E. M. Hacizadə T.Ə. Paşayev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/58
tarix26.05.2018
ölçüsü2,8 Kb.
#46031
1   2   3   4   5   6   7   8   9   ...   58

 
çalarlı davamlı izlər qoymuşdu. 
XX  əsrin sonunda əldə edilən bənzərsiz siyasi 
nailiyyətAzərbaycanın müstəqillik faktoru, yeni geopolitik 
vəziyyət milli neft sənayemizin inkişaf etdirilməsində dönüş 
nöqtəsinə çevrildi. Ötən illərdə  Xəzərdə  kəşf olunan lakin 
işlənməsi müvəqqəti rentabelsiz hesab edilmiş  nəhəng 
karbhidrogen ehtiyatlarına fərqli rakursda nəzərin artması kapi-
tal dünyasında yeni təlatümlərə səbəb olaraq 1994-cü ildə neft 
aləmində «Əsrin müqaviləsi» kimi şöhrət tapan «Azəri-Çıraq» 
və «Günəşli» dəniz neft strukturlarının birgə  işlənməsi üzrə 
beynəlxalq müqavilənin imzalanması hadisəsi ilə  nəticələndi. 
İndi artmaqda olan müvafiq beynəlxalq neft kontraktlarının, 
buradakı  iştirakçı dövlət və  şirkətlərin sayı uzun bir siyahını 
xatırladır. Ölkəyə çox milyardlı investisiya axını hər il armaqda 
davam edir. «Şahdəniz» yatağında nəhəng qaz ehtiyatlarının 
aşkarlanması isə daha böyük əks-səda doğururaraq dövlətin 
neft-qaz strategiyasına növbəti konturlar gətirmiş, iqtisadi 
təhlükəsizliyin möhkəmləndirilməsində yeni mühüm amilə 
çevrilmişdir.  İndi neftin nəqli prosesləri ilə  həmahəng daha 
strateji, samballı layihələrin reallaşması  məqamı  gəlmişdir. 
Bakı-Ceyhan  Əsas Neft, Xəzəraşırı qaz ixrac kəmərlərinin 
gerçəkləşəcək inşaasının üfüqləri uzaqda deyildir. Bütün bunlar 
isə heç də respublikada neft və qaz sənayesinin  əhatə edən 
işlərin sona yetməsi təəsürratını doğurmamalıdır. Quru 
sahələrində  və  dənizdə ehtimal olunan çeşidli yataqların kəşfi 
imkanları gündəlikdən çıxmamış, həm də eyni zamanda hər iki 
müstəvidə  əzəli istismar olunan laylarda iqtisadiyyatı 
gücləndirəcək toplumda xeyli ehtiyat qalmışdır. Bununla belə 
neftdən  əldə ediləcək gəlirin rasional bölgüsü, onun təkrar 
istehsala yönəldilməsi, yeni istehsal-xidmət sahələrinin açılının 
genişləndirilməsi, digər bu kimi texniki-iqtisadi, təşkilatı 
xarakterli məsələlər aktual səviyyə daşımaqdadır. Elə bu 
strateji aspektdə müasir neft iqtisadiyyatımızın inkişafı sahədə 
yeni bazar mexanizmlərinin formalaşmasını diktə edir. Bütün 
 
7


 
bunlar isə əsaslı dərəcədə neft-qaz sektorunda başlanan iqtisadi 
islhatlar prosesinin ardıcıl davam etdirilməsindən
təkmilləşdirilməsi və  dərinləşdirilməsindən asılıdır. Yeni 
yataqların işlənməsində  Qərbin innovasion-texniki, qabaqcıl 
iqtisadi nəaliyyətləri  əsas götürülsə  də, köhnə istismar 
sahələrində idarəetməyə, hasilat-istehsal prosesinə yanaşmada 
totalitar iqtisadiyyatın direktiv inzibati metodları müəyyən 
nisbətdə  nəzərə çarpmaqdadır.  Şübhəsiz ki, bu strategiyada 
müəyyən solçu qüvvələrin müvafiq normativ-hüquqi bazanın 
möhkəmləndirilməməsini ləngitmək, iqtisadiyyatı daha çox 
dövlətin  əlində saxlamaq meylləri, islahatçı  təşəbbüskarlığın 
yetərli qiymətləndirilməsi, daxili maliyyə resurslarının azlığı, 
təcrübə kasadlığı, konservatizm, risq və sair obyektiv və 
subyektiv amillər öz təsirini göstərir. Lakin qlobal axın, 
inteqrasiya prosesləri, hadisələrin dinamikliyi radikal olmasa 
da, sahədə islahatların dərinləşməsini kəskinliyi ilə qarşıya 
qoyur. Məhz bu cəhətləri nəzərə alan müəlliflər mövcud mon-
qrafiyada neft-qaz sənayesində yeni bazar mexanizmlərinin 
formalaşdırılması istiqamətində müvafiq araşdırmalar, təhlil işi 
apararaq kompleksdə islahatların dərinləşməsi və 
təkmilləşdirilməsinə uyğun gələn nəticələrin  əldə olunmasına 
səy etmiş, sahənin inkişafına təkan verəcək üstün iqtisadi təsir 
və  tətbiq vasitələrinin müəyyənləşdirilməsinə  cəhdlər 
göstərmişlər. Neft-qaz sənayesinin mövcud potensialının yeni 
reallıqlar baxımından qiymətləndirilməsi, inteqrasiya, struktur 
islahatları, mütərəqqi idarəetmə formalarının tətbiqi qaz sek-
trunun mobil vahid qurum altında birləşməsi, sahədə lisenziya 
və kontrakt sisteminin genişləndirilməsi, neftqazçıxarma 
müəssisələrinin yeni bazar subyektinə çevrilməsi, neft-qaz 
sənayesində fiskal tələblər, amortizasiya, vergi, investisiya 
özəlləşdirmə strategiyasının prinsipial cəhətləri və sair bu kimi 
iqtisadi alət və mexanizmlərinin işlənib hazırlanması  təhlil 
obyekti seçilmişdir. 
Müəlliflər səmimiyyətlə etiraf edirlər ki, respublikamızda 
 
8


 
neft-qaz sənayesinin inkişafının indiki mərhələsini  əhatə edən 
tədqiqatlar yeni vüsət almış, sahədə bazar quruculuğu prosesi
səmərəliliyin artırılması bir çox dəyərli elmi əsərlərdə  əksini 
tapmışdır. Böyük alim, akademik A.X.Mirzəcanzadə milli neft-
qaz sənayemizin dirçəlişini yeni reallıq konteksində  təcəssüm 
etdirən konseptual fikir müəlliflərindən ilki olmuşdur. Onun 
son illərdəki axtarış, elmi-tədqiqat işləri bu istiqamətdə  ən 
məhsuldar və keyfiyyətli  əsərlər siyahısının önündə gedir. 
Azərbaycanın neftçi, iqtisadçı alimlərinin nəzərdən keçirilən 
sahədəki elmi töhfələrini qədərincə qiymətləndirən müəlliflər 
mövcud tədqiqat işində məhz üstün meyarlara, müvafiq ideal-
lara və ideyalara istinad edərək neft-qaz sənayesində yeni bazar 
mexanizmlərinin formalaşdırılması istiqamətində araşdırma-
larını  bəzi nəzəri-metodoloji baxışları ilə bir daha 
zənginləşdirməyi məqsədlərindən biri hesab edirlər. 
Keçid iqtisadiyyatının obyektiv reallıqlarında ifadə tapan 
respublika neft-qaz sənayesinin inkişaf templərinin yüksəlişi 
islahatlar prosesinin inamlı addımları ilə müşayiət olun-
maqdadır. Sahədə yeni istehsal münasibətlərinin qurulması, 
iqtisadi artımı  təmin edən qabaqcıl bazar mexanizmlərinin 
tətbiqi isə bu prosesə yeni impuls gətirərək davamlı iqtisadi 
inkişafın təminatçısı olacaqdır. 
3 fəsildən ibarət monoqrafiyada-neft-qaz sənayesinin 
müasir vəziyyəti və onun dayanıqlı inkişafının təmin 
edilməsinin iqtisadi aspektlərini  əhatə edən I və II fəsil i.e.n. 
E.M.Hacızadənin, Neft müqavilələrində  tətbiq edilən fiskal-
vergi mexanizmlərinin təkmilləşdirilməsi problemlərinə  həsr 
olunmuş III fəsil isə T.Ə.Paşayevin elmi axtarışlarının 
məhsuludur. Giriş  və  nəticə  və  təkliflər hissəsi müəlliflərin 
birgə tədqiqatının ümumi yekununu əks etdirir. 
 
Azərbaycan Elmlər Akademiyasının  İqtisadiyyat  İnstit-
tunun Elmi Şurasının qərarı ilə çap olunan kitab elmi-nəzəri, 
metodik məramları ifadə edərək, neft-qaz sənayesində çalışan 
 
9


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə