E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə74/121
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21169
1   ...   70   71   72   73   74   75   76   77   ...   121

 
153
Bu prosesin üçüncü 
xarakterik cəhəti-sənaye müəssisələrinin fəaliyyətinin 
planlaşdırılmasında və idarə edilməsində  mərkəzləşdirilmiş sistemdən qeyri-mərkəzləşdirilmiş 
sistemə keçirilməsindən, yəni direktiv göstəricilərdən imtina etməkdən ibarətdir. Bu məqsədlə 
planlaşdırma və idarəetmənin indikativ formalarından istifadə edilir. Son zamanlar iqtisadi 
islahatlar gedişində Çində geniş tətbiq olunan bu formanın mahiyyəti ondan ibarətdir ki, xüsusi 
sahibkarlıqla məşğul olan ayrı-ayrı müəssisələr,  şirkətlər, dövlətin sifarişləri və tövsiyyələri 
əsasında fəaliyyət göstərməyə razılıq verirlər. Bunun müqabilində dövlət həmin müəssisələrin 
istehsal artımında marağını  təmin etmək məqsədilə  birbaşa maliyyə yardımı edir, onların 
hazırladıqları    məhsullar üçün sabit satış bazarı yaradır. Dövlət sifarişlərindən artıq qalan 
məhsulların dünya bazarına çıxarılmasına köməklik göstərir və digər zəruri tədbirləri həyata 
keçirir. Direktiv planlaşdırma sistemindən fərqli olaraq, indikativ nlanlaşdırmanın tətbiqi, nəinki 
sahibkarın  şəxsi marağını, elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsalata tətbiqində onların 
təşəbbüskarlığını azaltmır,  əksinə, xüsusi müəssisələr dövlətin onlarıfn normal fəaliyyət 
göstərmələri üçün yaratdığı əlverişli iqtisadi mühüt hesabına istehsalı daha çox genişləndirməyə 
imkan verir bu da keçid dövründə əmək kollektivlərinin zəruri tələbatının ödənilməsində xüsusi 
müəssisələrin fəal iştirakına səbəb olur. 
Mövcud müəssisələrin təkmilləşdirilərək bazar iqtisadiyyatı müəssisələrinə çevrilməsinin 
dördüncü xarakterik cəhəti müəssisələrin istehsal-təsərrüfat fəaliyyətinə dövlətin müdaxiləsini 
azaltmaqdan ibarətdir. Klassik iqtisadiyyatın banilərindən biri olan A.Smitin fikrincə bazar 
iqtisadiyyatı  şəraitində liberalizm dövlət iqtisadiyyata müdaxiləsi minimal olmalı, tələb və 
təklifdən asılı olaraq azad qiymətlər bazar özünüidarəetməni təmin etməlidir. Bu cür iqtisadi 
idarəetməni isə o, «görünməz  əllər»lə  əlaqələndiridi. Lakin XIX əsrin axırı  və XX əsrin 
əvvəllərində beynəlxalq aləmdə baş vermiş iqtisadi dəyişikliklər iqtisadiyyatın dövlət tərəfindən 
tənzimlənməsini zəruri etdi. Bu zaman S.Keyns iqtisadiyyata dövlətin müdaxiləsinin 
mümkünlüyü ideyasını irəli sürdü. Onun ideyasının əsası bu idi ki, nəğd və nəğdsiz pul kütləsi ilə 
tələbi artırmaq və ya azaltmaq yolu ilə bazar iqtisadiyyatını dövlət tənzimləyə bilər. S.Keyns belə 
hesab edirdi ki, bu cür tənzimləmə yolu ilə iflyasiyaya, məşğulluğa,  əmtəələrin tələb və 
təkliflərin təsir etmək mümkündür. 
Bu prosesin beşinci xarakterik cəhəti sənaye müəssisələrin mərkəzləşdirilmiş 
fondlaşdırılmasından və istehlakçıların mal-göndərənlərə  təhkim etməkdən qəti  əl çəkməyi və 
fondlarsız, naryadsız sərbəst alqı-satqı formasında istehlakçıların sifarişi üzrə, müqavilə 
qtymətlərini geniş  tətbiq etməklə, alıcı tapmaq üstünədə yarışmaq, işgüzar partnyor seçmək 
imkanı verməklə istehsal vasitələrinin topdan satış ticarətinə qətiyyətlə keçməkdən ibarətdir. Bu, 
istehlakçının amirliyini və inhisarçılığını ardan qaldırmaqla istehsal vasitələri bazarının 
yaranmasının zəruri şərtlərindən biridir. Lakin bazar iqtisadiyyatının müasir mərhələsində dövlət 
sifarişi üzrə istehsal olunan mərkəzləşdirilmiş  məhsul bölgüsü hələlik öz əhəmiyyətini saxlaya 
bilər. Çünki maddi - texniki təchizat istehsal infrastrukturunun bir hissəsidir. 
Mövcud müəssisələrin təkmilləşdirilərək bazar iqitsadiyyatı müəssisələrinə çevrilməsinin 
altıncı xarakterik cəhəti «İqtisadi insan» amilinin rolunu gücləndirməkdən ibarətdir. Bazar 
iqtisadiyyatı insan amilinin formalaşması üçün geniş imkanlar açır, çünki bu zaman işçilərin 
təşəbbüskarlığı artır, iqtisadiyyatda özünüidarəetmə xeyli genişlənir,  əmək kollektivlərində 
təsərrüfatçılıq münasibətləri güclənir, hər bir işçinin xüsusi mülkiyyətin səmərəli istifadə 
olunmasında rolu artır və s. insan amilinin rolunu gücləndirmək məqsədi ilə son illərdə 
respublikamızın ali məktəblərində  və digər təhsil müəssisələrində islahatlar həyata keçirilir, 
onların psixologiyasında və iqtisadi təfəkküründə yenidən qurma baş verir, demokratiyanın bütün 
formaları genişləndirlir,  əhalinin bəzi kateqoriyaları üzrə sosializm cəmiyyətində mövcud olan 
güzəştlər ləğv edilir və beləliklə ictimai münasibətlərin bütün sahələrində sosial ədalət 
prinsipinin daha dolğun şəkildə bərqərar olması üçün tədbirlər həyata keçirilir. 
Sosialist sənaye müəssisələrinin təkmilləşdirilərək bazar iqtisadiyyatı müəssisələrinə 
çevrilməsinin  yeddinci xarakterik cəhəti – yeni texnikanin və mütərəqqi texnoloji proseslərin 
geniş tətbiq edilməsindən və texnoloji yeniləşdirməyə daha çox üstünlük verilməsindən ibarətdir. 


 
154
Bazar iqtisadiyyatı istehsalı, elm və texnikanın  ən son nailiyyətlərindən istifadəyə  əsaslanan 
yüksək dərəcədə mexanikləşdirilmiş  və avtomatlaşdırılmış istehsaldır. Odur ki, son illərdə 
respublikamızda yaradılan və müvəffəqiyyətlə  fəaliyyət göstərən bir sıra sənaye müəssisələri 
dünya standartlarına cavab verən yeni texnika ilə təhciz edilir. Artıq indi respublikamızda bir çox 
müəssisələr fəaliyyət göstərirlər ki, onlar öz texniki səviyyələrinə görə xarici ölkələrdəkindən heç 
də geri qalmırlar. 
Mövcud müəssisələrin təkmilləşdirilərək bazar iqtisadiyyatı müəssisələrinə çevrilməsinin 
səkkizinci xarakterik cəhəti işçilərin peşə hazırlığının yüksəldilməsindən və yeni peşələrin 
mənimsənilməsini sürətləndirməkdən ibarətdir. Bazar iqtisadiyyatı müəssisələrində  hərtərəfli 
inkişaf etmiş, geniş elmi–texniki və peşə hazırlığına malik və istehsalata yaxşı  bələd olan 
təşəbbüskar və  işgüzar adamlar işləyə bilərlər. Odur ki, işçilər öz peşə hazırlığını daima 
yüksəltməyə çalışmalı və iştisaslarını artırmalıdır. 
Sosialist sənaye müəssisələrinin təkmilləşdirilərək bazar iqtisadiyyatı müəssisələrinə 
çevrilməsinin  doqquzuncu xarakterik cəhəti – müəssisələrin xarici ölkələrlə  əlaqəsinin 
gücləndirilməsindən ibarətdir. Bazar iqtisadiyyatı  şəraitində milli müəssisələrin xarici ölkələrlə 
iqtisadi əlaqələrinin yaradılması bir çox səbəblər üzündən zəruridir. Məlumdur ki, 1920-ci ildə 
Azərbaycan Demokratik Respublikası öz müstəqilliyini itirdikdən sonra xarici iqtisadi əlaqələr 
Sovet  İttifaqının dövlət inhisarı altında cəmləşmişdir. 1991-ci ildə Azərbaycan Respublikası 
yenidən müstəqillik  əldə etdikdən sonra xarici ölkələrlə iqtisadi əlaqələri özü istədiyi kimi 
yaradır və onlara əməkdaşlıq edir. Hazırda Azərbaycan Respublikasının yüzlərlə müəssisə  və 
təşkilatları xarici iqtisadi əlaqələrin iştirakçısıdır və dünyanın 85-dən çox ölkəsi ilə qarşılıqlı 
iqtisadi ticarət əlaqələrinə malikdir. Bütün bunlar idxal-ixrac əməliyyatlarının həcminin ildən-ilə 
artmasına səbəb olmuşdur. Bunu aşağıdakı cədvəldə verilmiş məlumatlar da sübut edir. 
Cədvəl 39 
Azərbaycan Respublikasinda 1991-2001-ci illərdə 
idxal-ixracin dinamikasi 
/miliyon ABŞ dolları
İllər 
İdxal 
İxrac 
Saldo 
Cəmi dövriyyə 
1991 
1881,3 2120,9  239,7 40002, 

1992 
939,9 1483,9 544,1 2423,8 
1993 
628,8 724,7  95,9 1353,5 
1994 
777,9 652,7 -125,2 1430,6 
1995 
667,7 637,2 -30,5 1304,9 
1996 
960,6 631,3 -329,3 1591,9 
1997 
794,3 781,3 -13,0 1575,6 
1998 
1076,5 606,1 -470,3 1982,6 
1999 
1035,9 929,2 -106,7 1965,1 
2000 
1172,1 1745,2 573,1 2917,3 
2001 
1430,9 2314,7 883,2 3741,6 
 
Mövcud müəssisələrin təkmilləşdirilərək bazar iqtisadiyyatı müəssisələrinə çevrilməsinin 
onuncu xarakterik cəhəti rəqabət mübarizəsinin gücləndirilməsindən ibarətdir. Çünki iqtisadi 
inkişafın bazar mexanizmi bəzi iqtisadi ünsürlərin qarşılıqlı  əlaqədə  fəaliyyəti ilə  şərtlənir. 
Rəqabət latın sözü olub «toqquşma», «bəhsləşmə» mənasını daşıyır. Rəqabət nəticəsində 
istehsalçı və istehlakçılar bərabər imkanlardan daha səmərəli istifadə etməklə qalib gəlmək istəyi 
həmişə onları istehsalın nəticəsini yaxşılaşdırmağa stimullaşdırır. Bazar iqtisadiyyatı  şəraitində 
rəqabət bir tərəfdən istehsalçıların öz aralarında, ikinci tərəfdən, istehsalçılarla istehlakçılar 
arasında, üçüncü tərəfdən isə istehlakçıların öz aralarında mənafelərin reallaşdırılması  uğrunda 
mübarizəsi uğrunda mübarizəni əks etdirir. Deməli, rəqabət nə qədər güclü olarsa, bir o qədər də 
iqtisadi artım sürətlənər. 
 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə