E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə71/121
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21169
1   ...   67   68   69   70   71   72   73   74   ...   121

 
147
sənayesinin vahid kompleks kimi səmərəli fəaliyyətinin və normal inkişafının təmin 
edilməsindən, istehlakçıların enerjidaşayıcılarına olan tələbatının etibarlı ödənilməsindən 
ibarətdir. Bundan başqa, Nizamnamədə şirkətin qarşısında əsas məqsəd kimi ölkə ərazisində quru 
və  dəniz sahələri də daxil olmaqla, neft və qaz yataqlarının axtarılmasının, kəşfiyyatının, 
hazırlanmasının, işlənməsinin, neftin, qazın, kondensatın və onlardan alınan məhsulların nəql 
edilməsinin, emalının və satışının reallaşdırılması  məsələləri qoyulmuşdur. Eyni zamanda 
istehlakçıların müvafiq enerjidaşayıcılarına olan tələbatının sabit və dayanaqlı ödənilməsi, digər 
işlərin və xidmətlərin həyata keçirilməsi, gəlir əldə etməsi də şirkətin qarşısında mühüm vəzifə 
kimi durur.
 
ARDNŞ-in Nizamnaməsi 7 bölmədən və 42 maddədən ibarətdir. 
Birinci bölmə «Ümumi müddəalar» adlanır. Burada göstərilir ki, Şirkətin fəaliyyəti 
neftqazçıxarma sənayesinin vahid kompleks kimi səmərəli fəaliyyətinin və normal inkişafının 
təmin edilməsindən, istehlakçıların enerjidaşayıcılarına olan tələbatının etibarlı ödənilməsindən 
ibarətdir.  Şirkət kommersiya fəaliyyətini həyata keçirir və bunun üçün hasil edilmiş bütün 
karbohidrogenlərə  və onlardan alınan neft və qaz məhsullarına münasibətdə sahiblik hüququna 
malikdir. Çünki Şirkət hüquqi şəxsdir, müstəqil balansa, banklarda, o cümlədən xarici banklarda, 
hesablaşma və digər hesablara malikdir. Şirkət müstəqil balansa malik olmaqla yanaşı onun 
tərkibinə daxil olan müəssisələr, digər hüquqi şəxslər və hüquqi şəxs olmayan qurumlar üzrə 
ijmal edilmiş hesabatı tərtib edir. Şirkətin qanunvericiliyə müvafiq olaraq öz adından əmlak və 
digər hüquqlar əldə etmək, vəzifələr aparmaq, məhkəmədə iddiaçı və cavabdeh kimi çıxış etmək 
hüquqları vardır.  Şirkət öhdəliklərinə onun sərəncamında olan əmlaka cavabdehdir. Şirkət 
dövlətin öhdəliklərinə görə cavabdeh deyildir, dövlət də qanunvericiliklə nəzərdə tutulmuş hallar 
istisna olmaqla, Şirkətin öhdəliklərinə görə cavabdeh deyildir. 
Nizamnamənin ikinci bölməsi  «Şirkətin məqsədi, vəzifələri və  fəaliyyətinin predmeti» 
adlanır. Burada göstərilir ki, Şirkətin əsas məqsədi Azərbaycan Respublikası ərazisində, quru və 
dəniz sahələri də daxil olmaqla, neft və qaz yataqlarının axtarışının, kəşfiyyatının, 
hazırlanmasının, işlənməsinin, neftin, qazın, kondensatın və onlardan alınan məhsulların nəql 
edilməsinin, emalının və satışının, istehlakçıların müvafiq enerji daşıyıcılarına olan tələbatının 
sabit və dayanaqlı ödənilməsinin, digər işlərin və xidmətlərin həyata keçirilməsindən və  gəlir 
əldə edilməsindən ibarətdir. Göstərilən məqsədlərə nail olmaq üçün şirkət aşağıdakıları  təmin 
etməlidir:
 
1.
 
neft, qaz və kondensatın hasilatını, nəqli və emalı sistemlərinin etibarlı  və  səmərəli 
fəaliyyət göstərməsini; 
2.
 
xam neftin, təbii qazın və onların emalı nəticəsində alınan məhsulların daxili və xarici 
bazarlarda satışını; 
3.
 
ölkə iqtisadiyyatının və  əhalinin neftə, qaza, kondensata, onların emalından alınan və 
müasir istehlak tələblərinə cavab verən digər məhsullara, həmçinin müvafiq işlərə  və 
xidmətlərə olan tələbatının ödənilməsini; 
4.
 
ətraf mühitin qorunmasına yönəldilmiş  təşkilati-texniki tədbirlərin işlənib 
hazırlanmasını və həyata keçirilməsini; 
5.
 
enerjiyə  qənaət edən texnologiyadan və texnikadan, həmçinin ekoloji cəhətdən təmiz 
texnologiyadan istifadəni. 
Bundan başqa, nizamnamənin bu bölməsində qeyd edilir ki, Şirkətin qarşısında duran 
vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün o, qanunvericiliklə müəyyən edilmiş qaydada 
aşağıdakı fəaliyyət növlərini həyata keçirə bilər: 
 
sahənin inkişafına dair uzunmüddətli proqnozların, məqsədli kompleks elmi-texniki, 
iqtisadi və sosial proqramların işlənib hazırlanmasını; 
 
istehsalın səmərəliliyinin yüksəldilməsini, enerjiyə  və material ehtiyatlarına qənaət 
siyasətinin həyata keçirilməsini, sahənin tərkibinə daxil olan müəssisə  və obyektlər 
arasında əlverişli istehsal-texnoloji və təsərrüfat əlaqələrinin yaradılmasını; 
 
sahənin perspektiv inkişafının müəyyən edilməsində  Şirkətlə müvafiq səlahiyyətli 


 
148
dövlət hakimiyyəti orqanları arasında qarşılıqlı əlaqələrin təmin edilməsini; 
 
sahənin istehsal və sosial bazasının inkişafını,  Şirkətin tərkibinə daxil olan 
müəssisələrin modernləşdirilməsi, genişləndirilməsi, yenidən qurulması, onların yeni 
texnika və texnologiyalarla təhciz edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 
qaydada investisiya fəaliyyətini
 
müasir tikinti texnologiyasından və texniki vasitələrdən istifadə etməklə geoloji-
kəşfiyyat işlərinin aparılmasını, yataqların istismarının səmərəliliyinin 
yüksəldilməsini, neft və qaz buruqlarının tikintisinin sürətləndirilməsini, habelə, yerin 
təkindən istifadə edilməsi və  ətraf mühitin mühafizəsi sahəsində mövcud olan 
qanunvericiliyə riayət etməklə yataqların istismara hazırlanmasının keyfiyyətinin və 
sürətinin artırılmasını; 
 
təsərrüfatçılıq üsullarının və formaların təkmilləşdirilməsini, elmi-texniki 
nailiyyətlərin istehsalata geniş tətbiq edilməsini; 
 
iqtisadi və istehsal-texniki proqramların həyata keçirilməsi üçün bankların, o 
cümlədən xarici bankların və digər mənbələrdən kredit vasitələrinin cəlb olunmasını; 
 
kadr siyasətinin həyata keçirilməsini, respublikada və xarijdə kadrların 
hazırlanmasının və ixtisasının artırılmasının təşkili; 
 
sosial sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi hesabına müəssisə 
kollektivlərinin sosial inkişafı üçün əlverişli imkanlar yaradılmasını; 
 
dövlət orqanları, xarici şirkətlər və sahibkarlıqla qarşılıqlı  əlaqəli fəaliyyət 
göstərilməsini; 
 
geofiziki, geoloji axtarış-kəşfiyyat işlərinin  əsas istiqamətlərinin işlənib 
hazırlanmasının və müvafiq qaydada təsdiqinin təmin edilməsini; 
 
yeni kəşf olunmuş yataqların işlənməyə verilməsi haqqında qərarların qəbul 
edilməsini, müəssisələr tərəfindən istismar olunan yataqların təcrübə-sənaye istismar 
layihələrinin, texnoloji sxemlərin, neft, qaz və qaz-kondensatlı yataqların işlənilməsi 
layihələrinin hazırlanmasını və müvafiq qaydada təsdiq edilməsini; 
 
neft və qazçıxarma müəssisələrinin illik iş proqramlarının təsdiq edilməsini və bu 
proqramlara uyğun olaraq onların illik büdcə vəsaitlərinin müəyyənləşdirilməsini; 
 
hasil edilmiş xam neftin və təbii qazın nəqlinin təşkil edilməsini və xidmətə görə nəql 
müəssisələrinə müəyyən edilmiş nəql haqqının ödənilməsini; 
 
xam neftin və təbii qazın emalının təşkil edilməsini, neft və qaz emal müəssisələrinə 
şirkət tərəfindən göstərilən xidmətlərə görə müəyyən edilmiş emal xərclərinin 
ödənilməsini; 
 
qanunvericiliklə müəyyən edilmiş qaydada xarici iqtisadi əlaqələrin həyata 
keçirilməsini,  Şirkətin fəaliyyətinə aid müvafiq sazişlərin layihələrinin 
hazırlanmasını, xarijdə  şirkətin nümayəndəliklərinin və filiallarının açılmasını, 
şirkətin istehsal etdiyi məhsulların xaricə satışının təşkil edilməsini, xarici neft 
şirkətlərinin müştərək fəaliyyətə cəlb edilməsini və sair. 
Nizamnamənin üçüncü bölməsi «ARDNŞ-in əmlakı və gəliri» adlanır. Burada qeyd edilir 
ki, şirkətin və onun tərkibinə daxil olan müəssisələrin əmlakı dövlət mülkiyyətidir və ona görə də 
şirkət həmin əmlakın üzərində sahibliyi, istifadəni və sərəncam verməsini sərbəst surətdə həyata 
keçirir.  Şirkətin  əmlakı  əsas fondlardan, dövriyyə  vəsaitlərindən, digər maddi və qeyri-maddi 
aktlardan ibarətdir.  Şirkətin  əmlakı onun müstəqil balansında  əks olunur. Şirkətin  əmlakı 
aşağıdakı mənbələr hesabına təşkil olunur: 
a.
 
mülkiyyətçi və ya mülkiyyətçi tərəfindən səlahiyyətləndirilmiş orqan tərəfindən 
verilən əmlak; 
b.
 
kommersiya fəaliyyətinin həyata keçirilməsindən əldə edilən gəlir; 
c.
 
bankların və gəlir  kreditorların kreditləri; 
d.
 
qanunvericiliklə qədağan olunmayan digər mənbələr. 
Şirkət qanunvericiliklə  nəzərdə tutulmuş vergiləri və digər məcburi ödəmələri müəyyən 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə