E. M. Hacizadə T.Ə. Paşayev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/58
tarix26.05.2018
ölçüsü2,8 Kb.
#46031
1   2   3   4   5   6   7   8   9   ...   58

 
yatların 70%-i 3000 m., 21%-i 3000-5000 m., 9%-i 5000 m. 
dərin qatlarda cəmləşmişdir. Mezozoy çöküntüləri üzrə ehtiyat-
ların 49%-i 3000-5000 m, 41%-i 5000 m. dərinlikdə, orta pliot-
sen çöküntüsünə aid ehtiyatların 97%-i 3000 m. dərinlikdə, S
2
-
kateqoriyalı ehtiyatların böyük hissəsi-71%-i 3000 m. 
dərinlikdə, D
1
+D
2
-ehtiyatların 54%-i 3000-5000 m, 37%-i 
5000 m. dərin qatlarda yerləşir. 
Planetimizdə neft-qaz hasilatı özünün yüksəliş 
məqamlarını yaşayır.  İndi orta hesabla dünyada hər il 2,4-2,5 
milyard ton neft, 2,7-2,9 trilyon m
3
 qaz hasil edilir. Lakin 
bununla belə qeyd etməliyik ki, ötən yaxın illərdə hasilat 
azacıq fərqlə nisbətən yüksək səviyyədə olmuşdur. Proqnozlar 
göstərir ki, yaxın on il ərzində hasilatda 40-50% artım 
gözlənilir. Statistikaya görə başa çatmaqda olan XX əsrdə 100 
milyard tondan artıq neft hasil edilmişdir. Alman təbiətşünası 
Engelbert Kempfer 1680-ci ildə Bakıda olarkən Abşeronun 
neft və duz mədənləri, şəhərin iqtisadi həyatı ilə bağlı dəyərli 
məlumatlar toplamış, burada neft hasilatının 12800 ton 
civarında olduğunu qeyd etmişdir. Rusiyalı alim V.A.Sokolov
3
 
özünün tədqiqatlarında Kempferə istinadən bəşər tarixində 
primitiv karxana-quyu üsulu ilə hasil edilən neftin miqdarını 
100 milyon ton qəbul edilməsini məqsədəuyğun bilmişdir. 
Alimlər hesablamışlar ki, XX əsrin astanasında qədər dünya 
tarixi ərzində neft hasilatı 400 milyon tondan çox olmamışdır. 
Bunun 300 milyon tondan çoxu XIX əsrin 2-ci yarısına düşür. 
Statistikaya görə 1865-ci ildən 1950-ci ilə qədər 85 il ərzində 
dünya neft sənayesində ABŞ liderlik etmişdir. Qaz hasilatında 
isə başqa mənzərə mövcuddur. Çox illər qazın əhəmiyyəti dərk 
olunmadığından onu sadəcə olaraq havaya buraxmışlar. Son-
rakı dövrlərdə bu əhəmiyyət dərk edilsə  də, onun səmərəli 
yığımı və uçotuunda yaxşılaşma prosesi uzun bir müddəti əhatə 
etmişdir. Müvafiq uçot məlumatları olmadan belə  bəşər tarixi 
                                                           
3
 В.А.Соколов «Нефть», М.: Недра.1970. 
 
20


 
ərzində orta qaz hasilatını hesablamaq mümkündür. 2 ton neft 
bərabərdir 1 ton qaz formuluna istinad olunsa, qazın hasilatı 
haqqında təqribi məlumat əldə oluna bilər. 
İndi böyük neft infrastrukturun mobilləşməsi, onun fun-
damental  əsasda yenidən təşkili daha aktual xarakter alır. 
Bununla belə köhnə yataqları  əhatə edən infrastrukturun da 
yeniləşmə prosesi inkişaf tapmalıdı. Tərəqqi prosesi daha çox 
maliyyə problemləri ilə müşayiət olunsa da, burada digər 
amillərin təsiri də danılmazdır. Bütün bunlara rəğmən qeyd 
etməliyik ki, köhnə istismar sahələrini idarə edən istehsalat 
birlikləri öz işlərini bazar prinsiplərinə müvafiq surətdə tam 
qurmağa səfərbər etməlidirlər. Respublikada formalaşan 
mövcud infrastrukturu, ehtiyatlar potensialını qiymətləndirərək 
belə bir qənaət hasil edilir ki, Azərbaycanda neft sənayesində 
davamlı inkişafın, iqtisadi artımın təmin olunması üçün 
qüvvətli fundamental əsaslar yetərincədir. Bu əsaslar ehtiyatlar 
amili ilə yanaşı digər texniki-texnoloji, elmi resursların 
vəhdətində ifadə olunur. Ehtiyatların kəşf olunmuş  həcmi re-
spublikamızı yeni əsrdə dünyəvi neft-mərkəzləri sırasında daha 
da möhkəmlənəcəyini bir daha nümayiş etdirir. 
 
 
1.2. Yeni reallıqlar konteksində neft-qaz sənayesinin 
müasir vəziyyətinin təhlili 
 
Təbiət hadisələrinin və cəmiyyət həyatının təhlilini apar-
madan onların öyrənilməsində  səmərəli nəticələr  əldə etmək 
mümkün deyildir. Müasir dialektik məntiq öz ifadəsini real-
lıqların öyrənilməsinin elmi metodu kimi analiz və sintez 
vəhdətində tapır. 
Əhali sayının artımı, istehsal vasitələrinin 
təkmilləşdirilməsi, insanın maddi və  mənəvi tələblərinin 
yüksəlişi cəmiyyətin inkişafının təhlili aspektini daha da 
mühüm etmişdir. Sadalanan keyfiyyətlər Azərbaycan iqtisadiy-
yatını da cərəyan edən amillərlə xarakterikdir. İndi yeni geo-
 
21


 
politik vəziyyət onun bütün maddi və mənəvi resurslarının bir 
daha mükəmməl inventarizasiyasını gündəmə  gətirir. Poten-
sialın müəyyən edilməsində ən strateji sahə isə neft-qaz kom-
pleksidir. Bunları  əsas götürərək Azərbaycan neft-qaz 
sənayesinin müasir vəziyyəti və inkişaf meyli bizim tədqiqat 
obyektində təhlilə məruz qalmışdır. 
Ötən yüz il ərzində Respublikanın neft sənayesində 
müşahidə olunan pozitiv meyllər xalqın sosial-iqtisadi 
həyatında ciddi əks olunmuşdur. Neftdən  əldə edilən gəlirlər 
kapitallaşaraq əksər hissəsi onun sərhədlərindən kənara axmış-
dır. Daxildə qalan vəsait isə çox zaman strateji proqramla sərf 
edilməmiş, əldə olunan mənfəət təkrar istehsala deyil, hasilatın 
ekstensiv artımına yönəldilmişdir. İndi nail olunan müstəqillik 
statusu Azərbaycanın neft sənayesini, bütün iqtisadiyyatını 
tərəqqi yoluna çıxarmış, aşkarlanan ehtiyatlar potensialı isə 
respublikamızı yeni əsrdə inkişaf etmiş dövlətlər müstəvisinə 
düşməsinə geniş imkanlar yaratmışdır. Bu gün dəqiqləşməyən 
orta səaiyyədə  qəbul edilən ehtiyatlar göstəricisi bir çox əsas 
neft istehsalçısı ölkələrindən, hətta yüksək neft ixracatları olan 
bəzi OPEK ölkələrindən də yüksəkdir. İndiki əhali sayında re-
spublikamızın neft resurslarının adambaşına bölgüsü Omandan, 
Kanadadan, Misirdən, İndoneziyadan, Nigeriyadan artıq hesab 
olunur. Lakin bu üstünlüklər həmin dövlətlərdə ÜDM-in adam 
başına bölgüsü ilə müvafiq paralelik aparmağa imkan vermir. 
Ərəbistan yarımadasında 30 il öncə müstəqillik  əldə etmiş 
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycandan ərazicə çox 
az fərqdə, əhalicə isə 2,5 dəfə kiçikdir. Lakin burada neft ehti-
yatlarının adam başına düşən bölgüsü Kuveytdən də yüksək-
lider səviyyədədir. Adambaşına düşən gəlir isə  Qərbi Avro-
panın bir çox ölkələrindən artıq 20 min dollar həcmindədir. 
Məlumatlara görə burada kapitalının ümumi məbləği 160 
milyard dollar olan 78 min milyonçu yaşayır. Onun neft ehti-
yatları 15 milyard tondan çox, qaz ehtiyatları isə 5,8 trilyon m
3
 
hesablanır. Ölkə hasil etdiyi gündəlik 2,3 milyon barel neftin 
 
22


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə