13
mədənlərin abadlaşdırılması üçün maşın və avadanlıqlar, alətlər və neft avadanlıqlarına
ehtiyat
hissələri istehsal edilir.
Neft maşınqayırma sənayesi iki mühüm amilə görə Azərbaycan iqtisadiyyatında əsas rol
oynayır. Əvvəla, neft-mədən və kimya avadanlıqlarını dünya bazarına çıxarmaqla, ölkəyə
valyuta axınını təmin etmək olar. Digər tərəfdən də bu sahə Azərbaycanın neft-kimya
avadanlığına olan tələbatını tam ödəməyə və ölkəyə xarijdən maşın və avadanlıqlar idxal
edilməsinin qarşısını ala bilər. Odur ki, «Azneftkimyamaş» ASC öz qarşısına beynəlxalq
standartlara cavab verən rəqabət qabiliyyətli məhsullar istehsal edilməsi, buraxılan məhsulların
keyfiyyətinin yüksəldilməsi, yeni satış bazarlarının mənimsənilməsi, istehsalın
həcminin
artırılması və sair qoymuşdur. Azərbaycanda maşınqayırma məhsullarının ən mühüm növlərinin
istehsalına dair məlumatlar aşağıdakı cədvəldə əksini tapmışdır.
Cədvəl 3
Azərbaycanda maşinqayirma məhsullarinin ən mühüm növlərinin istehsali
Məhsullarin adlari
Ölçü
vahidi
1998
1999
2000
Mancanaq dəzgahı
min ədəd 0,04 0,05 0,05
Dərinlik nasosları
min ədəd 15,0 11,0 14,0
Dəyişən cərəyanlı elektrik mühərrikləri
kvt 222 - -
Güc transformatorları
min ədəd 80 85 87
Fontan armaturu
min dəst 0,2 0,4 0,6
Qazma boruları üçün elevator
min ədəd 0,5 0,6 0,8
Tullantılara qarşı avadanlıqlar
dəst 5 6 10
Yuyucu aqreqatları
ədəd 47 43 48
Quyuları tədqiq edən aqreqatlar
ədəd 18 21 33
Quyuların təmiri və mənim-sənilməsi üçün
aqreqatlar və qaldırıcılar
ədəd 43 51 56
Kalon başlıqları
min ədəd 0,2 0,2 0,2
Elektroenergetika sənayesi - küllü miqdarda elektrik enerjisinin alınması, uzaq
məsafələrə ötürülməsi və istehlakçılar arasında paylaşdırılması problemləri ilə məşğul olur.
Elektroenergetika sənaye, nəqliyyat, kənd təsərrüfatı, rabitə, mənzil-kommunal təsərrüfatı
energetikasının əsasıdır. Elektroenergetikanın əsas ehtiyatları yanacaq kömür, xam neft, təbii
qaz, yanar şist, su və nüvə enerjisidir. Az miqdarda külək enerjisi, günəş enerjisi,
geotermal və
Yerin daxili istiliyindən də istifadə edilir. Azərbaycanda elektrik enerjisinin əsas hissəsi böyük
energetika sistemlərinə daxil olan güclü elektrik stansiyalarında hasil edilir. Azərbaycanda
istehsal edilən ümumi enerjinin təqribən 80%-i elektrik stansiyalarının payına düşür.
2002-ci ildə 18,6 milyard kvt.saat və ya 1998-ci illə müqayisədə 3,4% çox elektrik enerjisi
istehsal olunaraq əhalinin elektrik enerjisi ilə təminatı yaxşılaşmışdır. Bir nəfərə düşən elektrik
enerjisinin miqdarına görə /
2300 kvt.saat/ Azərbaycan Respublikası MDB ölkələri arasında ilk
yerlərdən birini tutur. Elektrik enerjisinin ehtiyatları və istehlakı haqqında məlumatlar aşağıdakı
cədvəldə verilmişdir.
Cədvəl 4
Azərbaycan respublikasinda elektrik enercisinin ehtiyatlari və istehlaki
/mln.kvt.saat/
Göstərijilər
1990
1995
1998
1999
2000
2001
Ehtiyatlar cəmi
24904 17856 19148 19842 19571 20812
Daxili istehlak
18439 14914 15235 18926 19193 19646
O cümlədən:
sənaye
8905 4749 3977 2844 2671 3881
tikinti
872 29 72 60 36 75
14
Kənd təsərrüfatı
2142 2445 1681 1800 803 827
nəqliyyat
807 434 710 632 537 551
Kommunal təsərrüfatı
3140 369 641 725 2378 2414
Əhali
1065 4076 7268 9147 9902 10172
sair
1508 651 1086 931 996 1580
İxraj
3109 2443 2911 2787 2770 966
İtkilər
3559 499 1002 886 378 2560
Metallurgiya sənayesi - filiz, yaxud digər materiallardan metal alınması proseslərini,
habelə metal ərintilərinin kimyəvi tərkib və quruluşunu dəyişdirməklə, onlara müvafiq xassələr
verilməsi ilə əlaqədar prosesləri əhatə edən sənaye sahəsidir. Metallurgiya Yer təkindən
çıxarılmış filizlərin ilkin emalı, metal və ərintilər alınması və saflaşdırılması, onlara müəyyən
forma və xassələr verilməsi prosesləri aiddir. Arxeoloci tapıntılar metallurgiya sənayesinin hələ
çox qədim zamanlardan məlum olduğunu göstərir. Azərbaycan ərazisində metalın istehsalı və
sadə emal üsulları qədimdən məlum idi. Müasir texnikada metallurgiya qara və əlvan
metallurgiyaya ayrılır; qara metallugiyaya dəmir əsaslı ərintilər - çuqun, polad, ferroərinti, əlvan
metallurgiyaya isə nəcib metalların istehsalı aiddir. Azərbaycanda
Sovet hakimiyyəti illərində
metallurgiya sənayesi sürətlə inkişaf etdirilmişdir. Lakin son illərdə bu sahənin inkişaf sürəti
azalmışdır.
Meşə sənayesi – meşə materiallarının emalı ilə məşğul olan sənaye sahələrinin
məcmusudur. Azərbaycan Respublikasının meşələrində təbii halda palıd, fıstıq, vələs, dəmirağaj,
fındıq, əzgil, zoğal və sair bitir. Azərbaycan ərazisinin 10,8%-i meşəlikdir.
Mədən sənayesi - faydalı qazıntı yataqlarını kəşf edən, faydalı qazıntıları çıxaran və ilkin
emal edən istehsal sahələrini özündə cəmləşdirir. Azərbaycan Respublikasında mədən sənayesi
sahələrindən ən
çox neft, qaz, dəmir filizi, mərmər, tikinti daşı, mineral su və s. çıxarılması
inkişaf etdirilmişdir.
Neft-kimya sənayesi - başlıca olaraq neft və təbii yanar qaz emalı məhsulları əsasında
sintetik material və məmulatlar istehsal edir. Adətən, neft-kimya sənayesi müəssisələrində
sintetik kauçuk, əsas üzvi sintez məhsulları - etilen, propilen, polietilen, səthi aktiv maddələr,
yuyucu maddələr,
bəzi mineral kübrə növləri, duda, rezin məmulatları, avtomobil şinləri, texniki-
asbest hazırlanır. Azərbaycanda neft-kimya sənayesi 1920-ci ildən sonra yaranmış və sovet
hakimiyyəti illərində sürətlə inkişaf etdirilmişdir. 1952-ci ildə keçmiş SSRİ-də ilk dəfə
Azərbaycanın Sumqayıt şəhərində sintetik etil spirti istehsal edən zavod istifadəyə verilmişdir.
1959-cu ildə Bakı şin zavodu işə salınmışdır. Bütün bunlar neft-kimya sənayesinin ümumi
həcmini 2,63 dəfə, o cümlədən texniki rezin məmulatı istehsalını 8,3 dəfə artırmağa imkan
vermişdir.
Tikinti materialları sənayesi - mülki mənzil tikintisi üçün, sənaye, kənd təsərrüfatı və
digər növ tikinti üçün tikinti materialları istehsal edən sahələri birləşdirən sənaye sahəsidir.
Tikinti materialları sənayesi tikintinin maddi-texniki bazasının mühüm hissəsidir, tikinti-
quraşdırma işləri həcminin və tikintidə texniki tərəqqinin fasiləsiz yüksəlişini təmin edir.
Tikinti
materialları sənayesinin Sovet hakimiyyəti illərində sürətlə inkişaf etməsinə baxmayaraq, son
illərdə bəzi obyektiv və subyektiv səbəblər üzündən bu sahədə də geriləmə müşahidə olunur.
1.2.Karbohidrogenlərin və eneregetik resurslarin təsnifatı
Karbohidrogen dedikdə, adətən, neft və qaz nəzərdə tutulur. Bu onunla izah edilir ki,
neftin tərkibində ümumi götürüldükdə orta göstəricidə 82,5 - 87% karbon, 11,5 - 14,5%
hidrogen, 0,05 - 0,7% oksigen, 0,001 - 5,3% kükürd və 0,001 - 1,8% azot vardır. Karbon və
hidrogen atomları bir-birilə kimyəvi surətdə birləşərək neftin tərkibində müxtəlif maddələr əmələ
gətirir. Bu birləşmələrə karbohidrogenlər deyilir.