E. M. Hacizadə T.Ə. Paşayev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/58
tarix26.05.2018
ölçüsü2,8 Kb.
#46031
1   ...   37   38   39   40   41   42   43   44   ...   58

 
Adətən ehtiyatların kəşf olunması  və müəyyən hasilat 
səviyyəsinə şıxma mədənin mənfəətliliyinə az təsir edir. Lakin 
müqavilələr bağlanarkən birdəfəlik ödənclərin mənfəətliliyə 
təsiri  əhəmiyyətlidir. Yerli hökümətin həmin andaca iri 
məbləğdə  vəsait  əldə etməyinə baxmayaraq, həmən məbləğin 
eyni zamanda zəruri xərc maddəsi kimi neft şirkətinin kəşfiyyat 
üzrə  işlər smetasına daxil edilir və bu, axtarış  işlərinə  mənfi 
təsir edir. Buna görə  də müqavilələr bağlanarkən birdəfəlik 
ödənclərin  əvəzinə, kəşfiyyat işlərinin minimal həcminin 
göstərilməsi daha məqsədəuyğun olardı  və büdcəyə  də daha 
çox vəsait daxil olardı. 
Royalti-çıxarılan neftin həcminə, yaxud dəyərinə görə tu-
tulur. Royalti neft çıxarıldıqdan dərhal sonra tutulduğundan, 
digər fiskal alətlərdən daha asan tətbiq edilir və çıxarılan neftə 
görə minimal da olsa, sabit daxil olmaları təmin edir. 
Hazırda royalti dedikdə, məhsulun və ya onun dəyərinin 
müəyyən faizi başa düşülür və royaltinin pul və ya natura ilə 
ödəniləcəyini yerli hökümət təyin edir. Royalti pul pul for-
masında ödənirsə, onun həcmi neft və ya qazın qiymətindən 
asılı olaraq müəyyən edilir. Bəzi ölkələrin qanunvericiliyinə 
görə qiymətin  əsasında neft və qazın bilavasıtə satışında 
ödənilən qiymət və ya tərəflərin sazişdə qarşılıqlı razılığı, 
yaxud arbitrajın müəyyən etdiyi qiymət götürülür. Hökümət 
qiymətləri sərbəst olaraq özü də müəyyən edə bilər. OPEK 
ölkələrinin bəzisində «elan olunmuş qiymət» sistemi tətbiq 
edilir və bunlar cari bazar qiymətlərindən bir qədər fərqlənə 
bilər. Digər hallarda, məsələn, Norveçdə qiymətlər obyektiv 
bazar meyarları  nəzərə alınmaqla hökümət tərəfindən təyin 
edilir. Neft və qaza qiymətqoyma sistemi müəyyən edildikdən 
sonra, royaltinin gəlir vergisinin, ixracat rusumlarının və s. 
həcmi təyin edilir. 
Royaltinin əsas üstünlüyü müəssisənin, şirkətinin gəlirlə 
işləyib-işləməməsindən asılı olmayaraq onun büdcəyə 
ödənilməsindədir.  Ən vacibi odur ki, royalti, hasilatın 
 
128


 
başlanğıcından ödənilməyə başlayır. Halbuki, gəlir vergisi 
xalis mənfəətin olmasından asılıdır. Vergiqoymada xərclərin 
amortizasiyaya silinmə  həcminə aid olan qaydalardan asılı 
olaraq, hasilatın başlancığı  və  gəlir vergisinin ödənilməsi 
arasında adətən bir qədər vaxt fərqi olur. Royalti mədənin 
mənfəətliyindən asılı olmayaraq ödənildiyi üçün neft şirkəti 
onun məbləğinin böyük olması ilə razılışmaya bilər. Halbuki, 
həmin məbləğdə gəlir vergisi bilavasitə gəlirin həcmindən asılı 
olduğu üçün onu ödəməyə məcburdur. 
Royalti neft şirkətinin cəkdiyi xərclərin təftişini və ya 
yoxlanmasının tələb etmədiyi üçün inzibati cəhətdən də asan 
nəzarət olunur. Çıxırılan neftin qiymətləndirilməsi üçün lazım 
olan mexanizmlərdən savayı, royalti ödənilməsi çıxarılan neft 
həcmini ölçməyi də  tələb edir. Bu, özlüyündə çox mürəkkəb 
texniki problemdir və burada neftin həcminin ölçülmə metod 
və vasitələtindəki xırda xəta gülün məbləğdə  vəsaitdə ifadə 
oluna bilər. 
Royalti inzibati və monitorinq imkanlarına görə də digər 
fiskal alətlərdən üstündür. Roaylti neftin çıxarılması haqqında 
saziş  çərçivəsində razılaşdırılmış  çəffafa qiymət formuluna 
əsaslanmalıdır. Royaltinin əsaslandığı  əmtəəlik qiymət neftin 
və ya əsas neft quyusunun qiyməti olmalıdır. Royaltinin 
tutulduğu maksimal qiymət  əsas quyunun qiyməti ilə neft 
hasilatını  dəyəri arasında fərq kimi müəyyən edilə bilər. Bəzi 
ölkələrdə royaltinin müəyyən edilməsi üçün qiymət kimi ixrac 
qiyməti fobdan istifadə edilir. Burada əməl edilən qiymətlərin 
tətbiqinə xüsusi diqqət vermək lazımdır, çünki bu zaman ən 
aşağı qiymətlərdən istifadə edilə bilər. Belə hallarda neft 
hasilatı xərclərini və digər yaradıcı xərcləri əks etdirmək üçün 
royalti sadə  və başa düşülən qaydada dürüstəşdirilməlidir. 
Gəlir istehsalın dəyərinin təşkil etdiyi üçün gəlir vergisi 
öhdəlikləörini müəyyən etmək məqsədilə royaltinin gəlirdən 
çıxılması mümkün olamlıdır. 
Bəzi mənbələrə görə, royaltinin tətbiqi məsləhət 
 
129


 
görülmür. Belə baxışların tərəfdarları qeyd edirlər ki, royalti 
neftin işlənməsinin marjinal dəyərinin artırı və bu da marjinal 
layihələrin işlənməsinin qarşısının ala bilər. Belə layihələrdə 
neft ehtiyatları nisbətən az, yaxud neftin keyfiyyəti aşağı olan 
neft yataqlarının işlənməsi ehtimalı azalır. Byna görə də onlar 
neft yataqlarının işlənməsinə  mənfəətə  əsaslanan fiskal 
mexanizmlərdən istifadə edilməsinə üstünlük verirlər və 
onların fikrincə, bu zaman investisiya və istehsal imkanların da 
daha az təgrif olunur. 
Çıxarılan neftin dəyərinə görə müəyyən edilən royalti 
investisiyaların davam etdirilməsini müəyyən edir. Əgər xarici 
şirkət neftin çıxarılmasına dövlətin optimal xərclərini  əks 
etdirən qiyməti ödəməyə qabil deyilsə, belə neft yatağına 
toxunmamaq, onu gələcək nəsillər üçün saxlamaq sərfəlidir. 
Buna görə  də respublika höküməti yataqların işlənməsi üçün 
elə minimal haqq müəyyən etməlidir ki, bu məbləğ yatağın 
tükəndiyi halda, başqa şirkətə güzəştə gedə biləcəyi haqdan az 
olmasın. Ümumiyyətlə, respublikanın malik olduğu hər hansı 
təbii sərvətini işləmək üçün xarici şirkətlərə havayı icarə 
verməyə heç bir əsas yoxdur. Əgər belə icarə  təkcə  mənfəətə 
əsaslanan fiskal şərtlərə  əsaslansa, dövlət daha az gəlir gətirə 
bilər və  hətta müəyyən  şəraitdə bir qəpiyə  də malik olmaya 
bilər. 
Royalti neft yataqlarının mənfəətliliyindən,  şəffaf bazar 
qiymətlərinə  əsaslanan yüksək  əmtəəlik dəyərdən asılı olaraq 
müxtəlif layihələr üçün fərqli, müəyyən edilə bilər. 
Royalti konkret şəraitdən asılı olaraq sürüşkən şkala ilə və ya 
digər metodlarla hesablana bilər. Hazırda dünya təcrübəsində 
ən şox istifadə edilən metodlar aşağıdakılardır: 
1.
 
neft hasilatının nəzərdə tutulan həcminə görə 
royaltinin də sürüşkən  şkala üzrə artımı. Bu sistem 
Fransa,  İrlandiya,  İtaliya, Niderland, Norveç, Abu-
Dabi, Livan, Puerto-Riko, ABŞ-da (quruda kəşf 
olunmuş sahələrdə) tətbiq olunur: 
 
130


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə