E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə70/121
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21169
1   ...   66   67   68   69   70   71   72   73   ...   121

 
145
köhnə, vaxtı keçmiş idarəetmənin təşkilati formalarını  dəyişdirib, təkmilləşdirib təsərrüfata 
rəhbərlik sistemini yenidən qurmuş  və  təsərrüfat quruculuğunun mövcud şəraitinə uyğun olan 
yeni, daha mükəmməl idarəetmə formaları və üsulları müəyyən etmişdir. 
Məlumdur ki, Azərbaycan Respublikasında uzun illər boyu neft və qaz hasilatı ilə «Azneft» 
və «Xəzərdənizneftqaz»  İstehsalat Birlikləri məşğul olmuşlar. «Azneft» İstehsalat Birliyi 
Azərbaycan Respublikasının qurudakı  ərazilərində yerləşən neft-qaz yataqlarının istismarı ilə 
məşğul olmuşdur. Bu birlik Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra, yəni 1920-ci 
ildən yaradılmışdır. Ayrı-ayrı illərdə «Azneft» İstehsalat Birliyi onun tərkibinə daxil olan 
struktur bölmələrinin xüsusiyyəti və iqtisadi təyinatından asılı olaraq, ittifaq əhəmiyyətli trest və 
ya birlik kimi müxtəlif ittifaq və respublika təşkilatlarına, məsələn, Azərbaycan SSR XKS-nə
SSRİ Ali Xalq Təsərrüfatı  Şurasına, SSRİ  Ağır Sənaye Nazirliyinə, SSRİ Neft Sənayesi 
Nazirliyinə, Azərbaycan SSRİ XTŞ-na və sair müvafiq qurumlara tabe edilmiş  və 
«Azərneftkomitə», «Azərneftkombinat» /sonralar «Azneft», «Azneftzavodları» və 
«Azneftmaşınqayırma» birliklərinə ayrılmış/, «Azneftçıxarma» birliyi adlanmışdır. «Azneft» 
İstehsalat Birliyinin əsasında Azərbaycan Neft Sənaye Nazirliyi /1954-1959/, Azərbaycan 
Neftçıxarma Sənaye Nazirliyi /1965-1970/ yaradılmışdır. 1970-ci ilin avqust ayından 25 yanvar 
2003-cü ilədək yenidən «Azneft» İstehsalat Birliyi adı altında fəaliyyət göstərirdi. «Azərbaycan 
Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında» Azərbaycan 
Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli fərmanına  əsasən Dənizdə Neft və 
Qazçıxarma  İstehsalat Birliyi /keçmiş «Xəzərdənizneft»  İstehsalat Birliyi/ və Quruda Neft və 
Qazçıxarma  İstehsalat Birliyi /keçmiş «Azneft» İstehsalat Birliyi/ birləşdirilərək onların 
bazasında «Azneft» İstehsalat Birliyi yaradılmışdır. 
«Xəzərdənizneftqaz»  İstehsalat Birliyi 1990-cı ilədək keçmiş SSRİ Qaz Sənaye 
Nazirliyinin tərkibində olmuş Azərbaycan, Türkmənistan və Qazaxıstan Respublikalarının, 
həmçinin Dağıstan Muxtar Respublikasının dəniz sahillərində, 1991-ci ildən isə Xəzər dənizinin 
Azərbaycan sektorunda neft və qaz yataqlarının kəşfiyyatı  və karbohidrogenlər hasilatı ilə 
məşğul olmuşdur. 1951-ci ilədək «Azərneft» İstehsalat Birliyinin tərkibində olmuş, 1951-1953-
cü illərdə sərbəst surətdə fəaliyyət göstərmiş, 1953-1962-ci illərdə yenidən «Azərneft» İstehsalat 
Birliyinin tərkibində olmuşdur. 1963-cü tldə «Başdənizneft»  İstehsalat Birliyi yaradılmış  və 
1965-ci ildən həmin birlik «Dənizneft» Baş  İdarəsi, 1970-ci ildə «Xəzərdənizneftqaz» Neft 
Birliyi, 1978-ci ildən 2003-cü ilin yanvarın 24-dək «Xəzərdənizneftqaz» İstehsalat Birliyi kimi 
fəaliyyət göstərmişdir. 
Göründüyü kimi, Azərbaycan neftqazçıxarma sənayesində uzun illər boyu idarəetmənin 
təşkilati strukturu dəfələrlə  təkmilləşdirilmişdir. Lakin bazar iqtisadiyyatına keçid dövründə 
neftqazçıxarma sənayesində institutsional islahatlar əvvəlki illərdə aparılmış institutsional 
islahatlardan həm məzmunca, həm də prinsipcə xeyli fərqlənir. Çünki indi aparılan institutsional 
islahatlar azad iqtisadi fəaliyyətə əsaslanır. 
Son illərdə respublikamızın tərəqqisi üçün taleyüklü əhəmiyyət daşıyan yeni neft 
strategiyası və doktrinası irəli sürülmüşdür və hazırda onlar uğurla həyata keçirilir. Azərbaycan 
1994-cü il sentyabrın 20-də  «Əsrin müqaviləsi»nin imzalanması ilə regionda ilk dəfə olaraq 
dünyanın bir çox nüfuzlu neft şirkətləri ilə özünə  məxsus olan neft və qaz yataqlarının birgə 
istismarına başlamışdır. Aparılan işlər ölkənin beynəlxalq aləmdə nüfuzunun artmasına, iqtisadi 
əlaqələrin inteqrasiyasına güclü təkan vermiş, neft-qaz hasilatının sabitləşməsinə və onun ildən-
ilə artmasına gətirib çıxarmışdır. Aşığıda təqdim olunan cədvəldə 1991-2002-ci illərdə neft və 
qaz hasilatının dinamikası verilmişdir. 
 
 
 
 
 
 


 
146
Cədvəl 37 
Azərbaycanda 1991-2002-ci  illərdə neft və qaz hasilatinin dinamikasi 
 
Neft hasilati
 
/milyon ton/
 
Qaz hasilatı
 
/milyon m
3
/
 
İllər 
cəmi dənizdə quruda  cəmi dənizdə quruda 
İslahatlardan əvvəl 
1991 
9,8 7,5 2,3 9926 
9525 401 
1992 
9,4 7,4 2,0  x  x  x 
1993 
10,3 7,8  2,5 6812 6460 352 
1994 
9,6 7,8 1,8 6379 
6143 236 
İslahatlardan sonra 
1995 
9,2 7,5 1,7 6644 
6407 237 
1996 
9,1 7,5 1,6 6305 
6066 299 
1997 
9,1 7,5 1,6 5964 
5712 255 
1998 
11,4 9,8  1,6 5590 5338 252 
1999 
13,8 12,3  1,5  5997 5754 243 
2000 
14,1 12,4  1,7  6286 5427 232 
2001 
14,9 13,2  1,7  5535 5293 242 
2002 
15,3 13,7  1,6  5835 5582 245 
 
Cədvəlin məlumatlarından görünür ki, 1991-2002-ci illərdə ölkəmizdə neft-qaz hasilatı 
dinamik inkişaf etməmişdir. Fikrimizcə, bunun əsas səbəblərindən biri Azərbaycan 
neftqazçıxarma sənayesi ölkəmizdə aparılan iqtisadi və dövlət idarəetməsi sahəsində aparılan 
ümumi islahatlardan müəyyən müddət kənarda qalmışdır. Belə ki, göstərilən zaman kəsiyində 
ARDNŞ-in idarə edilməsinin səmərəliliyinin yüksəlidilməsi məqsədilə  dəfələrlə onun 
strukturunda dəyişikliklər edilmiş, mövcud infrastrukturlar bazar iqtisadiyyatına 
uyğunlaşdırılmışdır. Bu sahədə görülən tədbirlərdən biri 2001-ci ilin 18 aprelində Azərbaycan 
Respublikasının Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının Yanacaq və Energetika 
Nazirliyinin yaradılması olmuşdur. Eyni zamanda, dövlət siyasətinin başlıca istiqamətlərindən 
biri olan neft yataqlarının birgə  işlənməsindən  əldə edilən gəlirlərin ölkənin iqtisadi və sosial 
tərəqqisinə yönəldilməsini təmin etmək məqsədilə 1999-cu il 29 dekabr tarixində Azərbaycan 
Respublikasının Dövlət Neft Fondunun yaradılması olmuşdur.
 
Müntəzəm və sistemli şəkildə aparılan iqtisadi islahatların nəticəsidir ki, «Azərbaycan 
Respublikasında dövlət  əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»na uyğun olaraq 
Azərbaycan Respublikası Prezidentinin «Yanacaq-energetika Kompleksi müəssisələrinin 
özəlləşdirilməsi haqqında» 2001-ci il 22 mart tarixli sərəncamına  əsasən Azərbaycan 
Respublikası Dövlət Neft Şirkətinin bilavasitə neftin hasilatı  və emalı ilə  məşğul olmayan 68 
müəssisəsinin özəlləşdirilməsi barədə  qərar qəbul etmiş  və onlar İqtisadi
 
İnkişaf Nazirliyinin 
sərəncamına verilmişdir. Bütün bunların hamısı neftqazçıxarma sənayesində iqtisadi islahatların 
daha da dərinləşdirilməsinə imkan vermişdir.
 
Lakin bununla yanaşı, neft sənayesində iqtisadi 
islahatların aparılmasında bəzi  əlavə  təşkilati-texniki və iqtisadi tədbirlər kompleksinin həyata 
keçirilməsinə, idarəetmənin təşkilati strukturunun çevikliyinin artırılmasına, onun beynəlxalq 
standartlara cavab verən səviyyəyə çatdırılmasına zərurət yaranmışdır. Qeyd edilənlərlə əlaqədar 
respublikanın mövcud neft və qaz resurslarının daha səmərəli istifadəsi, daxili istehlakın və 
ixracat potensialının ehtiyaclarının tam ödənilməsi, yanacaq-energetika kompleksinin tərkibinə 
daxil olan müəssisə  və obyektlərin maliyyə nizam-intizamının  əsaslı surətdə 
möhkəmləndirilməsi, onların fəaliyyətinin bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq ardıcıl 
qurulması  və bu vəziyyətin həyata keçirilməsini təmin edən ARDNŞ-in yeni idarəetmə 
strukturunu tətbiq etmək məqsədi ilə ölkə Prezidenti 2003-cü il yanvarın 24-də «Azərbaycan 
Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında» fərman 
imzalamışdır. Bu fərmanla ARDNŞ-in yeni Nizamnaməsi təsdiq edilmişdir. Nizamnaməyə 
əsasən ARDNŞ-də aparılacaq struktur dəyişikliklərinin də başlıca məqsəd neft və qaz 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə