E. M. Hacizadə T.Ə. Paşayev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/58
tarix26.05.2018
ölçüsü2,8 Kb.
#46031
1   ...   35   36   37   38   39   40   41   42   ...   58

 
Azərbaycanın alacağı  mənfəət payı 1,7 milyard dollara yaxın, 
2010-cu ilədək isə 11 milyard dollardan artıq olacaqdır. 
2003-cü ildə «Şahdəniz» yatağından ildə 2-3 milyard m
3

hasil edilməsi, 2005-ci ildə 8 milyard kubmetr, 2006-cı ildə isə 
16 milyard kubmetr həcmində qaz hasil edilməsi planlaşdırılır. 
2010-cü ildə neft müqavilələrinin həyata keçirilməsi 
çərçivəsində neft hasilatının ümumi həcmi ildə 60 milyon tona. 
Təbii qaz hasilatı isə ildə 30 milyard kubmetrə çata bilər. 
Müvafiq olaraq Azərbaycanın gəliri də aratacaq və bu yaxın 
illərdə respublikamızın  şox vacib sosial problemlərinin həlli, 
xalqın rifah halının yüksəlməsi istiqamətində dönüş yaratmaq 
mümkün olacaqdır. Bütün bu tədbirlər Azərbaycanda uğurla 
fəaliyyət göstərən bazar iqtisadiyyatı  bərqərar etməyə, 
respublimamızın inkişaf etmiş və demokratik ölkəyə çevirməyə 
imkan verəcəkdir. Neft müqaviləları artıq Azərbaycanı 
bölgənin coğrafi-siyasi mərkəzində çevirmişdir. Müvafiq 
olaraq onun dünya ölkələri arasında nüfuzu da artmışdır. 
Azərbaycanın beynəxalq neft müqavilələrində  iştirakı 
ölkədə istər siyasi vəziyyətin normal məcraya salınmasında, 
istərsə  də çoxsaylı sosial-iqtisadi problemlərin həlli 
istiqamətində ardıcıl və  məqsədyönlü iş aparmağa imkan 
vermişdir. 1995-ci ilin əvvəlindən ölkədə bazar iqtisadiyyatına 
keçidi təmin etmək məqsədəilə islahatların daha da 
sürətləndirilməsi  kursu götürülmüş, qısa müddət  ərzində 
maliyyə sabitliyinə nail olunmuş, milli valyutanın dənərliliyi 
təmin olunmuşdur. Bu müddət  ərzində islahatların gedişini 
təmin etmək məqsədəilə 900-ə yaxın qanun qəbul edilmişdir. 
Onların içərisində torpaq islahatı haqqında, özəlləşdirmə, 
sahibkarlığın inkişafı, vergi, maliyyə-bank sisteminin yenidən 
qurulması, ticarətin liberallaşdırılmaqsı, inhisarçılığın aradan 
qaldırılması  və  rəqabətin inkişafı,  əhalinin sosial müdafiəsini 
təmin edən qanunlar xüsusi əhəmiyyətə malikdir. 
Bazar iqtisadiyyatına keçid istiqamətində görülən 
problemlər çox qısa müddətdə istehsalda yaranmış geriləmə 
 
122


 
prosesini dayandırmış, ölkədə makroiqtisadi sabitlik təmin 
olunmuşdur. YDM-in artımı 1996-cı ildə 1,3%, 1997-ci ildə 
5,8%, 1998-ci ildə 10%, 1999-cü ildə 7,4% olmuşdur. Bu isə 
MDB məkanında ən böyük göstəricidir. 
 
Sənaye istehsalında da artım meylləri görsənməkdədir. 
1997-ci ildə sənaye istehsalının həcmi 0,3% artmışdısa, 1998-
ci ildə artım 2,2%, 1999-cu ildə 3,6%, 2000-ci ildə isə 6,9% 
olmuşdur. 
Sənayenin  əksər sahələri, o cümlədən neft və qaz, neft 
kimyası, metallurgiya, maşınqayırma, tikinti materialları, 
yüngül və yeyinti sənayesi sahələrində, habelə sənayenin qeyri-
dövlət sektorunda ciddi irəliləyişlər müşahidə olunur və bu 
sahələrdə  məhsul istehsalı  əvvəlki illərlə müqayisədə xeyli 
artmışdır. 2000-ci ildə YDM-in mütləq həcmi 21 trilyon 
manatdan artıq olmuşdur və bu əvvəlki illə müqayisədə 11,3 
faiz çoxdur. YDM-in strukturunda real istehsal sahələrinin payı 
1999-cu illə müqayisədə 46,3 faizdən 48,7 faizə, xidmət 
sahələrini payı isə 47,5 faizdən 44,6 faizə enmişdir. 
Adambaşına 2,5 milyon manatlıq (562,3 dollar), yaxud keçən 
ildəkindən 10,4 faiz çox məhsul istehsal olunmuşdur. 
YDM-ın tərkibində  sənaye məhsulun istehsalının xüsusi 
çəkisi 25,6 faiz təşkil etmişdir. Ustehsalın həcmi yanacaq 
sənayesi müəssisələrində 5,3 faiz, elektroenergetikada 3,2 faiz, 
yeyinti sənayesində 2,1 faiz, kimya və neft kimyası 
müəssisələrində 34,4 faiz, metallurgiya sənayesində 2,5 dəfə, 
maışnqayırma müəssisələrində 78,2 faiz, meşə, ağac emalı  və 
selluloz-kağız sənayesində 10,5 faiz, tikinti sənayesi 
materialları sənayesində 21,3 faiz, yüngül sənayedə 477,7 faiz, 
ünüyütmə-yarma müəssisələrində 52,5 faiz çoxalmışdır. 1999-
cu ildə müqayisədə sənayenin dövlət bölməsində isə 12,5 faiz 
artmış, YDM-də onun xüsusi çəkisi 43,9 faizə çatmışdır. 
2000-ci ildə xarici ölkələrdə 2,8 milyard ABŞ dolları 
məbləğində, yaxud əvvəlki illə müqayisədə 88,1 faiz çox 
 
123


 
ticarət  əməliyyatları aparılmışdır. Mal dövriyyəsinin 63,3 
faizini ixrac olunmuş mallar, 36,7 faizini isə idxal olunmuş 
mallar təşkil etdiyindən 680 milyon dollar məbləğində müsbət 
saldo yaranmışdır. 
 
İşləyənlərin orta aylıq haqqı 15 faiz arataraq 204,2 min 
manat, əhalinin adeanbaşına pul gəlirləri 1 faiz arataraq 185,4 
min manat təşkil etmişdir. 
Son illərdə respublikamızda iqtisadi yüksəlişin başlıca 
şərti olan investisiya qoyuluşu da artmaqdadır. Belə ki, 1996-cı 
ildə kapital qoyuluşunun həcmi 65 faiz, 1997-ci ildə 67 faiz, 
1998-ci ildə isə 45 faiz artmışdır. Kapital qoyuluşunun 
artmasında ölkəmizə xarici kapital axını  həlledici rol oynayır. 
1996-2000-ci illər  ərzində ölkə iqtisadiyyatına 5,0 milyard 
dollar həcmində xarici investisiya yönəldilmişdir.  İndi 
Azərbaycanda təkcə neft sektorunda deyil, iqtisadiyyatın digər 
sahələrinə  də (rabitə, maşınqayırma, yeyinti xidməti və s.) 
xarici investisiyalar artmışdır. Xarici investisiyaların ümumi 
həcmində qeyri-neft sektorunun payı 1996-cı ildə 33 faiz, 
1997-ci ildə 40 faiz olmuşdusa, 199-cu ildə bu rəqəm 50 faizə 
çatmışdır. Hazırda Azərbaycanda adambaşına 150 dollara 
yaxın xarici investisiya düşür ki, bu da MDB məkanında  ən 
yüksək göstəricidir. 
Neft müqavilləri Azərbaycan xalqının firavanlığını  və 
gələcək nəsillərin xoşbəxtliyini təmin etmək üçün, yeni iş 
yerlərinin yaradılması üçün mühüm vasitə olmuşdur. 
Müqavilənin  şərtləri Azərbaycanı  təkcə neft sektorundan asılı 
etmir, bu şərtlər  əsasında Azərbaycanda iqtisadiyyatın yeni 
sahələrinin yaradılması, xalqın həyat səviyyəsinin 
yüksəldilməsi, maaşların, təqaüdlərin və müavinətlərin 
artırılması,  ən başlıcası respublikamızın müstəqilliyinin 
möhkəmləndirilməsi üçün böyük imkanlar açılır. 
 
 
 
124


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə