Azərbaycanın alacağı mənfəət payı 1,7 milyard dollara yaxın,
2010-cu ilədək isə 11 milyard dollardan artıq olacaqdır.
2003-cü ildə «Şahdəniz» yatağından ildə 2-3 milyard m
3
,
hasil edilməsi, 2005-ci ildə 8 milyard kubmetr, 2006-cı ildə isə
16 milyard kubmetr həcmində qaz hasil edilməsi planlaşdırılır.
2010-cü ildə neft müqavilələrinin həyata keçirilməsi
çərçivəsində neft hasilatının ümumi həcmi ildə 60 milyon tona.
Təbii qaz hasilatı isə ildə 30 milyard kubmetrə çata bilər.
Müvafiq olaraq Azərbaycanın gəliri də aratacaq və bu yaxın
illərdə respublikamızın şox vacib sosial problemlərinin həlli,
xalqın rifah halının yüksəlməsi istiqamətində dönüş yaratmaq
mümkün olacaqdır. Bütün bu tədbirlər Azərbaycanda uğurla
fəaliyyət göstərən bazar iqtisadiyyatı bərqərar etməyə,
respublimamızın inkişaf etmiş və demokratik ölkəyə çevirməyə
imkan verəcəkdir. Neft müqaviləları artıq Azərbaycanı
bölgənin coğrafi-siyasi mərkəzində çevirmişdir. Müvafiq
olaraq onun dünya ölkələri arasında nüfuzu da artmışdır.
Azərbaycanın beynəxalq neft müqavilələrində iştirakı
ölkədə istər siyasi vəziyyətin normal məcraya salınmasında,
istərsə də çoxsaylı sosial-iqtisadi problemlərin həlli
istiqamətində ardıcıl və məqsədyönlü iş aparmağa imkan
vermişdir. 1995-ci ilin əvvəlindən ölkədə bazar iqtisadiyyatına
keçidi təmin etmək məqsədəilə islahatların daha da
sürətləndirilməsi kursu götürülmüş, qısa müddət ərzində
maliyyə sabitliyinə nail olunmuş, milli valyutanın dənərliliyi
təmin olunmuşdur. Bu müddət ərzində islahatların gedişini
təmin etmək məqsədəilə 900-ə yaxın qanun qəbul edilmişdir.
Onların içərisində torpaq islahatı haqqında, özəlləşdirmə,
sahibkarlığın inkişafı, vergi, maliyyə-bank sisteminin yenidən
qurulması, ticarətin liberallaşdırılmaqsı, inhisarçılığın aradan
qaldırılması və rəqabətin inkişafı, əhalinin sosial müdafiəsini
təmin edən qanunlar xüsusi əhəmiyyətə malikdir.
Bazar iqtisadiyyatına keçid istiqamətində görülən
problemlər çox qısa müddətdə istehsalda yaranmış geriləmə
122
prosesini dayandırmış, ölkədə makroiqtisadi sabitlik təmin
olunmuşdur. YDM-in artımı 1996-cı ildə 1,3%, 1997-ci ildə
5,8%, 1998-ci ildə 10%, 1999-cü ildə 7,4% olmuşdur. Bu isə
MDB məkanında ən böyük göstəricidir.
Sənaye istehsalında da artım meylləri görsənməkdədir.
1997-ci ildə sənaye istehsalının həcmi 0,3% artmışdısa, 1998-
ci ildə artım 2,2%, 1999-cu ildə 3,6%, 2000-ci ildə isə 6,9%
olmuşdur.
Sənayenin əksər sahələri, o cümlədən neft və qaz, neft
kimyası, metallurgiya, maşınqayırma, tikinti materialları,
yüngül və yeyinti sənayesi sahələrində, habelə sənayenin qeyri-
dövlət sektorunda ciddi irəliləyişlər müşahidə olunur və bu
sahələrdə məhsul istehsalı əvvəlki illərlə müqayisədə xeyli
artmışdır. 2000-ci ildə YDM-in mütləq həcmi 21 trilyon
manatdan artıq olmuşdur və bu əvvəlki illə müqayisədə 11,3
faiz çoxdur. YDM-in strukturunda real istehsal sahələrinin payı
1999-cu illə müqayisədə 46,3 faizdən 48,7 faizə, xidmət
sahələrini payı isə 47,5 faizdən 44,6 faizə enmişdir.
Adambaşına 2,5 milyon manatlıq ( 562,3 dollar), yaxud keçən
ildəkindən 10,4 faiz çox məhsul istehsal olunmuşdur.
YDM-ın tərkibində sənaye məhsulun istehsalının xüsusi
çəkisi 25,6 faiz təşkil etmişdir. Ustehsalın həcmi yanacaq
sənayesi müəssisələrində 5,3 faiz, elektroenergetikada 3,2 faiz,
yeyinti sənayesində 2,1 faiz, kimya və neft kimyası
müəssisələrində 34,4 faiz, metallurgiya sənayesində 2,5 dəfə,
maışnqayırma müəssisələrində 78,2 faiz, meşə, ağac emalı və
selluloz-kağız sənayesində 10,5 faiz, tikinti sənayesi
materialları sənayesində 21,3 faiz, yüngül sənayedə 477,7 faiz,
ünüyütmə-yarma müəssisələrində 52,5 faiz çoxalmışdır. 1999-
cu ildə müqayisədə sənayenin dövlət bölməsində isə 12,5 faiz
artmış, YDM-də onun xüsusi çəkisi 43,9 faizə çatmışdır.
2000-ci ildə xarici ölkələrdə 2,8 milyard ABŞ dolları
məbləğində, yaxud əvvəlki illə müqayisədə 88,1 faiz çox
123
ticarət əməliyyatları aparılmışdır. Mal dövriyyəsinin 63,3
faizini ixrac olunmuş mallar, 36,7 faizini isə idxal olunmuş
mallar təşkil etdiyindən 680 milyon dollar məbləğində müsbət
saldo yaranmışdır.
İşləyənlərin orta aylıq haqqı 15 faiz arataraq 204,2 min
manat, əhalinin adeanbaşına pul gəlirləri 1 faiz arataraq 185,4
min manat təşkil etmişdir.
Son illərdə respublikamızda iqtisadi yüksəlişin başlıca
şərti olan investisiya qoyuluşu da artmaqdadır. Belə ki, 1996-cı
ildə kapital qoyuluşunun həcmi 65 faiz, 1997-ci ildə 67 faiz,
1998-ci ildə isə 45 faiz artmışdır. Kapital qoyuluşunun
artmasında ölkəmizə xarici kapital axını həlledici rol oynayır.
1996-2000-ci illər ərzində ölkə iqtisadiyyatına 5,0 milyard
dollar həcmində xarici investisiya yönəldilmişdir. İndi
Azərbaycanda təkcə neft sektorunda deyil, iqtisadiyyatın digər
sahələrinə də (rabitə, maşınqayırma, yeyinti xidməti və s.)
xarici investisiyalar artmışdır. Xarici investisiyaların ümumi
həcmində qeyri-neft sektorunun payı 1996-cı ildə 33 faiz,
1997-ci ildə 40 faiz olmuşdusa, 199-cu ildə bu rəqəm 50 faizə
çatmışdır. Hazırda Azərbaycanda adambaşına 150 dollara
yaxın xarici investisiya düşür ki, bu da MDB məkanında ən
yüksək göstəricidir.
Neft müqavilləri Azərbaycan xalqının firavanlığını və
gələcək nəsillərin xoşbəxtliyini təmin etmək üçün, yeni iş
yerlərinin yaradılması üçün mühüm vasitə olmuşdur.
Müqavilənin şərtləri Azərbaycanı təkcə neft sektorundan asılı
etmir, bu şərtlər əsasında Azərbaycanda iqtisadiyyatın yeni
sahələrinin yaradılması, xalqın həyat səviyyəsinin
yüksəldilməsi, maaşların, təqaüdlərin və müavinətlərin
artırılması, ən başlıcası respublikamızın müstəqilliyinin
möhkəmləndirilməsi üçün böyük imkanlar açılır.
124
Dostları ilə paylaş: |