47
İstehsal xərclərində geoloji-kəşfiyyat işlərinin həyata keçirilməsinə sərf
edilən xərclər neft
və qaz üçün müəyyən edilmiş qiymətlərdə 1 iyul 1967-ci ildə əksini tapdı. Digər tərəfdən, həmən
tarixdən sonra bütövlükdə SSRİ üzrə neftin qiyməti 8 zona üzrə müəyyən edildi və 1 ton xam
neftin qiyməti 8-25 manat hədlərində müəyyənləşdirildi. Azərbaycan üzrə ümumilikdə 1 ton xam
neftin qiyməti 10,5 manat, o cümlədən «Xəzərdənizneft» İB üzrə 11 manat, «Azərneft» İB üzrə
isə 24,95 manat qəbul edildi. Sahənin daxilində isə bir-birindən dəfələrlə fərqlənən qiymətlərdən
istifadə olunurdu. Məsələn, 1 ton xam neftin satış qiyməti «Artyomneft» NQÇİ /indiki
«Abşeronneft»/ üzrə 27 manat, «Səlyanneft» NQÇİ üzrə isə 15,5 manat müəyyən edilmişdi.
1991-1992-ci illərdə qiymətlərin liberallaşdırılması prosesində xam neftin qiymətinin
qaldırılması ən kəskin problem kimi qarşıda dururdu. Həmin müddət ərzində 1 ton xam neftin
topdansatış qiyməti 17,6 dəfə artaraq 2200 manata, 1000 m
3
təbii qazın qiyməti isə 5,8 dəfə
artaraq 87,7 manata çatdırıldı. Lakin belə bir
tədbirin həyata keçirilməsi, yenə də neftqazçıxarma
idarələrinin rentabelli işləmələri üçün kifayət deyildi. Çünki neftqazçıxarma idarələrində istifadə
olunan avadanlıqların, xammal və materialların, kimyəvi reagentlərin, enerjidaşıyıcılarının
qiymətləri tez-tez dəyişilirdi. Bu isə öz növbəsində neftqazçıxarma idarələrinin maliyyə
vəziyyətini daha da ağırlaşdırırdı. Həmin dövrlərdə neft-qaz hasilatını sabitləşdirmək, onların
azalmasının qarşısını almaq üçün isə küllü miqdarda vəsait, o cümlədən valyuta lazım idi. Daxili
ehtiyat mənbələrinin və digər vəsaitlərin olmaması, yüksək inflyasiya neftin qiymətinin tez-tez
artırılmasını zəruri edirdi. Belə bir şəraitdə 1992-ci ildə xam neftin orta topdansatış qiyməti
artırılaraq 1 ton üçün 6056 manat qəbul edildi. Bu qiymət neftqazçıxarma sənayesinin inkişafı
üçün nəzərdə tutulmuş sabitləşdirmə fondunun formalaşmasına, sahədə əmək haqqının
artırılmasına, sosial problemlərin həllinə müvəqqəti də olsa xeyli imkan yaratdı.
Bununla belə,
respublika iqtisadiyyatını tam sağlamlaşdırmaq mümkün olmadı. 1995-1996-cı illərdə neftin və
digər enerji daşıyıcılarının qiymətləri yenidən artırıldı və bu neftqazçıxarma idarələrində maliyyə
vəziyyətinin yaxşılaşdırılmasına xeyli köməklik etdi. Belə ki, 1996-cı ildə neft hasilatı artmadığı
bir şəraitdə qiymət amili hesabına gəlirlərin həcmi 756 milyard manat, yəni 1994-cü il
səviyyəsindən 18 dəfədən çox, xərclər isə 15 dəfə artmışdır. Sahə üzrə mənfəətin ümumi miqdarı
123 milyard manat təşkil etmişdir. 1996-cı ildə Azərbaycan hökuməti ilə Beynəlxalq Valyuta
Fondu arasındakı razılaşmaya əsasən ARDNŞ-də 1 ton xam neftin topdansatış qiyməti əlavə
dəyər vergisi də daxil olmaqla 328 min manata çatdırılmışdır ki, bu da neftin o vaxtkı mövcud
dünya qiymətinin 60-70%-i həddində idi. Özü də quruda neftqazçıxarma idarələrində hasil edilən
1 ton xam neftin satış qiyməti 500 min manat, dəniz neftqazçıxarma idarələrində isə 287 min
manat
olmuşdur ki, bu da dünya qiymətləri səviyyəsinə bərabər idi.
1998-ci ildə dünya neft bazarında xam neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar,
Azərbaycan hökuməti də neftin satış qiymətində müəyyən dəyişikliklər etmək məcburiyyətində
qaldı. 1998-ci ilin fevral ayından xam neftin 1 tonunun satış qiyməti ARDNŞ üzrə 273 min
manata, iyul ayının 1-dən isə 193 min manata endirilmişdir. Lakin bəzi səbəblərdən ARDNŞ
üzrə müəyyən edilmiş qiymət hədlərinə əməl olunmamışdır ki, bu da 1998-ci ilin ikinci yarısında
bir sıra neftqazçıxarma idarələrində xam neftin maya dəyəri 250-300, hətta H.Z.Tağıyev adına
NQÇİ-də bu rəqəm 400 ABŞ dolları həcmində olmuşdur. 1998-ci ildə xam neftin maya dəyərinin
artmasında ARDNŞ-də istifadə olunan materialların, avadanlıqların və sair texniki vasitələrin
yüksək qiymətlə alınması da mühüm rol oynamışdır. Odur ki, neftqazçıxarma idarələrində
istehsal
xərclərini azaltmaq, deməli xam neftin maya dəyərini aşağı salmaq üçün baha
qiymətlərlə xarici ölkələrdən neft avadanlıqları almaq əvəzinə Azərbaycan neft maşınqayırma
kompleksinin istehsal gücündən tam istifadə etmək lazımdır.
Beləliklə, hazırda karbohidrogenlərin, yəni xam neftin və sərbəst təbii qazın dəyərinin
müəyyən edilməsi günün ən aktual problemlərindən biridir. ARDNŞ ilə xarici ölkələrin aparıcı
neft şirkətləri arasında bağlanmış neft kontraktlarında bu məsələyə xüsusi diqqət yetirilmişdir.
Karbohidrogenlərinin dəyərinin düzgün müəyyən edilməsi Azərbaycan Respublikasının
Dövlət Neft Fondunun yaradılmasında mühüm rol oynayır. Çünki, xam neftin və sərbəst təbii
qazın dəyəri nə qədər elmi cəhətdən əsaslandırılmış olarsa, onda mənfəət karbohidrogenlərdən
48
əldə edilən gəlirin də həcmi çox olacaqdır. 2001-ci ildə ARDNF-in yaradılması haqqında
əsasnamə Azərbaycan Respublikasının prezidenti tərəfindən imzalanmışdır. Bu əsasnamədə
ARDNF haqqında
ümumi müddəalar, fondun əsas vəzifələri, formalaşdırılması mənbələri,
vəsaitinin istifadə olunması istiqamətləri, idarə edilməsi qaydası və digər mühüm aspektlər
göstərilmişdir. Əsasnamənin ümumi müddəalarında qeyd edilir ki, ARDNF neft və qazın
kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair ARDNŞ ilə /və ya müvafiq səlahiyyətli
dövlət orqanı ilə/ sərmayəçilər arasında bağlanmış sazişlərin həyata keçirilməsindən, habelə
Azərbaycan Respublikasında, o cümlədən Xəzər dənizinin Azərbaycan
sektorunda neft-qaz
ehtiyatlarının kəşfiyyatı və işlənməsinə dair digər bağlanmış sazişlərin həyata keçirilməsində
Azərbaycan Respublikasının əldə etdiyi vəsaitin səmərəli idarə olunması məqsədilə yaradılır.
Bunun üçün:
1.
fond Azərbaycan Respublikası prezidenti qarşısında hesabat verir və məsuliyyət
daşıyır;
2.
fond büdcədənkənar dövlət təsisatıdır, hüquqi şəxsdir, bank təşkilatlarında
hesablaşma və digər hesablara, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin
əksi və öz adı olan möhürə, müvafiq ştamp və blanklara malikdir;
3.
fondun vəsaitinin formalaşması və xərclənməsi üzərində ümumi nəzarət
Müşahidə
Şurası tərəfindən həyata keçirilir;
4.
fond öz fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının dövlət
hakimiyyəti orqanları, fiziki və hüquqi şəxslərlə, habelə beynəlxalq təşkilatlarla
əməkdaşlıq edir;
5.
Azərbaycan Respublikası Prezidentinin fərmanları və bu əsasnamə ilə fonda
verilmiş hüquqlar və vəzifələr istisna olunmaqla fond Azərbaycan Respublikasının
hökuməti, digər dövlət hakimiyyəti orqanları, o cümlədən nazirliklər, dövlət
komitələri, dövlət təsisatları, müəssisələri və təşkilatları, maliyyə institutlarına
münasibətdə və onların qarşısında, habelə Azərbaycan Respublikasının
və digər
ölkə və yurisdiksiyaların hər hansı sosial fondları, ictimai və digər qeyri-hökumət
təşkilatlarına münasibətdə və onların qarşısında heç bir hüquqa, vəzifəyə malik
deyildir, heç bir öhdəlik və məsuliyyət daşımır;
6.
fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitutsiyasını, qanunlarını,
Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamlarını, habelə bu
Əsasnaməni rəhbər tutur.
ARDNF-in əsas vəzifəsi respublikamızın vətəndaşlarının bugünkü və gələcək nəsillərinin
mənafeyi naminə neft və qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsi sahəsində bağlanmış
sazişlərin həyata keçirilməsindən və fondun öz fəaliyyətindən əldə olunan valyuta və digər
vəsaitin yığılmasını və səmərəli idarə olunmasını təmin etməkdir.
Fondun formalaşması mənbələri aşağıdakılardır:
1.
Azərbaycan Respublikasının payına düşən xam neftin və sərbəst təbii qazın satışından
əldə edilən gəlirlər /
qanunvericiliklə nəzərdə tutulmuş ödənişlər çıxılmaq şərtilə/;
2.
bonus
ödənişləri;
3.
akrhesabı ödənişləri;
4.
xarici şirkətlərlə bağlanmış müqavilələr çərçivəsində dövlət əmlakından istifadə üçün
icarə haqqı;
5.
xarici şirkətlərlə bağlanmış müqavilələrə uyğun olaraq Azərbaycan tərəfinə verilən
aktivlərin satışından və digər daxilolmalardan əldə edilən gəlir;
6.
xarici şirkətlərlə birgə fəaliyyət nəticəsində əldə edilən digər gəlirlər;
7.
fondun vəsaitinin yerləşdirilməsindən əldə edilən gəlir.
Fondun vəsaitinin istifadə olunması qaydası aşağıdakı kimidir:
1.
investisiya məqsədləri üçün əsasən fondun yüksək reytinqli kredit təşkilatlarında
yerləşdirilən depozitlərindən əldə edilən gəlirlər istifadə edilir;