E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə67/121
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21169
1   ...   63   64   65   66   67   68   69   70   ...   121

 
139
edilir, yəni yaradılan vençur  firmalarına dövlət tərəfindən maliyyə yardımı göstərilir, həmin 
firmalar üçün vergi güzəştləri tətbiq edilir, elmi-texniki tərəqqi və mütərəqqi texnoloji 
proseslərin işlənib hazırlanması  məqsədilə  həyata keçirilən proqramlara /layihələrə/ dövlət 
maliyyə ehtiyatları ayırır və sair. 
Son zamanlar innovasiya fəaliyyətinin həyata keçirilməsi sahəsində Yaponiya dövləti 
nəinki ABŞ-dan, həmçinin digər inkişaf etmiş ölkələrdən xeyli irəli getmiş və həmin proses XX 
əsrin 60-70-ci illərindən başlayaraq indiyə kimi davam etdirilir. Müasir dövrdə Yapon 
«möcüzəsi»nin, yəni 60-70-ci illərdən başlayaraq bu ölkənin sürətli iqtisadi sıçrayışının  əsas 
səbəbləri haqqında müxtəlif fikirlər söylənilir. Bu fikirlərdən  ən mühümü həmin «möcüzə»nin 
səbəbini məhz elmi-texniki tərəqqi və innovasiya prosesindəki  əsaslı  dəyişikliklərlə  əlaqədar 
olmasından ibarətdir. Konkret olaraq, bu, özünü son illərdə elektron hesablama texnikasının, 
informativ idarəetmə sistemlərinin, texnoloji proseslərin avtomatlaşdırılmasının geniş 
yayılmasında göstərir. Bu gün innovasiya prosesinin tərkibinə yuxarıda göstərilənlərdən başqa
biotexnologiyanın və optik elektrotexnikanın nailiyyətlərinin tətbiqini, videotexnologiyadan və 
yüksək möhkəmlik sintetik əvəzedicilərdən istifadəni, rotor və rotor-konveyer xətlərinin 
robotlaşdırılmasını, robototexnika komplekslərini /robototexnika kompleksi - qarşılıqlı 
fəaliyyətdə olan robotların məcmusu, istehsal əməliyyatları qrupunun yerinə yetirilməsində 
kompleks avtomatlaşdırmanı təmin edir/ və sairləridə əlavə etmək olar. 
Yaponiyada innovasiya fəaliyyətinin həyata keçirilməsinin digər fərqləndirici xüsusiyyəti 
iqtisadi inkişafda xarici ölkələrin kəşflərindən, ideyalarından, layihələrindən və sairdən geniş 
istifadə edilməsidir. Belə ki, son 30 ildə Yaponiyada xarici ölkələrdən qabaqcıl texnologiyanın 
alınmasına 10 milyard ABŞ dollarından artıq vəsait sərf edilmişdir. Bu dövrdə Yapon firmaları 
tərəfindən təqribən 42 min xarici lisenziya əldə edilmişdir ki, bunların da yarısından çoxu ABŞ-
ın payına düşür. Yaponiyanın innovasiya fəaliyyətinin mühüm fərqləndirici xüsusiyyətlərindən 
biri də ondan ibarətdir ki, bu ölkədə texniki-texnoloji məqsədlər ümumdövlət səviyyəsində 
həyata keçirilir, müəyyən edilmiş  məqsədə nail olmaq üçün iqtisadiyyatın bütün imkanları 
səfərbərliyə alınır, innovasiya fəaliyyəti digər fəaliyyət növlərinə nisbətən iqtisadi cəhətdən daha 
yaxşı stimullaşdırılır. Məsələn, Yaponiyada 70-ci illərdən başlayaraq xarici texniki-texnoloji 
layihələrin idxalı xeyli azaldılmış, bunun əvəzində isə yerli texniki-texnoloji nailiyyətlər əsasında 
iqtisadi artım təyin olunur. Fəqət bu o demək deyildir ki, artıq Yaponiya xarici ölkələrdən 
lisenziya almır, əksinə, Yapon konsernləri, firmaları özlərinin müstəqil elmi-texniki potensialını 
yaratmaqla yanaşı, yenə  də xarici lisenziyalardan istifadəyə üstünlük verirlər. Qeyd edək ki, 
ABŞ-na və Yaponiyaya nisbətən digər inkişaf etmiş ölkələr innovasiya sahəsində az inkişaf 
etmişlər. Bunun əsas səbəblərindən biri Qərbi Avropa ölkələrində risklə bağlı  əməliyyatların 
həyata keçirilməsinə lazımınca diqqət verilməməsindədir. Belə ki, Böyük Britaniyanın və 
İtaliyanın kiçik innovasiya kompaniyaları  əsasən iri korporasiyalarla əlaqə yaradırlar ki, bu da 
həmin kiçik innovasiya kompaniyalarını onlardan asılı  vəziyyətə salır və beləliklə  də, onların 
müstəqil inkişafı müəyyən qədər məhdudlaşdırılmış
 
olur. Deməli, innovasiya fəaliyyətini inkişaf 
etdirmək üçün risklə bağlı əməliyyatların, proqramların və layihələrin həyata keçirilməsinə daha 
çox diqqət yetirilməlidir.  Məlumat üçün qeyd edək ki, son illərdə ölkəmizdə ardıcıl  şəkildə 
həyata keçirilən iqtisadi strategiya və texnoloji yeniləşmə öz müsbət nəticələrini verir. Artıq 
iqtisadiyyatımızda bazar prinsiplərinə uyğun meyllər inkişaf edir və yeni münasibətlər 
formalaşır.  Əldə edilmiş makroiqtisadi sabitlik iqtisadi artım tempini daha da yüksəltməyə, 
inflyasiyanı minimal həddə endirməyə, maliyyə sabitliyini qoruyub saxlamağa və  əhalinin real 
gəlirini tədricən artırmağa imkan vermişdir. Ölkə iqtisadiyyatında müşahidə edilən pozitiv 
meyllər 2002-ci ildə də davam etmişdir. 
Respublika Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, ölkənin iqtisadi və sosial 
həyatındakı  dəyişilikləri  əks etdirən makroiqtisadi göstəricilər 2001-ci illə müqayisədə xeyli 
yaxşılaşmışdır. Ümumi Daxili Məhsul istehsalı 9,3% və onun adambaşına real həcmi isə 6,5% 
artmışdır. Neft sənayesində tikinti-quraşdırma işlərinin sürətlənməsi tikinti sahəsində yaranmış 
əlavə dəyərin 2,4 dəfə çoxalmasına səbəb olmuş, bu da öz nəticəsində ÜDM-in artmasına böyük 


 
140
təsir etmişdir. 2002-ci ildə ölkədə təqribən 24 trilyon manatlıq əlavə dəyər yaradılmışdır. Onun 
40,3%-i sənayenin, 10,8%-i nəqliyyatın, 6,2%-i tikintinin, 2,9%-i kənd təsərrüfatının və 39,8%-i 
isə digər sahələrin payına düşür. 
Sənaye sahələrində təqribən 17,8 trilyon manatlıq məhsul istehsal edilmişdir. Artım neft və 
qaz hasilatında 0,9%, metallurgiyada 77,6%, kimya və neft-kimya sənaye müəssisələrində 
52,2%, yüngül sənayedə 2,2 dəfə, tikinti materialları sənayesində 25,2% olmuşdur. Qeyri-dövlət 
bölməsində  sənaye məhsulu istehsalı 7% artmış, Ümumi Daxili Məhsulda onun payı 49,1%-ə 
çatmışdır. 2002-ci ildə 2001-ci illə müqayisədə 2,2 dəfə çox investisiya yönəldilmişdir. Bu 
vəsaitin 93,4%-i istehsal təyinatlı obyektlərin tikintisinin davam etdirilməsinə  sərf edilmişdir. 
Xarici investorlar əvvəlki illərdəki kimi, yenə də investisiya qoyuluşunda həlledici rol oynayırlar. 
Belə ki, 2002-ci ildə ölkə iqtisadiyyatına yatırılan sərmayənin 82,7%-i xarici investorlara 
məxsusdur. Milli iqtisadiyyatın inkişaf etdirilməsi üçün zəruri olan daxili maliyyə mənbələrinin 
məhdud olduğunu nəzərə alsaq, xarici investisiyaların cəlb edilməsi üçün daha əlverişli şəraitin 
yaradılmasına hələ böyük ehtiyac var. Məlum olduğu kimi, 2002-ci ilin may ayının 14-də ölkə 
prezidentinin xarici sahibkarlarla görüşündə bu məsələ ətraflı təhlil olundu və mövcud qüsurların 
tezliklə aradan qaldırılmasının zəruriliyi vurğulandı. 
Dünya təcrübəsi göstərir ki, maliyyə sabitliyini təmin etmədən davamlı iqtisadi artıma nail 
olmaq mümkün deyil. Bu baxımdan indiyə qədər ölkədə həyata keçirilən antiinflyasiya siyasəti 
xüsusi qeyd edilməlidir. 2002-ci ildə illik inflyasiya səviyyəsi cəmi 2,4% olmuşdur. Bu da ölkədə 
inflyasiyanın minimal həddə olduğunu göstərir. Belə bir vəziyyət büdcə və pul-kredit siyasətinin 
tədricən yumşaldılmasını tələb edir. Əks halda inflyasiya səviyyəsindən təxminən 20 dəfə yüksək 
olan faiz dərəcələri ölkədə inflyasiya fəaliyyətini zəiflədər və iqtisadi artımın qarşısında ciddi 
əngələ çevrilər. 
Azərbaycan iqtisadi inkişafına və perspektivliyinə görə MDB məkanına daxil olan 
ölkələrdən  əhəmiyyətli dərəcədə  fərqlənir. Xarici investorların böyük həcmdə ölkəmizə  cəlb 
edilməsi, Azərbaycanın strateji əhəmiyyətə malik investisiya layihələrində  iştirakı, neft 
strategiyasının ardıcıl  şəkildə  həyata keçirilməsi, iqtisadi inkişafda özəl bölmənin rolunun 
artması iqtisadi tərəqqi və sürətli inkişaf üçün yeni-yeni imkanlar açır.  İndiyədək ölkə 
iqtisadiyyatına bütün maliyyə mənbələri hesabına 11,28 milyard ABŞ dollarından çox investisiya 
yönəldilmişdir ki, bununda 7,9 milyard dolları /70%/ xarici investisiyalar təşkil edir. 2002-ci 
ildən başylayaraq idarəetmə sistemində köklü dəyişikliklərin aparılması, iqtisadi prosesləri 
sistemli və  səmərəli koordinasiya edə biləcək bir sıra dövlət strukturlarının yaradılması bu 
imkanların tezliklə reallaşmasından xəbər verir. 2002-ci il bir neçə istehsal təyinatlı yeni 
obyektlər istifadəyə verilmişdir. «Günəşli» yatağında 8 istismar quyusu və Etilen-politelen 
zavodlarının nəzdində «Vixar generator kompleksi» işə salınıb. Gücü 35 kVt olan 32,4 km 
uzunluğunda  İmişli-Parsabad elektrik ötürücü xəttinin çəkilişi, Sumqayıt  şəhərində gücü 400 
mVt olan yarımstansiyanın bərpası başa çatdırılıb. İldə 70 min ton armatur istehsal edən «Bakı 
Steel Kompani» müəssisəsi daxili və xarici bazara öz məhsullarını çıxarıb. 
Son illər ölkədə yaranmış ictimai-iqtisadi sabitlik xarici investisiya axını üçün əlverişli 
şərait yaradıb. 2002-ci ildə ölkə üzrə iqtisadi və sosial sahələrin inkişafına bütün maliyyə 
mənbələri hesabına 5,6 trilyon manat həcmində sərmayə yönəldilib. Bu məbləğin 67,7%-i, yəni 
3,8 trilyon manatı xarici investisiya olub və istehsal fəaliyyətli obyektlərin tikintisinin davam 
etdirilməsinə 5 trilyon manat vəsait sərf edilmişdir.
 
Tikinti-quraşdırma işlərində istifadə edilmiş 
investisiyanın həcmi 2001-ci illə müqayisədə 5,9% artmışdır. 2002-ci ildə tikintisi vacib sayılan 
obyektlərdə inşaat işlərini həyata keçirmək üçün dövlət büdcəsindən sifarişçi təşkilatlara 163,5 
milyard manat vəsait ayrılmış və onun 106,7 milyard manatından istifadə edilmişdir. 2002-ci ildə 
əsas kapitala yönəldilmiş investisiyanın 4758,6 milyard manatı, başqa sözlə, bu məqsədlə 
ayrılmış ümumi məbləğin 84,2%-i müəssisə və təşkilatların öz vəsaitləri, 292,3 milyard manatı, 
yaxud 5,2%-i əhalinin şəxsi vəsaitləri, 360,4 milyard manatı, ya da 6,4%-i bank kreditləri, 118,2 
milyard manatı /2,1%-i/ büdcə vəsaitləri və digər vəsaitlər olmuşdur. Əsas kapitala yönəldilmiş 
investisiyanın 1349,4 milyard manatı dövlət mülkiyyətində olan təşkilatların, 4299,8 milyard 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə