E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə69/121
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21169
1   ...   65   66   67   68   69   70   71   72   ...   121

 
143
hesablamalarına görə, bu metodların tətbiqi ilə yerin dərin qatlarından təqribən 215 milyon tona 
qədər neft çıxarmaq olar. Odur ki, quruda yerləşən yataqlarda neftçıxarmanın gələcək 
uzunmüddətli inkişafı yeni metodların geniş tətbiqindən çox asılıdır. Bu sahədə, qeyd etdiyimiz 
kimi, innovasiya fəaliyyəti mühüm rol oynaya bilər. 
İnkişaf etmiş dünya ölkələrinin təcrübəsi göstərir ki, maddi istehsalın inkişafında və onun 
səmərəliliyinin yüksəldilməsində innovasiya fəaliyyətinin təşkili çox böyük əhəmiyyət kəsb edir. 
Bu, müstəqil respublikamız üçün hazırkı dövrdə daha önəmlidir, çünki bizdə  hələlik maddi 
istehsal sahələrinin yeni texnika və mütərəqqi texnologiya ilə silahlanma səviyyəsi dünyanın bir 
çox ölkələrində olduğundan xeyli dərəcədə aşağıdır. Odur ki, müasir dövrdə iqtisadiyyatın bütün 
sahələri, o cümlədən neft sənayesi elm və texnika nailiyyətlərini, ixtiraları, səmərələşdirici 
təklifləri, dünya ölkələrinin qabaqcıl təcrübəsini istehsalata tətbiq edərək öz fəaliyyət sferasını 
daim təkmilləşdirməyə çalışmalıdır. 
İnnavasiya fəaliyyətinin digər fəaliyyət növlərindən fərqli cəhəti ondan ibarətdir ki, o, elm 
və texnikanın hərtərəfli tətbiqinə, yeni növ texniki vasitələrin yaradılmasına, mütərəqqi 
texnologiyanın işlənib hazırlanmasına, mövcud istehsal vasitələrinin keyfiyyətinin 
yaxşılaşdırılmasına və modernləşdirilməsinə, yaradıcılıq axtarışlarına və yeniliklərə, iqtisadi 
artımın  əldə edilməsinə  və sairə yönəldilmişdir. Deməli, innovasiya fəaliyyəti yalnız neft 
sənayesinin sərəncamında olan iqtisadi resurslara deyil, həmçinin istehsal, bölgü, mübadilə  və 
istehlakla əlaqədar olan münasibətlərin bütün kompleksini əhatə edir və konkret maddi istehsal 
sahəsinin texniki, iqtisadi, elmi, istehsal və s. potensialına  əsaslanır. Yenilik səviyyəsinə  və 
iqtisadi fəaliyyət növlərinə görə innovasiya məhsullarının həcmi haqqında məlumatlar aşağıdakı 
cədvəldə verilmişdir. 
Cədvəl 36 
Yenilikçilik səviyyəsinə və iqtisadi fəaliyyət növlərinə görə 
innovasiya məhsullarinin  həcmi 
/milyon manat/ 
Məhsullar 
/illər üzrə bölgüdə/ 
Hasilat sənayesi 
Emal sənayesi 
Bütün sənaye 
Əhəmiyyətli dəyişikliklərə məruz qalmiş və yeni  tətbiq olunmuş məhsullar 
1999 
13118,4 18043,2 31161,6 
2000 
x 4456,9 
4456,9 
2001 
x 382261,8 
382261,8 
Təkmilləşdirməyə məruz qalmiş məhsullar 
1999 
100 813,1 
913,1 
2000 
x 571,8 
571,8 
2001 
x 384,6 
384,6 
 
Beləliklə, innovasiya fəaliyyəti bir tərəfdən, sahənin ümumi istehsal-təsərrüfat fəaliyyətinin 
həyata keçirilməsi vasitəsi kimi, digər tərəfdən isə istehsal bölmələrində operativ-istehsal 
vəzifələrinin həlli aləti kimi çıxış edir. Başqa sözlə, innovasiya fəaliyyəti sahənin elə istehsal 
sahələrinin inkişafına yönəldilməlidir ki, bu, istehsalın intensivləşdirilməsini və onun 
səmərəliliyinin yüksəldilməsini təmin etmiş olsun. Ümumiyyətlə, innovasiya fəaliyyətinin həyata 
keçirilməsi aşağıdakı vəzifələrin həllini təmin etməlidir: 
birincisi, konkret bazar şəraitinə istehsalın tez və  dəqiq uyğunlaşdırılmasını  və bunun da 
nəticəsində yüksək mənfəətin əldə edilməsini;
 
ikincisi, cari proqramlara müvafiq düzəlişlərin edilməsini /əgər buna obyektiv zərurət 
yaranarsa/;
 
üçüncüsü, cari proqramda edilmiş düzəlişlərə istehsal xərclərini uyğunlaşdırılmasını; 
dördüncüsü, istehsalın səmərəliliyinin yüksəldilməsini.
 
/Əlavə 8-də 1999-2002-ci illərdə Azərbaycanda sənaye innovasiyasının forması və iqtisadi 
fəaliyyət növləri üzrə texnoloji innovasiyalara çəkilən xərclərin həcmi məlumatları verilmişdir./
 


 
144
8.5. Neft-qaz sənayesində institutsional islahatlar və sahənin bazar 
iqtisadiyyatina uyğunlaşdirilması 
 
Son illərdə respublikamızda siyasi sabitlik təmin edilmiş, sosial-iqtisadi həyatda uğurlu 
göstəricilər əldə edilmişdir. Müsbət dəyişiklik əsasən bir sıra inkişaf etmiş dövlətlərlə və nüfuzlu 
beynəlxalq maliyyə-kredit təşkilatları ilə yeni əlaqələrin qurulması, iqtisadiyyatın aparıcı sahələri 
olan yanacaq-energetika kompleksində, bütövlükdə  sənayedə iqtisadi islahatların, struktur 
dəyişikliklərinin həyata keçirilməsi, iri xarici investisiyaların cəlb edilməsi nəticəsində baş 
vermişdir. Bütün bunlar isə respublikamızda qiymətlərin maksimum dərəcədə sabit qalmasına, 
əhalinin həyat səviyyəsinin və alıcılıq qabiliyyətinin artmasına, nominal pul gəlirlərinin 
artırılmasına, ailə büdcələrində ehtiyatların yaradılmasına gətirib çıxarmışdır. 
Azərbaycan Respublikası dövlət müstəqilliyini ikinci dəfə yenidən  əldə etdikdən sonra 
iqtisadiyyatda və dövlət idarə  və  təşkilatlarında islahatların aparılması  ən mühüm vəzifələrdən 
bir olmuşdur. Ölkədə bazar iqtisadiyyatı münasibətlərinin formalaşması  və müasir standartlara 
cavab verən idarəetmə mexanizminin yaradılması köklü dəyişikliklərin aparılmasını  tələb 
etmişdir. Dövlət idarə  və  təşkilatlarının səmərəliliyinin yüksəldilməsi, iqtisadiyyatın yeni 
prinsiplər  əsasında tənzimlənməsi məqsədi ilə son illərdə mühüm təşkilati-texniki və iqtisadi 
tədbirlər kompleksi həyata keçirilmişdir. Çoxsaylı nazirlik, dövlət komitəsi, şirkəti, konserni və 
digər qurumların strukturlarına yenidən baxılmış, mövcud mərkəzi icra hakimiyyəti orqanlarının 
səlahiyyətləri bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılmış, zəruri funksiyalara malik yeni 
təsisatlar yaradılmışdır. Həyata keçirilən islahatlar iqtisadiyyatın və dövlət idarə və təşkilatlarının 
bütün sahələrini  əhatə etmiş  və bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olması, iqtisadi 
təşəbbüsə geniş imkanların yaradılması, insanların etibarlı sosial vəzifələrinin təmin edilməsi və 
dövlət mülkiyyətinin özəlləşdirilməsi üçün münbit şəraitin yaradılmasına səbəb olmuşdur. Qeyd 
edilən hər bir istiqamətə dair dövlət tərəfindən konkret qərarlar qəbul edilmiş  və  tədbirlər 
görülmüşdür. 
Tarixən Azərbaycan iqtisadiyyatının özəyini, bünövrəsini neftqazçıxarma sənayesi təşkil 
etmişdir və ölkəmizin  ən böyük nailiyyətlərindən biri bu sahədə qüdrətli elmi-texniki və kadr 
potensialının, geniş infrastrukturun yaradılması olmuşdur. Məhz bu sahə iqtisadiyyatın aparıcı 
amilinə çevrilmiş və onun inkişafına daim xüsusi diqqət yetirilmişdir. Belə bir hal mədənçıxarma 
sənayesi müəssisələrində  məhsul buraxılışı  həcminin artırılmasına gətirib çıxarmışdır. Belə ki, 
2002-ci ildə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən 6388,8 min ton neft və 951,6 
milyon kubmetr qaz hasil edilmişdir. Şirkətin hasilata başladığı 1997-ci ildən bəri 24,5 milyon 
ton neft və 3,5 milyard m
3
 qaz çıxarılmışdır. 2002-ci ildə ölkədə hasil edilmiş 15,3 milyon ton 
neft son 24 ildə
 
ən yüksək göstəricidir. 
İlkin enerji ehtiyatları istehsalının ümumi həcmində neftin payı 2001-ci ildəki 74,3%-dən 
2002-ci ildə 74,8%-ə, elektrik enerjisinin müvafiq olaraq 0,6%-dən 1,4%-ə  qədər artmışdır. 
2001-ci illə müqayisədə 2002-ci ildə qazın xüsusi çəkisi isə 25,2%-dən 23,8%-ə kimi azalmışdır. 
Yuxarıda göstərilən nailiyyətlərin  əldə edilməsində neft sənayesində son illərdə  həyata 
keçirilən institutsional islahatlar mühüm rol oynamışdır. Məlumdur ki, Azərbaycan 
Respublikasında 70 ildən çox müddətdə sosialist iqtisadi-sosial quruluşu /sistemi/ hökm 
sürmüşdür. 1990-cı illərdə isə SSRİ məkanındakı bütün müttəfiq respublikalar kimi Azərbaycan 
Respublikası da yeni, demokratik, azad iqtisadi sistemə, bazar iqtisadiyyatına keçməyə  qədəm 
qoymuşdur. Bu baxımdan Azərbaycan Respublikası keçid dövrünün problemlərinin həllinə 
başlamışdır. Keçmiş iqtisadi-sosial quruluşun yeni iqtisadi-sosial quruluşa keçməsi bir dəfəlik 
akt deyildir, uzun tarixi bir proseslə bağlıdır. Bu prosesdə bazar iqtisadiyyatının yaranmasının və 
formalaşmasının bilavasitə özünəməxsus atributları tədricən bərqərar olmalıdır. Bu atributlardan 
biri də sosialist idarəetmə sistemindən /mexanizmindən/ bazar iqtisadiyyatı idarəetmə sisteminə 
/mexanizminə/ keçməsinin təmin olunmasıdır. 
Ümumiyyətlə, neft sənayesinin idarə edilməsinin təşkilati formalarının təkmilləşdirilməsinə 
dövlət həmişə diqqət yetirmiş və indi də yetirməkdədir. Dövlət sosialist istehsalı inkişaf etdikcə 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə