E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə75/121
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21169
1   ...   71   72   73   74   75   76   77   78   ...   121

 
155
Sosialist sənaye müəssisələrinin təkmilləşdirilərək bazar iqtisadiyyatı müəssisələrinə 
çevrilməsi prosesinin onbirinci xarakterik cəhəti – müəssisələrin bazar yönümlü olmasından 
ibarətdir. Bazar iqtisadiyyatı  şəraitində müəssisə öz istehsal-təsərrüfat fəaliyyətini 
başlamamasından öncə üç suala cavab hazırlamalıdır: nə istehsal etməli?  nə  qədər istehsal 
etməli? və istehsal etdiyi məhsulları hansı bazarda satmalıdır?. Bazar iqtisadiyyatı  şəraitində 
xarici ölkə müəssisələrinin təcrübəsi göstərir ki, istehsalçı müəssisələr yüksək mənfəət  əldə 
etmək üçün əsas diqqəti istehsalın və satışın həcminin artırılmasına deyil, bazarın ehtiyaclarına 
uyğun məhsullar buraxılışının təmin olunmasına yönəltməlidirlər. Bu zaman müəssisə 
müştərilərin sifarişləri uğrunda eyni cinsli məhsul  buraxan müəssisələrlə  rəqabət mübarizəsi 
oapara bilər. Deməli, bazar iqtisadiyyatı müəssisəsi öz iqtisadi strategiyasını bazar yönümlü 
işləyib hazırlamalıdır. Özü də bazar yönümlü proqram həddindən artıq geniş və ya dar olmalıdır. 
Çünki, bazar ehtiyacları tez-tez dəyişilir və belə  şəraitdə genişləndirilmiş, yaxud 
məhdudlaşdırılmış proqram müəyyən təhlükələrlə üzləşə bilər. 
Yuxarıda deyilənlərdən  əlavə bazar iqtisadiyyatı müəssisələrinin sosialist sənaye 
müəssisələrindən işçiləri işə  qəbulundan və onların  əmək haqqının ödənilməsində sosial 
problemlərin həllində, əldə edilmiş  mənfəətdən istifadə istiqamətlərində, uçotun aparılmasında, 
müəssisənin istehsal-təsərrüfat fəaliyyətinin qiymətləndirilməsində, neft və qazın maya dəyərinin 
formalaşdırılmasında, müəssisələrin  əsas vəsaitinin  əmələ  gəlməsində, müəssisə  fəaliyyətinin 
təftişində və sair fərqləndirici cəhətləridə mövcuddur. 


 
156
IX FƏSİL 
DÖVLƏT TƏNZİMLƏNMƏSİ VƏ İDARƏETMƏ KONSEPSİYASI 
 
9.1. Milli energetik strategiya və onun formalaşmasi aspektləri 
 
Tarixdə ilk dəfə olaraq Azərbaycanın neft-qaz sərvətlərinin xalqa tam məxsusluğu təmin 
edilmişdir. Dövlət müstəqilliyi bərpa edildikdən sonra ölkədə  «Əsrin müqaviləsi» ilə başlanan, 
respublika prezidenti H.Ə.Əliyev cənablarının rəhbərliyi ilə  uğurlu neft strategiyası  həyata 
keçirilir. Ötən illər  ərzində neft strategiyasının reallaşması istiqamətində olduqca möhtəşəm və 
dəyərli işlər görülmüş, konkret olaraq dünyanın iqtisadi inkişaf etmiş ölkələrinin, transmilli neft 
korporasiyalarının milli neft sektoruna çoxmilyardlı investisiya qoyuluşları təmin edilmiş, neft-
qaz kompleksinin infrastrukturu yenidən qurulmuş, Xəzər neftinin ilkin partiyalarda xarici 
bazarlara çıxışı gerçəkləşmiş, Bakı-Tbilisi-Ceyhan  əsas ixrac neft kəmərinin inşaasına start 
verilmiş, Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsi kommersiya reallaşması  mərhələsinə daxil 
olmuşdur. Bununla belə, struktur islahatları çərçivəsində energetik kompleksi kordinasiya edən 
Yanacaq Energetika Nazirliyi yaradılmış, ARDNŞ-in strukturu yeni mobil düzümdə 
formalaşdırılmış, investisiya təminatlı müvafiq «Neft fondu» təsis edilmişdir. Qarşıda isə sanbalı 
daha da artacaq işlərin görülməsi perspektivi dayanır. 
Təbii energetik sərvətlərin geoloji nağdlılığı çağdaş zamanda mühüm strateji əhəmiyyət 
daşıyaraq  əsas siyasi güc, iqtisadi qüdrət elementlərindən biri sayılır. Bu reallıqdan 
qaynaqlanaraq müasir dünyada iqtisadiyyatın enerji təchizatı və enerji effektliyi dövlətin iqtisadi 
inkişaf səviyyəsinin mühüm indikator göstəricisinə çevrilmişdir. Azərbaycan Respublikası da 
perspektivlik baxımından karbohidrogen təyinatlı enerji resurslarının izafi bol regionları 
sırasındadır. Təkcə respublikaya mənsub Xəzər  şelfində karbohidrogen ehtiyatlarının 
kommulyativ həcmi mütəxəssis tədqiqatlarına görə 3-4 və  hətta proqnoztik baxımdan 5-7 
milyarrd ton hesablanır. Buraya quru ərazilərdə aşkarlanmış və perspektiv potensial ehtiyatların 1 
milyad ton şərti yanacağa ekvivalent miqdarı da əlavə olunduqda ümumi toplumda orta hesabla 
adambaşına 1000 ton həcmində karbohidrogen resursları düşür. Müqayisədə bu göstərici 
Azərbaycana planetin 10 ən qüdrətli aparıcı neft-qaz potensiallı ölkələri sırasında yer verir. 
Bununla belə, respublikada neft-qaz resurslarından başqa digər təbii enerji mənbələri də yetərli 
və perspektivlik baxımından ümüdlüdür. Günəşli, küləkli  ərazi ayrıca energetik mənbə kimi 
ölkədə alternativ enerji ehtiyatları yaratmağa geniş imkanlar açır. Çayların hidroenergetik 
ehtiyatlarından rasional istifadə etməklə bu potensialı bir qədər də artırmaq mümkündür. Təbii 
ehtiyatların yetərli həcmi respublikanın daxili ehtiyaclarını tam XXI əsr boyunca dolğun 
təchizatına  əsas yaradaraq, həm də eksport potensialı kimi davamlı iqtisadi inkişafın təmin 
olunmasında  əvəzsiz kapital, möhtəşəm investisiya bazası rolunda çıxış edir. Kifayətedici 
energetik potensiallılığı ilə yanaşı, geosiyasi aspekt, əlverişli joğrafi  ərazi və yetərli insani 
resurslar konfiqurasiyasında respublikamız daha fərqli mövqedə durur. Böyük dövriyyədə strateji 
önəm daşıyan bütün bu reallıqlar dövləti iqtisadi missiyanın üzvi tərkib hissəsi kimi yaxın 
onilliklər üçün ölkədə  energetik strategiyanın formalaşdırılmasını  şərtləndirir.
 
Energetik 
strategiyanın məramında optimal energetik siyasət aparmaqla yanaşı, həm də  səmərəli və 
rəqabətqabiliyyətli iqtisadiyyat quruculuğuna nailolma, Azərbaycanın dünya birliyi ölkələri 
sırasında daha layiqli yer tutmasını  təmin etmək məqsədi dayanır. Bu strategiyanın konseptual 
əsasları  və fundamental özəkləri isə ölkə prezidentinin gerçəkləşdirdiyi iqtisadi siyasət və neft 
strategiyasından qaynaqlanır. 
Energetik strategiyanın formalaşması istiqamətində  həm dövlət orqanları  və  həm də 
tədqiqatçı alimlər tərəfindən müvafiq ideyalar irəli sürülməkdədir. Hələ on il öncə, akademik 
A.X.Mirzəcanzadə elmi araşdırmalarla ölkənin neft-qaz potensialından səmərəli istifadədə 
müvafiq strategiyanın işlənməsinin zəruri olduğunu vurğulamışdır. Alimin tədqiqatlarında bu 
strategiyanın mühüm istiqamətləri və konturları  səlist və aydın təqdim olunmuşdur. Energetik 
strategiya ilə bağlı iqtisadi aspektlər müəllifin tədqiqatlarında da geniş əksini tapmışdır. 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə