E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə60/121
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21169
1   ...   56   57   58   59   60   61   62   63   ...   121

 
124
8.
 
tikinti-quraşdırma işlərinin iqtisadi əsaslandırılmasının təkmilləşdirilməsi - 
nəticəsində texnikanın, texnologiyanın, istehsalın təşkilinin nail olunmuş inkişaf 
səviyyəsini və onun səmərəliliyini müəyyən etmək, geriqalmanın səbəblərini üzə 
çıxarmaq, tikintidaxili ehtiyatları aşkar etmək və onlardan istifadə üzrə tədbirlər işləyib 
hazırlamaq mümkün olur. Bundan başqa, tikinti-quraşdırma işlərini iqtisadi cəhətdən 
əsaslandırılmasında texniki-iqtisadi təhlil də mühüm rol oynayır. Çünki bu tikinti 
təşkilatlarının işinin nəticələrinə elmi əsaslandırılmış qiymət verilməsini təmin etməyə
ehtiyatlardan səmərəli istifadə etməyin ehtiyat mənbələrini aşkara çıxarmağa imkan 
yaradır. 


 
125
VIII FƏSİL 
İSTEHSALIN SƏMƏRƏLİ TƏŞKİLİ VƏ SAHƏVİ İQTİSADİ 
İSLAHATLARIN DƏRİNLƏŞMƏSİ PROBLEMLƏRİ 
 
8.1.AUDİT  NƏZARƏTİ VƏ İSTEHSALIN MONİTORİNQİ 
 
Sərbəst bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq, milli iqtisadiyyatımızın, o cümlədən 
onun ayrılmaz tərkib hissəsi olan neftqazçıxarma sənayesinin hərtərəfli inkişafının təmin 
olunmasında iqtisadi subyektlərin təsərrüfat-maliyyə  fəaliyyəti üzərində daxili nəzarətin lazımi 
səviyyədə qurulması mühüm əhəmiyyət kəsb edir. Bu nəzarət forması bizdə yeni termin olsa da, 
XIX  əsrin sonundan başlayaraq bir sıra bazar iqtisadiyyatı ölkələrində geniş istifadə olunur. 
Həmin ölkələrin təcrübəsi göstərir ki, daxili auditin həyata keçirilməsi müstəqil fəaliyyət 
göstərən  şirkətlərdə /müəssisələrdə, firmalarda, tikinti-quraşdırma təşkilatlarında/ təşkil edilmiş 
və bilavasitə  şirkətin idarəetmə strukturuna aid olan daxili audit şöbələri mövcuddur. 
Ümumiyyətlə, proqnozlaşdırılan və icra olunan bütün layihələr audit nəzarəti ilə həyata keçirilir. 
Adətən, icrası  nəzərdə tutulan strateji əhəmiyyətli proqramlar üzrə icra olunan layihələrdə bu 
məqsədlə ayrılmış investisiya qoyluşunun təqribən 1-2%-i nəzarət tədbirlərinin həyata 
keçirilməsinə sərf olunur.
 
Bazar iqtisadiyyatına keçid dövründə respublikamızın iqtisadiyyatında yerinə yetirilən 
istehsal-təsərrüfat  əməliyyatlarının müəyyən olunmuş qanunçuluq tələblərinə  və prinsiplərinə 
uyğun olmasını, onların  şəffaflığını  və  dəqiqliyini təmin edən mexanizm kimi daxili audit 
nəzarəti və onun geniş formada tətbiq olunmasına,  şirkət və birliklərin təsərrüfat-maliyyə 
fəaliyyəti üzərində nəzarət sisteminin möhkəmləndirilməsinə ehtiyac böyükdür.
 
Azərbaycan Respublikasının prezidentinin 1996-cı il 17 iyun və 1999-cu il 9 yanvar tarixli 
fərmanları ölkədə  təsərrüfatdaxili maliyyə  nəzarət sisteminin bazar iqtisadiyyatı  tələblərinə 
uyğunlaşdırılmasına, idarəetmədə demokratik prinsiplərin müvəffəqiyyətlə həyata keçirilməsinə, 
maliyyə  nəzarətinə  çəkilən xərcləri azaltmağa, sahibkarlıq fəaliyyətinin inkişafına və  nəzarət 
sisteminin təkmilləşdirilməsinə yönəldilmişdir. Lakin daxili audit əməliyyatlarının nəticələri 
göstərir ki, hazırda iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən də neftqazçıxarma 
sənayesində müəyyən olunmuş  tələblərin həyata keçirilməsində  hələlik bir sıra ciddi qüsurlar 
davam etməkdədir.
 
Neft sənayesinin və onun ayrı-ayrı struktur bölmələrinin maliyyə-təsərrüfat fəaliyyətinin 
mövcud qanunvericiliyə uyğun idarə edilməsində aparılan uzun illərin nəzarət-təftiş  təcrübəsi 
göstərir ki, təsərrüfatdaxili nəzarətin zəif təşkil olunduğu istehsal-təsərrüfat sahələrində, adətən, 
mövcud  əmlakın mənimsənilməsi və onun əsassız olaraq sərf olunması halları  nəzərə çarpır. 
Nəzarətin mövcud qanunvericilik tələbləri səviyyəsində təşkil olunmaması nəticəsində mühasibat 
uçotu sistemi və prinsiplərinin aparılmasında da ciddi qüsurlara yol verilir. Deyilənlərdən belə 
nəticəyə  gəlmək olar ki, respublikamızın bazar iqtisadiyyatı  şəraitində inkişafı  və iqtisadi 
islahatların həyata keçirildiyi dövrdə təsərrüfatdaxili nəzarətin və xüsusilə daxili auditin tətbiqi 
mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir.
 
Azərbaycan Respublikasında daxili audit xidmətinin təşkili prinsipləri bilavasitə 
Azərbaycan Respublikasının Milli Məjlisi tərəfindən 1994-cü il 16 sentyabr tarixli «Audit 
xidməti haqqında» Qanunu əsasında tənzimlənir. Bununla belə, həmin qanunda daxili auditin 
təşkili və onun həyata keçirilməsinin bəzi məqamları öz əksini tapmamışdır. Bizim subyektiv 
fikrimizcə göstərilən qanunun yenidən işlənməsinə və daxili auditin təşkili prinsiplərinə diqqəti 
artırmaqla, milli iqtisadiyyatın müxtəlif sahələrində auditin təşkilinin beynəlxalq standart və 
prinsiplər  əsasında qurulmasına ehtiyac vardır. Bizə belə  gəlir ki, tabeliyində tam təsərrüfat 
hesablı obyektlər olan bütün şirkət və iri müəssisələrdə daxili audit xidmətinin təşkil olunması 
idarəetmə və nəzarət sistemində müsbət nəticələr verə bilər. 
 


 
126
Beynəlxalq təcrübədə audit xidmətinin iki növünü: məcburi  və  könüllü  növlərini 
fərqləndirirlər. Məcburi audit xidmətində bütün şirkətlər və iri müəssisələr mövcud 
qanunvericilik əsasında maliyyə-təsərrüfat fəaliyyətinin illik yekunu ilə əlaqədar olaraq auditdən 
keçməyə borcludurlar; könüllü audit xidmətində isə bütün şirkətlər deyil, bəzi  şirkət və iri 
müəssisələrin özlərinin arzusundan asılı olaraq auditdən keçirlər. Məcburi audit bilavasitə 
qanunvericiliklə müəyyən olunmuş hallarda və ya dövlət orqanlarının göstərişi ilə lazım bilindiyi 
vaxtlarda həyata keçirilir. Azərbaycan Respublikasında açıq tipli səhmdar cəmiyyətləri, banklar, 
sığorta  şirkətləri, maliyyə-sənaye qrupları, həmçinin nizamnamə kapitalında xarici investorlara 
məxsus payı olan iqtisadi subyektlər məcburi auditdən keçməlidirlər. 
Mövcud qanunvericiliyə görə, daxili audit şirkət və iri müəssisələrin idarəetmə 
strukturunda təşkil olunmaqla, bilavasitə müəssisə  rəhbərinə tabe olur. Daxili auditin əsas 
vəzifəsi müəssisənin bütün idarəetmə sistemində maliyyə-təsərrüfat fəaliyyətinin məqsədəuyğun 
təşkilinin təmin olunması  və onun sahibkarlığın bütün təsərrüfat səviyyələrində  mənafeyinin 
müdafiə edilməsi prinsiplərinin icrasını  təmin etməkdir. Podratçı neft-qaz əməliyyatları 
hesablarını auditorların bunlara dair hesabatları ilə birlikdə hər təqvim ili qurtardıqdan sonra 7 
aydan gej olmayaraq ARDNŞ-ə təqdim edir. ARDNŞ müvafiq təqvim ili qurtardıqdan sonra 12 
aydan gej olmayaraq göstərilmiş  təqvim ili üçün hesabatların təftiş olunmasını podratçıya bu 
barədə bildiriş göndərməklə xahiş edə bilər. Belə  təftişləri ARDNŞ  tərəfindən seçilən, 
beynəlxalq miqyasda tanınan müstəqil mühasiblər şirkəti aparır. Təftiş haqqını ARDNŞ ödəyir, 
təftiş elə aparılır ki, cari əməliyyatların  əsassız pozulmasına səbəb olmasın.  Əgər ARDNŞ 
yuxarıda göstərilmiş hesabatlarla əlaqədar etiraz etdiyini, yaxud podratçının qərəzli xətası 
haqqında sübutlar olduğunu nəzərdən keçirilən təqvim ilinin sonrakı 24 ay ərzində podratçıya 
yazılı bildirişlə  məlumat verməsə, müvafiq təqvim ilinin hesabatları  həmin tarix üçün təsdiq 
edilmiş sayılır. Hesabatlar barəsində ARDNŞ-in tərəflər arasında razılaşma ilə tənzimlənməmiş 
hər cür etirazları Arbitraj prossedurasına müvafiq surətdə arbitraj baxışına verilir. Arbitracın 
qərarında ARDNŞ-in hər hansı etirazı  təsdiq edilərsə, neft-qaz əməliyyatları hesabı müvafiq 
surətdə təshih olunur.
 
Bazar iqtisadiyyatı ölkələrinin təcrübəsi göstərir ki, şirkət və iri müəssisələrin daxili audit 
nəzarət sistemi mövcud olan uçot və hesabatların, onların beynəlxalq standartlar üzrə 
aparılmasını,  əmlakın həqiqi vəziyyətini,  əmtəə-material dəyərinin, maliyyə  və  əmlak 
ehtiyatlarının səmərəli  şəkildə istifadə edilməsini, hesablaşma-ödəmə  əməliyyatlarının 
düzgünlüyünü və büdcəyə ödəmələrin vaxtında aparılmasını, muhasidat uçotunun, hesabatların 
tərtibinin, idarə olunması  və metodoloji prinsiplərinin dəqiqliyini təmin etməyi nəzərdə tutur. 
Daxili audit nəzarət sistemi eyni zamanda hər bir müəssisənin fəaliyyətinin spesifik 
xüsusiyyətlərindən asılı olaraq digər təşkilati-idarəetmə hüquqi, texniki-iqtisadi məsələlərin həll 
olunmasında da fəallıq göstərməlidir. 
Dünya ölkələrinin təcrübəsi göstərir ki, daxili audit xidməti sistemində bütün müəssisə və 
təşkilatların istehsal-təsərrüfat fəaliyyətini hərtərəfli uçota almaq ən vacib şərtdir. Təsərrüfat 
uçotu ictimai məhsulun istehsalı, bölgüsü və istifadə edilməsi üzərində müşahidə  və  nəzarət 
üsuludur. Deməli, bazar iqtisadiyyatı  şəraitində iqtisadiyyat yaxşı  təşkil edilmiş uçot olmadan 
normal inkişaf edə bilməz. Odur ki, ictimai istehsal inkişaf etdikcə uçotun əhəmiyyəti də artır. 
Çünki müəssisələrin istehsal-təsərrüfat fəaliyyəti, onların material, əmək və maliyyə resursları və 
həmçinin bu resurslardan istifadə olunması uçot göstəricilərində  əks etdirilir. Bu baxımdan 
istehsal nə qədər çox cəhətli və onun səviyyəsi nə qədər yüksək olarsa, uçot bir o qədər vacib və 
zəruri olur. Uçotun aşağıdakı növlərini fərqləndirirlər:
 
Operativ uçot - operativ idarəetmə üçün zəruri olan ilkin məlumatların müşahidə edilməsi, 
ölçülməsi, qeydə alınması, ilkin işlənilməsi və ümumiləşdirilməsidir. Bunda məqsəd həmin 
təsərrüfat əməliyyatlarına və proseslərə gündəlik nəzarət və əməli rəhbərlik etməkdən ibarətdir. 
Operativ uçot istehsalın gedişini müşahidə etmək və ona operativ təsir göstərmək vasitəsidir. 
Məsələn, operativ uçot vasitəsilə avadanlıqların işinə, texnoloji proseslərə, müəssisənin ayrı-ayrı 
struktur bölmələrinin ahəngdar işləməsinə və onlar tərəfindən istehsal qrafikinə əməl edilməsinə 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə