E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə68/121
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21169
1   ...   64   65   66   67   68   69   70   71   ...   121

 
141
manatı isə qeyri-dövlət mülkiyyətinə mənsub olan təşkilatların payına düşür. 2002-ci ildə 1824,7 
milyard manat daxili, 3824,5 milyard manat isə xarici investisiyadan istifadə edilmişdir. 
Beləliklə, 1994-2002-ci illərdə milli iqtisadiyyatımızın inkişafında  əldə edilmiş nailiyyətlərdə 
respublikamızın neft sənayesi həlledici rol oynamışdır. 1999-2002-ci illərdə təkrar araşdırmalar 
aparıldıqdan sonra onların  əksəriyyətinin perspektivliyi bir daha  sübut edilmiş  və iki yataq 
/Şurabad və Vəndovan/, yeni quyular qazılmaqla və köhnə quyular bərpa olunmaqla, işlənməyə 
daxil edilmişdir. Ümumiyyətlə, Azərbaycanın quruda müxtəlif geoloji və geofiziki üsullarla və 
qazma vasitəsilə 410-dan artıq  əlverişli struktur müəyyən edilmişdir ki, bunların  əksəriyyəti 
perspektivli sayılır. Məlum həqiqətdir ki, müstəqilliyimizin  əbədi bərqərarlığı, müstəqil dövlət 
quruculuğu mərhələsində çoxsahəli milli iqtisadiyyatımızın formalaşmasında ilk növbədə neft-
qaz sənayesinin yüksək templə inkişafı olduqca zəruridir. Belə bir reallığı Azərbaycan 
Respublikasının baş nazirii cənab  İlham  Əliyev olduqca obyektiv qiymətləndirərək neft 
sektorunun üstün inkişafı ilə  əlaqədar demişdir: «Azərbaycan iqtisadiyyatı  hələ uzun illər neft 
amilindən asılı olacaq və bu, reallıqdır. Neft amili 1994-cü ildən ölkənin iqtisadi inkişafına 
böyük təkan verib və bu gün iqtisadiyyatın bütün sahələrinin neft sektoru kimi inkişaf etməli 
olduğunu düşünməmək sadəlövhlik olardı». Beləliklə, qarşımızda yaxın və uzaq gələcək üçün, 
neftqazçıxarma sənayemizin strateji konsepsiyasına uyğun, müasir iqtisadi durumu, neftin dünya 
bazarında qiymətinin dəyişkənliyini nəzərə almaqla, yataqların istismarı və yeni karbohidrogen 
resurslarının aşkarlanması istiqamətində elmi əsaslı tədbirlər proqramının hazırlanması durur. Bu 
proqramların ən mühümü innovasiya sahəsində işlənib hazırlanmış proqram ola bilər. 
Aparılmış araşdırmalar, elmi-tədqiqat işləri, işləmənin texnoloji sənədləri və iqtisadi 
hesablamalarla bir mənalı olaraq təsdiqlənmişdir ki, yığcam yerləşmiş Abşeron yarımadası, 
Aşağı  və Orta Kür çökəkliyi,  Şamaxı-Qobustan, Quba-Xəzəryanı neftli-qazlı horizontlarının 
istismarda olan yataqlarında, eyni zamanda digər rayonların perspektivli sahələrində, yuxarıda 
qeyd etdiyimiz kimi, milyard tonlarla karbohidrogen resursları toplanmışdır, bu resurslar uzun 
illər - XXI əsr daxil olmaqla iqtisadiyyatımızın davamlı inkişafına və xalqımızın maddi rifahına 
xidmət etmiş olardı. Bu yataqların böyük əksəriyyəti texnoloji qurğuların, nəqletmə vasitələrin
yüksək ixtisaslı mütəxəssislərin olması, neft emalı zavodlarının yaxınlığında yerləşməsi, məişət 
və istehsalat infrastrukturunun mövcudluğu, eyni zamanda resursların 72%-dən çoxunun yüksək 
kateqoriyaya aid olması, neftimizin yüksək əmtəə keyfiyyətliliyi yeni quyular qazılmaqla və neft 
sənayesini texnoloji cəhətdən silahlandırmaqla istismarının səmərəliliyinə zəmin yaradır. 
Respublikamızın neft-qaz yataqlarının axtarış-kəşfiyyatında, sənaye  əhəmiyyətli 
işləmələrində,  ən başlıcası isə quyuların qazılmasında və istismarında bir əsrdən çox özünəxas 
milli ənənəmiz və prioritetlərimizlə fəxr edə bilərik. Hörmətli prezidentimiz yeni əsr və üçüncü 
minillik münasibəti ilə Azərbaycan xalqına müraciətində demişdir: «Dünyada neft hasilatı 
sahəsində  həyata keçirilmiş  işlərin bir çoxu öz başlanğıcını Azərbaycandan götürmüşdür».
 
Məlumdur ki, bazar iqtisadiyyatına keçid dövründə  və neftin satış qiymətindən asılı olaraq 
işlənmənin son mərhələsində olan neft-qaz yataqlarının hasilatı və yeni quyuların qazılması, hələ 
ki, problem olaraq qalır. Lakin dünya neft sənayesi təcrübəsində, xüsusilə ABŞ-da istismar 
edilən köhnə, bizim qurudakı yataqlara analoji olan yataqlara tamamilə başqa münasibətlər 
mövcuddur. Belə ki, ABŞ-ın köhnə yataqlarında, bizdə olduğu kimi, işlək neft-qaz quyularının 
təqribən 72%-i az hasilatlı quyular kateqoriyasına daxildir, onların maksimal hasilatı 1,3 ton/gün 
və orta günlük hasilat isə 0,4 ton, qurudakı  işlənmənin son mərhələsində olan yataqlarda 
quyuların maksimal hasilatları 3,0-3,5 ton/gün, gündəlik hasilatları isə 0,5-2,0 ton arasında 
dəyişir. Digər tərəfdən, ABŞ-ın «köhnə» neft-qaz yataqları «gənj» yataqlara nisbətən daha sıx 
işlənmə  şəbəkə sistemi ilə istismar edilir və bu, yalnız küllü sayda yeni quyuların qazılması 
vasitəsilə həyata keçirilir. Təəssüf ki, böyük neft ehtiyatı və neftlilik sahəsi olan bizim yataqların 
ən azı 65 obyektində  işlək quyu yoxdur, 115 obyektin hər birində yalnız 1-10 quyu istismar 
olunur. 
Aydındır ki, köhnə quyular fondu, layihə  sənədlərinə görə, ildə 6,0% və daha çox yeni 
quyular qazılmaqla yeniləşdirilməlidir. ABŞ-ın Arkanzas, Kentuki, Luziana və s. yataqlarında bu 


 
142
tədbir yeni quyular qazılmaqla ildə 7-9,5% olmaqla həyata keçirilir, bizim yataqlarda isə  işlək  
quyu fondunun 67,0%-i, fəaliyyətsiz quyu fondunun isə 78%-i 30 ildən artıq müddətdə 
istismarda və texniki cəhətdən nasaz vəziyyətdə olmalarına baxmayaraq, uzun illərdir ki, 
yeniləşdirmə 2,0%-dən çox deyildir. 
Respublikamızın quru ərazisində yerləşən yataqlarda, xüsusilə Abşeron yarımadasında 
1971-2002-ci illərdə qazılmış quyuların nəticələri də iqtisadi və texnoloji baxımdan səmərəli 
olmuşdur. Belə ki, «Azneft» İstehsalat Birliyi üzrə göstərilən dövrdə 3845 sayda istismar quyusu 
qazılmış, onların hesabına ümumi neft hasilatı bu müddətdə  İstehsalat Birliyi üzrə ümumi neft 
hasilatının 49,2%-ni, 2002-ci ildəki quyu fondunun 52,5%-ni və illik neft hasilatının 55,3%-ni 
təşkil etmişdir. Həm də bu illər ərzində qazmadan alınan quyuların gündəlik hasilatı, demək olar 
ki, eyni səviyyədə qalmışdır ki, bu da yataqlarda böyük həcmdə qalıq neft ehtiyatının 
mövcudluğuna dəlalət edir. Azərbaycan Neft Sənayesi Emi-Tədqiqat Layihə  İnstitutu 
/AzNSETLİ/ tərəfindən aparılmış xüsusi elmi-tədqiqat işləri nəticəsində yeni quyuların 
qazılmasının iqtisadi səmərəliliyi bir daha təsdiqlənmişdir. İlkin iqtisadi hesablamalar göstərir ki, 
quru yataqlarda qazılmış hər bir quyu 3-4 il müddətində öz xərclərini ödəyir. Beləliklə, yüksək 
əmtəə keyfiyyəti ilə fərqlənən, çoxlaylılıq, məhsuldar layların yer səthindən başlayaraq 5000 m-
dən çox dərinliklərə qədər yatan, böyük həcmdə  neft-qaz ehtiyatlarına və yüksək məhsuldarlığa 
malik qurudakı yataqlarda yeni quyuların qazılmasının məqsədyönlülüyünün sübutuna heç bir 
ehtiyac qalmır. Hörmətli prezidentimiz Heydər Əliyev demişdir: «XX əsrdə əldə edilmiş bütün 
elmi-texniki nailiyyətlərin təməlində  məhz neft durur. Enerji mənbəyi, yanacaq məhsulu kimi 
nefti əvəz edə biləçək müxtəlif maddələr və üsullar tapmaq yolunda aparılan axtarışlarda bir çox 
uğurlar qazanılsa da, təbiətin bəşəriyyətə  bəxş etdiyi bu olduqça əlverişli xammalın tam 
ekvivalenti, hələ ki, tapılmamışdır... Azərbaycan xalqı uzun illər boüu ürəyində  gəzdirdiyi 
arzularına çatmışdır və öz təbii sərvətlərinin, o cümlədən neft-qazın tam sahibidir və ondan necə 
istifadə olunmasını sərbəst surətdə müəyyən edir». 
Neft və qazın vətənimizin və xalqımızın taleyində və gündəlik həyatında əvəzedilməz rolu 
nəzərə alınmalı və bu yataqlarda yeni quyular qazılmaqla işlənmə sistemi bərpa olunmalı, laylara 
süni təsir üsulları  tətbiq edilməli, onların müasir infrastrukturu yaradılmalıdır. Belə ki, 
respublikamızın quru ərazisindəki yataqlarında və perspektivli sahələrində quyuların qazılması 
və sənaye miqyaslı istismarları səmərəlidir. 
Aparılan elmi-tədqiqat işləri və müşahidələr göstərir ki, ənənəvi işlənmə metodları ilə dərin 
qatlardakı karbohidrogen resurslarını tam çıxarmaq mümkün deyil. Mütəxəssislərin 
hesablamalarına görə,  ənənəvi neftçıxarma üsulları yerin təkindəki geoloji neft ehtiyatlarının 
dünya üzrə 34%-in, Azərbaycanın quruda yerləşən yataqları üzrə isə 42%-in çıxarılmasına imkan 
verir. Mütəxəssislərin fikrincə, yeni metodları  tətbiq etməklə respublikamızın qurudakı 
yataqlarının neftvermə  səviyyəsini /əmsalını/ daha 8-9% artırmaq mümkündür. Belə ki, 
araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, yataqlardan neft çıxarılmasını 51%-ə çatdırmaq 
mümkündür. 
Qurudakı yataqlarda yeni neftçıxarma metodlarının tətbiqinə son illər daha çox diqqət 
yetirilir. Bu sahədə aparılan bütün işlərin təşkili və əlaqələndirilməsi, eləcə də problemin elmi-
texniki təchizatının təmin edilməsi məqsədilə «Azneft» İstehsalat Birliyində  və AzNSETLİ 
layların neftverməsini artırmaq məqsədilə bir sıra yeni texnoloji metodlar işlənib hazırlanmış və 
istehsalata tətbiq edilmişdir. Son iki ildə institutun mütəxəssisləri tərəfindən 23 yeni neftçıxarma 
metodu sınaqdan keçirilmiş və onların hamısı müsbət nəticə vermişdir. 
Yeni neftçıxarma metodlarının texnoloji səmərəliliyinin  əsas göstəricilərindən biri cari 
neftvermənin artırılmasından ibarətdir. Yeni texnologiyaların tətbiqi nəticəsində çıxarılan 1 ton 
neftin maya dəyəri ümumi hasilatın 1 tonunun maya dəyərindən bir neçə  dəfə az olmuşdur. 
Təkcə onu demək kifayətdir ki, 2001-ci ildə yeni neftçıxarma metodlarının tətbiqinin səmərəliliyi 
20 milyard manat, 1 ton əlavə neftin maya dəyəri 150 min 704 manat olub. Bu da ümumi 
hasilatın 1 tonunun maya dəyərindən 3,4 dəfə azdır. Bütün bunlar quruda yerləşən yataqlarda 
yeni metodların tətbiqinin iqtisadi cəhətdən səmərəliliyini bir daha təsdiq edir. Mütəxəssislərin 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə