3.2. Müasir dövrdə neft resurslarına tətbiq edilən başlıca
fiskal mexanizmlər
Neft ehtiyatları ilə zəngin olan Azərbaycanın gələcəkdə
fiskal daxil olmaları və xarici valyuta ehtiyatları neft hasilatın-
dan xeyli dərəcə asılı olacaqdır. Faktiki olaraq neft ehtiyat-
larına münasibətdə Azərbaycan düvləti iki fiskal rol oynayır:
hər şeydən əvvəl, o neft resurslarının yeganə sahibi kimi çıxış
edir; ikinci, o vergiqoymada müstəsna səlahiyyətlərə malikdir.
Dövlətin vergiqoymadakı rolu ondan ibarətdir ki, neft hasi-
latının da iqtisadiyyatın digər sahiləri kimi dövlət büdcəsinə
müəyyən vergilər ödəməsi təmin edilməlidir. Neft sərvətinin
sahibi kimi dövlət neft yataqlarının işlənməsi vaxtının
müəyyən edir, müqavilələr əsasında xarici şirkətlətə icarəyə
verilmiş yataqlardan müvafiq qiymətlərlə həm çıxarılan neftin,
həm də neftdən əldə edilən gəlirlərin bölüşdürülməsini təmin
edir.
Dünya təcrübəsinə görə dövlətlə xarici investorlar aras-
ında sabit münasibətləri təmin etmək üçün neft çıxarılması üzrə
beynəlxalq müqavilələr 10 ildən 30 il müddətinə baxlanır.
Yataqların işlənməsinin ilkin mərhələsində yataqların işlənmə
hüququna malik olmaq üçün müxtəlif şirkətlər arasında güclü
rəqabət olduğundan təşəbbüs onlardan asılı olur. Lakin
layihələr özünü doğrultuqdan, yataqlar uğurla işə çaşladıqdan
sonra və təbii ki, onların mənfəəti artmağa başladıqda dövlətin
rolu və təşəbbüsləri ön plana keçir. Yataqlar işlənib
tükəndikcə, yəni şirkətlərin gəlirləri aşağı düşdükcə, onlar
müxtəlif bəhanələrə müqavilənin şərtlərini dəyişməyə çalışırlar
və hətta dövlət onlara əsassız bəhanə verərsə, yataqların
125
gələcəkdə işlənilməsindən imtina edə bilərlər. Buna görə də
neft müqavilələri bağlanarkən neft yataqlarının işlənməsinə
görə risqin və əldə ediləcək gəlirlərin arasında ziddiyətlərin
meydana şıxmasına əsas verilməməlidir.
Gəlirlərin bölüşdürülməsi və onun nəticələri daha çox
ölkədə mövcud olan fiskal mexanizmlərdən asılıdır. Bu fiskal
mexanizmlər dpvlətlə şirkətin bölüşdürdüyü risk, gəlir və
gəlirlərin əldə edilmə vaxtı arasında kompromis yaratmaq, hər
iki tərəfin mənafelərini optimal nəzərə almaq qabiliyyətinə
malik olmalıdır.
Dövlətin bergi hakimiyyəti funksiyasını yerinə yetirmək
üçün ən yararlı vergi növü-gəlir vergisidir. Gəlir vergisi ilk
növbədə gəlir və xərclərin müqayisə edilməsini tələb edir.
Əhamiyyətlisi odur ki, çəkilən xərclər heç olmasa, bir ildən
sonra fayda verməyə başlayarsa, belə xərclər çəmlənməli və
fayda verdiyi bütün illər ərzində silinməlidir. Buradan neft sek-
torunun tükənməsi sahəsində gəlirlərin azalması nəzərə alın-
malıdır.
Hazırda respublikamızda neft yataqlarının işlənməsində
transmilli şiükətlərin iştirakı transfert qiymətlərinin, həcminin
neftlə məşğul olan şirkətlərə qoyulan diferensial bergi
rejimlərindən doğan stimülların yaranma ehtimalını artırır.
Buna görə də respublikamızın vergi qanunvericiliyinə assosi-
yalaşmış müəssisələr arasında qiymətlərin artması və ya azal-
ması vergiqoyulan mənfəətin azalmasına təsir göstərdiyi halda,
qiymətlərin dürüstləşdirilməsinə icazə verən xüsusi maddə
daxil edilməsi zəruridir. Bunu təmin etməkdən ötrü şirkətlər
təqdim etdikləri deklarasiyada assosiyalaşmış tərəflərlə daxili
və ya beynəxalq əməliyyat haqqında ətraflı məlumat
verməlidirlər.
Neft şirkətlərindən idxal etdikləri neftə görə idxal rusum-
ları da tutulmalıdır. Neft resurslarına fiskal mexanizmlər
dövlətin ölkənin torpaqlarının mineral sərəvətlərinin yeganə
126
sahibi və sərəncamı olmasının nəzərə almalıdır. Doğrudan da,
istənilən xarici investor neftçıxarma hüququnu əldə etmək üçün
tələb olunan haqqı ödəməyi ancaq seçilən fiskal alətlərdən asılı
olaraq razılaşa bilər. Məsələn, hər hansı şirkət elan edilən
tenderdə və ya hərracda neft yatağını içarəyə götürmə hüqu-
qunu udmaqla, qısa bir müddətdə böyük gəlir əldə edə bilər.
Buna görə də respublika höküməti ya əvvəlcədən gəlirlərin bir
qismini güzəştə getməli, və ya da öz payının az və ya çox ol-
masına varmadan onu ancaq tez götürmək haqqında
fikirləşməlidir. Eyni zamanda, yataqların işlənməsi ilə bağlı
xərclər və quyular istismara verildikdən sonra əldə ediləcək
gəlirlər müqayisə edilərək ciddi təhlil olunmalı, bunun əsasında
yataqların məhz, indi, yaxud gələcəkdə işlənmə vaxtı müəyyən
olunmalıdır. Belə təhlil sənayesində investorlardan alınası
minimum haqqı daha daha obyektiv müəyyən etmək olar.
İcarə bonusu-hərracın əvvəlcədən müəyyən etdiyi, yaxud
hökümətin təyin etdiyi ilkin haqqdır. Bu o deməkdir ki, layihə
gələcəkdə hər hansı səbəbdən kommersiya baxımından sərfəsiz
olacaqca, investor risqi öz boynuna götürür. İcarə bonusu bir
qayda olaraq gələcəkdə əldə ediləcək gəlirlə müqayisədə o
qədər də böyük məbləğdə olmur.
Neft resurslarına malik ölkə ilə neft şirkəti müqavilə
bağlayrakən, neftin sənaye ehtiyatları kəşf olunarkən və neft
hasilatı müəyyən səviyyə çatarkən nəğd pulla birdəfəlik haqq
ödənilməsi nəzərdə tutula bilər. Bir qayda olaraq hərraclarda
qalib gəlməyə görə yüksək haqqlar ancaq çox perspektivli
yataqlar üçün baş verə bilər və buna ABŞ-ın təcrübəsində rast
gəlmək olar. Bəzəy neft kəşfiyyatının sonrakı gedişində
nəzərdə tutulan yataqlarda neft ehtiyatlarının olmaması da
aşkar oluna bilər və təbii ki, bundan ölkə büdcəsi qazanır.
Yaxud əksinə, nəzərdə tutulan yatağın daha perspektivli və
zəngin olduğu aşkar oluna bilər və bu zaman yüksək birdəfəlik
haqq da dövlət büdcəsinin məhrum olduğu vəsaitin yanında
yüz bir məbləğdir.
127
Dostları ilə paylaş: |