E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə58/121
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21169
1   ...   54   55   56   57   58   59   60   61   ...   121

 
120
edilir. Çünki bu zaman tikinti-quraşdırma işləri xüsusi ixtisaslaşdırılmış podrat tikinti təşkilatları 
tərəfindən aparılır ki, bu da ixtisaslaşdırılmış tikinti maşın və avadanlıqlarından istifadə etməyə 
imkan verir. 
Podrat tikinti üsulu - müstəqil, daimi fəaliyyətdə olan tikinti-quraşdırma təşkilatlarının 
sifarişçi təşkilatlarla podrat müqaviləsi üzrə həyata keçirdikləri tikinti tsiklinin təşkili formasıdır. 
Sifarişçinin podrat tikinti təşkilatları ilə qarşılıqlı münasibəti obyektin tikintisi və ya yenidən 
qurulması haqqında qərar qəbul olunmasından və  işin podratçı  təşkilatın cari planına daxil 
edilməsindən sonra meydana çıxır. Podrat işləri planlarının həm həcm, həm də bütün keyfiyyət 
göstəriciləri üzrə işlənib hazırlanmasını tikinti təşkilatları ilə sifarişçilər birgə həyata keçirirlər; 
bu iş obyektin titul siyahısında nəzərdə tutulan və işə salınma müddətlərinə uyğun olaraq aparılır. 
İnvestisiya qoyuluşunun planlaşdırılmasında iştirak edən sifarişçi təşkilat tikintini layihə-
smeta sənədləri, texnoloji, enerji və digər avadanlıqlarla və ayrı-ayrı material növləri ilə təmin 
edir, başa çatdırılmış  işləri qəbul edir və haqqını ödəyir, həmçinin bir sıra funksiyaları  həyata 
keçirir. Belə  şəraitdə sifarişçi və podratçı tikinti təşkilatı arasında müqavilə münasibətləri 
tərəflərin lazımi maddi marağını  və  məsuliyyətini, qəbul edilmiş öhdəliklərin yerinə 
yetirilməsinə və tikinti obyektinin vaxtında işə salınmasına qarşılıqlı nəzarəti təmin edir. 
Bütün tikinti dövrü üçün tikintinin ayrı-ayrı növləri üzrə /onların idarəçilik 
mənsubiyyətindən və harada yerləşməsindən asılı olmayaraq/ podrat müqaviləsini sifarişçi bir 
təşkilatla - baş podratçı ilə bağlayır. Baş podratçı isə subpodrat əsasında tikintidə  iştirak edən 
bütün subpodratçıların fəaliyyətini  əlaqələndirir. Tikinti müddətinin qısaldılması  və  işin 
keyfiyyətinin artırılması hesabına investisiya qoyuluşunun iqtisadi səmərəliliyini yüksəltmək 
məqsədilə  işin  əsas növlərini iriləşdirilmiş kompleks təsərrüfat hesablı briqadalar /onlar tikinti 
istehsalının son nəticələrində maraqlı olurlar/ yerinə yetirirlər

Təsərrüfat tikinti üsulu - ilə tikinti-quraşdırma işləri podratçı  təşkilatlar cəlb edilmədən, 
bilavasitə neftqazçıxarma idarələrinin öz gücləri ilə həyata keçirilir. Tikintinin təsərrüfat üsulu ilə 
aparılması və təşkili zamanı plan, layihə, smeta və digər sənədlərə olan tələb, onun podrat üsulu 
ilə aparıldığı kimidir. Müasir şəraitdə təsərrüfat üsulu ilə tikintinin həcmi və xüsusi çəkisi xeyli 
artır.  İlk növbədə istehsalın texnika ilə yenidən silahlanması, genişləndirilməsi və yenidən 
qurulması ilə əlaqədar olan tikinti-quraşdırma işləri təsərrüfat üsulu ilə aparılır ki, bu da onların 
sürətlə yerinə yetirilməsinə imkan verir. Bu cür işlərin maddi-texniki cəhətdən təmin edilməsi 
birinci olaraq həyata keçirilir. 
 
 
7.6.  İnvestisiya qoyuluşundan istifadənin iqtisadi səmərəliliyinin hesablanma 
metodikasi 
 
İnvestisiya qoyuluşundan istifadənin iqtisadi səmərəliliyi maddi-enerji və maliyyə 
resurslarına qənaət olunması,  əmək məhsuldarlığının yüksəldilməsi, tikinti məhsulunun maya 
dəyərinin aşağı salınması və onun keyfiyyətinin yaxşılaşdırılması və sair ilə xarakterizə olunur. 
Deməli, investisiya qoyuluşlarının iqtisadi səmərəliliyi o halda hesablana bilər ki, o, bilavasitə 
istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılmasına, yeni texnikanın və 
mütərəqqi texnologiyanın yaradılmasına və  tətbiqinə, mövcud maşın və avadanlıqların 
modernləşdirilməsinə, istehsalın yenidən qurulmasına və texnika ilə yenidən silahlandırılmasına, 
tikinti məhsulunun maya dəyərinin aşağı salınmasına və onun keyfiyyətinin yaxşılaşdırılmasına, 
maddi-enerji, əmək və maliyyə resurslarının qənaət edilməsinə yönəldilmiş olsun. Bu baxımdan, 
neft sənayesinin inkişafına yönəldilmiş investisiya qoyuluşları tətbiq olunma miqyasına, iqtisadi 
səmərəliliyinin hesablanma metodikasına görə fərqləndirilir. Məsələn, tətbiq olunma miqyasına 
görə investisiya qoyuluşları maddi istehsal və qeyri-maddi istehsal təyinatlı obyektlərin 
tikintisinə, mövcud istehsalların yenidən qurulmasına, genişləndirilməsinə və texnika ilə yenidən 
silahlandırılmasına, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılmasına, 
istehsalın və  əməyin təşkilinin təkmilləşdirilməsinə, tikinti məhsulunun maya dəyərinin aşağı 


 
121
salınmasına və onun keyfiyyətinin yaxşılaşdırılmasına, həmçinin maddi-enerji, əmək və maliyyə 
resurslarına qənaət edilməsini təmin edən tədbirlərin həyata keçirilməsinə yönəldilən investisiya 
qoyuluşlarına ayrılır;  iqtisadi səmərəliliyin hesablanması metodikasına görə isə investisiya 
qoyuluşları iki əsas qrupa: iqtisadi səmərəliliyini birbaşa hesablamaq mümkün və mümkün 
olmayan investisiya qoyuluşlarına bölünür. İnvestisiya qoyuluşunun iqtisadi səmərəliliyinin 
aşağıdakı üç növünü fərqləndirirlər: 
a.
 
ilkin iqtisadi səmərə - investisiya və tikinti-quraşdırma işlərini planlaşdırarkən təyin 
edilir və ona görə də bu cür iqtisadi səmərə ehtimal xarakteri daşayır; 
b.
 
gözlənilən iqtisadi səmərə - investisiya qoyuluşunun bu və ya digər istiqamətdə 
istifadə edilməsi haqqında qərar qəbul etdikdən sonra hesablanır və bu, həmin 
istiqamətlərə investisiya qoyuluşunun yönəldilməsi üçün əsas təşkil edir; 
c.
 
faktiki iqtisadi səmərə - investisiya qoyuluşundan tam istifadə edildikdən sonra 
müəyyənləşdirilir və o, investisiya qoyuluşunun konkret istiqamətinin 
qiymətləndirilməsində əsas götürülür. 
İnvestisiya qoyuluşundan bəzi istiqamətlər üzrə istifadənin iqtisadi səmərəliliyinin 
hesablanma metodikasını  nəzərdən keçirək.  Əgər investisiya qoyuluşu tikinti məhsulunun 
keyfiyyətinin yaxşılaşdırılması üzrə  tədbirlərin, yaxud elmi-tədqiqat işlərinin  həyata 
keçirilməsinə yönəldilmişdirsə, onda həmin investisiya qoyuluşundan istifadənin iqtisadi 
səmərəliliyini hesablamaq üçün aşağıdakı düsturdan istifadə edilir: 
 
Skey = /ƏMcari - En X İtəd./ X Ncari 
 
Burada: 
ƏMcari - cari ildə keyfiyyəti yaxşılaşdırılmış vahid tikinti məhsulunun  
realizəsi nəticəsində əldə edilmiş əlavə mənfəətin məbləği; 
En - investisiya qoyuluşunun normativ effektivlik  əmsalı; 
İtəd- tikinti məhsulunun keyfiyyətini yaxşılaşdırmaq üçün tədbirlərə  
investisiya qoyuluşu; 
Ncari cari ildə keyfiyyəti yaxşılaşdırılmış tikinti məhsullarının miqdarı. 
 
Əgər investisiya qoyuluşu yeni texnikanın yaradılmasına, yaxud mütərəqqi texnologiyanın 
işlənib hazırlanması üzrə  həyata keçirilən tədbirlərə yönəldilmişdirsə, onda həmin investisiya 
qoyuluşundan istifadənin iqtisadi səmərəliliyini hesablamaq üçün aşağıdakı düsturdan istifadə 
edilir: 
Stex = {(X – X’) - (En X Vtəd.) : Npl.t.} X Npl.t 
 
Burada: 
X və X’ - tədbirin həyata keçirilməsindən əvvəl və sonra məhsul vahidinin  
hazırlanmasına sərf edilən xərclərin məbləği, manat; 
Vtəd. - tədbirin həyata keçirilməsinə sərf edilmiş vəsaitin məbləği; 
Npl.t.- plan ilində yaradılacaq yeni texnikanın miqdarı. 
 
Əgər investisiya qoyuluşu tikinti məhsulunun maya dəyərinin aşağı salınması üzrə həyata 
keçirilən tədbirlərə yönəldilmişdirsə, onda həmin investisiya qoyuluşunun iqtisadi səmərəliliyini 
hesablamaq üçün aşağıdakı düsturdan istifadə edilir: 
 
Sm/d = (Md - Md) X Npl.m 
 
Burada: 
Md və M’d - tədbirin tətbiqindən əvvəl və sonra məhsul vahidinin maya  
dəyəri
;
 
Npl.m. - plan ilində maya dəyəri aşağı salınmış məhsulların sayı. 
Əgər investisiya qoyuluşu istehsal proseslərinin mexanikləşdirilməsi və 
avtomatlaşdırılması üzrə elmi-tədqiqat işlərinin aparılmasına yönəldilmişdirsə, onda həmin 
investisiya qoyuluşunun iqtisadi səmərəliliyini qiymətləndirmək üçün investisiya qoyuluşunun 
özünüödəmə müddətindən və onun səmərəlilik  əmsalından istifadə edilir. İnvestisiya 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə