E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə64/121
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21169
1   ...   60   61   62   63   64   65   66   67   ...   121

 
133
II mərhələ 1998-2000-ci illəri əhatə edirdi və bu mərhələ özəlləşdirmə prosesinin həyata 
keçirilməsində  həlledici mərhələ hesab edilirdi. Bu mərhələnin xarakterik cəhəti ondan ibarət 
olmuşdur ki, məhz bu dövrdə dövlət mülkiyyətinin özəlləşdirilməsi nəticəsində orta və iri 
sahibkarlar meydana gəlməyə başlamış, bazar iqtisadiyyatının bir sıra ünsürləri, yəni qiymətli 
kağızlar bazarı, onun institutları olan Milli Depozit Sistemi, Dövlət registri, fond bircaları 
yaradılmışdır. 
III mərhələ 2000-2001-ci illəri  əhatə edir və özündən  əvvəlki mərhələlərdə  əldə edilmiş 
təcrübəyə əsaslanır. Bu mərhələ nəinki orta, həm də iri dövlət müəssisələrinin özəlləşdirilməsini 
nəzərdə tutur. Başqa sözlə, üçüncü mərhələ  əvvəlki mərhələlərlə  gələcək mərhələlər arasında 
əlaqələndirici rolunu oynamışdır. 
IV mərhələ 2002-2005-ci illəri  əhatə edəcəkdir. Bu mərhələ stabil mülkiyyətçilər, 
səhmdarlar təbəqəsinin, qiymətli kağızlar bazarının yaradılması, respublika müəssisələrinin 
səhmlərinə xarici ölkələrdə  fəaliyyət göstərən nüfuzlu bircalarda istehlakçıların maraq 
göstərməsi ilə səciyyələnəcəkdir. 
Məlumat üçün qeyd edək ki, keçmiş SSRİ-nin tərkibində olmuş respublikalarda dövlət 
mülkiyyətinin özəlləşdirilməsi sahəsində  həm ümumi, həm də  fərqləndirici cəhətlər vardır. 
Ümumi cəhətlərə aiddir: özəlləşdirmənin inqilabi sıçrayış yolu ilə deyil, təkamül, yəni tədrijlə, 
mərhələ-mərhələ aparılması; özəlləşdirməyə kiçik xidmətedici və ticarət müəssisə  və 
təşkilatlarından başlanması; özəlləşdirmənin pulsuz və satış modeli əsasında həyata keçirilməsi
yəni çek özəlləşdirilməsinə üstünlük verilməsi və sair fərqləndirici cəhətlərə aşağıdakılar aiddir: 
birincisi, Azərbaycanda özəlləşdirmə onun iki modelinin uzlaşdırılması yolu ilə  həyata 
keçirilmişdir, yəni çeklərin əhaliyə pulsuz verilməsi və dövlət müəssisələrinin özəlləşdirilməsinin 
pullu hərrajlarda satılması yolu ilə aparılması; 
ikincisi, respublikamızda özəlləşdirmə  kənd təsərrüfatı obyektlərinin, yəni kolxoz və 
sovxozların, onların infrastrukturlarının kənd əhalisi arasında bölüşdürülməsindən başlanmışdır. 
Bu, obyektiv zərurətdən irəli gəlir: bir tərəfdən,  əhalinin istehlak malları ilə, sənayenin isə 
xammalla təhciz olunması üçün əlverişli şərait yaradır; digər tərəfdən, inzibati-amirlik sisteminin 
sosial strukturunda bazar mexanizminə daha tez uyğunlaşan məhz kənd  əhalisinin olmasıdır. 
1996-cı ildə «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Milli Məjlisi tərəfindən 
qəbul olunmuş qanununda torpaqların özəlləşdirilməsi və onların xüsusi mülkiyyətə verilməsi 
nəzərdə tutulmuşdur. Belə bir tədbirin həyata keçirilməsi nəticəsində  kənd təsərrüfatı 
məhsullarının istehsalında xüsusi sektorun payı son illərdə xeyli artmışdır. Belə ki, 2000-ci ildə 
kənd təsərrüfatı məhsullarının istehsalında qeyri-dövlət bölməsinin xüsusi çəkisi 85-90-% təşkil 
etmişdir; 
üçüncüsü, özəlləşdirmə bütün dünya ölkələrinin üzünə açıq olmuşdur, yəni özəlləşdirmədə 
həm respublikamızın vətəndaşları, həm də xarici ölkələrin hüquqi və fiziki şəxsləri iştirak 
etmişlər. Azərbaycan Respublikasının qanunvericiliyinə görə xarici ölkələrin hüquqi və fiziki 
şəxsləri özəlləşdirmədə opsionların alınması yolu ilə həyata keçirilmişdir; 
dördüncüsü, dövriyyəyə buraxılan özəlləşdirmə çekləri nominal qiymətə malik olmuşdur, 
yəni respublikamızda özəlləşdirmə çeklərinin qiyməti sərbəst bazar prinsipləri əsasında alqı-satqı 
prosesində bazardakı tələblə-təklif arasındakı nisbətlə müəyyən olunur. 
Hazırda iqtisadi islahatların aparılmasında, iqtisadiyyatın digər sahələrində olduğu kimi, 
neftqazçıxarma sənayesində özəlləşdirmə və milli sahibkarlığın inkişafı mərkəzi yerlərdən birini 
tutur. Çünki neftqazçıxarma sənayesində mülkiyyət münasibətlərinin dəyişdirilməsi, sosializm 
cəmiyyətində mövcud olan dövlət mülkiyyətinin  əvəzinə özəl mülkiyyət formalarının inkişafı 
respublikamızın ictimai-iqtisadi, sosial həyatında yeni bir mərhələdir. Düzdür, 2000-ci ilədək 
hasiledici sənaye sahələri özəlləşdirmə prosesindən kənarda qalmışdır. Lakin, Azərbaycan 
Respublikasının prezidenti tərəfindən 2001-ci ildən başlayaraq neft sənayesində özəlləşdirilmə 
prosesinin həyata keçirilməsi prinsipləri müəyyənləşdirilmişdir. 
Məlumat üçün qeyd edək ki, dünya iqtisadi sistemində neft sənayesi müxtəlif ölkələrdə, 
müxtəlif mülkiyyət formalarında mövcud olmuşdur. Azərbaycanda bu, ilk dövrlərdə 


 
134
sahibkarların sərəncamında, sovet hakimiyyəti qurulduqdan sonra isə milliləşdirilərək dövlət 
mülkiyyətinə çevrilmiş, 2001-ci ildən isə yenidən özəlləşdirilərək ayrı-ayrı sahibkarlara verilməsi 
nəzərdə tutulur. Azərbaycanda neft sənayesində sahibkarlıq və biznesi inkişaf etdirmək üçün 
dövlət öz sahibkarlarına və biznesimenlərinə  əlverişli  şərait yaratmalıdır. Neft sənayesində 
özəlləşdirmə prosesinin səmərəli və tez bir zamanda həyata keçirmək üçün ilk öncə, fəaliyyətsiz, 
aşağı hasilatlı quyuları sahibkarlara verilməlidir. Bunun üçün müvafiq normativ, hüquqi aktlar 
işlənib hazırlanmaqdadır. Bu sənədlərdə Azərbaycan vətəndaşlarının, onun sahibkarlarının 
mənafeləri nəzərə alınır və heç şübhəsiz ki, belə prinsipin tətbiqi neftqazçıxarma sənayesində 
sahibkarlıq fəaliyyətinin inkişafında mühüm rol oynayacaqdır. 
 
 
8.4.  İnnavasiya və neft sənayesinin texnoloji cəhətdən yenidən qurulmasinda 
onun rolu 
 
İnnavasiyalar maddi istehsalın inkişafında mühüm rol oynayır.  İnnavasiya fəaliyyəti 
texnika və texnologiyanın yeni nəslini təmin edəcək bir proses kimi vəsaitlərin iqtisadiyyatda 
yerləşdirilməsi, obyekt kimi isə - elmi-texniki tərəqqinin nailiyyətləri olan yeni texnika və 
mütərəqqi texnologiya deməkdir.  İnnavasiya fəaliyyətinə diqqət XX əsrin 70-ci illərində  Qərb 
ölkələrində, Azərbaycanda isə 1994-cü ildən yaranmağa başlamışdır. İnnavasiyanın fərqli cəhəti 
ondan ibarətdir ki, o, elm və texnikanın hərtərəfli tətbiqinə, yeni növ məhsulların işlənib 
hazırlanmasına, buraxılan məhsul növlərinin keyfiyyətinin yaxşılaşdırılmasına və 
modernləşdirilməsinə, yaradıcılıq axtarışlarına və yeniliklərə, iqtisadi artımın əldə edilməsinə və 
sairə yönəldilmişdir. Deməli, innovasiya fəaliyyəti yalnız müəssisələrin sərəncamında olan 
iqtisadi resurslara deyil, həmçinin istehsal, bölgü, mübadilə  və istehlakla əlaqədar olan 
münasibətlərin bütün kompleksini əhatə edir və konkret texniki, iqtisadi və elmi potensialına 
əsaslanır. 
İnnavasiya fəaliyyətinin ən ümdə məqsədi daha çox mənfəət, gəlir əldə etməkdən ibarətdir. 
Belə ki, bazara yeni keyfiyyət parametrlərinə malik olan məhsullarla çıxan və yaxud maddi-eneci 
və digər növ resurslara qənaət edən, məhsulun hazırlanmasında daha mütərəqqi texnologiya 
tətbiq edən hər hansı bir müəssisə müəyyən dövr ərzində başqa müəssisələrə nisbətən daha çox 
mənfəət  əldə etmək imkanı qazanır. Bununla belə, innovasiyanı  təkcə cari ildə  mənfəət  əldə 
etməyə yönəltmək düzgün deyildir, çünki strateji əhəmiyyətli məhsulların hazırlanmasını təmin 
etmədən, perspektiv texnologiyanı  işləyib hazırlamadan, istehsalatda yeniliklər yaratmadan 
bazarda uzun müddət möhkəm mövqe tutmaq olmaz. Odur ki, müasir dövrdə innovasiya 
siyasətinin məqsədi müəssisənin elmi-texniki, həmçinin istehsal fəaliyyəti üzrə innovasiyanın 
konkret istiqamətlərini müəyyənləşdirməkdən və  səmərəli innovasiya prosesini həyata 
keçirməkdən ibarətdir. Beləliklə, inaovasiya fəaliyyəti - onun əsas istiqamətlərini və  həlledici 
sahələrdə /istehsallarda/ cəmləşdirilməsi üzrə  tədbirləri müəyyən edən təsərrüfat qərarlarının 
məcmusunu ifadə edir. İjtimai istehsalın normal inkişaf sürətinə nail olunması, iqtisadiyyatın 
tarazlığı və səmərəliliyi, məsrəflərin hər manatına görə daha çox məhsul və mənfəət artımı əldə 
edilməsi xeyli dərəcədə düzgün innovasiya siyasətinin həyata keçirilməsindən asılıdır. 
İnnavasiya fəaliyyətinin birinci dərəcəli vəzifəsi resursçıxaran, emal və istehlak edən sahələrlə 
investisiyalar arasındakı nisbəti yaxşılaşdırmaqdan, vəsaiti elmi-texniki tərəqqinin 
sürətləndirilməsini təmin edən sahələrin xeyrinə yenidən bölüşdürməkdən ibarətdir.
 
Bazar iqtisadiyyatına keçid dövründə Azərbaycanda innovasiya fəaliyyətinin səciyyəvi 
xüsusiyyəti ağırlıq mərkəzini yeni müəssisələrin, obyektlərin tikintisindən mövcud müəssisə və 
obyektlərin yeni texnika ilə silahlanma səviyyəsinin yüksəldilməsinə  və yenidənqurulmasına 
keçirməkdən, istehsal məqsədli investisiyanın ümumi həcmində bu məqsədlərə yönəldilən 
vəsaitlərin payını artırmaqdan, daha məhsuldar və mütərəqqi texnoloji maşın və avadanlıqların 
yaradılması və tətbiqi üçün məsrəflərin xüsusi çəkisini yüksəltməkdən ibarətdir ki, bu da istehsal 
əsas fondların keyfiyyətcə  təzələnməsinə, onların fiziki və  mənəvi cəhətdən köhnəlməsinin 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə