E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə73/121
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21169
1   ...   69   70   71   72   73   74   75   76   ...   121

 
151
istifadə edir. Müasir dövrdə Azərbaycanda fəaliyyət göstərən həm iri /məsələn, neft və kimya 
maşınqayırma zavodları, «Çinar» İstehsalat Birliyi, «Bakkondisioner» Elmi-İstehsalat Birliyi, 
Dəniz stasionar zavodu və s./, həm də kiçik müəssisələr bu cür taktikadan istifadə edirlər. Bu da 
milli iqtisadiyyatı bürümüş staqflyasiya /Staqflyasiya - kapitalist iqtisadiyyatında istehsalat 
səviyyəsinin inkişafının dayanmasının və hətta aşağı düşməsinin arasıkəsilməz qiymət artmasının 
sürətləndirilməsi ilə  əlaqələndirilməsi deməkdir/ ilə bağlıdır. Bazar iqtisadiyyatı ölkələrinin 
təcrübəsi göstərir ki, müəssisələr müdafiə taktikasından istifadə etdikdə onların maliyyə 
vəziyyəti yaxşılaşmaq  əvəzinə daha da pisləşir, çünki bu zaman operativ vəzifələrin yerinə 
yetirilməsinə daha çox fikir verilir. Belə  vəzifələrə  zərərin aradan qaldırılması, lüzumsuz 
xərclərin ləğv edilməsi, maliyyə intizamının möhkəmləndirilməsi, kreditlərdən səmərəli istifadə 
edilməsi, ödənişlərin vaxtının uzadılması, kadr dəyişiklikləri, işgüzar və bacarıqlı mütəxəssislərin 
işə cəlb olunması, mövcud istehsal ehtiyatlarından səmərəli istifadə olunması və sair aiddir. 
Müəssisələrin sanasiyasında hücum taktikasından istifadə edilməsi daha məqsədəuyğundur. 
Çünki bu zaman operativ vəzifələrin həllinə deyil, strateji vəzifələrinin həllinə daha çox üstünlük 
verilir. Hücum taktikasının əsasını istehsal ehtiyatlarından istifadə, aktiv marketinq, daha yüksək 
qiymətqoyma, istehsalın təkmilləşdirilməsinə  çəkilən xərclərin azaldılması, istehsal əsas 
fondların yeniləşdirilməsi, mütərəqqi və qabaqcıl texnologiyanın tətbiqi, idarəetmə 
mexanizminin və prosesinin təkmilləşdirilməsi və sair təşkil edir. Bundan başqa, hücum 
taktikasından istifadə edildikdə, lazım gələrsə müəssisənini strategiyasında və istehsal 
proqramında müəyyən düzəlişlər edilir, innovasiyalardan istifadə edilir. Bütün bunların əsasında 
isə sanasiya üzrə konsepsiya işlənib hazırlanır. Adətən sanasiya üzrə biznes plan özündə bir-
birilə qarşılıqlı surətdə  əlaqədar olan istehsal, maliyyə, marketinq, texniki, idarəetmə  və 
investisiyanın sağlamlaşdırılması üzrə tədbirləri əhatə edir. Ümumiyyətlə, sanasiya üzrə işlənib 
hazırlanmış biznes plan iki əsas vəzifəni yerinə yetirir Birinci vəzifənin tərkibinə məhsul istehsalı 
və satışı ilə bağlı  məqsəd və funksiyaların  əsaslandırılması  və ya müəssisənin böhran 
vəziyyətindən çıxarılmasına və satış bazarında sabit yerin tutulmasına kömək edən dəyişikliklər 
daxildir.  İkinci vəzifə isə müəssisənin böhran vəziyyətindən çıxarılmasına yönələn 
maliyyələşdirməyə investorları inandırmaqdır.
 
Qərb ölkələrində sanasiya üzrə  işlənib hazırlanan biznes planlar tərkibinə, quruluşuna, 
yerinə yetirdiyi vəzifələrə  və  fəaliyyətlərinin miqyasına görə bir-birindən fərqlənirlər. Buna 
baxmayaraq elə standart bölmələr var ki, onlar hər bir biznes planda vardır. Onlara aiddir: 
1.
 
xülasə  və ya anotasiya bölməsi - əsas bölmələrdən biridir. Belə ki, əgər xülasə 
sanasiyada maraqlı olan tərəflərdə  rəqabət doğurmursa, onda sanasiya layihəsi 
müsabiqədən keçə bilməyəcəkdir, yəni sanasiya layihəsinin xülasə bölməsi sadə  və 
lakonik olmalıdır. Burada çalışmaq lazımdır ki, minimum terminlər işlədilsin və 
maksimum diqqət müəssisənin gələcəkdə buraxacağı  məhsulun və ya xidmətlərin 
xarakterik cəhətlərinə verilməlidir. Bu bölmədə müəssisənin satış  həcmi, satışdan 
əldə ediləcək gəlirlərin məbləği, istehsal xərcləri, ümumi mənfəəti və nəhayət, borc 
aldığı vəsaitlərinin nə vaxt qaytarılacağı göstərilir; 
2.
 
müəssisə biznesinin ümumi xüsusiyyətləri bölməsi - bazara təklif edilən məhsul və ya 
xidmətin keyfiyyət parametrlərini: etibarlığını, uzunömürlülüyünü, erqonomikliyini, 
patent təmizliyini, məhsulun hazırlanması üçün istifadə edilən xammal və materiallar 
haqqında məlumatları, potensial alıcıların vəziyyətini və sair özündə əhatə edir; 
3.
 
satış bazarının qiymətləndirilməsi bölməsi - özündə bazara çıxarılacaq hər bir məhsul 
və ya xidmət növü üzrə natural və  dəyər ifadəsində  məlumatları, reklamasiyaları, 
istehlakçılar tərəfindən müəssisəyə qaytarılan məhsulların miqdarını, hansı diler və 
distrebyuterlərin xidmətindən istifadə edilməsi haqqında informasiyaları  və s. 
birləşdirir; 
4.
 
marketinq strategiyası bölməsində müəssisənin nəzərdə tutduğu satış həcminə hansı 
yollarla çatacağı tədqiq edilir. Bu zaman rəqib müəssisələrin məhsul və xidmətlərinin 
güclü və  zəif tərəfləri aydınlaşdırılır. Bu məqsədlə müəssisənin məhsul və 


 
152
xidmətlərinin parametrləri rəqib müəssisələrin məhsul və xidmələri ilə müqayisə 
edilir. Marketinq strategiyası  işlənib hazırlandıqda qiymətqoymaya xüsusi
 
diqqət 
verilməlidir. Çünki  məhsul və xidmətə qoyulan qiymət bazarın konyukturasına 
uyğun olmalıdır. Qiymət müəssisədə «təklifin» səviyyəsini sabit saxlamağa və 
artırmağa, bazarda məhsul satışının həcminin artırmağa, bunların əsasında maksimum 
mənfəət əldə etməyə imkan verməlidir
5.
 
məhsul və istehsal strategiyası bölməsi - məhsul və xidmətlər, operativ planlaşdırma, 
iqtisadi inkişaf, istehsal və əmək şəraiti üzrə tədbirləri əhatə edir.   Məhsulun yenidən 
işlənməsi və dizayn bölməsində dizayn və yenidən işləməyə  çəkilən xərclər 
hesablanır və onlardan ən əlverişlisi seçilir; 
6.
 
təşkilati və hüquqi bölmə - özündə  təşkilati islahatların aparılması, idarəetmə 
heyətinin azaldılması  və idarəetmə  xərclərinin ixtisar edilməsi üzrə  tərbirləri  əks 
etdirir; 
7.
 
risk və problemlər bölməsində riskin idarə olunması, sanasiya prosesinin həyata 
keçirilməsi zamanı baş verə biləcək dəyişikliklərə  və  təhlükələrə vaxtında cavab 
vermək üzrə zəruri tədbirlər göstərilir; 
8.
 
elmi axtarışlar və təcrübə-konstruktor işləri bölməsində elmi axtarışların və təcrübə-
konstruktor işlərin perspektiv istiqamətlərin müəyyənləşdirilməsi və onların həyata 
keçirilməsi ilə bağlı xərclərin azaldılması üzrə tədbirlər göstərilir; 
9.
 
maliyyə strategiyası bölməsində müəssisənin maliyyə potensialını yaxşılaşdırmaq, 
mənfəətin artırılması  və  zərərin azaldılması /yaxud tamimilə aradan qaldırılması/, 
rentabelliyin yüksəldilməsi, müəssisənin tədiyyə qabiliyyətin təmin olunması üzrə 
tədbirlər göstərilir. 
Mövcud müəssisələrin maliyyə  vəziyyətinin sağlamlaşdırılması üzrə  tədbirləri həyata 
keçirərkən onların yenidən qurulmasına, yəni təkmilləşdirilərək bazar iqtisadiyyatı subyektlərinə 
çevrilməsinə xüsusi diqqət verilməlidir. Çünki bazar iqtisadiyyatı müəssisələri sosialist sənaye 
müəssisələrindən köklü surətdə fərqlənirlər. Ona görə də sosialist sənaye müəssisələrinin /NQÇİ/ 
təkmilləşdirilərək bazar iqtisadiyyatı müəssisələrinə çevrilməsi mürəkkəb və uzun sürən bir 
prosesdir. Bu proses nə qədər tez və səmərəli keçərsə, bazar iqtisadiyyatı müəssisələrinin maddi 
əsası bir o qədər tez yaradılar. Mövcud müəssisələrin təkmilləşdirilərək bazar iqtisadiyyatına 
çevrilməsinin müxtəlif yolları və xarakterik cəhətləri var. Onlara aşağıdakılar aiddir. 
Bazar iqtisadiyyatında xüsusi sahibkarlıq fəaliyyəti onun ən səciyyəvi komponentlərindən 
biridir. Onsuz bazar iqtisadiyyatı müəssisələrinin fəaliyyətini təsəvvür etmək mümkün deyil. 
Odur ki, sosialist sənaye müəssisələrini təkmilləşdirilərək başar iqtisadiyyatı müəssisələrinə 
çevrilməsinin  birinci xarakterik cəhəti dövlət müəssisələrinin özəlləşdirilməsindən və 
dövlətsizləşdirilməsindən ibarətdir. Məlumdur ki, sosializmdə dövlət və kolxoz-sovxoz 
mülkiyyət formaları hakim idi. Odur ki, bazar iqtisadiyyatına keçid dövründə həmin mülkiyyət 
formalarında islahatların aparılması zərurəti yaranmışdır. Bu isə özəlləşdirmə prosesinin həlli ilə 
bağlıdır. Azərbaycanda artıq kiçik və orta müəssisələrin özəlləşdirilməsi başa çatmış və indi iri 
müəssisələrin özəlləşdirilməsi üzrə  tədbirlər həyata keçirilir. Bu məqsədlə Azərbaycan 
Respublikasının Qanununa uyğun olaraq «Azərbaycan Respublikasında dövlət mülkiyyətinin 
özəlləşdirilməsinin II Dövlət Proqramı» qəbul edilmişdir. 
Mövcud müəssisələrin təkmilləşdirilərək bazar iqtisadiyyatı müəssisələrinə çevrilməsinin 
ikinci xarakterik cəhəti müasir bazar iqtisadiyyatının mühüm komponenti sayılan xüsusi 
sahibkarlığın geniş inkişafını  təmin etməkdən ibarətdir. Rəsmi məlumata görə son illərdə 
sənayedə özəl sektorun cəmi 35-40% təşkil edir. Deməli, hələlik sənayedə xüsusi sahibkarlıq, 
biznes fəaliyyəti nisbət etibarilə böyük templə inkişaf etmir. Nə qədər ki, özəl mülkiyyət, xüsusi 
sahibkarlıq və biznes fəaliyyəti sənayedə geniş vüsət almayıb, şübhəsiz belə bir şəraitdə hələləik 
real bazar iqtisadiyyatından hökmüran rol oynamasından, ona uyğun sənaye müəssisələrinin 
mövcudluğundan söhbət gedə bilməz. 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə