E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə77/121
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21169
1   ...   73   74   75   76   77   78   79   80   ...   121

 
159
cəmiyyət sisteminin tarazlığının saxlanılmasına təkan verir. Lakin burada paradoksal 
qanunauyğunluq baş verir: resursların ehtiyat azlığı  nə  qədərdirsə, o qədər də bu əsnada 
formalaşan böhran dərin və risklidir. Və əksinə təbii ehtiyatlarla təminat nə qədər yüksəkdirsə, o 
qədər də onların tükənməsi intensiv və davamlıdır». 
Dünyada tanınmış  və tanınmamış irili-xırdalı 200-dən çox ölkə mövcuddur ki, bu sırada 
müxtəlif iqtisadi göstəricilərdə Azərbaycan xeyli üstün keyfiyyətlərə malikdir. Dünya neft 
ehtiyatlarının 141 milyard ton, təbii qaz ehtiyatlarının 155 trilyon m
3
 ehtimal olunduğu məqamda 
Azərbaycanın müvafiq potensial imkanlarının 6-7 milyard ton karbohidrogen resursuna 
ekvivalentliyini nəzərə alsaq görərik ki, respublikanın payı dünya neft-qaz resurslarında 4-5%-ə 
bərabərdir. Planetin energetik xəritəsində bu görüntü heç də kiçik sayılmamalıdır. Bu resursların 
milli mənafelərə uyğun daha dolğun istifadəsi isə elmi fundamental əsaslandırılmış energetik 
strategiya ilə təmin olunacaqdır. 
Milli energetik gücün dəyərləndirilməsi və qlobal proseslər reallığından çıxış edərək 
iqtisadiyyatın energetik strategiya kontekstində proqnozlaşdırılan inkişaf səviyyəsinin təmin 
olunmasında YEK-də enerji resurslarının mümkün artımına nail olmaq və bu resurslardan 
istifadənin effektivliyini yüksəltmək kimi mühüm məsələnin həlli vacib sayılmalıdır.  Məhz 
ÜDM-in artım templərinin təmin edilməsi iqtisadiyyatın enerji effektivliyinin köklü yüksəlişi ilə 
bağlı olacaqdır. Enerji effektivliyinin artırılması isə fikrimizcə, energetik strategiya aspektində 
aşağıdakı prioritetləri nəzərdə tutmalıdır: 
Energetik təhlükəsizliyi təmin edən tədbirlər bloku 
1.
 
uzunmüddətli çevrədə optimal yanacaq-enerji balansı formalaşdırmaq; 
2.
 
yüksək texnoloji istehsal artımı və xidmət sferasının payının yüksəlişi ilə iqtisadiyyatın 
struktur yenidənqurmasını təmin etmək; 
3.
 
enerji qənaətçiliyinin təşkilati, texnoloji tədbirlərini, iqtisadiyyatın bütün sahələrində 
energetik resurslarından rasional istifadəni və enerjiqoruyucu inkişaf zolağına keçidi 
reallaşdırmaq; 
4.
 
ümidli və perspektivli mineral-xammal bazası  və milli ehtiyat energetik resurslar 
terminalı yaratmaq; 
5.
 
yanacaq-energetik resurslar balansının statusunu artırmaq və onların istehlakının 
operativ statistik hesablandırılmasını tətbiq etmək; 
6.
 
Neft Fondunun resurslarını aktiv olaraq təkrar istehsala və yeni çevik rentabelli 
yaranışlara yönəltəməklə ehtiyatlar varisliyini təmin etmək
7.
 
postneft konsepsiyasi işləmək. 
Struktur və istehsal  modernizasiyası kontekstində 
1.
 
YEK-in funksionallığının artımında xammal, istehsal və maliyyə potensialından rasional 
istifadəni təmin etmək məqsədli struktur yenidənqurması aparmaq; 
2.
 
geoloji kəşfiyyat və axtarış işlərini genişləndirmək, innavasiyon fəaliyyəti, elmi-texniki 
nailiyyətləri daha aktiv maliyyələşdirmək, azdebetli və ehtiyatları tükənmiş sahələrdə 
elmi-texniki işlənmələrin tətbiqini sürətləndirmək və yeni perspektivli yataqları 
istismara vermək; 
3.
 
neft emalı  məhsullarının assortimentini artırmaq və onların keyfiyyətini universal 
standartlara uyğunlaşdırmaq; 
4.
 
artan təbii qaz perspektivinə uyğun olaraq qazsaxlama anbarlarının gücünü maksimal 
davamlı istehlakı təmin edən səviyyəyə qaldırmaq; 
5.
 
təbii qaz xammallı kimya sənayesi yaratmaq; 
6.
 
daxili neft-qaz nəql sistemini və elektrik enerji şəbəkəsi infrastrukturunun 
modifikasiyasına nail olmaq; 
7.
 
elektrikləşmə  və qazlaşmanın maksimal inkişafına nail olmaq, təbii və  sıxılmış qazın 
istehlakını genişləndirmək; 
8.
 
elektrik enerjisi istehsalında və  sənayedə təbii qaz xammallı industriyaya keçidi təmin 
etmək; 


 
160
9.
 
YEK-in ətraf mühitə neqativ təsirini məhdudlaşdırmaq, regionlarda qeyri-ənənəvi enerji 
mənbələri aşkarlamaq, günəş, külək və geotemal enerji qurğuları, kompleksləri və yeni 
İES-lər inşaa etmək; 
10.
 
batareya və akkumlyatorların istehsalını  təmin etmək və onlardan istifadənin 
genişləndirilməsinə nail olmaq. 
İnstitusional aspektdə 
1.
 
YEK-də bazar münasibətlərinin inkişafını və əlverişli bazar şəraitini təmin edən təkmil 
normativ-hüquqi baza formalaşdırmaq; 
2.
 
YEK-də antiinhisar siyasəti ilə bağlı proqram və layihələr işləmək 
3.
 
müasir bazar iqtisadiyyatının tələblərinə uyğun oqopolik inhisarı təmin edən ARDNŞ-in 
bazası əsasında iki Şaquli İnteqrasiya olunan sirkətlər təsis etmək
4.
 
xarici kapitaldan istifadənin normativ hüquqi bazasını təkmilləşdirmək; 
5.
 
köhnə neft yataqlarında konsessiya və lisenziyalaşdırma formalarının tətbiqi üzrə 
proqramlar hazırlamaq və reallaşdırmaq; 
6.
 
energetik sektoru və neft-qaz industriyasının bütün silsilədə normativ-hüquqi aktlarını 
unifikasiya edən müvafiq məcəllələr hazırlamaq; 
7.
 
energetik profilli elmi-tədqiqat institutlarının elmi məhsuldarlığını artırmaq və elmi 
effektivli konsolidasiyasına nail olmaq məqsədli vahid «Neft İnstitutu» yaratmaq; 
8.
 
Dövlət Enerji Müfəttişliyi, Neft Bankı, Neft Bircası  və energetik kompleksin digər 
mühüm infrastruktur seqmentlərini əhatə edən müvafiq mobil təsisatlar yaratmaq. 
İqtisadi sferada tədbirlər bloku 
1.
 
energetik strategiyanın iqtisadi aspektlərinin xronoloci təhlilini reallaşdırmaq, YEK-də 
aparılan iqtisadi islahatların dərinləşməsi və  təkmilləşməsi sahəsində elmi-tədqiqatları 
gücləndirmək; 
2.
 
dünya energetik kompleksinin və neft-qaz industriyasının müasir qlobal problemlərinin 
öyrənilməsində monitoroloci informatik baza və göstəricilər bankı yaratmaq; 
3.
 
dünya neft, fond, maliyyə bazarlarında qiymət meyllərinin və bundan doğan 
kataklizmlərin respublika iqtisadiyyatına təsir effektini mülayimləşdirən alternativ 
təyinatlı profilaktik tədbirlər sistemi formalaşdırmaq və energetik sektorun inkişaf 
senarisinin iqtisadi proqnozlarını işləmək; 
4.
 
əlverişli investisiyon mühit formalaşdırmaq, vergi və qiymət siyasətini təkmilləşdirmək, 
milli sahibkarları energetik sektora aktiv cəlb etmək, maliyyə desteplizasiyası  və  
ödəməmələri təjrid edən qəti real iqtisadi tədbirlər görmək
5.
 
iqtisadi inkişafı  hərtərəfli stimullaşdıran enerjidaşıyıcılarının daxili qiymətlərinin 
optimallaşmasına nail olmaq, xərclər balansında enerji komponentinin xüsusi çəkisini 
minimumlaşdırmaq; 
6.
 
YEK-in iqtisadiyyatı  və neft biznesinin inkişafı ilə bağlı qrant xarakterli layihə 
işləmələrini genişləndirmək. 
YEK-də beynəlxalq fəaliyyət və energetik diplomatiya 
1.
 
inteqrasiyon  əlaqələri genişləndirmək, dünya ölkələri ilə milli mənafelərə, faydalı 
qarşılıqlı  əməkdaşlığa söykənən münasibətlər yaratmaq; /prioritet kimi Türkiyə ilə 
əməkdaşlığa üstünlük vermək/
2.
 
ARDNŞ-in ölkə xaricində perspektivli yataqların istismarında iştirakını təmin etmək; 
3.
 
MDB məkanında dayanaqlı səmərəli əməkdaşlığın mexanizmlərini işləmək; 
4.
 
energetik resursların rasional ixracatını təmin etmək; 
5.
 
energetik diskriminasiyasını təjrid edən antidempinq siyasəti reallaşdırmaq; 
6.
 
Ümumdunya Tigarət Təşkilatı, NATO və Avropa Birliyinə daxilolmanı sürətləndirmək. 
Aparılan təhlil  əsasında milli energetik strategiyanın nəzəri konturlarının təqdim olunan 
aspektlər bloku heç də tamlıqla bütün müvafiq strateji tədbirlər qammasını əhatə etmir. Praktiki 
tətbiq sferasında bu prioritetlərin daha fundamental elmi əsaslandırmaya və yeni siyasi-iqtisadi 
situasiyaya müvafiq fərqli və alternativ düzumdə formalaşması daha məntiqi həllini tapacaqdır. 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə