E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə81/121
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21169
1   ...   77   78   79   80   81   82   83   84   ...   121

 
167
Apardığımız təhlillə müəyyən olunmuşdur ki, respublikada formalaşan industrial 
siyasətinin mahiyyət və  məqsədini daha dolğun çevrədə Yanacaq Energetik Kompleksinin 
inkişaf perspektivi ilə yanaşı qeyri-neft sektoruna əsaslı investisiyalar cəlb etməklə onun 
dirçəldilməsi, maşınqayırma, kimya, yüngül və yeyinti sənayesinin modernizasiyası, kiçik və orta 
sahibkarlığın istehsal yönümlü sahələrə istiqamətləndirilməsi, ev təsərrüfatında sənaye 
məhsulunun istehsalının xüsusi çəkisinin yüksəlişi, özəlləşdirmə prosesinin və sənaye biznesinin 
digər mühüm səhələrinin genişləndirilməsini təşkil etməlidir. Bu baxımdan respublikada baş 
verən struktur dəyişikliklərinin idarə edilməsi strateji planda - daha çox kiçik və orta biznesin 
təşəkkülü və inkişafını, dünya bazarında rəqabət göstərən mallar istehsalını  təmin edən 
strukturların yaradılması, sahibkar aktivliyinin hərtərəfli mükafatlandıran, iqtisadi modernizasiya 
proseslərində dövlətin təsir gücünü yüksəldən mexanizmlərin qurulması, milli iqtisadiyyatın 
çoxukladlılıq sferasında inkişaf etdirilməsi konsepsiyası əsasında sistemləşdirilməlidir. 
 
 
10.2. Struktur modernizasiyasi və iqtisadi inkişaf indikatorlari 
 
Tarixən bir çox struktur islahatları dəqiq struktur analizi aparıldığına görə baş tutmamışdır. 
Struktur analizi müasir iqtisadi tədqiqatların ən ümüdlü və məhsuldar istiqamətlərindən biri kimi 
dəyərləndirilir. Burada məlum baxışlara görə struktur transformasiyasından daha çox həmən 
strukturlara adaptasiya etmə bacarığı  məqbul hesab olunur. Məhz buna görə  də struktur 
dəyişikliklərinin tədqiqi həm nəzəri-empirik çərçivədə  və  həm də metodoloji əsasda, iqtisadi 
göstəricilər sferasında geniş təhlil zəruriliyini əsaslandırır. 
Struktur anlayışı yaşadığımız çağdaş zamanda daha da populyarlaşmışdır. Müasir iqtisadi 
aləmdə gedən təbəllüdatlar, islahatlar və modernizasiya prosesləri alternativ məzmunda struktur 
dəyişiklikləri kimi də  səciyyələndirilir. Bununla belə struktur dəyişiklikləri bir qədər spesifik 
mahiyyəti ilə  də  fərqlənir. Bəzi mənbələrdə struktur çoxsaylı  və müxtəlif təbii elementar 
hissələrin təşkilati vahidlərin nizamlama üsulu kimi qəbul olunur. Digər baxış bucağı altında isə 
strukturu iki mənada xarakterizə etmək olar.  
1.
 
məxsusi funksiyalardan fərqli olaraq vahid tamı yaradan hissələrin düzümü /anatomiya 
və fiziologiya/; 
2.
 
tamailə yeni düşüncədə - vahid tamı yaradan sadə elementlər kombinasiyasından 
fərqli, hər biri digərindən bilavasitə asılı olaraq bir biri ilə həmrəy fenomenlər yaranışı. 
İkinci məna alman nəzəriyyəsi olan «Heştaltlar»  /Gestalt Theorie/  və ya forma 
nəzəriyyəsini səciyyələndirir. Burada fenomenlər avtonom vahidliyi yaradaraq öz məxsusi 
qanunlarına tabeçilik şəraitində daxili həmrəylik nümayiş etdirir və  hər bir element struktur 
ümumiliyindən, onun qanunlarından və onu idarəedənlərdən aslıdır. 
Struktur anlayışına hər yerdə təsadüf etmək olar. Fizika  materiyanın strukturunu, biologiya 
canlı aləmin və orqanizmlərin strukturunu, riyazi analiz isə  məxsusi struktur tipini öyrənir. 
İnstutisional sosiologiyanın banisı fransız iqtisadçısı Fransua Perruya görə iqtisadi vahidin 
strukturu  proporsiyalar  və  münasibətlər  məcmui olmaqla hazırki vəziyyət və anda həmin 
vahidin özünü xarakterizə edir: 
1.
 
proporsiya  nisbi ölçüdür və iqtisadi vahidin tərkib hissəsi kimi baxılan  əhəmiyyət 
elementidir; 
2.
 
münasibət bir tərəfdən vahidi səciyyələndirən elementlər arasında, digər tərəfdən is bu 
vahidləri digər iqtisadi vahidlə təyin edir. 
Daha qabarıq iqtisadi yanaşma kontekstində isə struktur iqtisadi  və  çərçivəyə salınmış 
təsnifata malikdir. İqtisadi struktur kimi məxsusi formada sadə və kompleks iqtisadi strukturlar
çərçivəyə salınmış mahiyyətdə isə iqtisadi fəaliyyətin  əhatə mühiti diqqətə  gətirilir.  İqtisadi 
struktur kimi bir-biri ilə qarşılıqlı  təmas yaradan, çoxsaylı makroiqtisadi elementlərdən ibarət 
mürəkkəb sistem, xalq təsərrüfatı kompleksi də müqayisə edilir. Burada mövcud elementlər 
sosial, sahəvi, təkrar istehsal, regional və xarici ticarət strukturlarına təsnif olunmaqla öz 


 
168
aralarında münasibətlər qurmaqla iqtisadi strukturu yaradırlar. 
İqtisadi inkişaf struktur çərçivədə çoxfaktorlu proses olmaqla təsərrüfat mexanizminin 
təkamülünü və yeni iqtisadi sistemin təşəkkülünü  şərtləndirir. Bununla belə, o mürəkkəb və 
ziddiyyətli proses kimi çox zaman açılan istiqamətdə düzxətli hərəkətə tam nail ola bilmir. 
Burada yüksəliş və enmə, müsbət və mənfi meyllər təzahür olunur. Tarixi gerçəklik belədir ki, 
iqtisadi inkişaf struktur modeldə orta və uzun müddətli mərhələdə dövr edir. İqtisadi nəzəriyyədə 
bir neçə sınanmış inkişaf tsikl göstərilir ki, bunlarada aşağıdakılar aiddir: 
1.
 
Kondratev tsikli - 50 illik dövr; 
2.
 
Normal sənaye tsikli - 8-12 illik dövr; 
3.
 
Kitçin tsikli - 3-4 illik dövr. 
İlk iki tsikldə dörd faza nəzərə çarpır: eniş, depressiya, canlanma və istehsal qalxınması
Burada iki pik nöqtəsi qalxınma və eniş pikləri vardır.  İqtisadi inkişaf tisklinin əhəmiyyətini 
vurğulamada məqsəd ölkədə aparılan struktur dəyişikliklərinin zaman baxımından da elmi 
əsaslandırılması  şərtliliyindən irəli gəlir.  İstənilən layihə struktur formalaşmasında zaman 
resursunu dəqiq nəzərə almadan məqsədə yetişməz. Bu baxımdan respublikada aparılan iqtisadi 
islahatların məğzini təşkil edən struktur modernizasiyası da tsiklilik aspekti ilə 
təminatlandırılmalı və möhkəmləndirilməlidir. 
Belə ki, çağdaş zamanda dərin iqtisadi təbəllüdatlar struktur dəyişiklikləri fonunda milli 
səviyyə ilə yanaşı  həm də dünya iqtisadiyyatı miqyasında gedir. Ölkəmizdə aprarılan struktur 
dəyişiklikləri də  məhz qlobal aspektləri nəzərə alma perspektivində davamlı  və  səmərəli 
olacaqdır. 
Hər hansı bir ölkənin iqtisadi inkişafı, struktur mükəmməlliyi təyin olunmuş 
hesabatlanmadan keçir. Bir çox ölkələr öz səviyyəsini ABŞ-la müqayisə etməyə meyillidirlər. Bu 
kimi müqayisələr təhlil qammasını tam ifadə etmədiyindən qüsurlu sayılır. Buna görə də ümumi 
təsbit olunmuş iqtisadi meyarlardan istifadə olunur. 
1.
 
ÜDM-in adambaşına düşən payı; 
2.
 
milli iqtisadiyyatın sahəvi strukturu; 
3.
 
əsas məhsul növlərin adambaşına düşən həcmi
4.
 
əhalinin həyat səviyyəsi və keyfiyyəti; 
5.
 
iqtisadi səmərəlilik göstəricisi. 
Sadalanan bütün iqtisadi göstəricilər bir-biri ilə qarşılıqlı rabitə  və asılıqlıdır. Bu 
göstəricilər arasında  ÜDM  şərtsiz olaraq lider mövqedə dayanır və iqtisadi artım tempində 
əhəmiyyətini nümayiş etdirir. Əsas göstəricisi ÜDM olan iqtisadi artım cəmiyyətin 
məqsədlərinin mühüm indikatoru kimi əmtəə  və xidmətlərin təsbit olunmuş vaxt ərzində  həcm 
yüksəlişidir.  İqtisadi artımın keyfiyyət və templəri onun tipindən aslıdır. Burada ekstensiv və 
intensiv tiplər fərqləndirilir. Ekstensiv artım tempi resursların keyfiyyətini və texnoloji səviyyəni 
saxlamaqla istehsala əlavə resurslar cəlb edilməsi ilə xarakterikdir. İntensiv artım tipi 
məhsuldarlığın texnoloji təkmilləşməni və resurs keyfiyyətini artırmaqla təmin olunur. Hər iki tip 
eyni zamanda mövcud olaraq müxtəlif dövrü mərhələlərdə bir-birinə üstün gəlir. 
Real həyatda  əlavə resursların cəlb edilməsi xərclər artımına və bahalaşmaya gətirərək 
istehsal artımının səmərəsizliyi ilə müşayiət olunur. İstifadə olunan resursların xalis mexaniki 
artımı istehsal faktorlarının azalan verim qanunu ilə ziddiyyət təşkil edir. Digər mənada  əlavə 
istehsal faktorunun tətbiqi ilə onun məhsuldarlıq həddi azalır.  İstifadəsiz resurslar izafiliyi də 
iqtisadi artıma təsir edir. Belə ki, əmək resursların Afrika və Asiya ölkələrində artımı kapital 
artımı ilə müşayiət olunmur. Bu da öz növbəsində sosial proqramlara tələb olunan xərcləri 
yüksəldir. Alınan gəlir istehlaka məsrəf olunur, yığım və investisiyaların səviyyəsi isə artımı 
təmin edə bilmir. Kapital izafiliyi, izafi güc formasını alaraq xərclər və informasiya artımını 
stimullaşdırır. Belə ölkələr çox zaman köhnə texnologiyalar əsasında istehsalı qurur və inkişaf 
etmiş ölkələrinə ayaqlaşa bilmir

Belə gerçəklik nisbi mənada respublikamız üçün də 
xarakterikdir. Təbii ehtiyatları olmayan ölkələr isə resurs qoruyucu texnologiyalar yaratmaq 
zorunda qalır, emal sənayesi və elmtutumlu istehsalı inkişaf etdirirlər. Göründüyü kimi, iqtisadi 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə