E L e k t r o n b I z n e s


E L E K T R O N    B İ Z N E S



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə35/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
1   ...   31   32   33   34   35   36   37   38   ...   52

 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________126___________________________ 
 
(verilənlərin) mərkəzləşdirilmiş toplanması (yığılması), operativ 
qaydada  axtarışı  və  düzəliş  edilməsi  imkanının  yaranması 
idarəetmənin  informasiya  təminatında  ciddi  keyfiyyət 
dəyişikliklərinin olacağını xəbər verirdi. Lakin tərəqqiyə müvafiq 
proqram təminatının yaradılmasının ləng inkişafı mane olurdu. 
Buna  görə  də  yaradılan  proqram  kompleksləri  istifadəçilərin 
informasion  tələblərini  təmin  etməklə  yanaşı,  həm  də  peşəkar 
proqramçıların  əməyinə  qənaət  edilməsi  baxımından  sərfəli 
olmalı idi.  
Bu  məsələnin  həlli  üçün  bilavasitə  proqramlaşdırma 
dillərindən  istifadə  əvəzinə  istifadəçinin  avtomatlaşdırılmış 
sistemlə  daha  yüksək  səviyyəli  ünsiyyət  vasitələrinin 
yaradılması  və  gerçəkləşdirilməsi  lazım  idi.  Yəni  sistemin  dilini 
istifadəçinin  sorğu  formalaşdırdığı  təbii  dilə  yaxınlaşdırmaq 
tələb olunurdu.  
İnformasiyanın  (verilənlərin)  mərkəzləşdirilmiş  qaydada 
saxlanması  və  emalı  yalnız  verilənlər  sistemində  saxlananlar 
barədə  istifadəçilərin  razılaşdırılmış  təsəvvürünün  təmin 
edilməsi  yolu  ilə  mümkün  idi.  Lakin  müxtəlif  istifadəçi 
qruplarının 
verilənlər 
sistemində 
saxlananlar 
barədə 
təsəvvürləri  həmin  qrupların  məqsədlərini  əks  etdirdiyindən, 
bir-birindən kəskin fərqlənə biləndir. Buna görə də bu təsəvvür-
ləri  razılaşdırmaq  üçün  xüsusi  mexanizmlər  və  müvafiq 
proqram vasitələri tələb olunurdu. Həm də bu halda verilənlərin 
təsviri  (təqdimatı)  və  tətbiqi  proqramlar  nə  verilənlərin 
saxlanmasının  fiziki  təşkilinin  dəyişilməsi  zamanı,  nə  də  yeni 
təsəvvürlü yeni istifadəçilərin sistemə daxil edilməsi zamanı heç 
bir dəyişikliyə uğramamalı idi.  
Beləliklə, 
informsiyanın 
avtomatlaşdırılmış 
emalı 
sisteminin  proqram  təminatının  təkamülü  prosesində  yuxarıda 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________127___________________________ 
 
sadalanan problemlərin kompleks şəkildə həllini nəzərdə tutan 
“verilənlər bazasının idarə edilməsi sistemi” (VBİS) adlanan, adi 
proqramlaşdırma  dillərindən  daha  yüksək  səviyyəli  proqramlar 
kompleksi meydana çıxdı.
 
Müasir  avtomatlaşdırılmış  informasiya  emalı  sistemləri 
üçün xarakterik olan 2 cəhəti qeyd etmək olar: 
1.Ümumi  verilənlər  bazasından  istifadə  etməklə  müxtəlif 
istifadəçilərin həll etdiyi cürbəcür məsələlər; 
2.Verilənlərin  saxlanması  və  emalı  üçün  istifadə  edilən 
aparat vasitələrinin daim yaxşılaşdırılması. 
Bu  baxımdan  VBİS-in  yaxşılaşdırılması  fiziki  və  məntiqi 
sərbəstlik aspektlərini özündə birləşdirir.
 
Verilənlərin  məntiqi  sərbəstliyi  dedikdə,  mövcud  tətbiqi 
proqramların  və  verilənlərin  emalı  texnologiyalarının  dəyişməz 
qaldığı  halda  verilənlərin  məntiqi quruluşunun  dəyişdirilə 
bilməsi imkanı nəzərdə tutulur. Bu mənada, hər hansı informa-
sion  obyektin  emal  ediləcək  xarakteristikalarının  sayının 
artırılması və azaldılması nisbətən tipik situasiya sayılır.  
Verilənlərin  fiziki  sərbəstliyi  dedikdə,  tətbiqi  proqramları 
və  verilənlərin  məntiqi  strukturunu  yenidən  qurmadan 
verilənlərin  fiziki  təşkilinin  dəyişdirilə  bilməsi  imkanı  nəzərdə 
tutulur.  Bu  baxımdan,  verilənlərin  kiçik  tutumlu  yaddaşdan 
daha  iri  tutumlu  yaddaşa  köçürülməsi  nisbətən  tipik  situasiya 
sayılır. 
Fərdi  EHM-lər  istehsalı  texnologiyasının  iti  sürətlə 
təkmilləşdirilməsi  ona  gətirib  çıxardı  ki,  informasiyanın  emalı 
üçün böyük EHM-lərdən  istifadə  edilməsi  iqtisadi  cəhətdən 
məqsədəuyğun  olmadı.  Çünki  kompüterə  nisbətən  EHM-lərdə 
emalın maya dəyəri qat-qat yüksək olduğu halda, məhsuldarlıq 
xeyli azdır. 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________128___________________________ 
 
Verilənlərin  emalı  texnologiyasını  təsvir  edərkən  bir  sıra 
terminlərdən  istifadə  edilir  ki,  bunlardan  da  nisbətən  daha 
vacib və əsas olanlar aşağıdakılardan ibarətdir: 
Server  –  digər  proseslərin  sorğularına  xidmət 
göstərilməsini  təmin  edən  məntiqi  prosesdir.  Xidmət 
göstərilməsi  üçün  sorğu  gəlməyincə  server  başa 
çatdırılmış  prosesin  nəticələrini  göndərmir.  Serverin 
funksiyası sorğuya təşəbbüs edildikdən sonra xidmətin və 
əlaqələrin  sinxronlaşdırılmasının  idarə  edilməsindən 
ibarətdir.  
Müştəri  -  xidmət  göstərilmək  üçün  serverə  sorğu 
göndərən  prosesdir.  Göründüyü  kimi,  bu  kontekstdə 
müştəri  və  serverin  texniki  (aparat)  aspekti  arxa  plana 
keçirilir. Müştərinin serverdən fərqi odur ki, tranzaksiyanı 
müştəri başlayır, server isə onu başa çatdırır. Müştərinin 
funksiyası  təşəbbüs  göstərmək,  serverin  funksiyası 
təşəbbüsə cavab verməkdir.  
“Müştəri-server”  arxitekturasının  əsas  təyinatı  serverin 
idarə  etdiyi  verilənlərə  müraciəti  reallaşdıran  tətbiqi 
proqramlarla  müştərini  təmin  etməkdən  ibarətdir.  “Müştəri-
server”  arxitekturası  bir  serverdən  bir-neçə  müştərinin  birgə 
səmərəli istifadə etməsinə imkan verir. 
“Müştəri-server”  texnologiyasından  istifadə  edilərkən 
sorğuların VB serverinə ötürülməsinin və bu sorğulara alınmış 
cavabların  müştəriyə  qaytarılmasının  səmərəli  idarə  edilməsi 
hesabına  paylanmış  avtomatlaşdırılmış  sistemlər  yüksək  məh-
suldarlıq  nümayiş  etdirir.  Müştərinin  tətbiqi  proqramları  VB 
serveri  ilə  SQL  (Verilənlər  bazası  ilə  işləmək  üçün  yönəldilmiş 
dildir)  dilinin  köməyi  ilə  qarşılıqlı  fəaliyyət  göstərir.  Müştəri 
sorğusu  SQL  dilində  işləndikdən  sonra  VB  serveri  yalnız 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə