səhmdar kimi iştirak etməlidir. Aparıcı iştirakda dövlətə pul
vəsaitlərini layihə investorları borc verir. Faizlər dövlətin
aparıcı payından asılı olaraq razılaşdırırlmış dərəcə ilə tutulur
və borcun özü dövlətin layihədən əldə ancaq borclar
ödəndikdən sonra tam dəqiqləşir. Mahiyyətcə aprıcı iştirakda
dövlət özünün səhmdar payını layihə investorunun borc verdiyi
qeyri-mütərəqqi borc vasitəsilə satın alır. Buna görə də
səhmdar iştirakın bu forması daha az risq tələb edir. RRT-nin
kümulyativ dərəcəsi ilə aparıcı iştirakda tutulan faiz dərcəsi
anacaq 35% dərcə həddində eyni olarsa, onda məsələn,
kümulyativ dərəcə və aparıcı iştirak payı hər ikisi 20% olan
lalda, təkcə RRT tutularsa, layihə 20%-i qazanana qədər
dövlətə heç nə çatmayacaqdır, lakin sonra dövlət 35% əlavə
mənfəət qazanacaqdır. Yəni RRT dövlətə aparıcı səhmdar kimi
iştirakın bütün üstünlüklərini verir və onu heç bir risq
qarşısında qoymur.
Burada neft məhsulunun bölgüsəndə dövlətin iştirakının
başqa forması kimi baxmaq lazımdır. Belə ki, dövlət layihədə
öz neft resursları, investorlar isə layihənin işlənməsi və
istismarı ilə bağlı xərclərlə iştirak edirlər. Bu əsasda dövlət və
investorlar hasil ediləcək məhsulun bölgüsü üzrə də razılığa
gəlməlidirlər. Əlbətdə, layihədə iştirak edən dövlət çox vaxt öz
payının da satılmasını investora həvalə edir. Məhsulun bölgüsü
şərtləri çoxcəhətli olur və bəzən inzibatçılıq etmək də asan
olmur. Buna görə də məhsulun adi bölgü şərtində dövlət və
investor məhsulun bölgüsünü ancaq investor özünün kəşfiyyat,
işlənmə və istismara ilin xərclərini çıxardıqdan sonra
başlayırlar. Bu planda məhsulun bölüşdürülməsi üzrə saziş
əslində dövlətin özünün səhmdar payını almağa məcbur
etmədiyi üçün daha az risqlıdır. Əksər ölkələr məhsulun
bölüşdürülməsi şərtlərində ilk illərdə məhsulun 30-40%-nin
dövlətə çatmasının nəzərdə tutur.
Hazır məhsulun bölüşdürülməsi haqqında sazişlərdə neft
xərclərin ödənilməsi üçün neftə və gəlir neftinə bölünür.
137
Xərclərin ödənilməsi üçün neft layihə xərclərinin örtülməsi
üçün nəzərə tutulur. Çox vaxt sazişlərdə bu məqsəd üçün
ayrılan neftin yuxarı həddi göstərilir. Bəzi ölkələrdə müxtəlif
xərclər üçün onun ödənilməsinin yuxarı həddi daxilində
amortizasiya qrafiki də verlir. Xərclərin ödənilməsinə nəzarət
qrafiklərinin ölçülərinə oxşardır. Başqa sözlə, xərclərin
ödənilməsi üçün nəzərdə tutulan hazır məhsulun payı nə qədər
açağı olarsa, hökümətinin qalan gəlir neftindəki payını daha tez
almağa imkan yaranacaqdır. Təbii ki, gəlir neftindəki payını
əvvəldən almaqla hökümət investora öz xərclərini çıxarmaq
üçün daha çox vaxt ayırır. Buna görə də həmin məsələnin
həllində investorları kritik təhlükə altında qoymaq olmaz.
Tarixən gəlir neftini hökümətlə investorlar arasında
bərabər ( dəyişməz) tarif əsasında bölüşdürürlər. Bu sxem
mənfəətin dəyişilməsindən az asılı olduğuna görə, 1979-cu
ildən başlayaraq hazır məhsulda dövlətin gəlir nefti payının
artırılması geniş yayılmağa başladı. Diferensial renta neftin
qiyməti və xərclərindən asılı olduğuna görə bu sxemə
göstərilən amillərin təsiri məhduddur.
Bütün bu problemləri həll etmək üçün bəzi ölkələr gəlir
neftində dövlət payının artırılmasına və investorların əldə
eldikləri gəlir səviyyəsinə isə müəyyən hədd qoymağa
əsaslanan sxemə üstünlük verməyə başladılar.
Resurslardan istifadəyə görə vergi konsepsiyası gəlir
neftində dövlət payının müəyyən edilməsi üçün istifadə edilir
və bu zaman ayrıca vergi qoyulur. Bu sxemdə əldə edilən
gəlirlərin artmasından asılı olaraq dövlət payının da artmasının
nəzərdə tutan bir neçə bağlayıcı həlqə olduğuna görə,
investorlarla hökümət arasında münasibətlərin uzunmüddətli
sabitliyinə imkan verir.
İngiltərə yatağın işlənmə hüququna görə haqq tutulmur.
Neftdən gəlir vergisi kapital qoyuluşuna 35%-lik artımla 75%
və 10 il ərzində hər il 1 mln. ton həcmində ümumi güzəşt təşkil
edir. Korporativ vergi 33% təşkil edir. Bu sistem kifayət qədər
138
uğurla işləyir.
Norveçdə də yeni yataqların işlənmə hüququna görə haqq
yoxdur. Xüsusi vergi 6 il ərzində kapital qoyuluşlarına 5%-lik
artımla 50% təşkil edir. Amortazasiya da 6 ilə hesablanıb.
Korporativ vergi 28% təşkil edir.
Avstraliyada da yeni yataqların işlənmə hüquqlarına görə
haqq yoxdur. Lakin resursların icarəsinə görə 40%-lik vergi və
5%-lik hədd rentabelliyi (yataqların işlənməsi üçün) müəyyən
edilmişdir. Korporativ vergi 39% təşkil edir.
Çində yataqların işlənmə hüququna görə sürüşkən şkala
üzrə haqq, həmçinin gəlir neftinin mütərəqqi bölüşdürülməsi
sxemi və gəlir vergisi qəbul edilmişdir.
İndoneziyada hazır məhsulun bölüşdürülməsi sxemi və
gəlir vergisi tətbiq edilir. Ümumi hökümət rusumları 85%
təşkil edir.
Nigeriyada yataqların işlənmə hüququna görə haqq suyun
dərinliyindən asılı olaraq dəyişir. Mənfəətdən vergi dərəcəsi
85% təşkil edir.
Bazar iqtisadiyyatı şəraitində neft hasilatı sahəsində
fiskal rejimlər vergilərin cari ildə daxil olmasına, dövlət üçün
risqin azaldılmasına, vergi və digər inzibatçılıq yükünün
azaldılmasına səmtlənməlidir. Neft layihələri üçün fiskal
rejimlərin təşkilində ilk növbədə aşağıdakı məsələlərin həllində
diqqət vermək lazımdır:
müqavilələrin sabitliyi və möhkəmliyi üçün fiskal
alətlərin müxtəlif formalarından istifadə edilməlidir;
neft layihələri ilk növbədə iqtisadiyyatın bütün
sahələrində olduğu kimi, gəlir vergisinə cəlb
edilməlidir. Bu zaman gəlir vergisinə dair müxtəlif
maddələr, xüsusən səhmdar kapital və transfert
qiymətləri ilə bağlı kapital çıxımları diqqətlə
işlənilməlidir;
kapital avadanlıqlarının layihənin ilkin mərhələsində
139
Dostları ilə paylaş: |