E L e k t r o n b I z n e s



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə43/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
1   ...   39   40   41   42   43   44   45   46   ...   52

 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________153___________________________ 
 
2.Tamlıq – informasiyanın dəyişdirmələrdən qorunması; 
3.Əlçatanlıq  –  istifadəçiyə  avtorizə  olunmaq  imkanının 
verilməsi. 
Bu  məsələlərin  həlli  metodları  və  vasitələri  bütün 
informasiya sistemləri üçün eynidir.  
 
VBİS-DƏ İDENTİFİKASİYA VƏ ƏSLLİYİN TƏSDİQİ 
ÜÇÜN İSTİFADƏ EDİLƏN TEXNOLOGİYALAR 
 
İxtiyari VB serveri müəyyən əməliyyat sisteminin (ƏS-in) 
idarəsi altında işləyir. Buna görə də verilənlərin mühafizəsi ilk 
növbədə  əməliyyat  sisteminin  vəzifələrindən  biri  olmalıdır.  VB 
serverinin  təhlükəsizlik  sistemi  həm  xarici,  həm  də  daxili 
vasitələrdən təşkil edilir.  
VB  serverinə  daxil  olmağa  icazə  alınması 
identifikasiya, 
autentifikasiya  və  avtorizasiya  kimi  3  prosedurun  icrasını 
nəzərdə tutur. 
İdentifikasiya 
prosedurunun 
mahiyyəti 
server 
resurslarının istehlakçısı olan obyektə ad verməkdən ibarətdir. 
İstifadəçi  adı  müəyyən  unikal  (təkrar  olunmayan)  metkadır 
(nişandır).  
Autentifikasiya  prosedurunun  mahiyyəti  istifadəçinin 
təqdim  edilməsi  və  bu  təqdimatın  əslliyinin  təsdiqindən 
ibarətdir. 
Bu iki prosedur icra olunduqdan sonra 
avtorizasiya 
proseduru icra edilərək VB serverinə daxil olmağa icazə alınır. 
 
 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________154___________________________ 
 
PAYLANMIŞ VB-LƏRDƏ İNFORMASİYA 
TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİ METODLARI 
VƏ VASİTƏLƏRİ 
 
Verilənlərin  paylanmış  emalı  texnologiyası  şəbəkə 
mühitində  vahid  məntiqi  informasiya  bazasına  əsaslanır.  Bu 
baza istifadəçidən gizli saxlanır. Yəni istifadəçi hansı məlumatın 
hansı kompüterdə yerləşməsini bilmir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________155___________________________ 
 
ELEKTRON BİZNESİN ÖDƏMƏ 
SİSTEMLƏRİ 
 
ELEKTRON ÖDƏMƏ SİSTEMLƏRİ 
 
İnternetin infrastruktur təməli üzərində icra edilən inkişaf 
etmiş ödəmə xidmətinin mövcudluğu elektron biznesin kamillik 
göstəricisi  kimi  çıxış  edir.  Elektron  biznesin  inkişafının  vacib 
problemlərindən biri kiberfəzada səmərəli ödəmə sistemlərinin 
təmin  edilməsindən  ibarətdir.  Satınalmalar  üzrə  elektron 
ödəmələri  təmin  edən  sistemlərə  qarşı  qoyulan  ən  vacib 
tələblər təhlükəsizlik və istifadənin etibarlılığıdır.  
Ənənəvi ödəmə sistemləri aşağıdakı ödəmə ssenariləri ilə 
həyata keçirilir: 

 
Nağd ödəmə; 

 
Bank köçürmələri ilə ödəmə; 

 
Üstəlik ödənişlə ödəmə; 

 
Poçt və ya teleqraf köçürmələri ilə ödəmə. 
Nağd  ödəmə  daha  çox  istifadə  edilir.  Bu  metodun 
nöqsanı  odur  ki,  nağd  pulun  daşınması  və  hesablaşmada 
istifadə edilməsi xeyli təhlükəlidir.  
Bank  köçürmələri  ilə  ödəmə  də  çox  istifadə  edilən 
metoddur.  Hüquqi  şəxslər  və  iri  məbləğdə  ödəmələr  üçün bu 
metod  əvəzsizdir.  Bank  göstərdiyi  xidmət  üçün  ödənilən 
məbləğin  3%-ni  alır.  Bunun  nöqsanı  odur  ki,  vəsaitin 
köçürülməsinə 1 həftə vaxt sərf edilir ki, bu da dolayı iqtisadi 
itkilərlə əlaqədar olur.  
Üstəlik  ödənişlə  ödəmə  poçt  vasitəsilə  sifariş  alındığı 
momentdə  həyata  keçirilir.  Xidmət  haqqı  sifarişin  dəyərinin 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________156___________________________ 
 
20%-i  qədərdir.  Bu  metod  o  halda  istifadə  edilir  ki,  başqa 
üsullar daha baha başa gəlir. 
Poçt  və  ya  teleqraf  köçürmələri  ilə  ödəmə.  Poçt 
köçürmələri  ilə  ödəmə  bir-neçə  həftə,  teleqraf  köçürmələri  ilə 
ödəmə  7  günədək  çəkir.  Xidmətin  dəyəri  köçürülən  məbləğin 
10%-ə  qədəri  olduğundan  biznes-partnyorlar bu metoda 
maraq göstərmirlər. 
Hal-hazırda  Dünya  ölkələrinin  çoxunda  köhnə  və  təzə 
ödəmə  sistemlərinin  paralel  istifadəsi  geniş  yayılmışdır. 
Elektron ödəmə sistemləri tədricən ənənəvi sistemləri sıxışdırır. 
Bank hesablarına əsaslanan müxtəlif plastik kartlardan istifadə 
genişlənir. 
 
 
EMİTENTLƏR VƏ EKVAYERLƏR 
 
Emitent  dedikdə,  ödəmə  vasitəsi  kimi  istifadəyə  plastik 
kart  buraxıb,  maliyyə  öhdəliklərinin  yerinə-yetirilməsinə 
zəmanət  verən  təşkilat  nəzərdə  tutulur.  Kart  ya  bank 
tərəfindən  (məsələn, 
Visa),  ya  da  kredit  ödəmə  sistemi 
tərəfindən  (məsələn, 
American Express)  emitləşdirilir,  yəni 
qiymətli  kağızlar  (kağız  pullar)  buraxılır.  Emitent  müəssisələri 
məcburi qaydada karta keçirməklə məşğul olmur. 
Ekvayer  dedikdə,  ödəmə  sistemi  vasitələrinin  xidmət 
göstərməsində  iştirakçıların  qarşılıqlı  fəaliyyətini  təmin  edən 
lazımi  əməliyyatların  icraçısı  olan  təşkilat  nəzərdə  tutulur. 
Ekvayer katr ödəmə xidməti göstərilən məntəqələrdə aşağıdakı 
əməliyyatların icrasını təmin edir: 

 
Avtorizə sorğularının emalı; 

 
Mal və xidmətlərə görə satıcı hesabına pul köçürmələri; 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə