E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə76/121
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21169
1   ...   72   73   74   75   76   77   78   79   ...   121

 
157
Energetik strategiya yeni institusional yaranış deyildir. Planetin iqtisadiyyatı energetik libas 
aldığı zamanlarda analoji strategiyalar silsiləvi olaraq müxtəlif ölkələrdə intişar tapmış, 
mütəmmadi təbəllüdatlara uğramışdır. Bir qədər fərqli adlanışda Sovetlər İttifaqında da energetik 
strategiya daim işlənmiş, gerçəkləşmiş  və yeniləşdirilmişdir. Hər bir ölkə enerji resurslarının 
mövcudluq diapazonunun fərqinə varmadan özünün energetik təhlükəsizliyini təmin etmək 
məqsədi ilə  məxsusi energetik strategiya formalaşdırmağa və gerçəkləşdirməyə  məhkumdur. 
Energetik strategiyanın optimal forması bizimlə müəyyən təzahür paralelləri olan Rusiyada 
1992-ci ildən başlayaraq geniş  tətbiq olunur. Lakin növbəti mərhələdə yeni reallıqlar bu 
strategiyanın korrektə olunmasını diktə etmişdir. Artıq burada məzmun və mahiyyətcə daha 
kamil formatda 2020-ci ilə  qədər ki, dövrü əhatə edən yeni energetik strategiya işlənmiş  və 
Dövlət Dumasının müzakirəsindən keçərək Nazirlər Kabinetində  təsdiqini tapmışdır. Energetik 
strategiyanın reallaşdırılmasına ölkənin akademik, sahəvi institutları, o cümlədən YEK-lə bağlı 
mütəxəssislər cəlb olunmuş, Yanacaq Energetika Nazirliyinin yanında  əlahiddə «Energetik 
Strategiya» adlanan elmi-tədqiqat institutu təsis edilmişdir. Bununla yanaşı, daim dəyişən iqtisadi 
və energetik situasiyanın təhlili və bu əsnada səmərəli tənzimləmə mexanizmlərini tətbiq etmək 
məqsədi ilə energetik strategiyanı reallaşdıran monitorinq sistemi də yaradılmışdır. 
Rusiya Federasiyasında gerçəkləşdirilən energetik strategiyanın mühüm aspektlərindən biri 
kimi onun dövriliyi, zaman resursu ilə bağlılıq konfiqurasiyası  çıxış edir. Bu baxından ölkədə 
planlaşdırılan energetik strategiya aşağıdakı üç mərhələni əhatə edir: 
I.
 
2-3 il davam edən ilkin mərhələ.  Bu zaman enerji kompaniyalarının maliyyə 
vəziyyətinin yüksəlişi və dövlət qiymət tənzimlənməsi təbii inhisarlar vasitəsi ilə təmin 
olunacaq, enerji daşıyıcılarının qiyməti hər il 10-12% inflyasiyanı  nəzərə almadan 
artacaqdır
II.
 
4-6 ilə qədər davam edən ikinci mərhələ. Bu mərhələdə rəqabətqabiliyyətli energetik 
bazarın formalaşması nəzərdə tutulur və qiymətlərin 10-12% artımı proqnoz edilir
III.
 
 son mərhələ  iqteqrasiya olunan bazarın gəlişi ilə baş verəcəkdir. 
Energetik müstəqilliyi və energetik təhlükəsizliyi təmin etmək, davamlı qorumaq ölkəmiz 
üçün daim dominant aktual vəzifə olaraq qalacaqdır. Bu aktuallıq YEK-in ölkə iqtisadiyyatının 
həyatqabiliyyətli bütün sahələrinin enerji təminatlığı  və konsolidasiyasındakı rolu, habelə yeni 
geosiyası situasiya, ölkəyə xarici faktorların təsir genişliyinin artması, dünya enerji bazarlarının 
qloballaşması ilə daha sıx bağlılıqda ifadəsini tapır. Digər tərəfdən 130 ildən çox intensiv olaraq 
neft-qaz hasilatını  təmin edən ölkənin  əzəli energetik infrasturkturun modifikasiyası, ekoloji 
fonun yaxşılaşdırılması, sosial rifahın yüksəlişi aspektləri də bu kontekstdə  əhəmiyyət daşıyır. 
Energetik strategiya dayanıqlı enerji bazarının yaradılmasında dövlət təsirini və normal inkişaf 
məjralı iqtisadi münasibətlərin formalaşmasında antiinhisar, qiymət, vergi, gömrük siyasəti və 
üstün monitoroloci nəzarəti reallaşdıran, mütərəqqi institusional təsisatların yaranış  məramını 
ifadə edir. Bu strategiya sahəvi normativ-hüquqi bazanın təkmilləşməsi, energetik sektorda 
standartlaşma və lisenziyalaşmada optimal dövlət tənzimlənməsini hədəf seçir. 
Respublikada energetik strategiyanın nəzəri işlənməsindən öncə onun energetik 
potensialını  dəyərləndirmək ehtiyaclıdır. Azərbaycanın  ərazisinin 70%-i neft-qaz resursları ilə 
perspektivlidir. Məhz buna görə  də, ölkə iqtisadiyyatının  əsasını neft-qaz sənayesi təşkil edir. 
İndiyədək respublikamızda 71 neft-qaz yatağı aşkarlanmış və onların 54-də istismar davam edir. 
«Əsrin müqaviləsi» də daxil olmaqla respublikaya mənsub Xəzər şelfini və quru əraziləri əhatə 
edən 21 beynəlxalq neft kontraktı bağlanmışdır. Bu kontraktların  əhatə etdiyi zonada hasilat 
yaxın 10-12 il ərzində apogeyə yüksələcəkdir. Onilliyin sonunda təkcə «Azəri-Günəşli» və 
«Çıraq» platformasından gündə 1 milyon barrel, ildə isə 56-57 milyard ton neft hasil ediləcək və 
gəlir toplumunda bu miqyas hər il 9 milyard dollara ekvivalent olacaqdır. Ölkənin kəşf olunmuş 
və perspektiv təbii qaz potensialı da 1-2 trilyon m
3
 civarında hesablanır. Lakin təbii qaza olan 
daxili istehlak tələbləri müasir vaxtda 50% miqdarında təmin olunur. Belə ki, hazırda Bakı, 
Sumqayıt və 48 inzibati regional əraziyə qaz verilir. Rayonlara verilən qazın miqdarı çox kiçik 
həcmdədir və illik olaraq 200-250 milyon m
3
 təşkil edir. Bakı şəhərinə gündəlik olaraq 9,3-9,7 


 
158
m

həcmində verilən
 
təbii qazın miqdarı da kifayətedici deyildir. Vurğulanmalıdır ki, «Şahdəniz» 
layihəsi sankiyalaşdırıldıqdan 4-5 il sonra Azərbaycan nəinki daxili ehtiyaclarını dolğun təmin 
edəcək və hətta Avropa bazarına fəal təbii qaz ixrac edən dövlətlərdən birinə çevriləcəkdir. 
Energetik struktur həm də neft və qaz emalında istehsal güclərinin yerləşməsinin 
optimallaşdırılması, təbii qazın, xam neft və neft məhsullarının səmərəli nəqlini və itgilərin daha 
da məhdudlaşmasını  tələb edir. Neft emalı sahəsində istehsal gücü nisbi yetərli sayılsa da, 
perspektivdə  təbii qazın utilləşməsi aspektində müvafiq emal müəssisələrinin inşaası problemi 
qarşıya çıxacaqdır. Bununla belə, mövcud neft-qaz emalı zavodlarının istehsal səmərəliliyini 
artırmaq üçün onların texnoloji yeniləşməyə ehtiyac vardır. Nəql sistemində isə  vəziyyət daha 
çox aydınlığa doğru irəliləyir. Böyük ixrac kəmərlərinin istismarı reallaşacağı təqdirdə neft-qaz 
istehsalı ilə bağlı infrastruktur məntiqi həddə yüksələcəkdir. 
Azərbaycanda hazırda ümumi gücü 5 min meqovatt olan 6 istilik /İES/ və 5 su elektrik 
stansiyaları  /SES/ fəaliyyət göstərir və  hər il 4 min meqovatt elektrik enerjisi istehsal edilir. 
Müqayisə üçün qeyd olunmalıdır ki, Gürcüstan və Ermənistanın elektrik enerji gücü birlikdə 1,7 
min meqovattdır. Bütün bunlara baxmayaraq respublika elektrik enerjisi ilə tam təmin olunmur 
və ayrı-ayrı hallarda, o cümlədən, Naxçıvan Muxtar Respublikası üçün xarijdən elektrik enerjisi 
idxal olunur. Statistik məlumatlara görə, 2002-ci ildə ARDNŞ  tərəfindən 25,8 milyon dollar 
həcmində Rusiyadan 992 milyon kilovatt/saat elektrik enerjisi alınmışdır. Enerji istehsalının 
artımını  təmin etmək üçün dövlət müvafiq tədbirlər görməkdədir. Son vaxtlar Azərbaycanın 
elektrik stansiyalarının yenidən qurulmasında 600 milyon dollar kreditdən istifadə edilmişdir. 
Qaz və enerji ödənişləri üzrə vəziyyət qənaətbəxş hesab olunmur. Hər iki istiqamətdə müvafiq 
yığım 50% təşkil edir. Təkcə elektrik enerjisindən istifadəyə görə ödəməmələr 2002-ci ildə 230 
milyon dollara bərabər olmuşdur. Bununla belə, bütün karbohidrogen resurslarına hasilatdan 
satışa qədər müasir universal standartlardan və müvafiq normativdən yüksək olan itgilər 
xarakterikdir. Azərbaycanda elektrik enerjisi itgiləri standartları 7-9%, Sovetlər  İttifaqı 
zamanlarında Qafqaz regionu ölkələri üzrə 13% həddində  təsbit olunmuşdu. Hazırda isə bu 
itgilər faktiki olaraq 20%-dən də çoxdur. 
Milli energetik strategiyanın formalaşması daxili potensialın təhlili ilə yanaşı qlobal aləmdə 
gedən proseslərin, dünya energetik balansın inkişaf meylinin və  bəşəri energetik istehlakın 
yüksəliş templərinin nəzərə alınmasını da şərtləndirir. Dünya iqtisadiyyatında mineral-xammal 
sektoru sənaye istehsalı  və energetikasının  əsas bazasını  təşkil edir. Xammal istehsalı  və 
istehlakının dəyişkənliyi beynəlxalq ticarətdə sosial-iqtisadi duruma sirayət etməklə yanaşı, həm 
də qlobal kontekstdə dünya resurslar arsenalına təsir göstərir. Son dövrlərin statistikasına görə, 
planetar miqyasda hər il 13-14 milyard ton təbii ehtiyat üzvi yanacağa çevrilir. Energetik 
istehlakda neft-qaz resursları əhəmiyyətli pillədə dayanır. Neft-qaz resurslarının aparıcı mövqeyi 
onların axtarış-kəşfiyyat, hasilat-istismar dinamikasına da təsir edir. Texnoloji nailiyyətlər 
neftvermə əmsalını dünya üzrə orta çəkidə 40%-ə yaxınlaşdırmışdır. Əvvəllər texniki əlçatmaz
rentabelsiz hesab edilən rayonlarda, dənizin dərin qatlarında neft-qaz ehtiyatlarının 
mənimsənilməsi reallığa çevrilir, resursların arealı daim joğrafi, statistik dəyişikliklərə  məruz 
qalır. Dünya YEK-inin investisiyon tələbləri müasir zamanda 1 trilyon dollar civarında 
hesablanır. Beynəlxalq Maliyyə bazarında isə YEK-ə istiqamətləndirici müvafiq resurslar 
əhəmiyyətli dərəcədə azdır. Ona görə  də bir çox ölkələrdə iqtisadiyyata milli banklarda əhali 
depozitləri və qiymətli kağızları  cəlb olunur. Nəzərə alınmalıdır ki, neft-qaz sənayesində 
investisiyon aktivlik dünya neft qiymətlərinin səviyyəsindin asılıdır. 
Dünya iqtisadi artımı hər il daha çox enerji resurslarının mənimsənilməsi ilə təmin olunur 
və yeni-yeni energetik potensiallı  ərazilər istehlak mənbəyinə çevrilir. Neft və qazın istehlakı 
mütəmmadi artır və bu resursların müasir sivilizasiyada təbiətlə  cəmiyyət arasındakı tarazlığın 
saxlanılmasında həyati  əhəmiyyətinin misilsiz olduğu danılmaz faktdır. Onların səmərəli 
istifadəsi qədər də yerləşməsi və əzəli ənənəvi ərazilərdə tükənməsi faktoru da narahatedicidir.
 
Akademik A.X.Mirzəcanzadə resursların tükənməsi amilinin təzadlı aspektinə rəğmən qeyd edir 
ki,  «Resursların tükənməsi praktiki vahid proses kimi, daim və  məqsədyönlü olaraq təbiət və 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə