E. M. Hacizadə T.Ə. Paşayev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/58
tarix26.05.2018
ölçüsü2,8 Kb.
#46031
1   ...   36   37   38   39   40   41   42   43   ...   58

 
 
 
 
 
 
 
3.2. Müasir dövrdə neft resurslarına tətbiq edilən başlıca 
fiskal mexanizmlər 
 
Neft ehtiyatları ilə  zəngin olan Azərbaycanın gələcəkdə 
fiskal daxil olmaları və xarici valyuta ehtiyatları neft hasilatın-
dan xeyli dərəcə asılı olacaqdır. Faktiki olaraq neft ehtiyat-
larına münasibətdə Azərbaycan düvləti iki fiskal rol oynayır: 
hər şeydən əvvəl, o neft resurslarının yeganə sahibi kimi çıxış 
edir; ikinci, o vergiqoymada müstəsna səlahiyyətlərə malikdir. 
Dövlətin vergiqoymadakı rolu ondan ibarətdir ki, neft hasi-
latının da iqtisadiyyatın digər sahiləri kimi dövlət büdcəsinə 
müəyyən vergilər ödəməsi təmin edilməlidir. Neft sərvətinin 
sahibi kimi dövlət neft yataqlarının işlənməsi vaxtının 
müəyyən edir, müqavilələr  əsasında xarici şirkətlətə icarəyə 
verilmiş yataqlardan müvafiq qiymətlərlə həm çıxarılan neftin, 
həm də neftdən  əldə edilən gəlirlərin bölüşdürülməsini təmin 
edir. 
Dünya təcrübəsinə görə dövlətlə xarici investorlar aras-
ında sabit münasibətləri təmin etmək üçün neft çıxarılması üzrə 
beynəlxalq müqavilələr 10 ildən 30 il müddətinə baxlanır. 
Yataqların işlənməsinin ilkin mərhələsində yataqların işlənmə 
hüququna malik olmaq üçün müxtəlif  şirkətlər arasında güclü 
rəqabət olduğundan təşəbbüs onlardan asılı olur. Lakin 
layihələr özünü doğrultuqdan, yataqlar uğurla işə çaşladıqdan 
sonra və təbii ki, onların mənfəəti artmağa başladıqda dövlətin 
rolu və  təşəbbüsləri ön plana keçir. Yataqlar işlənib 
tükəndikcə, yəni  şirkətlərin gəlirləri aşağı düşdükcə, onlar 
müxtəlif bəhanələrə müqavilənin şərtlərini dəyişməyə çalışırlar 
və  hətta dövlət onlara əsassız bəhanə verərsə, yataqların 
 
125


 
gələcəkdə  işlənilməsindən imtina edə bilərlər. Buna görə  də 
neft müqavilələri bağlanarkən neft yataqlarının işlənməsinə 
görə risqin və  əldə ediləcək gəlirlərin arasında ziddiyətlərin 
meydana şıxmasına əsas verilməməlidir. 
 
Gəlirlərin bölüşdürülməsi və onun nəticələri daha çox 
ölkədə mövcud olan fiskal mexanizmlərdən asılıdır. Bu fiskal 
mexanizmlər dpvlətlə  şirkətin bölüşdürdüyü risk, gəlir və 
gəlirlərin əldə edilmə vaxtı arasında kompromis yaratmaq, hər 
iki tərəfin mənafelərini optimal nəzərə almaq qabiliyyətinə 
malik olmalıdır. 
Dövlətin bergi hakimiyyəti funksiyasını yerinə yetirmək 
üçün  ən yararlı vergi növü-gəlir vergisidir. Gəlir vergisi ilk 
növbədə  gəlir və  xərclərin müqayisə edilməsini tələb edir. 
Əhamiyyətlisi odur ki, çəkilən xərclər heç olmasa, bir ildən 
sonra fayda verməyə başlayarsa, belə  xərclər çəmlənməli və 
fayda verdiyi bütün illər ərzində silinməlidir. Buradan neft sek-
torunun tükənməsi sahəsində  gəlirlərin azalması  nəzərə alın-
malıdır. 
Hazırda respublikamızda neft yataqlarının işlənməsində 
transmilli  şiükətlərin iştirakı transfert qiymətlərinin, həcminin 
neftlə  məşğul olan şirkətlərə qoyulan diferensial bergi 
rejimlərindən doğan stimülların yaranma ehtimalını artırır. 
Buna görə  də respublikamızın vergi qanunvericiliyinə assosi-
yalaşmış müəssisələr arasında qiymətlərin artması  və ya azal-
ması vergiqoyulan mənfəətin azalmasına təsir göstərdiyi halda, 
qiymətlərin dürüstləşdirilməsinə icazə verən xüsusi maddə 
daxil edilməsi zəruridir. Bunu təmin etməkdən ötrü şirkətlər 
təqdim etdikləri deklarasiyada assosiyalaşmış  tərəflərlə daxili 
və ya beynəxalq  əməliyyat haqqında  ətraflı  məlumat 
verməlidirlər. 
Neft şirkətlərindən idxal etdikləri neftə görə idxal rusum-
ları da tutulmalıdır. Neft resurslarına fiskal mexanizmlər 
dövlətin ölkənin torpaqlarının mineral sərəvətlərinin yeganə 
 
126


 
sahibi və sərəncamı olmasının nəzərə almalıdır. Doğrudan da
istənilən xarici investor neftçıxarma hüququnu əldə etmək üçün 
tələb olunan haqqı ödəməyi ancaq seçilən fiskal alətlərdən asılı 
olaraq razılaşa bilər. Məsələn, hər hansı  şirkət elan edilən 
tenderdə  və ya hərracda neft yatağını içarəyə götürmə hüqu-
qunu udmaqla, qısa bir müddətdə böyük gəlir  əldə edə bilər. 
Buna görə də respublika höküməti ya əvvəlcədən gəlirlərin bir 
qismini güzəştə getməli, və ya da öz payının az və ya çox ol-
masına varmadan onu ancaq tez götürmək haqqında 
fikirləşməlidir. Eyni zamanda, yataqların işlənməsi ilə bağlı 
xərclər və quyular istismara verildikdən sonra əldə ediləcək 
gəlirlər müqayisə edilərək ciddi təhlil olunmalı, bunun əsasında 
yataqların məhz, indi, yaxud gələcəkdə işlənmə vaxtı müəyyən 
olunmalıdır. Belə  təhlil sənayesində investorlardan alınası 
minimum haqqı daha daha obyektiv müəyyən etmək olar. 
İcarə bonusu-hərracın əvvəlcədən müəyyən etdiyi, yaxud 
hökümətin təyin etdiyi ilkin haqqdır. Bu o deməkdir ki, layihə 
gələcəkdə hər hansı səbəbdən kommersiya baxımından sərfəsiz 
olacaqca, investor risqi öz boynuna götürür. İcarə bonusu bir 
qayda olaraq gələcəkdə  əldə ediləcək gəlirlə müqayisədə o 
qədər də böyük məbləğdə olmur. 
Neft resurslarına malik ölkə ilə neft şirkəti müqavilə 
bağlayrakən, neftin sənaye ehtiyatları  kəşf olunarkən və neft 
hasilatı müəyyən səviyyə çatarkən nəğd pulla birdəfəlik haqq 
ödənilməsi nəzərdə tutula bilər. Bir qayda olaraq hərraclarda 
qalib gəlməyə görə yüksək haqqlar ancaq çox perspektivli 
yataqlar üçün baş verə bilər və buna ABŞ-ın təcrübəsində rast 
gəlmək olar. Bəzəy neft kəşfiyyatının sonrakı gedişində 
nəzərdə tutulan yataqlarda neft ehtiyatlarının olmaması da 
aşkar oluna bilər və  təbii ki, bundan ölkə büdcəsi qazanır. 
Yaxud  əksinə, nəzərdə tutulan yatağın daha perspektivli və 
zəngin olduğu aşkar oluna bilər və bu zaman yüksək birdəfəlik 
haqq da dövlət büdcəsinin məhrum olduğu vəsaitin yanında 
yüz bir məbləğdir. 
 
127


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə