həyətinin təhlükəsizliyinə öz diqqətli münasibətləri, yerli
xalqlara, onların dini etiqadları və mədəniyyətlərinə hörmətlə,
qayğı ilə yanaşmaları ilə fərqlənirlər.
Müqavilələrdə nəzərdə tutulmuş xüsusi bəndə əsasən
xarici mütəxəssislərlə müqayisə Azərbaycan mütəxəssislərin
faiz nisbəti ilədn-ilə artacaqdır. Yalnız neft əməliyyat
şirkətlərində prezidentlər, şöbə rəisləri, mühəndislər,
maliyyəçilər, mühasiblər və digər vəzifələrdə 2500-ə yaxın
Azərbaycan vətəndaşı çalışır və onların orta aylıq əmək haqqı,
bütün vergilər çıxıldıqdan sonra, 750 dollar təşkil edir. Neft
əməliyyat şirkətləri üçün xidmətlər göstərən şirkətlərdə 10
minədək Azərbaycan vətəndaşı çalışır.
Əgər neft
müqavilələrinin həyata keçirilməsi ilə bağlı nəqliyyat,
mehmanxana, ticarət, tikinti, məişət və s. Kimi sahələrdə
yaradılmış yeni iş yerlərini də nəzərə alsaq, yeni iş yerlərini
sayı 30 mini ötüb keçir. Həmin işçilər bilik, təcrübə
qazanmaqla yanaşı, qabaqçıl texnologiyalara yiyələnir, dünya
standartlarına cavab verəcək mütəxəssislərə çevrilirlər.
Azərbaycan işçi həyətindən minlərlə gənc mütəxəssis xaricdə
və xarici şirkətlərin Azərbaycanda təşkil etdiyi kurslarda təlim
keçmiş, ixtisaslarını artırmışlar.
Ətraf mühitin mühafizəsi ən yüksək səviyyədə təmin
olunmuşdur. Məlum olduğu kimi Sovat İttifaqı dövründə
ekoloji problemlərlə o qədər də diqqət yetirilmirdi gətirib
Xəzərin sənaye tullatıları ilə çirklənməsinə gətirib çixarmışdı.
«Əsrin müqaviləsi» çərçivəsində ekologiya problemlərinə
xüsusi fikir verilmişdir. Hazırda Xəzərdə xarici neft şirkətləri
tərəfindən demək olar ki, Şımal dənizində və Meksika
körfəzində tətbiq olunan ekoloji standartlar tətbiq edilir.
Azərbaycanda çalışan xarici neft şirkətləri böyük xeyriyə
işləri götür, qaçqınlar üçün evlər, məktəblər və tibb
məntəqələri tikir, yetim uşaqlara, müharibə əlillərinə yardım
edir, Azərbaycanda idmanın inkişafına və olimpiya hərəkatına
böyük xidmət göstərir, mədəni tədbirlərin keçirilməsinə yardım
119
edirlər.
Azərbaycanın tarixində ilk dəfə olaraq bizim Xəzər
Gəmiqayırma Şirkəti müştərək müəssisə, Bakıda 170 milyon
dollar dəyərində yeni özüqalxan qazma qurğusu tikir. 700-dən
artıq Azərbaycan vətəndaşı bu layihənin həyata keçirilməsinə
cəlb edilmişdir. Demək olar ki, indi Xəzər bölgəsində yeni
qazma qurğularının və gəmilərinin inşası üzrə təzə bir sahə
təşəkkül tapmaqdadır.
Neft müqavilələrində nəzərdə tutulan ən vacib
məsələlərdən biri neft şirkətlərinin sifarişlərinin yerinə
yetirilməsinə Azərbaycan müəssisə və təşkilatlarının cəlb
edilməsidir. Hazırda respublikamızın müəssisə və təşkilatları
Beynəxalq Əməliyyat Şirkəti və digər əməliyyat şirkətləri üçün
115 milyon dollar dəyərində müqavilə işləri yerinə yetirirlər.
Neft layihələrinin həyata keçirilməsi üçün 10 müştərək
müəssisə fəaliyyət göstərir, həmin çüştərək müəssisələrdə 2
mindən artıq Azərbaycan vətəndaşı çalışır. Bu müəssisələr
tanınmış xarici şirkətlərlə rəqabət mübarizəsində 381 milyon
dollar dəyərində müqavilə işləri almışlar.
Bonuslar və digər oxşar ödənişlər şəklində Azərbaycan
artıq 700 milyon dollar almışdır. 1999-cu ilin sonunadək
gözlənilən ödənişlər də nəzərə alınmaqla, bu məbləğ 815
milyon dolları ötəcəkdir. Vergilər, icarə haqları, boru kəməri
tarifləri, pensiya və digər sosial fondlara ödənişlər şəklində
Azərbaycan əlavə olaraq 154 milyon dollar və ya
göstərilənlərin hamısı nəzərə alınmaqla 855 milyon dollar
almışdır.
Neft müqavilələrindən daxil olan vəsaitlər respublika
Prezidentinin fərmanı ilə yaradılan Dövlət Neft Fonduna
yığılacaqdır. Rəsmi məlumatlara görə 1999-ci il dekabrın 29-
dan 2000-ci il dekabrın 29-dək həmin Fondun hesabına 270,96
milyon ABŞ dolları həcmində vəsait daxil olub. Həmin vəsait
ölkənin payına düşən mənfəət neftinin satışı, bonuslar, neftin
nəqli üzrə tariflər və icarə ödənişləri hesabına əldə edilib.
120
2000-ci il dekabrın 29-dək «Əsrin müqaviləsi»indən
Azərbaycanın payına düşən 967,8 min ton mənfəət nefti satılıb.
Ümumi dəyəri 166,98 milyon dollar olan neftin satışından
qanunvericilikdə nəzərdə tutulan ödənişlər çıxıldıqdan sonra
162,35 milyon dolları neft fonduna köçrülüb. Qalan vəsait isə
yanvarın 11-dək daxil olacaq və müvafiq qaydada həmin fonda
köçrüləcək.
Neft Fondunun hesabına ödənişlər çıxıldıqdan sonra 100
milyon dollara yaxın bonus daxil olub. Bunun 2 mln. dollarını
«Şell» şirkəti («İnam» bloku), 45 mln. dollarını «Ekson»
şirkəti və 52 mln. dollarını «Konoko» şirkəti ( «Zəfər-Məşəl»
bloku), 1 mln dollarını isə «Monkrif» şirkəti ( «Padar» bloku)
ödəyib.
«Əsrin müqaviləsi» üzrə çıxan neftin Bakı-Supsa
kəmərilə nəqlinə görə Neft Fonduna 8,26 milyon dollar tranzit
tarifi daxil olub. 2000-ci ildə Neft Fonduna icarə ödənişləri
şəklində isə 360 mln. dollara yaxın vəsait köçrülüb. Bu vəsaiti
ABƏŞ ofisin icarəsi üçün ödəyib.
Xəzər dənizinin Azərbaycan sektorunda neft yataqlarının
xarici şirkətlərlə birgə kəşfiyyatı, işlənilməsi və hasilatının pay
bölgüsü barəsində imzalanmış müqavilələr üzrə 1992-1999-cü
illər ərzində Dövlət Neft Şirkətinin bank hesablarına xarici neft
şirkətlərindən 537,7 mln. dollar həcmində bonuslar daxil olub.
Bu məbləğin 32 mln dolları 1992-ci ildə və 19993-cü ilin
birinci yarasında sərf edilib 462,1 mln. dolları isə 1995-1999-
cu illərdə Dövlət Neft Şirkəti tərəfindən Milli Bankın
ehtiyatlarına köçürülüb və tam həcmdə qorununb saxlanılır.
Müqaviləyə görə 2000-ci ildən etibarən Azərbaycan
tərəfi «Azəri», «Çıraq», «Günəşli» yataqlarından mənfəət nefti
alacaqdır. Bu mənfəət neftinin satışından ölkənin xalic büdcə
gəliri həmin ildə 100-150 milyon dollar təşkil edəcəkdir. Yaxın
illərdə bu məbləğ 300, 500, 700 milyon dollaradək artacaq.
2005-ci ildən sonra isə ildə 1 milyard dolları ötəcəkdir.
Beləliklə, təkcə göstərilən yataqlar üzrə 2000-2005-ci illərdə
121
Dostları ilə paylaş: |