipermətnin ötürülməsi üçün Berners-Li serverlə müştəri 
arasında  qarşlıqlı  fəaliyyət  üçün  xüsusi 
HTTP  protokolunu 
işləyib hazırladı. İnformasiyanın universal tədimatı üçün 
HTML 
dili yaradıldı. Yeni dilin əsas ideyaları aşağıdakılardan ibarət idi: 

 
Sənəd  mətnə  daxil  edilmiş  interpretasiya  əmrləri 
əsasında 
müştərinin 
proqram 
təminatı 
ilə 
formatlaşdırılır;  

 
Bütün obyektlər (şəkillər, audio verilənlər və s.) sənədə 
universal resurs göstəricisi (
URL  -  Uniform Resource 
Locator  –  Universal  Resurs  Göstəricisi)  ilə  müəyyən 
edilən verilənin mənbəyinə iqtibas edilməklə daxil edilir.  
Berners-Li  ilə  təxminən  eyni  vaxtda  Mark Andrissen və 
Erik Bin 
Mosaic  adlı  çoxplatformalı  və  kifayət  qədər  sadə 
brauzer  işləyib  hazırladılar.  Nəticədə  milyonlarla  istifadəçiləri 
özünə  cəlb  edən  işgüzar  və  əyləncəli  informasiyanın  İnternet 
vasitəsilə təqdimatı mümkün oldu. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə