E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə65/121
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21169
1   ...   61   62   63   64   65   66   67   68   ...   121

 
135
qarşısını almağa imkan verir. İnnavasiya fəaliyyətinin bir başa nəticəsi - istehsal gücünü, son 
nəticəsi isə  məhsulun /işin, xidmətin/ həcmini artırmaqdır.
 
Ümumiyyətlə, innovasiya fəaliyyəti 
aşağıdakı məsələlərin həllini özündə əks etdirməlidir: 
1.
 
bazarda analoqu olmayan, prinsipcə yeni məhsul /texnika/ növlərinin yaradılmasını 
və  mənimsənilməsini. Belə siyasət öz texniki-iqtisadi parametrlərinə görə  ən yüksək 
olan və istehlakçıların zövq və ehtiyaclarına tam uyğun gələn məhsul növlərinin 
yaradılmasına və  mənimsənilməsinə yönəldilmişdir. Ona görə  də belə bir siyasətin 
həyata keçirilməsi küllü miqdarda xərclər tələb edir, çünki yeni məhsul növlərinin 
yaradılması elmi-tədqiqat və konstruktor-təcrübə  işlərinin aparılması ilə bilavasitə 
bağlıdır; 
2.
 
bazarda kommersiya müvəffəqiyyətinə malik və analoqu olan yeni məhsul növlərinin 
buraxılışını. Belə  məhsulların buraxılışı bazarda müəyyən mövqeyin əldə edilməsini 
təmin etməlidir. Lakin, belə bir siyasətin həyata keçirilməsi müəssisənin təcrübə-
konstruktor işləri üzrə möhkəm bazasının olmasını tələb edir. Çünki təcrübə-konstruktor 
işləmələri özündə yeni məhsul /texnika/ nümunələrinin layihələşdirilməsini, 
hazırlanmasını, sınaqdan keçirilməsini və təkmilləşdirilməsini, həmçinin yeni məhsulun, 
yaxud texnoloji proseslərin seriyalı  və kütləvi istehsalının sonrakı  təşkili üçün lazım 
olan texniki sənədlərin hazırlanmasını  nəzərdə tutur. Başqa sözlə, təcrübə-konstruktor 
işləmələri nəzəri tədqiqatlara, ixtiralara və istehsalat yenilikçilərinin təklif və 
tövsiyyələrinə əsaslanır; 
3.
 
buraxılan məhsulun texniki cəhətdən yeniləşdirilməsinə istehsalın 
istiqamətləndirilməsini. Bu, mövcud məhsulların modernləşdirilməsi və 
təkmilləşdirilməsinin məqsədəuyğunluğu ilə  əlaqədar olan məsələlərin həllini nəzərdə 
tutur. Mövcud məhsulların texniki cəhətdən yeniləşdirilməsi istehsalın 
intensivləşdirilməsinin və onun səmərəliliyinin yüksəldilməsinin vacib şərtidir. Bundan 
başqa, mövcud məhsulların təkmilləşdirilməsi və modernləşdirilməsi az vəsait sərf 
etməklə onların keyfiyyətinin yaxşılaşdırılmasına və bazarda rəqabət qabiliyyətinin 
artırılmasına səbəb olur; 
4.
 
istehsalın  ənənəvi məhsul buraxılışına yönəldilməsi - tələb edir ki, həddindən artıq 
köhnəlmiş, lakin hələlik bəzi bazarlarda özünə qarşı müəyyən tələbat yaradan məhsullar 
istehsalı davam etdirilsin. Belə bir siyasətin həyata keçirilməsi imkan verir ki, müəssisə 
az xərclə müəyyən müddət ərzində mənfəət əldə etsin. 
Məlumat üçün qeyd edək ki, elmi-texniki tərəqqinin təsiri altında  məhsullara olan tələbat 
daima dəyişir. Çünki bu gün istehlakçının tələbini ödəyən hər hansı bir məhsul, sabah həmin 
tələbatı ödəməyə bilər. Odur ki, hər bir istehsalçı müəssisə öz məhsulunu ya daima 
təkmilləşdirməli, ya da ən yeni məhsul buraxmalı və mütərəqqi texnoloji proses tətbiq etməlidir. 
Əks təqdirdə istehsalçı müəssisə bazarda rəqabət mübarizəsinə tab gətirməyib müflisləşəcəkdir. 
Yeni məhsul /texnika/ dedikdə,  əvvəllər ya bu müəssisədə heç hazırlanmamış, ya da 
əvvəllərdə buraxılan məhsuldan özünün texniki-iqtisadi parametrlərinə görə köklü surətdə 
fərqlənən məhsul nəzərdə tutulur. Yeni məhsul o zaman səmərəli hesab edilir ki, o, istehsalçıya 
eyni şəraitdə daha çox mənfəət, gəlir əldə etməyə imkan verir. 
Texnoloji proses dedikdə, maddi istehsal sahələrində xammal, matierial, yarımfabrikat, 
yaxud məmulat alınmasının, emalının və ya yenidən emalının üsul və vasitələrinin məcmusu 
nəzərdə tutulur. Texnoloji prosesin həyata keçirilməsi nəticəsində emal obyektləri keyfiyyətcə 
dəyişir. Belə ki, metalalınmasının texnoloji prosesi ilkin xammalın kimyəvi tərkibinin və fiziki 
xassələrinin dəyişməsinə  əsaslanır. Texnoloji prosesin səmərəliliyi - məhsul vahidinə düşən 
xammal, material, yarımfabrikat, enerji məsrəflərinin xüsusi çəkisi, hazır məmulatın keyfiyyəti, 
əmək məhsuldarlığının səviyyəsi, prosesin intensivliyi, məhsulun /işin, xidmətin/ maya dəyəri ilə 
səciyyələndirilir. 
Elmi-texniki tərəqqinin təsiri altında texnoloji proses daim təkmilləşdirilir, daha yaxşı son 
nəticələr verən yeniləri mənimsənilir. Çevik və tullantısız texnoloji proseslər tətbiq edilir. 


 
136
Texnoloji prosesin işlənib hazırlanması yeni texnikanın /məhsulun/ hazırlanması  və 
mənimsənilməsi mərhələlərindən biridir. Sənaye sahələrinin çoxunda, o cümlədən də neft 
sənayesində texnoloji proseslərin  əksəriyyəti tiplər üzrə ixtisaslaşdırılmışdır və bu proseslərdə 
unifikasiya edilmiş avadanlığın və standart ləvazimatın tətbiqi nəzərdə tutulur.
 
Texnoloji 
vasitələrin unifikasiya edilməsi məqsədilə ölkəmizdə «Texnoloji sənədlərin vahid sistemi» dövlət 
standartı 
fəaliyyət göstərir. 
İstehsal texnologiyasının yeniləşdirilməsi istehsalın 
intensivləşdirilməsi və  məhsulun keyfiyyətinin yüksəldilməsi xəttinin həyata keçirilməsinin 
zəruri şərtidir. 
İstehsalçı müəssisə yeni məhsulu iki yolla əldə edirlər:  
birincisi, kənardan almaq yolu ilə, yəni yeni məhsul buraxan müəssisəni bütövlükdə satın 
almaqla, yaxud həmin məhsul üçün patent və ya lisenziya alaraq buraxmaqla;  
ikincisi, öz imkanlarını  səfərbərliyə almaqla, yəni özündə elmi-tədqiqat və konstruktor-
təcrübə işlərini təşkil edərək yeni məhsul yaratmaqla. Bu isə innovasiya ilə bilavasitə bağlıdır. 
Əgər istehsalçı müəssisə öz imkanlarını  səfərbərliyə almaqla yeni məhsul /texnika/ 
buraxmaq qərarına gələrsə, onda aşağıdakı səkkiz mərhələdən ibarət işləri yerinə yetirməlidir: 
1.
 
ideyaların yaradılması  mərhələsi - yeni növ məhsulun işlənib hazırlanması üçün 
müvafiq ideya axtarışları ilə əlaqədardır. Bu ondan irəli gəlir ki, elmi-texniki tərəqqinin 
müasir səviyyəsində yeni məhsulların yaradılması sahəsində müxtəlif ideyalar, təkliflər 
ola bilər. Belə bir müxtəliflik yeni məhsulların yaradılması üçün müxtəlif mənbələrin 
olmasından irəli gəlir. Yeni məhsulların yaradılması üçün ideyaların yaranmasının əsas 
mənbələrindən biri istehlakçılardır. Onların zövq və tələbatlarının artması yeni xassə və 
xüsusiyyətlərə malik olan məhsulların yaradılması ideyasını irəli sürür. Bu zövq və  
tələblər istehsaçı müəssisəyə daxil olan istehlakçı  məktub və  şikayətlərində, 
reklamasiyalarda öz əksini tapır. Yeni məhsulların yaradılması üçün ideyanın 
yaradılmasının ikinci mühüm mənbəyi alimlərdir, çünki onlar yeni məhsulların 
yaradılması və ya onların təkmilləşdirilməsi /modernləşdirilməsi/ üçün yeni növ xammal 
və materiallar yarada bilirlər. Bundan başqa, satıcılar, bazar məsləhətçiləri, dilerlər, 
reklam agentləri, marketinq tədqiqatçıları, səmərələşdiricilər, yenilikçilər, patent 
vəkilləri, kommersiya laboratoriyaları və peşə assosasiyaları da ideya mənbələridir; 
2.
 
ideyanın seçilməsi mərhələsi - yeni məhsulun yaradılması üzrə müxtəlif ideyaların 
içərisindən  ən səmərəlisinin seçilməsini özündə  əks etdirir. Konkret müəssisə üçün 
yüksək mənfəət əldə edilməsini təmin edə biləcək ideya səmərəli ideya hesab edilir; 
3.
 
mənanın işlənib hazırlanması  və  sınaqdan keçirilməsi mərhələsi - ən mühüm 
əhəmiyyət kəsb edən mərhələlərdən biridir. Çünki bu mərhələdə yeni məhsulun 
yaradılması ideyası, mənası  və surəti arasındakı  fərqlər yoxlanılır. Məhsulun ideyası - 
bazarın tələblərinə uyğun məhsullar yaratmaq haqqında ümumi təsəvvürdür; məhsulun 
mənası - ideyanın istehlakçılar üçün əhəmiyyətli olan konkret variantdır; məhsulun 
surəti isə  real mövcud olan və ya potensial məhsul haqqında istehlakçılarda yaranmış 
konkret təsəvvüratdır; 
4.
 
marketinq strategiyasının hazırlanması  mərhələsi - üç hissəni özündə  əks etdirir: 
birinci hissədə məqsədli bazarın kəmiyyəti, strukturu və vəziyyəti, buraxılması nəzərdə 
tutulmuş yeni məhsulun gözlənilən mövqeyi, həmçinin yaxın bir neçə il üçün satış 
həcmi, bazar payı  və  mənfəətin miqdarı göstərilir;  ikinci hissədə - yeni buraxılacaq 
məhsulun nəzərdə tutulmuş qiyməti, onun birinci il ərzində smeta üzrə marketinq 
xərcləri haqqında məlumatlar verilir; üçüncü  hissədə isə satış  və  mənfəət göstəriciləri 
üzrə perspektiv məqsədlər və marketinq kompleksinin formalaşmasına uzunmüddətli 
strateji yanaşma qaydası göstərilir; 
5.
 
istehsal və satış imkanlarının təhlili mərhələsi - satışların, xərclərin və  mənfəətin 
nəzərdə tutulan kəmiyyətlərinin təhlilini özündə əks etdirir. Təhlilin nəticələri haqqında 
lazımi məlumatlar əldə edildikdən sonra yeni məhsulun bilavasitə işlənib hazırlanmasına 
başlanılır; 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə