E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə66/121
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21169
1   ...   62   63   64   65   66   67   68   69   ...   121

 
137
6.
 
yeni məhsulun işlənib hazırlanması mərhələsi - elmi tədqiqatlar və layihə-konstruktor 
işlərini  əhatə edir. Bu mərhələdə yeni yaradılacaq məhsulun mənası real məhsula 
çevrilir, yəni bu mərhələdə yeni məhsulun yaradılması ideyası  həm texniki, həm də 
kommersiya nöqteyi-nəzərdən əlverişli olub-olmaması müəyyənləşdirilir; 
7.
 
yeni məhsulun bazar şəraitində  sınanması  mərhələsi - bazar şəraitində yeni 
yaradılmış məhsulun sınaqdan keçirilməsini, yoxlanılmasını nəzərdə tutur. Bu məqsədlə 
istehsalçı müəssisə yeni yaradılaçaq məhsulun bir neçə variantda nümunəsni hazırlayır 
və onu bazara çıxararaq istehlakçıların rəğbətinin necə ödənildiyini yoxlayır. Əgər sınaq 
prosesində yeni yaradılmış  məhsulda müəyyən qüsurlar aşkar edilərsə, onda istehsalçı 
müəssisə  həmin qüsurların aradan qaldırılması  məqsədilə  əlavə elmi-tədqiqat və 
konstruktor işləri aparır və daha təkmil məhsul buraxmağa başlayır; 
8.
 
kommersiya istehsalının təşkili mərhələsi - yeni yaradılmış  məhsulun nə vaxt, hansı 
qiymətlə  və necə satılacağının müəyyənləşdirilməsi məsələlərini özündə  əks etdirir. 
Məlumdur ki, hər bir yeni məhsulun özünəməxsus həyat dövrü, yəni bazara çıxmaq 
dövrü mövcuddur. Lakin bu dövrün xarakterini və müddətini  əvvəlcədən dəqiq 
müəyyənləşdirmək çox çətindir. Buna baxmayaraq, bütün yeni yaradılmış  məhsulların 
bazara çıxarılmasının aşağıdakı dörd dövrünü fərqləndirirlər: 
 
birincisi,  məhsulun bazara çıxarılma dövrü - satışın tədricən artması prosesi ilə 
xarakterizə olunur, lakin yeni məhsulun yaradılması  və ilk dəfə bazara çıxarılması 
üçün xeyli xərc çəkildiyindən, bu dövrdə  həmin məhsulun satışından bir o qədər 
mənfəət əldə edilmir, ya da edilmiş olsa belə, həmin mənfəətin məbləği çox az olur; 
 
ikincisi, iqtisadi artım dövrü - yeni məhsulun bazar tərəfindən yaxşı qəbul olunması 
və onun realizəsindən  əldə edilən mənfəətin kəsgin surətdə artması ilə  səciyyələnir. 
Ümumiyyətlə, iqtisadi artım - istehsal və qeyri-istehsal istehlakı  məqsədilə  məhsul 
istehsalının və xidmətlərin çoxaldılmasını xarakterizə edir. İki tipdə iqtisadi artım 
mövcuddur: ekstensiv və intensiv. Birincisi, istehsalın  əvvəlki elmi-texniki əsas 
üzərində genişləndirilməsini,  ikincisi isə daha səmərəli istehsal vasitələrinin tətbiqi 
əsasında məhsul buraxılışının artırılmasını nəzərdə tutur; 
 
üçüncüsü, satışın yetkin dövrü - potensial alıcıların  əksəriyyəti tərəfindən qəbul 
olunduğu üçün satış sürətinin zəifləməsi ilə xarakterizə olunur. Bunun qarşısını almaq 
üçün istehsalçı müəssisə  həmin məhsulun alıcılıq qabiliyyətini artırmaq üçün 
müəyyən əlavə xərc sərf edərək onu modernləşdirir /təkmilləşdirir/. Bu, müəssisənin 
mənfəətinin azalmasına gətirib çıxarır, çünki məhsul vahidinə  sərf edilən xərclərin 
artması  həmin məhsulun maya dəyərinin çoxalmasına, deməli mənfəətin aşağı 
düşməsinə səbəb olur; 
 
dördüncüsü,  tənəzzül dövrü - satışın kəsgin surətdə  aşağı düşməsi və  mənfəətin 
azalması ilə  səciyyələnir. Belə bir hal, daha səmərəli və  məqsədəuyğun məhsulun 
yaradılmasını  tələb edir. Qeyd etmək lazımdır ki, innovasiya siyasəti bir sıra 
xarakterik cəhətlərə malikdir və özünəxas iqtisadi-texniki anlayışlar vasitəsilə 
reallaşdırılır. Belə ki, onun cəhətləri kimi innovasiya prosesinin tsiklik, ehtimal 
xarakter, yüksək risk dərəcəsi, funksional quruluşunun qeyri-adi çevikliyi və sair çıxış 
edir. Ümumiyyətlə, innovasiya fəaliyyəti patent-lisenziya, müəlliflik hüququ, 
ixtiraçılıq, səmərəçilik, vençur kapitalı və sair fəaliyyət növləri ilə sıx bağlıdır. 
Patent-lisenziya fəaliyyəti - patent müdafiəsi, yaxud lisenziya sazişləri predmeti ola bilən 
elmi-texniki nəticələrin aşkar edilməsindən ibarətdir. Onun əhəmiyyəti bir tərəfdən, öz texniki-
iqtisadi göstəricilərinə görə ölkə  və xarici analoqları ötüb keçən yeni maşın, cihaz, avadanlıq, 
material və texnoloji proseslər yaradılmasına və  işlənib hazırlanmasına fəal təsir göstərmək 
nəticəsində elmi-texniki tərəqqinin sürətləndirilməsinə kömək etməklə, digər tərəfdən isə patent 
informasiyasının beynəlxalq miqyasda yayılması  təcrübəsinin genişləndirilməsinə yardım 
etməklə müəyyən olunur. 
 


 
138
Müəlliflik hüququ - ixtiraçılıq fəaliyyətinin dövlət tərəfindən müdafiə olunmasını nəzərdə 
tutur. Məsələn, ABŞ-da 200 ilə yaxın müddət  ərzində  fəaliyyət göstərən patent hüququ 
ixtiraçıların intellektual mülkiyyəti olan kəşfləri üzərində müəlliflik hüququnu qanunvericilik 
səviyyəsində müdafiə edir. Belə bir vəziyyət ixtiraçıya öz kəşfindən istifadəyə görə «innovasiya 
gəliri» əldə etməyə imkan verir. 
İxtiraçılıq fəaliyyəti - konkret texniki məsələnin həllinin yaradıcı prosesidir. İxtiraçılıq 
fəaliyyətinin nəticəsi müəyyən edilmiş qaydada rəsmiləşdirilən və qeydə alınan yeni texniki 
həlldir-ixtiradır. Bazar iqtisadiyyatı  şəraitində müəssisələr  əmək kollektivinin bütün üzvlərinin 
elmi-texniki tərəqqi vəzifələrinin həllinə  cəlb etməyə, məhsulun keyfiyyətini, istehsalın təşkili 
səviyyəsini və istehsal mədəniyyətini yüksəltməyə, işçilərin elmi-texniki yaradıcılığını hər vasitə 
ilə həvəsləndirməyə nail olurlar. Bu məqsədlə müəssisələr ixtiraçılıq və səmərələşdirmə üzrə işi 
özlərində təşkil edirlər. 
Səmərələşdiricilik fəaliyyəti - istehsalın təşkilinin təkmilləşdirilməsinə  və onun 
səmərəliliyinin yüksəldilməsinə yönəldilmiş yeni texniki həllərin işlənib hazırlanması prosesidir. 
Səmərələşdiriciliyin nəticəsi məhsulun texniki xarakteristikasının, texnoloji proseslərin, maşın və 
avadanlıqların,  əməyin və istehsalın təşkilinin dəyişməsini nəzərdə tutan tədbirlərdən ibarətdir. 
Səmərələşdiricilik fəaliyyəti ilə  məşğul olan şəxslərin hüquqlarının müdafiə olunması qüvvədə 
olan qanunvericilikdə nəzərdə tutulmuşdur. 
Vençur kapitalı - innovasiya prosesinin həyata keçirilməsində mühüm rol oynayır. Vençur 
kapitalı risklə  əlaqədar olan maliyyələşdirmə növüdür. Odur ki, vençur kapitalına müvafiq 
ədəbiyyatda riskli kapital da deyirlər. Əslində isə vençur kapitalı latın mənşəli ingilis sözü olub 
risk etmək, cəsarət deməkdir. O, ABŞ-da hələ XX əsrin 40-cı illərində meydana gəlmiş, 60-70-ci 
illərdə isə maliyyə kapitalının müstəqil funksional formalarından birinə çevrilmişdir. Bu prosesin 
yaradılmasının  əsas səbəbi elmi-texniki tərəqqinin sürətləndirilməsi nəticəsində innovasiya 
prosesinə  tələbatın xeyli yüksəlməsi və bu prosesləri maliyyələşdirmək üçün müxtəlif 
mənbələrdən daxil olan maliyyə imkanlarının mövcudluğu olmuşdur. Vençur kapitalı bir çox 
təşkilati formalara malikdir, lakin bunların  ən  əsasları müstəqil innovasiya firmaları  və 
korporasiyaların daxili vençur şöbələridir. Vençur firması - sənayenin «riskli» texnologiyaya 
çatdırılmasını  təsdiq etmək üçün yaranan və bir qayda olaraq, bir neçə  şəxsi kapitalların 
birləşməsi yolu ilə meydana gələn «riskli» müəssisədir. «Riskli» texnologiyaya ixtiralar, faydalı 
modellər və sairə aid edilir. Bazar iqtisadiyyatı ölkələrinin  təcrübəsi göstərir ki, həmin ölkələrin 
iqtisadiyyatında vençur firmaları mühüm rol oynayırlar. Məsələn, belə firmaların sayı ABŞ-da və 
Yaponiyada 14-15 min, Almaniyada isə 7 mindən çoxdur və onlar yüksək iqtisadi göstəricilərə 
malikdirlər. Belə ki, ABŞ-da bütün iri kəşflərin təqribən 50 faizi, Almaniyada isə 30 faizi bu 
firmaların payına düşür. Vençur funksiyasını həyata keçirən hüquqi və fiziki şəxslər investorlar 
və sahibkarlar arasında münasibətlərdə vasitəçilik edir, daha doğrusu, bu münasibətləri 
yaradırlar. Proses baş tutarsa, hər üç tərəf qazanır; özü də investorun, sahibkarın və vençur 
funksiyalarını həyata keçirənlərin gəlirdəki payı əvvəlcədən razılaşdırılır.
 
Vençur kapitalı sahibkarlığın inkişafında  əhəmiyyətli amilə çevrilə bilər. Belə ki, onun 
köməyi ilə yeni texnologiyaların tətbiqini sürətləndirmək, elmi potensialı  fəallaşdırmaq və 
inkişaf etdirmək, elmtutumlu ciddi layihələri reallaşdırmaq mümkündür. Vençur işgüzarlığı 
fəaliyyət iştirakçıları arasında yüksək etibar olmasını  nəzərdə tutur. Şəraitə uyğun hərəkətə 
üstünlük verən və riskli lahiyələrdən çəkinənlər vençur biznesində təcrübə əldə edə bilmirlər. 
Elmi-texniki tədqiqatların kommersiyalaşdırılması  və  tətbiqi üçün əlverişli  şərait yaradan 
vençur kapitalının təşəkkülü peşəkar təşkilatların yaradılması ilə müşayiət olunur. İnkişaf etmiş 
ölkələrin təcrübəsi bunu dəfələrlə subut etmişdir. Elmi-texniki tərəqqinin 
kommersiyalaşdırılmasına  əsaslanan sahibkarlıq fəaliyyəti kimi vençur biznesi müvafiq hüquqi 
baza olduqda səmərə verir. Məlumat üçün qeyd edək ki, innovasiya prosesinin həyata 
keçirilməsində  hər bir ölkənin özünə  məxsus xüsusiyyətləri vardır. Məsələn, ABŞ-da onu 
fərqləndirən  əsas xüsusiyyətlərdən biri innovasiya prosesi üçün əlverişli iqtisadi mühitin 
mövcudluğudur. Bu o deməkdir ki, ABŞ-da innovasiya prosesi dövlət səviyyəsində geniş təbliğ 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə