E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə72/121
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21169
1   ...   68   69   70   71   72   73   74   75   ...   121

 
149
edilmiş qaydada ödədikdən sonra, fəaliyyətindən əldə etdiyi gəlirə müstəqil sərəncam verir. 
Nizamnamənin dördüncü bölməsində şirkətin idarə edilməsi strukturu ilə bağlı məsələlər 
şərh edilir. Burada göstərilir ki, Şirkətin strukturu, yəni şirkətin tərkibinə daxil olan müəssisələrin 
siyahısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir. Şirkətin məqsəd və 
vəzifələrini yerinə yetirmək üçün onun fəaliyyətinin predmetinə daxil olan fəaliyyət növlərinin 
səmərəli təşkilini və  həyata keçirilməsini,  Şirkətin tərkibinə daxil olan müəssisələr, hüquqi 
şəxslər və hüquqi şəxs statusuna malik olmayan qurumlar vasitəsi ilə neft və qaz yataqlarının 
kəşfiyyatı, tikintisi, işlənməsi, neftin, qazın, kondensatın və onlardan alınan məhsulların nəql 
edilməsi, emalı, satışı, servis xidmətlərinin göstərilməsi və  Şirkətin digər vəzifələrinin və 
fəaliyyət növlərinin həyata keçirilməsini təmin edir. Bundan başqa, bu bölmədə qeyd edilir ki, 
şirkətin tərkibinə daxil olan hüquqi şəxslər və hüquqi şəxs statusuna malik olmayan qurumlar 
şirkətin prezidenti tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada yaradılır, yenidən 
təşkil və  ləğv edilir. Nizamnaməyə  əsasən,  şirkət onun fəaliyyətinin tərkibinə daxil olan bəzi 
fəaliyyət növlərinin həyata keçirilməsini tam və ya qismən onun strukturuna daxil olan 
müəssisələrə  həvalə edə bilər /əgər belə bir zərurət yaranarsa/. Şirkətin prezidenti onun 
strukturuna daxil olan müəssisələrin Nizamnaməsini və  Əsasnaməsini təsdiq edir, onların 
rəhbərlərini və müavinlərini vəzifəyə  təyin edir və  vəzifədən azad edir, onlar barəsində 
qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər həyata keçirir və sair. 
Nizamnamənin beşinci bölməsində  şirkətin idarə edilməsi ilə  əlaqədar məsələlərdən 
danışılır. Burada göstərilir ki, şirkətin idarəetmə strukturuna şirkətin prezidenti, onun birinci 
vitse-prezidenti, iki vitse-prezidenti və idarəetmə aparatı daxildir. Şirkətin prezidenti onun işini 
təşkil edir, qarşısında duran vəzifələri yerinə yetirilməsini təmin edir və  fəaliyyətinə ümumi 
rəhbərliyi həyata keçirir. Şirkətin prezidenti, birinci vitsə-prezidenti və vitsa-prezidentləri 
Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə  təyin və azad edilir. Şirkətin 
prezidenti onun struktur bölmələrinin səmərəli fəaliyyət göstərməsini təmin edir, şirkət 
tərəfindən və  şirkətin fəaliyyəti ilə bağlı yuxarı orqanların qərarlarının yerinə yetirilməsinə 
nəzarəti təşkil edir, Şirkətin idarəetmə aparatının strukturunu və  ştat cədvəlini təsdiq edir, 
qanunvericiliklə müəyyən edilmiş qaydada aparatın işçilərini vəzifə təyin edir və vəzifədən azad 
edir, onlar barəsində həvəsləndirici və tənbeh tədbirləri tətbiq edir, Şirkətin Şurasının işini təşkil 
edir və ona rəhbərlik edir, Şirkətin adından vəkalətnaməsiz fəaliyyət göstərir, dövlət hakimiyyəti 
orqanları ilə, yerli və xarici hüquqi şəxslərlə, idarə  və  təşkilatlarla, beynəlxalq təşkilatlarla 
münasibətdə  şirkəti təmsil edir, müəyyən edilmiş qaydada müqavilələr bağlayır və bunların 
yerinə yetirilməsini təmin edir, vəkalətnamələr verir, hesabları və tədiyyə tapşırıqlarını imzalayır 
və sair. 
Nizamnamənin altıncı bölməsində  şirkətin fəaliyyəti ilə bağlı uçot, hesabat və  nəzarət 
işlərinin təşkili məsələləri  şərh edilir. Burada göstərilir ki, şirkət qanunvericiliklə müəyyən 
edilmiş qaydada mühasibat uçotunu aparır, statistika hesabatını  tərtib edir və müvafiq dövlət 
orqanlarına təqdim edir, 
Nəhayət, Nizamnamənin axırıncı, yeddinci bölməsində  Şirkətin yenidən təşkili və  ləğv 
edilməsi ilə bağlı  məsələlərdən danışılır və göstərilir ki, Şşrkət Azərbaycan Respublikasının 
Prezidenti tərəfindən yenidən təşkil oluna və ya ləğv edilə bilər. 
 
 
8.6. Bazar iqtisadiyyatina keçid dövründə neftqazçixarma idarələrinin maliyyə 
durumunun pisləşməsi səbəbləri və sanasiyasi 
 
Bazar iqtisadiyyatı  şəraitində  hər bir müəssisənin maliyyə  vəziyyəti bilavasitə onun 
istehsal-təsərrüfat fəaliyyətinin nəticələrindən asılıdır. Odur ki, verilmiş tapşırıqların və 
sifarişlərin vaxtında yerinə yetirilməsi,  əmək məhsuldarlığının artması  və  məhsulun maya 
dəyərinin aşağı salınması müəssisənin maliyyə vəziyyətinin yaxşı olmasının həlledici şərtləridir. 
Əgər müəssisədə maliyyə  işləri düzgün təşkil edilmişdirsə, pul vəsaiti vaxtında müəssisənin 


 
150
hesablaşma hesabına daxil olursa və öz təyinatına görə istifadə edilirsə, onda müəssisə tapşırıq və 
sifarişləri vaxtında yerinə yetirmək imkanına tam malik olur. 
Bazar iqtisadiyyatı  şəraitində müəssisələrdə maliyyə resursları varidatının  əsas mənbəyi, 
onların özlərinin pul gəlirlərindən ibarət olur. Müəssisənin pul gəlirlərinin həcmi isə bazarda 
satılan məhsulun miqdarından, onların keyfiyyətindən və qiymətlərindən bilavasitə asılıdır. Nə 
qədər çox məhsul istehsal edilib satılarsa, onların keyfiyyəti nə qədər yüksək olarsa, müəssisənin 
pul gəliri də bir o qədər çox olacaqdır. Fəqət son illərdə  əksər müəssisələr tam gücləri ilə 
işləmədiyinə görə istehsal olunan və satılan məhsulların həcmi xeyli azalmış  və beləliklə  də 
onların maliyyə  vəziyyətləri pisləşmişdir. Belə bir hal onların maliyyə  vəziyyətinin 
yaxşılaşdırılmasını  zəruri edir. Müəssisələrin maliyyə  vəziyyətinin yaxşılaşdırılmasında onların 
yenidən qurulması və sanasiyası mühüm rol oynayır. 
Maliyyə vəziyyəti pis olan müəssisələrin yenidən qurulması kreditorların tələbini ödəmək 
məqsədilə müəssisənin mülkiyyətçisi və ya rəhbərliyi tərəfindən onun malik olduğu  əmlakın 
bölmək, hamısını və ya müəyyən hissəsini digər təsərrüfat subyektlərinə verməklə müəssisənin 
quruluşunun və fəaliyyət istiqamətinin dəyişdirilməsini nəzərdə tutur. Sanasiya isə borcun ləğv 
edilməsinin qarşısını almaq məqsədilə onun mülkiyyətçisi, kreditorlar, əmək kollektivləri və ya 
digər  şəxslər tərəfindən maliyyə yardımı göstərməklə borclunun yenidən təşkil edilməsidir. 
Bəzən müəssisələrin elə maliyyə  vəziyyəti yaranır ki, bu zaman onlar öz mövcud əmlaklarını 
satdıqda belə öz borclarını ödəmək qabiliyyətinə malik olmurlar. Bu da borcların həcminin ildən-
ilə artmasına gətirib çıxarır. Aşağıdakı  cədvəldə müəssisə  və  təşkilatların bank ssudaları  və 
qarşılıqlı hesablaşmalar üzrə vaxtı keçmiş borclarının məbləğləri əksini tapmışdır. 
Cədvəl 38 
Müəssisə və təşkilatlarin bank ssudalari və qarşiliqli hesablaşmalar 
üzrə vaxti keçmiş borclari 
/milyard manat/
 
İllər 
Cəmi 
Bank hesablaşmalari
Qarşılıqlı hesablaşmalar 
1995 
9481 588 
8893 
1996 
14667 760 
13908 
1997 
12084 760 
11325 
1998 
14496 340 
14156 
1999 
14312 364 
13948 
2000 
17394 500 
16894 
2001 
17728,3 672 
17056 
 
Azərbaycanda maliyyə  vəziyyəti pisləşmiş müəssisələrin maliyyə  vəziyyətlərini 
yaxşılaşdırmaq üçün, əsasən, sanasiyadan istifadə edilir. Bu zaman borclu müəssisənin tədiyyə 
qabiliyyətini bərpa etmək üçün sanasiya prosesi üzrə keçirilmiş tenderdə  /müsabiqədə/ qalib 
gəlmiş hüquqi və ya fiziki şəxs tərəfindən maliyyə yardımı göstərilir. Mövcud qanunvericiliyinə 
görə sanasiya tenderində borclu müəssisə, hər hansı bir səhmdar və ya kreditor, habelə hüquqi və 
fiziki  şəxslər iştirak edə bilər. Hansı hüquqi və ya fiziki şəxsin borclu müəssisənin sanasiyası 
üzrə tədbirləri özündə birləşdirən sanasiya layihəsi /biznes planı/ məhkəmə tərəfindən qənaətbəxş 
hesab olunarsa, o da sanasiya prosesini həyata keçirir Bunun üçün o, öz şəxsi nümayəndəsini 
təyin edir. «Müflisləşmə  və iflas haqqında» Azərbaycan Respublikasının Qanununa görə 
sanasiyanın müddəti 18 ay müəyyən edilmişdir.  Əgər sanasiya dövründə obyektiv səbəblər 
üzündən zərurət yaranarsa, onda sanasiyanın müddəti daha 6 ay uzadıla bilər. 
Hər bir müəssisənin maliyyə  vəziyyətini yaxşılaşdırmaq üçün konkret şəraiti nəzərə 
almaqla ayrıca sanasiya proqramı /layihəsi/ işlənib hazırlanır. Bu zaman iki növ taktikadan: 
müdafiə  və hücum taktikasından istifadə edilir. Müdafiə taktikası müdafiə xarakterli tədbirlərə 
əsaslanır. Belə tədbirlərə maya dəyərinin tərkibinə daxil edilən xərclərin azaldılması, lüzumsuz 
idarəetmə  şöbələrinin ixtisar edilməsi və ya sayının azaldılması, idarəetmə heyəti işçilərinin 
ixtisar edilməsi və sair aiddir. Belə taktikadan müəssisə əlverişsiz xarici mühitə malik olduqda 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə